Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1542/2023 05.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli, 1(103)- 142/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş k assasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 1(101)-1217/2021 nömrəli hökmü ilə (hakim E.Ə.Mikayılovun sədrliyi, hakimlər M.M.Ağalarov və S.H.Hacıyevdən ibarət tərkibdə) 08 noyabr 1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 217.2, 206.4 və 228.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 217.2-ci maddəsi ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məc əlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq S.S,Əliyevə Azərbaycan Respublikası CM-nin 206.4 və 228.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə cəza təyin edilməmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 18 mart 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən Məhkum və müdafiəçi X18 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarı ilə (hakim E.E.Rəhimov sədrliyi, hakimlər F.A. Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə )verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 11 may 2022-ci il tarixli qərarı qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum Azərbaycan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikası ərazisində və Respublika hüdudlarından kənarda ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış silahlı qrupların (bandaların) törətdikləri basqında və sabit silahlı qruplarda (bandalarda) iştirak etmiş, mütəşəkkil dəstə tərkibində qanunsuz olaraq odlu silah əldə edib, saxlayıb gəzdirməklə daşımış, mütəşəkkil dəstə tərkibində odlu silahı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Belə ki, o, törətdikləri cinayətlərə görə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005- ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 217.1, 217.2-ci və digər maddələri ilə məhkum olunmuş, Gəncə şəhərində yaşamış Azərbaycan Respublikası vətəndaşları: X3, X19, X26, Şahid2, X10, X7, X21, Bakı şəhərində yaşamış X14, X15, X20, həmin məhkəmənin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 217.2-ci və digər maddələri ilə məhkum olunmuş Şahid3, Rusiya Federasiyası Moskva şəhəri Kuzminski rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Rusiya Federasiyası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə), 118-ci maddəsinin 1-ci hissəsi (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) və 316-cı maddəsi (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) İlə məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı X22, Rusiya Fede rasiyası Samara Vilayət Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı X23, Rusiya Federasiyası vətəndaşları X12 və X8 və başqaları ilə külli miqdarda gəlir əldə etmək, yəni tamah niyyəti ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərində yaşayan maddi cəhətdən imkanlı şəxs kimi tanıdıqları ayrı-ayrı şəxslərə silahlı basqınlar etməklə əmlaklarını ələ keçirmək məqsədilə, 2003-cü ilin fevral ayında səsboğucusu olan “Makarov”, "Baykal” konstruksiyalı tapançalar, «6-P-42» modelli qaz tapançası, döyüş sursatları ilə silahlanan, 2002-ci ilin oktyabr ayından yaxından tanıdığı X3 və Şahid2 tərəfindən təşkil olunmuş sabit silahlı qrupda (bandada) həmin tarixdən birləşib, yəni bandanın rəhbəri X3 və qrupun digər üzvlərinin 13 noyabr 2002-ci il tarixdə Bakı şəhəri Buzovna qəsəbəsində bağ evlərində yaşayan X2 evindən və digər yerlərdən cinayət yolu ilə ələ keçirdikləri və saxlamaq üçün X4 verdikləri qızıl-zinət əşyalarını 2003-cü ilin iyun ayının əvvəllərində sonuncudan geri tələb edərkən, həmin əşyaların bir qisminin İltimaz Məmmədova tərəfindən satıldığını, bir çoxunun isə qiymətli daşlarının daha ucuz daşlarla əvəz edildiyini bilərək, İltimaz Məmmədova ilə qrup üzvü Pərviz Mamedov arasında kəskin münaqişə baş verməsi zəminində, sonuncu qisas almaq məqsədilə İltimaz Məmmədovanın həmin vaxt Moskva şəhərində olan oğlu Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda öldürməyi qərara alıb sabit silahlı bandanın digər üzvü Şahid2la birlikdə Moskva şəhərinə getmək barədə razılaşmışlar. Bundan sonra, sabit silahlı qrup-bandanın təşkilatçısı və rəhbəri Pərviz Mamedov 2003-cü ilin iyul ayının əvvəlində Məhkum zəng edərək Zərərçəkmiş şəxs Moskva şəhərində olduğunu bildirmiş və Zərərçəkmiş şəxs qisas məqsədilə cəzalandıracağı barədə sabit silahlı qrupun-bandanın ümumi niyyətini çatdırmaqla sonuncunun Azərbaycan Respublikasına qayıtmasını ləngitməyi tapşırmışdır. Öz növbəsində Məhkum, Pərviz Mamedov və Şahid2 tərəfindən təşkil olunmuş sabit silahlı qrupun (bandanın) və onun törədəcəyi basqında iştirak etməyə razılıq verməklə əldə olunmuş cinayətkar sövdələşməyə uyğun hərəkət edərək, 08 iyul 2003-cü il tarixdə Bakı şəhərindən təyyarə ilə Moskva şəhərinə getmiş Pərviz Mamedov və Şahid2 Moskva şəhərində Hava limanında şəxsən qarşılayaraq birlikdə adı və ünvanı is tintaqla müəyyən edilməyən mehmanxanada Pərviz Mamedov, Şahid2la özünün təşəbbüsü iiə Moskva şəhərində yaşayan cinayət meyiili Şahid3, Raul Məmmədov və qeyrilərini dəvət etməklə birlikdə görüşüb uzun müddətdir ki, Moskva şəhərində yaşadığı üçün Zərərçəkmiş şəxs basqın ediləcəyi əlverişli yeri, banda üzvlərini Zərərçəkmiş şəxsla birlikdə həmin yerə aparacaq nəqliyyat vasitələrini, hərəkət marşrutunu və basqının üsullarını qabaqcadan müzakirə etməklə əvvəlcədən razılığa gəlmişlər. 21 iyul 2003-cü il tarixdə yerli vaxtla saat 15 radələrində razılaşdıqları kimi Gəncə şəhərində eyni məntəqədə yaşadığı üçün əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadıb, özləri ilə birlikdə sabit silahlı qrupun-bandanın üzvü X16 məxsus olmaqla İdarə etdiyi «VAZ 21010» markalı, yaşıl rəngli, «710.7 7 RUS» dövlət nömrə nişanlı və sonuncunun tanışı, erməni millətindən olan X13 məxsus olmaqla idarə etdiyi «QAZ 24» markalı, qara rəngli «218. 77 RUS» dövlət nömrə nişanlı avtomaşınlarla Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında insanların olmadığı meşə massivinə aparmışlar. Orada Zərərçəkmiş şəxs avtomaşından yerə düşdükdən sonra, Məhkum silahlı qrupunbandanın həmin üzvləri ilə birlikdə basqın edərək bandanın üzvləri Pərviz Mamedov və Şahid2la birlikdə əvvəlcə özləri ilə gətirdikləri yapışdırıcı lentlə Zərərçəkmiş şəxs əl-ayaqlarını bağlayıb meşədə olan ağaca sarıyaraq sonuncunun müqavimət göstərməsinin qarşısını almış, Məhkum isə əvvəlcədən götürməklə üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs yaxınlaşıb cəzalandırmaq məqsədilə döş qəfəsinin ön nahiyə sinin sol yarısına ən azı bir zərbə vurmaqla kənara çəkilmiş, sabit silahlı qrupunbandanın digər üzvləri cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüşlər. Bundan sonra onlar birlikdə həmin ərazidən uzaqlaşaraq Məhkum banda üzvləri Pərviz Mamedov və Şahid2 Moskva şəhərində istintaqla müəyyən edilməyən ünvanlarda qalmalarını təmin etmişdir. Daha sonra Məhkum sabit silahlı qrup-banda tərəfindən gələcəkdə planlaşdırılan digər cinayət əməllərində istifadə edilməsi məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq vahid niyyətlə Pərviz Mamedov, Şahid2 və qeyriləri ilə birlikdə mütəşəkkil dəstə halında Rusiya Federasiyasının Moskva şəhərində istintaqa məlum olmayan mənbədən 2003-cü ilin iyul ayında odlu silah hesab edilən 9 mm kaiibrli “Makarov” tipli tapançanı qanunsuz olaraq əldə edib saxlayaraq daşıyıb gəzdirmiş, Pərviz Mamedovun şəxsi əşyalarını saxladığı çantada gizlədərək 03 avqust 2003-cü il tarixdə Pərviz Mamedov və Şahid2la birlikdə mütəşəkkil dəstə halında həmin odlu silahı Azərbaycan Respublikasının Qusar rayonunun Samur qəsəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Samur Gömrük Postu” sərhəd keçid məntəqəsindən və gömrük sərhəddindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikası ərazisinə keçirməklə öz üzərlərində saxlayaraq gəzdirməklə daşıyıb Pərviz Mamedovun kirayə yaşadığı ünvan 2 ünvanına gətirib orada saxlamışdır. 22 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən həmin ünvanda keçirilmiş axtarış tədbirləri nəticəsində bir ədəd yivli odlu silah hesab edilən 9 mm. kalibrli “Makarov” konstruksiyalı “QŞ №1865 1963” yazıları həkk olunmuş hmin tapança aşkar edilərək götürülmüşdür. Həmin əməlləri ilə Məhkum Azərbaycan Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikası ərazisində və Respublika hüdudlarından kənarda ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış sabit silahlı qrupun (bandanın) törətdiyi basqında və sabit silahlı qrupda (bandada) iştirak etmiş, mütəşəkkil dəstə tərkibində qanunsuz olaraq odlu silah əldə edib, saxlayıb gəzdirməklə daşımış, mütəşəkkil dəstə tərkibində odlu silahı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən ci nayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, nəticədə Məhkum ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış silahlı bandada və bandanın törətdiyi cinayətdə iştirak etmədiyi, mütəşəkkil dəstə tərkibində qanunsuz olaraq odlu silah əldə edib saxlayaraq daşıyıb gəzdirmədiyi, mütəşəkkil dəstə tərkibində odlu silahı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmədiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-ci maddələri ilə təqsirli bilinib, törətmədiyi əməllərə görə ağır cəzaya məhkum edilmişdir. Müdafiəçi iddia edir ki, verilmiş ittihamda istinad edilən cinayətlərdə Məhkum hər hansı formada iştirak etməsi, digər iştirakçılarla əlbir olması sübutlarla təsdiq olunmadığı halda o, əsassı z və qanunsuz olaraq həmin maddələrlə təqsirli bilinmişidir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə ma hiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarının tələblərinin pozulduğunu, nəticədə cinayətin törədilməsində iştirak et məsi sübuta yetirilmədiyi halda Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarıldığını iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilib cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.3 və 416.11-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə ə laqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış silahlı bandada və bandanın törətdiyi cinayətdə hər hansı formada iştirak etmədiyini, digər iştirakçılarla əlbir olması mötəbər sübutlarla təsdiq olunmadığı iddia etməklə, Məhkum əməlində Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-ci maddələrində göstərilən cinayətlərin törədilməsində iştirakının sübuta yetirilməməsi, onun cinayət törətməməsi haqqında qənaətini və həmin qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni məhkəmə baxışına təyin edilməsi haqqında t ələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə bax ışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktik hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdaf iəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, ittiham olunduğu cinayətlərin törədilməsində iştirakının sübuta yetirilməməsinə baxmayaraq, Məhkum barəsində Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-ci maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş f aktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyətcə bu şikayətin dəlilləri ilə eyni olan dəlillər Məhkum və müdafiəçisi Bəylər Məmişov tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub- olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-ci maddələrinin dispozisiyal arından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, onun təqsirli bilinməsini, həmçinin cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi ilə əlaqədar (CPM 44.2.1-ci) Məhkum Azərbaycan Respublikası CM-nin 206.4 və 228.3-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə cəza təyin etməmək, eyni zamanda CM-nin 217.2-ci maddəsi ilə cəzalandırılmasını istisna edən halların, o cümlədən təqsirli bilindiyi cinayət əməllərinə görə CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəmə icraatları Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları gözlənilməklə həyata keçirilmiş, cinayət əməlini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı - birinci instansiya məhkəməsi və onların yoxlanılması zamanı - apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara və sübutların tədqiqinə dair cinayət-prosessual qaydaların pozuntularına yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, onlara CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsi rliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə Məhkum (ifadəsində Pərviz Mamedov və adlarını çəkdiyi digər şəxslər banda halında bir sıra cinayətlər törətməsində xəbəri olmuş) və şahidlər P.M.Mamedovun (Şahid2, Məhkumlə birlikdə Moskvadan Azərbaycana qayıdan zaman özləri ilə bir ədəd “Makarov" tipli tapança gətirmişlər, həmin tapançanı Dağıstandan olan adını xatırlamadığı bir şəxs Məhkum vermiş, Bakı şəhərinə çatan zaman o, həmin silahı özü ilə götürmüş və aparıb yaşadığı evin çardağında gizlətmiş) Şahid2 (Zərərçəkmiş şəxs qətlində iştirak etmiş şəxslərin hamısının əvvəlcədən Zərərçəkmiş şəxs qə tlə yetircəkləri barədə məlumatları olmuş, həmin hadisədən bir neçə gün sonra onlar Gəncə şəhərinə geri qayıtmağı razılaşmışlar, Vasif Namazov avtobusa dörd nəfərlik bilet almış və o, Məhkum, Raul Məmmədov və Pərviz Mamedovla birlikdə avtobusla Dağıstan tərəfdən sərhəd buraxılış məntəqəsini keçib Bakı şəhərinə gəlmiş və sonra isə Gəncə şəhərinə çıxıb getmişlər. O zaman Azərbaycana gələn zaman onlarda bir ədəd “Makarov” tipli tapança olmuş və onda olan məlumata görə həmin tapança sonra Pərviz Mamedovda qalmış) ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokolları və digər sənədlər ətraflı təsvir edilib, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qey d olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-ci maddələri ilə təqsirli və CM-nin 217.2-ci maddəsi (cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi ilə əlaqədar CM-nin 206.4 və 228.3-ci maddələri ilə cəzalandırılması istisna olunduğundan) ilə cəzala ndırılmalı olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2, 206.4 və 228.3-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəza təyin edilərkən (CM-nin 217.2-ci maddəsi ilə) və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci m addələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1 - 416.1.3, 416.1.11-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və müdafiəçisinin, təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 may 2 022-ci il tarixli, 1(103)-142/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 may 2022-ci il tarixli, 1(103)-142/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1542/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1542/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver