Məhkəmə qərarları › İş №1(102)-1543/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1543/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1543/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədəli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1984-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsi nə əsasən, təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 19 mart 2020-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum özü və onun müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Mə hkum əvvəllər qəsdən törətdiyi cinayətə görə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 noyabr 2010-cu il tarixli, 1(101)-360/2010 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 09 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, satma, habelə qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı Mehman adlı şəxs və qeyrilər i ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Mehman adlı şəxs və ya qeyriləri naməlum şəraitdə və vaxtda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda 1.524,32 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 618,071 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 1.560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in İ siyahısına daxil olan külli miqdarda 522,747 qram çəkidə psixotrop maddə metamfetamini və «Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndi»nə daxil ol an təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 36 qram təşkil edən 900 ədəd metadon tabletlərini Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirərək Bakı-Salyan yolunun məlum olmayan kilometrliyində yol nişanının altında gizlətmiş, cinayətkar plana uyğun olaraq X10 adlı şəxsin "WhatsApp" ani mesajlaşma proqramı vasitəsi ilə verdiyi məlumat əsasında Məhkum 2020-ci ilin yanvar ayında həmin külli miqdarda 1.524,32 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 618,071 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda 1.560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, külli miqdarda 522,747 qram çəkidə psixotrop maddə metamfetamini və təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 36 qram təşkil edən 900 ədəd metadon tabletlərini həmin yerdən satış məqsədilə qanunsuz əldə edib yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, İlqar Cümşüdov küçəsi, ev 1/7 ünvanda yerləşən 43 nömrəli mənzilə qanunsuz daşımış, həmin narkotik vasitə heroindən 8,620 qramını bölüb bir bükümə, narkotik vasitə tiryəkin 29,871 qramını bir bükümə, psixotrop maddə metamfetaminin 32,347 qramını bir bükümə qablaşdırmış, narkotik vasitə metadon tabletlərinin 10 ədəd blisterdə 100 ədədini üzərində, qalan 1.515,7 qram çəkidə narkotik vasitə heroini iki bükümdə, 492,4 qram çəkidə psixotrop maddə metamfetamini bir bükümdə, 588,2 qram çəkidə narkotik vasitə tiryəki bir bükümdə, 1.560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı bir bükümdə qablaşdıraraq 80 ədəd blisterdə 800 ədəd narkotik vasitə metadon tabletləri ilə birlikdə yaşadığı evdə qonaq otağının arxa hissəsində yerləşən eyvanda g izlətməklə qanunsuz saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 18 mart 2020-ci il tarixdə, saat 23:45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş və idarənin inzibati binasının xidməti otağında 19 mart 2020-ci il tarixdə, saat 02:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə satış məqsədilə əldə edib saxladığı külli miqdarda 29,871 qram təmiz çəkidə narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 4 qram olan 10 ədəd blisterdə 100 ədəd narkotik vasitə metadon tabletləri, bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 32,347 qram çəkidə psixotrop maddə metamfetamin və əynində olan gödəkcəsinin sol iç cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda 8,620 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 07:30-dan etibarən Məhkum icazəsi və iştirakı ilə yaşadığı ünvan 3 ünvanda yerləşən 43 nömrəli mənzilə baxış keçirilərkən həmin evin qonaq otağının arxa hissəsində yerləşən eyvanda satış məqsədilə əldə edib gizlətməklə saxladığı bir ədəd polietilen torbanın içərisindən bir ədəd polietilen torbada külli miqdarda 1.560,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd polietilen torbada külli miqdarda 492,4 qram təmiz çəkidə psixotrop maddə metamfetamin, bir əd əd polietilen torbada külli miqdarda 588,2 qram çəkidə narkotik vasitə tiryək, iki ədəd polietilen bağlamada ayrı-ayrılıqda 475,2 qram və 1.040,5 qram olmaqla külli miqdarda 1.515,7 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin, təsiredici maddəsinin ümumi çəkisi külli miqdarda 32 qram olan 80 ədəd blisterdə 800 ədəd narkotik vasitə metadon tabletləri və səthində metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarının ləğv edilməsi və CM-in 206.3.2 və 234.4.1-ci maddələrlə verilmiş ittiham üzrə ona bəraət verilməsi, əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, barəsində olan cinayət işi üzrə ibtidai araşdırma orqanı və məhkəmələr qərəzli mövqe tutmuş, CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrlə verilmiş ittiham öz təsdiqini tapmamasına baxmayaraq əsassız olaraq həmin maddələrlə məhkum edilmişdir. Belə ki, polis işçiləri onu saxlayarkən üzərində şəxsi istifadəsi üçün X11 adlı qadından nisyə aldığı 5 bükümdə narkotik vasitə olan marixuana aşkar edilmişdir. O, dayısı ilə İrana müalicə məqsədilə getmiş, orada Mehman adlı şəxslə tanış olmuş, lakin onunla narkotik vasitə barədə heç bir söhbəti olmamışdır. Məhkum həmçinin bildirir ki, onun evində aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr ona məxsus deyil, İbtidai araş dırma zamanı polis əməkdaşlarının təzyiqlər nəticəsində aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olması barədə ifadələr vermişdir. Məhkum hesab edir ki, məhkəmələr kifayət qədər araşdırma aparmadan əsassız olaraq onun törətmiş olduğu cinayət əməlini CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişlər, halbuki onun əməli CM-in 234.1-ci maddəsi ilə tövsif olunmalı idi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in n ormalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində CM-in 206.3.2 və 234.4.1-ci maddələrlə verilmiş ittiham üzrə ona bəraət verilməsi, əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası daxilində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəll əsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin fakt iki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasını n 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək on ları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görün ür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması ibtidai istintaq zamanı özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid3, Şahid1, Şahid2 və Şahid4 ifadələri, “baxış keçirilməsi və götürmə haqqında” 19 mart 2020-ci il tarixli protokol, “şəxsi axtarış və götürmə keçirilməsi barədə” 19 mart 2020-ci il tarixli protokol, ambulator narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 1644 nömrəli rəyi, «Nokia» markalı mobil telefona baxış sərhədkeçmə barədə hesabat, diskə baxış keçirilməsi haqqında 10 iyun 2020-ci il tarixli protokol, habelə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinay ət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarın 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qan unsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Nark otik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələr ilə tövsif edib həmin maddə ilə məhkum etmişdir. Həmçinin, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəra itinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2021-ci il t arixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar