Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1544/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Mahmud Ağalarov, hakimlər Siyavuş Hacıyev və Rahib Salmanov) 12 yanvar 2022-ci il tarixli, 1(101)-259/2022 nömrəli hökmü ilə xx xxxxxx 1964-cü il tarixdə Ağcabədi rayonu, Boyad kəndində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də müvəqqəti qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. Cəzasını cid di rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 mart 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 14 mart 2021-ci il tarixdə, saat 17 radələrində oğlu Şahid3 evlənməsi münasibəti ilə ailə üzvləri və yaxın qohumlarının, eyni zamanda hamilə vəziyyətdə döyüb təhqir etdiyinə görə küsüb evinə gəlmiş qızı Günay Mirzəyeva və onunla xx.xx.2019-cu ildən rəsmi nikahda olan kürəkəni Zərərçəkmiş şəxs iştirakı ilə pandemiya ilə bağlı kirayədə yaşadığı ünvan 1 ünvanda keçirdiyi məclisdə kürəkəni Zərərçəkmiş şəxs onunla evlərinə getməsi ilə bağlı Günay Mirzəyevaya etdiyi təkliflərini sonuncu rədd etdiyinə görə qızı Günay Mirzəyeva ilə dəfələrlə bu zəmində uca səslə mübahisə etdiyini və məcl is iştirakçılarının bundan narahat olduqlarını görüb Zərərçəkmiş şəxs kənara çəkərək etdiyi hərəkətlərin düzgün olmadığını, qonaqlardan ayıb olduğunu, Günayı aparması ilə bağlı söhbəti sonraya saxlamasını deyərək onu sakitləşdirmək istəməsinə baxmayaraq kürəkəni Zərərçəkmiş şəxs nümayişkaranə şəkildə qızı Günay Mirzəyeva ilə mübahisələrini davam etdirmiş, həmin gün saat 20 radələrində yuxarıda göstərilən ünvanda Zərərçəkmiş şəxs yenə də öz hərəkətlərindən əl çəkməyib qızı Günay Mirzəyevanın, eləcə də digər ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etməsini görüb, bundan əsəbləşərək Zərərçəkmiş şəxs qəsdən öldürməklə qisas almaq qərarına gəlmiş və bu məqsədlə mətbəx otağına keçib, oradakı soyuq silah hesab olunmayan məişət təyinatlı bıçağı götürərək əynindəki şalvarı nın ön sol çibinə qoyub sonuncudan qisas almaq niyyəti ilə qəsdən öldürməyə əlverişli məqam gözləmiş, cinayətkar niyyətini həyata keçirməyə maneçilik törədə biləcək hər hansı kənar təsirin olmadığına əmin olduqdan sonra həmin vaxt evin dəhlizində olan Zərərçəkmiş şəxs arxa sağ yan tərəfdən yaxınlaşaraq, əvvəlcədən hazırlayıb şalvarının ön sol cibinə qoyduğu bıçağı sol əli ilə çıxarıb onun sağ boyun nahiyəsindən bir dəfə bıçaqla vurmaqla kəskin qanitirmə nəticəsində sonuncunun ölümünə səbəb olmuş, boyun kökünün sağ-yan səthində sağ xarici yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasından ibarət, həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zəki Babayev (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Ziya Şirinov) 12 aprel 2022-ci il tarixli, 1(103)-750/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən onun ilk məhkumluğunu, törətdiyi əməldən peşman olması, birinci Q arabağ müharibəsi iştirakçısı olması, iki dəfə infarkt keçirdiyi, 58 yaşında olmasını nəzərə almamışdır. Məhkum həmçinin mərhum Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını, sadəcə təhqir ifadələri işlətdiyinə görə ona yüngül əvəz vermək istədiyi, mərhumu öldürmək niyyəti olduğu halda ona bir neçə bıçaq zərbəsi vurmaq imkanı olduğu, lakin bunu etmədiyini, əksinə ona yardım etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməli nə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətində məhkumun əməlinin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassasiya şikayətində Məhkum ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kolleg iyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaş dıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında ” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törəməsi və könüllü gəlib təqsirini boynuna alması kimi Azərbaycan Respublikası CM-in 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmiş və nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun törətdiyi cin ayətin xarakteri, ağırlığı və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar müəyyən etmədiyindən birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq nəticəyə gəlir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər riayət edilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qan unçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ict imai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassızdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1544/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1544/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver