Məhkəmə qərarları › İş №1(102)-1542/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1542/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1542/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2025-ci i l tarixli 1(103)-760/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İlham Mahmudov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Səbuhi Hüseynov) 10 mart 2020-ci il tarixli, 1(101)-236/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 182.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.2.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.3-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən t oplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 5000 manat cərimə cəzası tam birləşdirilmiş və təyin edilmiş 5000 (beş min) manat cərimə cəzasının CM-in 68.2-ci maddəsinə əsasən müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 18 iyul 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. 18 sentyabr 2020-ci il tarixdə Məhkum ərizə (vəsatət) ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli 1(101)-236/2020 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunması barədə vəsat ət verərək, ötürülmüş müddətin bərpa edilməsini və şikayətinin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən İlham Mahmudov) 12 oktyabr 2020ci il tarixli, 1(101)-236/2020 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 1(101) 236/2020 nömrəli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət təmin olunmamışdır. Məhkum birinci instansiya məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 1(101)-236/2020 nömrəli qərarından apellyasiya şikayəti və müddətin bərpası barədə vəsatət verərək vəsatətinin təmin edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Vüqar Quliyev) 20 dekabr 2024-cü i l tarixli, 1(101)-236/2020 nömrəli qərarı ilə Məhkum CM-in 126.2.2, 182.2.3 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkum apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin sözügedən 20 dekabr 2024-cü il tarixli, 1(101)-236/2020 nömrəli qərarının ləğv edilməsini və həmin məhkəmənin 12 oktyabr 2020-ci il tarixli qərarından şikayət verilə bilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 1(103)-546/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 12 6.2.2, 182.2.3 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarından apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsindən imtina edilməsinə dair həmin məhkəmənin 20 dekabr 2024-cü il tarixli qərar ləğv edilmiş, müddətin bərpasına dair vəsatət baxılmamış saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilmiş və cinayət işi CPM-in 388-ci maddəsinin tələblərinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 fevral 2025-ci il tarixli məktubu ilə Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 1(101) 236/2020 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2020ci il tarixli, 1(101)-236/2020 nömrəli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 18 mart 2025-ci il tarixli 1(103)-760/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 1(101)-236/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 18 mart 2025-ci il tarixli 1(103)-760/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən hüquqları pozulmuş və məhkəməyə müraciət hüququ məhdudlaşdırılmışdır. Kassator qeyd etmişdir ki, onun məhkəməyə vaxtında müraciət edə bilməməsi üzrlü və faciəvi səbəblərdən olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdi rilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili onun barəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək ilk öncə onu qeyd edir ki, Məhkum kassasiya şikayətində məhz hansı prosessual və ya digər qanunvericiliyin müddəalarının pozulmasını öz şikayətində bildirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şika yəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum onun barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli, 1(101)-236/2020 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 394.2-ci maddəsinin tələblərinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmdən apellyasiya şikayəti hökmün sürətinin ona verildiyi andan 20 gün müddətinə verilir. Məhkum hökmdən apellyasiya şikayət inin verilməsi müddətinin buraxılmasını səbəbini üzrlü və faciəvi səbəblərlə əsaslandırmışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli hökmünün surəti qəbzə imza etməklə məhkum edilmiş şəxs Məhkum təqdim edilməsi üçün 13 mart 2020-ci il tarixdə müşayiətedici məktubla Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq təcridxanasına göndərilmiş. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini üzrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də Məhkum apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb düzgün nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd ed ir ki, iş materiallarından və kassasiya şikayətindən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin Məhkum vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinayət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Məhkum apellyasiya şikayətinin veril məsi müddətinin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 1(103)760/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.2.2, 182.2.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2020-ci il tarixli 1(101)-236/2020 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 mart 2025-ci il tarixli 1(103)-760/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar