Məhkəmə qərarları › İş №1(102)-1543/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1543/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1543/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Əleyman Məmməd oğlu Məmmədlinin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-181/2025 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən və Zərərçəkmiş şəxs ASC-in nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Hüseynli) 2 oktyabr 2024-cü il tarixli 1(003)-8/2024 nömrəli hökmü ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsu l vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs ASC-nin Məhkum vurulmuş maddi ziyanın əvəzi olaraq 105.000 manat və dövlət rüsumunun əvəzi olaraq 395 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ASC-yə ödənilməsinə dair mülki iddiası təmin edilməmişdir. İşin halları: İttihama əsasən Məhkum Zərərçəkmiş şəxs ASC-nin idarə heyəti sədrinin 11 iyul 2017-ci il tarixli 479 f-k nömrəli əmri ilə Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsinə təyin edilərək həmin tarixdən 8 yanvar 2021-ci il tarixədək qeyd edilən vəzifədə işləyərkən onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına əsasən, bankın kassasında olan nağd pulun və digər qi ymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun həyata keçirmək, ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək, ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün Bankın nizamnaməsinin tələblərini, reqlamentini və Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək, bankın daxili qaydalarına əsasən, İdarə Heyətinin qəbul etdiyi xidmət böl məsinin mütəxəssislərinin kassa əməliyyatları üzrə hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində əməliyyat planlarını yerinə yetirmək, əməliyyat gününün əvvəlində xidmət bölməsinin 1-ci xəzinə inzibatçısından müvafiq məxaric əməliyyatlarını icra etmək üçün avans şəklində müəyyən məbləğdə vəsait almaq, əməliyyat gününün sonunda avans şəklində alınmış vəsaitin qalığını və digər mədaxil olunan məbləği xidmət bölməsinin 1-ci xəzinə inzibatçısına müvafiq qaydada təhvil vermək, müştərilərin müraciətlərinə əsasən kommunal, büdcə və digər xırda ödənişləri həyata keçirmək, ödəniş terminallarını inkassasiya etmək, təyin edilmiş valyuta məzənnəsinə uyğun olaraq xarici valyutaların mübadiləsini həyata keçirmək, filial üzrə sifariş verilmiş plastik kartları müvafiq şəxslərdən qəbul etmək, müştərilərin müraciətlərinə əsasən POS terminal vasitəsilə nağd vəsaitlərin kassadan məxaric edilməsini həyata keçirmək, müştərilərin müraciətlərinə əsasən onların hesablarına nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını bank əməliyyat sistemində təsdiq etmək, gündəlik fəaliyyəti ilə əlaqədar hazırlamış olduğu bütün sənədləri qovluğa yerləşdirərək müvafiq qaydada arxivləşdirilməsini həyata keçirmək və qovluqların struktur bölmədə təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək, birbaşa rəhbəri, İH sədri tərəfindən verilən, Müşahidə Şurası və bank daxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın əsasnaməsi və fəaliyyətinə dair bank daxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək, əmək müqaviləsi, filialın əsasna məsi, habelə fəaliyyətinə dair digər bank daxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək və əmək müqaviləsi, bankın nizamnaməsi, idarəetmə orqanlarının və ya filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bank daxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni birbaşa tabeçiliyində işlədiyi filial müdirinin yanında nüfuz əldə etmək məqsədilə Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialın müdiri vəzifəsində işləyən X2 göstərişi əsasında Şahid3 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış xx.xx.2020-ci il tarixli ATKE2483268A117 nömrəli kre dit müqaviləsi üzrə verilməli olan 105.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ASC-nin İdarə Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş Zərərçəkmiş şəxs ASC-nin filial və şöbələrində nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması proseduru”na əsasən nağd pulun məxarici pul çekinə və kassa məxaric orderinə əsasən həyata keçirilməli olduğu və həmin sənədlərdə adı göstərilən şəxsə verilməli olduğu halda qeyd olunan tələbləri qəsdən pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin pul vəsaitini 4 avqust 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən filialın kassasından məxaric edərək adına kredit müqaviləsi bağlanması rəsmiləşdirilmiş şəxsə, yəni Şahid3 deyil, filial müdiri Mahir Sultanovun sərəncamına verməsi nəticəsində sonuncu tərəfindən həmin pul vəsaiti şəxsi ehtiyaclarına sərf edilməklə, Zərərçəkmiş şəxs ASC-nin maliyyə ehtiyatlarının qorunub saxlanılması, maliyyə vəsaitlərindən bankın fəaliyyət istiqamətlərinə uyğun, rentabellilik gözlənilməklə istifadə olunması, bununla əlaqədar bank daxili prosedurlara əməl olunmaqla tabelilik münasibətlərində şəxsi maraqlara uyğun davranışa yol verilməməsi ilə əlaqədar fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 28 yanvar 2025-ci il tarixli 1(103)-181/2025 nömrəli qərarı i lə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli 1(003)-8/2024 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Məhkum əməli CM-in 314.2-ci maddəsindən CM-in 314.1-ci maddəsinə tövsif edilmiş və CM-in 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-in nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-181/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-181/ 2025 nömrəli qərarının ləğv edilməsi və Məhkum əməlində cinayət tərkibi və onun hər hansı cinayətdə təqsiri olmadığından cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin cinayət kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq Məhkum əməlinə düzgün qiymət verilməmiş və onun əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, daha ağır cinayət haqqında qanunun tətbiq edilməsi, yəni CM-in 308.2-ci maddəsi ilə təqsirli bil inərək məhkum edilməsi üçün əsaslar olduğu halda məhkəmə Məhkum əməlini əsassız olaraq CM-in 314.1-ci maddəsinə tövsif etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin hökmünün zərərçəkmiş Zərərçəkmiş şəxs ASC-in mülki iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması da əsassız olmuşdur. xx.xx.2019-cu il tarixli 60.000 manat, xx.xx.2019-cu il tarixli 20.000 manat məbləğində kreditlər üzrə vəsaitlər, xx.xx.2019-cu il tarixli 75.000 manat məbləğində kreditin bir hissəsi, xx.xx.2023-cü il tarixli 10.000 manat məbləğində kredit üzrə vəsaitlər kassadan nağdlaşdırılaraq mənimsənilmiş, daha sonra həmin kreditlər üzrə borcun bağlanması üçün Şahid3 adına depozitdən istifadə olunmuş, daha sonra həmin depozit məbləğinin bərpa olunması üçün kassaya saxta mədaxil əməliyyatı təsdiq edilmiş və sonradan kassa üzrə balansı bərpa etmək üçün xx.xx.2020-ci il tarixdə 105000 manat kredit rəsmiləşdirilərək məxaric edilmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlərə əsasən xx.xx.2020-ci il tarixdə, saat 10:36da icra olunmuş təyinatı “117/KADP/00001512 nömrəli depozit müqaviləsinin məbləğinin artırılması: 106356,67 manat məbləğin kassaya mədaxili” olan və həmin tarixdə saat 16:26-da icra olunmuş təyinatı “Kreditin kassada verilməsi ATKE2483268A117” olan əməliyyatları təsdiq edən kassirə məxsus İD ünvanlarının ******* olması və həmin İD ünvanının Məhkum məxsus olması öz təsdiqini tapmışdır. Nəzərə alınmalıdır ki, hazırkı halda imzaların saxtalaşdırılması ilə kredit müqaviləsinin bağlanılması faktiki olaraq kreditor olan kredit təşkilatına zərər vurmur, faktiki olaraq zərər həm in kredit müqaviləsinin predmeti olan pul vəsaitinin kreditor olan kredit təşkilatında olan bank hesabından məxaric edilməsi, yəni həmin pulun bankdan çıxarılmasıdır. Məhkum tərəfindən qanunvericiliyin tələblərinə əsasən hərəkət edilsə və vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsə idi həmin pul vəsaiti bankdan çıxmazdı və banka real olaraq zərər dəyməzdi. Lakin Məhkum məqsədli şəkildə bilərəkdən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə törətdiyi əməl nəticəsində pul vəsaiti hesabına özü və üçüncü şəxs(lər) qanunsuz üstünlük əldə etmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırırıq ki, qanunvericiliyin tələbinə əsasən kassada bank hesabına pul vəsaitinin mədaxil edilməsi əməliyyatı pul vəsaitini bank hesabına mədaxil etmək istəyən şəxsin iştirakı və həmin şəxs tərəfindən pul vəsaitinin kassaya təqdim edilməsi, bank hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatı isə pul vəsaitini məxaric etmək istəyən şəxsin özü və ya həmin şəxsin müvafiq etibarnamə əsasında müvəkkil etdiyi digər şəxsin iştirakı ilə müvafiq kassa sənədinin (kassa mədaxil orderinin, ödəniş tapşırığının, pul çekinin və ya kassa məxaric orderinin) rəsmiləşdirilməsi yolu ilə aparıla bilər və pul vəsaiti həmin kassa sənədinə əsasən pul vəsaitini təqdim edən şəxs tərəfindən kassaya qəbul edilməli və müvafiq kassa sənədinə əsasən pul vəsaiti verilməli olan şəxsə verilməlidir. Hamıya bəlli olduğu kimi, qanunvericiliyin tələbi Məhkum da məlumdur. Bu səbəbdən kassada bank hesabına pul vəsaitini hesaba mədaxil etmək istəyən şəxsin iştirak olmadan və faktiki olaraq pul vəsaiti təqdim edilmədən bank hesabına pul vəsaitinin mədaxil əməliyyatının aparılmasını, bank hesabından pul vəsaitini bank hesabından məxaric etmək istəyən şəxsin özünün və ya həmin şəxs tərəfindən müvafiq etibarnamə əsasında müvəkkil edilən digər şəxsin iştirakı olmadan Məhkum tərəfindən bank hesabından pul vəsaitinin məxaric edilməsi əməliyyatının aparılmasın səhlənkarlıqla əlaqələndirilməsi və həmin əməlin ehtiyatsızlıqdan törədilməsi kimi qiymətləndirilməsi ağlabatan və əsaslı deyil, yalnışdır. Mülki iddiaya münasibətdə apellyasiya instansiyası məhkəməsinin də mövqeyi və gəldiyi nəticə ilə razılaşdığı birinci instansiya məhkəməsi CPM-in 181.1-ci maddəsinə əsasən iki halın olduğunu, ziyanın bilavasitə cinayət qanunu il nəzərdə tutulmuş əməllə vurulmuş hesab olunmasını isə aşağıdakı halda mümkün olduğunu qeyd edir: “Qeyd olunan normaların mənasına görə, maddi tərkibli cinayətlərin törədilməsi nəticəsində zərər çəkmiş fiziki və ya hüquqi şəxsə maddi ziyanın vurulması barədə nəticə təqsirkara qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamda da əksini tapmalı, məhkəmə isə həmin ittihamdan kənara çıxmamaq şərti ilə, iş üzrə mülki iddia verildikdə, həmin iddianı ittihamda göstərilən həcmdə təmin etməlidir”. Ziyan bilavasitə vəzifəli şəxs kimi Məhkum tərəfindən törədilmiş cinayət əməli nəticəsində dəymiş olsa da, məhkəmə bu hissəyə qiymət vermədən CPM-in 181.1.2, 181.2 və 181.3-cü maddələrinin şərhinə keçmiş v bu halların törədilmiş əməllə mövcud olmadığı qənaətinə gələrək mülki iddianı rədd etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq kassator hesab edir ki, apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları hərtərəfli öyrənilməmiş, sübutlara və cinayət əməlinə düzgün qiymət verilməmiş və cinayət hüquq norması düzgün seçilməmişdir. Bu səbəbdən apellyasiya instansiyasının cinayət kollegiyasının hal-hazırda mübahisələndirilən qərarı ləğv edilməli və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum irəli sürülən ittihamlar heç bir mötəbər sübutla təsdiq olunmayıb. Həm ibtidai istintaqda, həm də məhkəmədə cinayət təqibi ilə bağlı hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, onun əməllərində ittiham edildiyi cinayətlərin əlamətlərinin olması, ümumiyyətlə onun təqsirli olması sübuta yetirilməmişdi r. Onun təqsirsiz olmasına dəlalət edən birbaşa sübutlar olmasına baxmayaraq törətmədiyi və sübuta yetirilməyən cinayətə görə cəza verilərək, qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi də işə qərəzli və qeyri-obyektiv yanaşaraq, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan apellyasiya şikayətində qeyd edilən dəlillərə ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə cinayət prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq birinci instansiya məhkəməsinin hökmünə qısaca istinad etməklə, işin faktiki hallarını, apellyasiya şikayətinin dəlillərini isə araşdırmadan onlara heç bir hüquqi qiymət vermədən, apellyasiya şikayətinin dəlillərində göstərilən faktların cinayət işinin materialları ilə təkzi b olunmasını heç bir formada əsaslandırmadan düzgün olmayan nəticəyə gələrək qanunsuz və əsassız qərar qəbul etməklə Məhkum ədalətli məhkəmə araşdırılması hüququnu və digər konstitusiya hüquqlarını pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü eyni ilə öz qərarında göstərib. Qərarda apellyasiya şikayətinin təmin olunmaması ilə bağlı hər hansı əsaslı mövqe göstərməyib. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə tam şəkildə qiymət verməmiş, yalnız həmin dəlillərin birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsas ola bilməyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassas iya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya proses sual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyinə baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinərək qərar çıxarılmışdır. Belə ki, kassasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi bu cinayət işinə baxarkən cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi baxımından yanaşmamış, təqsirləndirilən şəxs Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsini, gətirdiyi dəlilləri deyil, ibtidai istintaq zamanı işin halları ilə ziddiy yət təşkil edən, şübhəli və heç bir əsası olmayan ifadələri, həmçinin iş üzrə digər dəlillər və sübutlar üzrə hökm və qərar qəbul edərək əsaslandırmağa çalışmışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-in nümayəndəsinin kassasiya şikayətinin əsas dəlili isə ondan ibarətdir ki, məhkəmə tərəfindən məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə tövsif edilməsi, habelə Zərərçəkmiş şəxs ASC-in məhkuma qarşı mülki iddiasının təmin edilməməsi əsassız olmuş və qanun tələblərinə uyğun gəlmir. Belə ki, kassator hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsinin tərkib əlamətləri mövcüd olduğundan onun törətdiyi əməl həmin maddə ilə tövsif edilməlidir. Məhkumun cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs ASCyə vurulmuş 105.000 manat miqdarınd a maddi ziyan vurulmuşdur. Ona görə də Zərərçəkmiş şəxs ASC-in mülki iddiası tam təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tut ulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab e dilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkum özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin etməl idir. Lakin apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmayaraq məhkumun əməlini CM-in 314.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı hesab edərək qərar qəbul etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, həmin sübutlarla müəyyən olunur ki, 04 avqust 2020-ci il tarixdə Z ərərçəkmiş şəxs ASC-in Xəzər filialında bankın müştərisi Şahid3 adına 105.000 manat məbləğində ATKE2483268A117 nömrəli kredit müqaviləsi rəsmiləşdirilmiş və həmin gün bank filialının xəzinəsindən 105.000 manat pul məxaric edilmişdir. Lakin Şahid3 bu müqavilənin bağlanmasından xəbəri olmamış, o, həmin müqaviləni imzalamamış və kredit müqaviləsinə əsasən bank filialından 105.000 manat məbləğində pulu almamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, Şahid3 adına 105.000 manat məbləğində ATKE2483268A117 nömrəli kredit müqaviləsi bank filialının kredit üzrə mütəxəssisi Şahid2 Mirqalib oğlu tərəfindən filial müdiri Mahir Sultanovun göstərişi ilə müştəri Şahid3 filialda olmadığı halda tərtib edilmiş və həmin sənəd M. Sultanova təqdim olunmuşdur. Kassadan pulun məxaric edilməsi əməliyyatı isə bank ın elektron sistemində filialın kassa üzrə mütəxəssisi Məhkum adına olan “User İD” ilə təsdiqlənmişdir. Bu hallar cinayət işinin mübahisəsiz faktlarıdır. İşdə olan müstəntiqin sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərarından göründüyü kimi, istintaq belə nəticəyə gəlmişdir ki, Şahid3 adına 105.000 manat məbləğində ATKE2483268A117 nömrəli kredit müqaviləsi üzrə bank filialının xəzinəsindən məxaric olunmuş vəsait Zərərçəkmiş şəxs ASC-nin Xəzər filialının müdiri X6 tərəfindən öz xidməti səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilmişdir. X6 cinayət törətdikdən sonra vəfat etdiyinə görə, onun barəsində həmin və digər epizodlar üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Müdafiəçi kassasiya şikayəti ndə yuxarıda göstərilən faktiki halları mübahisələndirmir. Müdafiə tərəfinin məhkumun təqsirsizliyi ilə bağlı irəli sürdüyü əsas dəlillər ondan ibarətdir ki, Şahid3 adına rəsmiləşdirilmiş 105.000 manat məbləğində ATKE2483268A117 nömrəli kredit müqaviləsindən məhkumun xəbərdar olmamışdır. Bankın elektron sistemində həmin məbləğin kassadan məxaric edilməsi əməliyyatı məhkuma məxsus istifadəçi identifikatoru (İD) ilə təsdiqlənsə də, bu əməliyyatın bilavasitə məhkum tərəfindən həyata keçirilməsi mötəbər sübutlarla təsdiqini tapmamışdır. Müdafiəçi hesab edir ki, məhkəmələr bankın elektron sistemində bu əməliyyatın digər şəxslər tərəfindən də həyata keçirilməsinin mümkünlüyünü nəzərə almamış və bu istiqamətdə zəruri araşdırma aparmadan məhkumun təqsiri barədə əsassız nəticəyə gəlmişlər. Məhkəm ə kollegiyası kassasiya şikayətinin bu dəlilləri aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, Məhkum Şahid3 adına rəsmiləşdirilmiş ATKE2483268A117 nömrəli kredit müqaviləsi əsasında 04 avqust 2020-ci il tarixdə bank filialının xəzinəsindən 105.000 manat məbləğində pulun məxaric edilməsi əməliyyatının elektron sistemdə onun adından digər şəxs tərəfindən həyata keçirilməsini ehtimal etsə də, bu fərziyyə iş üzrə toplanmış sübutlarla təkzib olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi Ü.Ə.Nəbizadə və şahid İ.V.Xasiyev ifadələrində bildirmişlər ki, bankın elektron sistemində istənilən əməliyyatın təsdiqlənməsi yalnız həmin əməliyyatı həyata keçirən əməkdaşın şəxsi parolu vasitəsilə mümkündür. İşçinin parolunun digər əməkdaşlar tərəfindən öyrənilmə si mümkün deyil və parol təlimata əsasən müəyyən müddətdən bir məcburi qaydada dəyişdirilir. Həmçinin, daxili qaydalara görə, hər bir əməkdaş öz parolunun məxfiliyini qorumağa və onu üçüncü şəxslərə açıqlamamağa borcludur. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsinin kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifinə dair irəli sürülmüş dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, nə istintaq orqanı, nə də məhkəmələr tərəfindən Məhkum bank filialının müdiri M.Sultanovla əlbir şəkildə hərəkət etməsi müəyyən edilməmişdir. Məhkum öz xidməti vəzifələrini M.Sultanova qanunsuz üstünlük qazandırmaq - yəni kredit kimi bankın xəzinəsindən məxaric edilmiş pul vəsaitinin onun tərəfindən mənimsənilməsinə şərait yaratmaq məqsədilə pozması barədə sübutlar cinayət işində mövc ud deyil. İstintaq orqanının bu barədə gəldiyi nəticə ehtimal xarakteri daşıyır və sübutlarla təsdiq olunmur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr işin faktiki halları və oxşar əməlləri törətmiş bank əməkdaşı X1 əməlinin hüquqi tövsifinə dair Ali Məhkəmənin Cinayət kollegiyasının hüquqi mövqeyini nəzərə alıb (müvafiq prosessual sənəd işə əlavə edilmişdir), əsaslı olaraq belə nəticəyə gəlmişlər ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 308-ci maddəsində nəzərdə tutulmuş vəzifə səlahiyyətlərindən suiistifadə əlamətləri sübuta yetmir. Onun əməli səhlənkarlıq kimi qiymətləndirilməli və CM-in 314-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmələr çıxardıqları hökm və qərarlarda məhkumun əməlinin hüquqi tövsifinə dair məsələləri hərtərəfli və əsaslandırılmış şəkildə araşd ırmışlar. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu istiqamətdə mövqeyi ilə razılaşır və həmin məsələyə hazırkı qərarda əlavə şərh verilməsinə ehtiyac görmür. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altı na almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassa siya şikayətlərinin dəlilləri əsassızdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar cəzanın təyin edilməməsi əsaslı və CM-in 75.1.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ASC-in kassasiya şikayətinin dəlillərdən biri – mülki iddianın təmin edilməməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Reapublikası CPM-in 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə i craatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CinayətProsessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən əmlaka vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 181.2. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Yuxarıda qeyd edildiyi kimi cinayət işinin materiallarından görünür k i, birinci instansiya məhkəməsi cinayət işi toplanmış sübutlarla E.E.X5 istər qabaqcadan əlbir olaraq, istərsə də başqa qisimdə (köməkçi, təhrikçi və ya təşkilatçı qismində) 105.000 manat məbləğində pul vəsaitinin mənimsənilməsində iştirak etməsi, yaxud özünün bu məbləğin hər hansı hissəsini mənimsəməsi, digər tərəfdən isə onun törətdiyi əməllə əlaqədar CPM-in 181.3-cü maddəsində sadalanan halların baş verməsini müəyyən etməmişdir. Belə olan halda, Mahir Sultanov tərəfindən mənimsənilmiş qeyd olunan məbləğdə ziyanın Məhkum tutulması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mülki iddia ilə bağlı gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-181/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRAR A ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli 1(103)-181/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar