Məhkəmə qərarları › İş №1(102)-1543/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1543/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1543/2024 21.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və zərərçəkmiş hüquqi şəxsAqrar İnformasiya və Təchizat Şirkətinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 16 mart 2023-cü il tarixli qərarından məhkum X3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-289/2022 saylı, 29 noyabr 2022-ci il tarixli hökmü (sədrlik edən Müşfiq Məmmədov, hakimlər Cəlil Nəbiyev və Aqil Musayevdən ibarət tərkibdə) ilə, xx xxxxxx 1990-cı ildə Cəlilabad rayonu, Ləkin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləmiş, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutul muş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 228.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMin 234.4.3-cü maddəsilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 5 noyabr 2021-ci ildən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elşad Əliyev (sədrl ik edən və məruzəçi), Məhəmməd Bağırov və İsmayıl Əhmədovdan ibarət tərkibdə) 16 mart 2023-cü il tarixli 1(106)-188/2023 nömrəli qərarı ilə məhkum N. İmanovun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şahid1 CM-in 179.2.3, 179.2.4, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-289/2022 saylı, 29 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkum Şahid1 "xxxx" ASC ilə 06 iyul 2020-ci il tarixdə bağladığı əmək müqaviləsinə əsasən cəmiyyətin Cəlilabad rayonu Ləkin kəndində yerləşən anbarına satıcı-anbardar vəzifəsinə işə qəbul edildikdən sonra əmək müqaviləsində qeyd olunan əmək funksiyaları, eləcə də cəmiyyətin direktoru ilə bağladığı eyni tarixli tam maddi məsu liyyət haqqında müqavilə əsasında tam məsuliyyətlə inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işi layiqincə yerinə yetirməyi və heç bir halda idarəyə, müəssisəyə və təşkilata ziyan vurmamağı öhdəsinə götürməklə qeyd olunan vəzifədə işləyərkən tamah niyyəti ilə cəmiyyətə məxsus xeyli miqdarda pul vəsaitini əvəzsiz və qanunsuz olaraq öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmək yolu ilə talamaq qərarına gələrək maddi məsul şəxs olaraq müxtəlif tarixli və nömrəli təhvil-təslim aktları ilə ona etibar edilmiş 15000 kq “Ammofos/Apatit/Phosagro” gübrəsindən 6200 kq satılmış, 8800 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 6960 kq “Bezostaya 100 R1/ Kuban Zerno” buğda toxumundan 2260 kq satılmış, 4700 kq cəmiyyətin digər anbarlarına yerdəyişmə edilmiş, 17 ədəd “KAMP/Azot Minudobreniya 4+1” gübrəsi satılmış, yerdəyişmə edilmiş məhsullar istisna olmaqla satışdan əldə edilmiş ümumilikdə 72308,73 manat pul vəsaitini bütövlükdə "xxxx" QSC-nin bank hesabına köçürməli olduğu halda, həmin məbləğin 42588,24 manat hissəsini cəmiyyətin hesabına mədaxil etsə də, onun maddi məsuliyyətində qalan cəmiyyətə məxsus 29720,49 manat pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmiyyətin bank hesabına köçürməyərək həmin məbləğin 7128,50 manat dəyərində məhsul üzərində qanunsuz sərəncam verməklə, yəni nisyə sataraq, geridə qalan 22591,99 manat hissəsini isə şəxsi ehtiyaclarına xərcləyib qanunsuz və əvəzsiz olaraq mülkiyyətinə keçirməklə ona etibar edilmiş ümumilikdə 29720,49 manat məbləğində nağd pul vəsaitini─ özgə nin əmlakını öz qulluq mövqeyindən istifadə edib zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla israf etmə və mənimsəmə yolu ilə talamışdır. Bundan başqa, o, məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə ümumi təmiz çəkisi 16,84 qram təşkil edən narkotik vasitə olan külli miqdarda heroini və 11,264 qram təşkil edən psixotrop maddə olan külli miqdarda metamfetamini, 01 ədəd 9 mm kalibrli PM modelli, “Makarov” konstruksiyalı, çərçivənin üzərində “ŞX-49.” №-nin siluyetləri olan, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz, atəş üçün yararlı, yivli odlu tapança silahını, 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli makarov konstruksiyalı tapançaların komplekt hissəs i hesab olunan, texniki cəhətdən saz və istifadəyə yararlı darağı, 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan patronları qanunsuz olaraq əldə edib yaşadığı Cəlilabad rayonu Ləkin kəndindəki evə daşıyaraq narkotik vasitəni və psixotrop maddəni özündə olan elektron tərəzidə çəkib 9 bükümdə ayıraraq, şəffaf sellofanlarda qablaşdırmaqla qanunsuz olaraq yaşadığı evdə saxlamış, həmin narkotik vasitədən 1 bükümdə olan 1,375 qramını və həmin psixotrop maddədən 1 bükümdə olan 0,929 qramını 2021-ci ilin oktyabr ayının sonlarında Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində tanışı Təqsirləndirilən şəxs 100 manat müqabilində qanunsuz olaraq sat mışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Şahid1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o özünü yalnız CM-in 228.1-ci maddəsi ilə təqsirli bilir, digər maddələrlə özünü təqsirli bilmir. O ifadəsində göstərmişdir ki, evdən aşkar olunan narkotik vasitə ona məxsus deyildir, Rəşada narkotik vasitə satmamışdır. İbtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edildiyindən, fiziki təzyiqə məruz qaldığından etirafedici ifadələr vermişdir. Həmçinin o, mənimsəmə cinayəti törətməmişdir. Fermerlərə yazığı gəldiyi üçün onlara təxminən 40-50 nəfərə nisyə kübrə satmış, nəticədə 16000 manat borc yaranmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclasında çıxış edərək Apellyasiya məhkəməsi tərəfindən veri lmiş qərarın ədalətli olmasını bildirdi, qərarın dəyişdirilmədən qüvvədə qalmasını və məhkum tərəfindən verilmiş kassasiya şikayətinin əsassız hesab edilməsini, kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu, məhkuma təyin edilmiş cəzanın qanuni və əsaslı olduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasi ya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla ka ssasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum əməllərinin tövsifini və təyin olunmuş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələn dirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plen umunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökm ün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci m addəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işinin materiallarından görünür ki, Şahid1 CM-in 179.2.3, 179.2.4, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkum özünü yalnız CM-in 228.1-ci maddəsi ilə təqsirli bilmi ş, digər maddələrlə təqsirli bilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum yaşadığı evdən aşkar olunan narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, Rəşada heroin və metamfetamin satmaması, Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunması ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma araşdırılmış və prokurorluğun qəbul etdiyi 9 mart 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarının 8-ci bəndinə əsasən Məhkum Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən fiziki və ya psixoloji zorakılığa məruz qalması, narkotik vasitənin və psixotrop maddənin evinə polis əməkdaşları tərəfindən qoyulması faktları öz təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan da m əhkəmə nəzarəti qaydasında təqsirləndirilən şəxs Məhkum və ya onun müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinin və metamfetaminin ona məxsus olmaması, Məhkum tanısa da, ondan hər hansı bir psixotrop maddə və narkotik vasitə almaması, eləcədə Məhkum ifadələrində Təqsirləndirilən şəxs heroin və metamfetamin satmaması, yaşadığı evdə aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olmaması ilə bağlı xüsusatlar «yaşayış yerinə baxış keçirmə və götürmə aparılması», «şəxsi axtarış və götürmə aparılması» haqqında istintaq hərəkətlərinin protokolları, habelə məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Həmçinin, məhkəmə kimyəvi ekspertizasının 6 noyabr 2021-ci il tarix li 19/1111 №li rəyi ilə də təsdiq olunur ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroin və metamfetamin Məhkum evində aşkar olunmuş heroin və metamfetaminlə xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni tərkiblidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs saxlanılarkən ilkin izahatında və müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində üzərində aşkar olunan heroini və metamfetamini məhz Məhkum 100 manat pulun müqabilində aldığını, lakin pulunu sonra verəcəyini, ona borclu qaldığını etiraf etmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki,Məhkum da ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində (cild 2 i.v. 85-89, 144-149) həqiqətən də yaşadığı evdə aşkar olunan külli miqdarda heroinin və metamfetaminin ona məxsus olduğunu, Rəşada 100 manat pulun müqabilində az miqdarda heroin və metamfetamin satdığını, eyni zamanda Ləkin kəndin ərazisində tapdığı silah sürsatı aparıb yaşadığı evin birinci mərtəbəsində gizlətdiyini, tanımadığı şəxslərə də bir neçə dəfə narkotik vasitə satdığını etiraf edərək polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını bildirmişdir. Göründüyü kimi, Şahid1 CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu üzrə tam sübuta yetirilir. Məhkum özünü CM-in 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilməyərək öz mövqeyini onunla əsaslandırmışdır ki, ona tutduğu vəzifəyə görə etibar edilmiş özgə əmlakını fermerlərə yazığı gəldiyi üçün paylamışdır, lakin pulunu almamışdır. Bu faktlar cinayə t işi üzrə toplanmış mötəbər sübutlarla öz təsdiqini tapır. Məhkəmə kollegiyası hesab edir ki, Şahid1 CM-in 179.2.3, 179.2.4, 228.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmiş, birinci və apellyasiya instansiya məhkəmələri qanuni və əsaslı olaraq onu həmin maddələrlə təqsirli bilərək məhkum etmişlər. Şahid1 təqsirli bilinərək məhkum edildiyi heç bir maddə üzrə ona bəraət verilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Şahid1 təqsirli bilindiyi maddələrlə və cəzaların məcmusu üzrə ədalətli cəzalar təyin edilmiş, həmin cəzaların aşağı endirilməsi, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiq edilməsi və ya onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün heç bir faktiki və hüquqi əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyas ı belə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolelgiyasının 1(106)-188/2023 saylı, 16 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-289/2022 saylı, 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2023 -cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar