Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1543/2018 15.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ “15” noyabr 2018-ci il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti verilməs i üçün buraxılmış müddətin bərpası haqqında vəsatətə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü ilə ( hakim X.Nuriyevin sədrliyi və məruzəsi ilə, hakimlər N.Quliyev və C.Orucovdan ibarət tərkibdə), xx xx 1985-ci il tarixdə Şirvan şəhərində (Əli Bayramlı şəhəri) anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri Vidadi küçəsi ev 34 A-da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2014-cü il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən Məhkum və müdafiəçisi X1 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2016-cı il qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasıiş materiallarını nəzərdən keçirərək, vəsatətin təmin edilməsinə dair Məhkum, vəsatətin təmin edilməməsinədairprokuror İ.Yusifovunçıxışlarınıdinləyərəkhesabedirki, aşağıdakı əsaslara görə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından— onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsində kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün cəmi iki hal müəyyən edilmişdir: kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadıqda, yaxud da həmin şəxsi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Qanunun mənasına görə, kassasiya şikayəti verən şəxs məhkəməyə müddətin bərpası barədə vəsatət verərkən bu vəsatətdə yuxarıda göstərilən əsaslarla kassasiya şikayəti vermək imkanından məhrum olmasını təsdiq edən sübutları göstərməklə həmin sübutları vəsatətinə əlavə etməlidir. İş materiallarından, o cümlədən məhkum tərəfindən verilmiş vəsatətdən onun barəsində qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması və ya bu müddət ərzində hə r hansı bir fövqəladə hadisənin baş verməsi görünmür. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsində qeyd edilir ki, kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Lakin vəsatətə məhkum tərəfindən hər hansı bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsi tərəfindən təqdim olunan tibbi arayışda xəstə-məhkumun stasionarda müalicə (müayinə) keçmə müddəti 18.11.2017-ci il tarixdən 09.06.2018-ci il tarixədək qeyd olunmuşdur. Belə olan halda, məhkum kassasiya şikayəti vermək müddətini ötürdükdən 03 (üç) ay sonra stasionarda müalicə (müayinə) keçməyə başlamışdır. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2016-cı il tarixli qərarından kassasiya şikayətinin verilməsi müddətinin bərpa olunması üçün heç bir əsas yoxdur və buna görə də, məhkumun bu haqda olan vəsatəti təmin edilməməli, kassasiya şikayətinə isə baxılmamalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2016-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət təmin olunmasın. Qərar qətidir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Əziz Seyidov Hakimlər: İlqar Qılıcov Fərhad Əliyev
Məhkəmə qərarları › İş №1(102)-1543/2018
Ali Məhkəmə Qərar — İş №1(102)-1543/2018
15.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver