Məhkəmə qərarları › İş №1(102)-1544/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1544/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1544/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun, zərərçəkmiş şəxs 2nun, zərərçəkmiş hüquqi şəxs “XXX” MMC-nin nümayəndəsi Hacıyev Emin Nazim oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olan, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 mart 2022-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2 və 1931.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 aprel 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxış ına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum tamah niyyəti ilə tanışı Neftçala rayonunun sakini zərərçəkmiş şəxs 1nun Bakı şəhərində daşınmaz əmlak satın almaq istəyən real alıcı olduğunu bildiyi üçün zərərçəkmiş şəxsə məxsus əmlakı aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, sonuncuya Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən və rəhbəri ilə yaxın münasibəti olduğu “XXXX” MTK-a məxsus tikilməkdə olan çoxmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzili göstərib sahəsinin 138 kv.m. olduğunu bildirməklə, tanışlıq münasibətlərinə görə 1 kv.m. üçün 450 manat, cəmi 55.200 manat pul qarşılığında zərərçəkmiş şəxs 1 arvadı şahid 1 adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldatmaqla, aralarında ya ranmış münasibətlərə görə ona olan inam və etimadından istifadə edərək, zərərçəkmiş şəxs 1-dən mənzilin dəyəri kimi MTK-a ödəmək adı ilə 2010-cu ilin iyul ayının sonlarında x ünvanında 55.200 manat pulu alıb 30.07.2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə təqdim etməklə aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş şəxs 1 külli miqdarda ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, o, eyni məqsədlə tanışı zərərçəkmiş şəxs 2nun daşınmaz əmlakını girov qoyub bankdan kredit götürmək istədiyini bildiyi üçün zərərçəkmiş şəxsə məxsus əmlakı aldatma yolu ilə vahid qəsdlə ələ keçirmək qərarına gələrək, kredit götürməsi üçün sonuncuya köməklik edəcəyinə dair yalandan vəd verib aldatmaqla, eləcə də aralarında yaranmış “kirvəlik” münasibətlərinə görə ona olan inam və etimadından istifadə edərək, guya zərərçəkmiş şəxs 2 bank, dövlət qurumları qarşısında təmsil etmək üçün 05.10.2007ci il tarixdə 001011000764-06101-083002 reyestr nömrəli, 110784077 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 48.4 kv.m. və 05.10.2007-ci il tarixdə 001011000764-06101-083001 reyestr nömrəli, 110784072 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 22.6 kv.m. ölçüdə hissələrdən ibarət x nömrəli binanın yarımzirzəmisində yerləşən dəyəri həmin dövrün rəsmi valyuta məzənnəsinə uyğun olaraq 200.000 manat olan qeyri yaşayış obyektinə dair etibarnamənin verilməsinin zəruri olduğunu bildirməklə sonuncunun inamını qazanıb 23.04.2010-cu il tarixdə onun törətdiyi cinayətdən xəbərsiz olan tanışı şahid 2 adına 7E-2775 və 7E-2774 nömr əli baş etibarnamə almağa nail olduqdan sonra zərərçəkmiş şəxs 2 razılığı olmadan 23.07.2010-cu il tarixdə həmin etibarnamədən istifadə etməklə Bakı şəhəri 41 saylı Notarius ofisində şahid 3 və şahid 4 arasında 0216126 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasını təşkil edib həmin əmlakı şahidə olan borcunun qarşılığında sonuncuya vermiş, lakin həmin faktın zərərçəkmiş şəxs2 tərəfindən kəskin narazılıqla qarşılandığını və daşınmaz əmlaka başqa şəxslərin şərik olduğunu görüb geri qaytarılmasımnı təmin etməklə, zərərçəkmiş şəxs2də ona qarşı bir daha inam və etibar qazanıb həmin dəyərdə olan sonuncuya məxsus x nömrəli ünvanda yerləşən 200.000 manat dəyərində daşınmaz əmlakların şahidə verilməsi qarşılığında zərərçəkmiş şəxs2 113.000 manat, həmin dövrün valyuta məzənnəsinə uy ğun olaraq 144.000 ABŞ dolları vermək öhdəliyini götürüb həmin pulu vermək niyyəti olmadan aldatmaqla, 03.06.2014-cü il tarixdə Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 4B ünvanında yerləşən Bakı şəhəri 44 saylı Notarius ofisində x nömrəli binada ümumi sahəsi 43 kv.m. olan 2 nömrəli mənzil və həmin binanın yarımzirzəmisində yerləşən 56.2 kv.m. əsas sahədən, 50.4 kv.m. köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi barədə sonuncunun arvadı şahid6 və şahid3 arvadı şahid 7 arasında müvafiq olaraq 03.06.2014-cü il tarixli AN-1№ 0394611 qeydiyyat nömrəli və 03.06.2014-cü il tarixli AN-1№ 0394612 qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaqla, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs 2na külli miqdarda ziyan vurub 200.000 manat dəyərində x nömrəli binada ümumi sahəsi 43 k v.m. olan 2 nömrəli mənzilini, həmin binanın yarımzirzəmisində yerləşən 56.2 kv.m. əsas sahədən, 50.4 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini və həmin əmlaklara olan hüquqlarını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, tamah niyyəti ilə təqsirləndirilən şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə, yəni dələduzluq yolu ilə ələ keçirmək məqsədilə, əvvəlcədən hazırladıqları cinayətkar plana uyğun olaraq 2017-ci ilin oktyabr ayında Bakı şəhəri, Xətai rayonu, “Ağ şəhər” yaşayış massivi, “1-ci Yaşıl ada” küçəsində tanışı şahid 8 vasitəsi ilə şahid 9 və “XXX” MMC-nin sabiq direktoru ilə görüşüb özünü iş adamı kimi təqdim etməklə, həmin şəxslərin etibarını qazanıb, cinayətkar qrupun üzvü t əqsirləndirilən şəx tərəfindən 21.08.2017-ci il tarixdə Saatlı rayon sakini şahid 10 adına təsis edilən, 21.08.2017-ci il tarixli əmrlə direktoru təyin edildiyi X nömrəli VÖEN-lə fəaliyyət göstərən “XXXX” MMC və 23.06.2017-ci il tarixdə Saatlı rayon sakini şahid11 adına təsis edilən, 05.07.2017-ci il tarixli əmrlə direktoru təyin edildiyi, 6701012251 nömrəli VÖEN-lə fəaliyyət göstərən “XX2” MMC-nin özünə məxsus olduğunu, hər hansı xidmət göstərmək niyyəti olmadan Xəzər dənizində yerləşən “Günəşli” neft yatağında 7A saylı platformanın tikintisində mühəndislik xidmətləri göstərə biləcəyini deyib həmin cəmiyyətlərə məxsus bank hesablarını verməklə, yerinə yetiriləcək işləri birlikdə müzakirə edib sifariş üçün müqavilə layihələrinin hazırlaması və görüləcək işlərin sürətləndirilməsi məqsədi ilə qabaqcadan ödənişin həyata keçirilməsinə “XXX” MMC-nin sabiq direktorunu inandırmaqla aldadıb etibarını qazandıqdan sonra, sonuncu tərəfindən X nömrəli VÖEN-lə fəaliyyət göstərən və 15.03.2013-cü il tarixdə dövlət qeydiyyata alınmış “XXX” MMC-nin “Rabitəbank” ASC-dəki X nömrəli hesabından 30.10.2017-ci il tarixdə “XX2” MMC-nin “Günay Bank” ASC-nin 3 saylı filialındakı X nömrəli hesabına 115.000 manat, eyni tarixdə “XXX” MMC-nin həmin filialdakı X nömrəli hesabına 95.000 manat, cəmi 210.000 manat pul vəsaitinin ödənilməsinə nail olaraq vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə “XXX” MMC-nin külli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmiş, bundan sonra, o, təqsirləndirilən şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qism ində cinayət yolu ilə, yəni dələduzluqla əldə edildiyini bilə-bilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə “Günay Bank” ASC-nin 3 saylı filialındakı “XXX” MMC-nin nömrəli hesabına köçürülmüş və köçürmə rüsumları çıxıldıqdan sonra qalan 114.770 manat pulu əvvəlcədən cinayətkar qrupun üzvləri ilə birlikdə hazırladıqları plana uyğun olaraq 31.10.2017-ci il tarixdə cinayətkar qrupun üzvü təqsirləndirilən şəxs vasitəsilə sonuncunun 03.10.2017-ci il tarixli əmrlə direktoru olduğu, 6701033911 nömrəli VÖEN-lə fəaliyyət göstərən 13.09.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış “XXX3” MMC-nin “Nikoil İKB” ASC-nin 5 saylı filialındakı X nömrəli hesabına köçürtmüş, həmin hesaba digər Cəmiyyətlərdən daxil olmuş pullarla birlikdə, cəmi 238.782,89 manat məbləğində pul vəsaitini ABŞ dollarına konvertasiya etdirməklə ümumilikdə140.220 ABŞ dollarını həmin tarixdə “XXX3” MMC-nin “Nikoil İKB” ASC-nin 5 saylı filialındakı ABŞ dolları ilə olanX nömrəli hesabına, oradan isə 31.10.2017-ci il tarixdə “İstanbul Ticaret Sicili Memurluğun”da 13.03.2017-ci il tarixdə qeydiyyata alınmış “X Şirketi”nin Türkiyə Respublikası, İstanbul şəhərində yerləşən “Albaraka Türk Participation Bank”dakı X nömrəli hesabına köçürmüş, habelə “Günay Bank” ASC-nin 3 saylı filialındakı “XX2” MMC-nin X nömrəli hesabına köçürülmüş və köçürmə rüsumları çıxıldıqdan sonra qalan 94.810 manat pulu 31.10.2017-ci il tarixdə cinayətkar qrupun üzvü təqsirləndirilən şəxs vasitəsilə “XXX3” MMC-nin “Nikoil İKB” ASC-nin 5 saylı filialındakı X nömrəli hesabına köçürtmüş, həmin hesaba digər Cəmiyyətlərdən daxil olmuş pullarla birlikdə, cəmi 237.657,73 manat məbləğində pul vəsaitini ABŞ dollarına konversiya etdirməklə ümumilikdə 139.355 ABŞ dollarını həmin tarixdə “XXXX MMC-nin “Nikoil İKB” ASC-nin 5 saylı filialındakı ABŞ dolları ilə olan X nömrəli hesabına, 01.11.2017-ci il tarixdə isə təqsirləndirilən şəxs2 vasitəsilə Türkiyə Respublikası, İstanbul şəhərində yerləşən “Albaraka Türk Participation Bank”dakı X Sirketi”nin “Albaraka Türk Participation Bank”dakı X nömrəli hesabına köçürmüş, lakin köçürülmüş həmin pul vəsaitindən köçürmə rüsumları çıxılmaqla qalan 138.664 ABŞ dolları məbləğində hissəsi 08.12.2017-ci il tarixdə istintaqa məlum olmayan səbəbdən “Nikoil İKB” ASC-nin 5 saylı filialındakı “XXX3” MMC-nin X nömrəli hesabına geri qaytarıldıqdan sonra qrup üzvü təqsirləndirilən şəxs hə min pul vəsaitini Azərbaycan manatına konversiya etdirməklə, cəmi 235.451,77 manat məbləğində pulu həmin tarixdə “XXX3” MMC-nin “Nikoil İKB” ASC-nin 5 saylı filialındakı X nömrəli hesabına köçürmüş, həmin hesabdakı digər pul vəsaitləri ilə birlikdə, 08.12.2017-ci il tarixdə sonuncuya məxsus olan X nömrəli VÖEN-lə fəaliyyət göstərən və 09.08.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış “XXX” MMC-nin “Günay Bank” ASC-nin 3 saylı filialındakı X nömrəli hesabına 209.944 manat, X nömrəli VOEN-lə fəaliyyət göstərən və 09.08.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Y1” MMC-nin “Günay Bank” ASC-nin 3 saylı filialındakı X nömrəli hesabına 25.260 manat, 22.12.2017-ci il tarixdə X nömrəli VÖEN-lə fəaliyyət göstərən və 09.08.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış “YYY” MMC-nin “Bank B TB” ASC-nin Səbail filialındakı X nömrəli hesabına 6.871 manat olmaqla köçürtmüş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək cinayətkar qrupun üzvü təqsirləndirilən şəxs2 vasitəsilə “Y1” MMC-nin “Günay Bank” ASC-nin 3 saylı filialındakı X nömrəli hesabında olan 209.944 manat pulu, həmin hesaba digər Cəmiyyətlərdən daxil olmuş pul vəsaitləri ilə birlikdə ABŞ dollarına konversiya etdirməklə, cəmi 226.191 ABŞ dolları pulu “Y1” MMC-nin “Günay Bank” ASC-nin 3 saylı filialındakı ABŞ dolları ilə olan X nömrəli hesabına, oradan isə 08.12.2017-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Y” şirkətinin “Türkiyə Finans Katilim Bankası A.S.”dəki X nömrəli hesabına, “Y1” MMC-nin “Günay Bank” ASC-nin 3 saylı filialındakı X nömrəli hesabına köçürülmüş 25.260 ma nat məbləğində pul vəsaitini isə həmin hesaba digər Cəmiyyətlərdən daxil olmuş pullarla birlikdə cəmi 135.991,001 manat pulu ABŞ dollarına konversiya etdirməklə, cəmi 79.750 ABŞ dollarını “Y1” MMC-nin “Günay Bank” ASC-nin 3 saylı filialındakı ABŞ dolları ilə olan X nömrəli hesabına, oradan isə 14.12.2017-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “X2” şirkətinin “Türkiyə Finans Katilim Bankası A.S.”-dəki X saylı hesabına köçürülməsini təmin edib qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət yolu ilə əldə etdiyi külli miqdarda, cəmi 210.000 manat məbləğində pul vəsaitlərini konversiya və köçürmə yolu ilə maliyyə əməliyyatları həyata keçirməklə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə vahid niyyətlə leqallaşdırmışdır.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1( 101)-942/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 178.3.2 və 193-1.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 193-1.3.2-ci maddəsi ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü ma ddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirməklə qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 mart 2021-ci il tarixdən hesablanması, iş üzrə mülki iddiaçı “XXX” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsinin təmin edilməsi və mülki cavabdeh Məhkumdan vurulmuş maddi ziyana görə 210.000 (iki yüz on min) manat və dövlət rüsumu kimi ödənilmiş 500 (beş) manat olmaqla, cəmi 210.500 (iki yüz on min beş yüz) manat məbləğində pulun tutularaq mülki iddiaçı “XXX” Məhdud Məsul iyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs və müdafiəçisi Tağıyev Rəşad Pərviz oğlu apellyasiya şikayətləri verib, hökmün ləğv edilməsi, Məhkum barəsində bəraət hökmü çıxarılması və mülki iddiaçı “XXX” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki iddiasının rədd edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-942/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışd ır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayəti və ona əlavədə qeyd olunmuşdur ki, məhkəmə istintaqı səthi, formal keçirilmiş, heç bir araşdırma aparılmamış, onun heç bir vəsatətinə baxılmamış, cinayət-prosessual qanunvericiliyin müddəaları kobud şəkildə pozulmuşdur. Bundan başqa, zərərçəkmiş şəxs qismində tanınmış zərərçəkmiş şəxs 1 və zərərçəkmiş şəxs 2 notarial qaydada ərizələr təqdim edərək, ona qarşı heç bir maddi və mənəvi zərərlə bağlı şikayətləri olmadığını, onlara vurulmuş maddi ziyanın tam ödənildiyini bildirmişlər. Qeyd etdiklərinə əsaslanaraq, təyin olunan cəzanın müəyyən hissəsini çəkməsini və xəstəliyini nəzərə a lmaqla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsi, barəsində Azərbaycan Respublikası CMnin 73-1-ci maddəsini tətbiq etməklə çəkdiyi cəza ilə kifayətlənilməsi və onun məhkəmə iclas zalından azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə və ona əlavəyə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minm iş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətb iq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində cinayət işi üzrə toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini iddia etsə də, daha sonra təqdim etdiyi kassasiya şikayətinə əlavədə zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödədiyini və onlarla barışıq ə ldə etdiyini, bu səbəbdən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli olduğunu iddia etmiş, digər təqsirli bilindiyi maddə üzrə çəkdiyi cəzanı nəzərə almaqla cəza çəkməkdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, bununla da Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən normalara əsaslanmışdır.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2023 nömrəli, 28 mart 2023-cü il t arixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət işi üzrə zərərçəkmiş şəxs 2nun və zərərçəkmiş şəxs 1nun 03 sentyabr 2024-cü il tarixdə təqdim etdikləri notarial qaydada təsdiq edilmiş ərizələrdən müəyyən edilir ki, zərərçəkmiş şəxslər Məhkum tərəfindən onlara vurulmuş maddi ziyanın tam ödənildiyini bildirməklə məhkuma qarşı hər hansı şikayət, iddia və tələblərinin olmadığına dair barışıq əldə etmişlər.

18. Lakin məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən həmin ərizələr məhkum edilmiş şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsas kimi qəbul edilə bilməz.

19. Belə ki, Azərbaycan Respublikası CM-nin 73-1.3-cü maddəsinə əsasən bu Mə cəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

20. Təqdim edilən ərizələrin tarixindən görünür ki, Məhkum ilə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs 2 və zərərçəkmiş şəxs 1 arasında vurulmuş maddi ziyanın tam ödənilməsi və barışıq əldə edilməsinə dair razılıq apellyasiya instansiyası məhkəməsinin müvafiq qərarı qəbul edildikdən sonra, yəni məhkəmə istintaqı başa çatdıqdan və məhkum barəsində çıxarılan hökm qanuni qüvvəsini aldıqdan sonra əldə edilmişdir.

21. Qeyd edilən ərizələr ilk dəfə cinayət işinə kassasiya instansiyası məhkəməsinə baxılarkə n təqdim edilmiş, bununla belə cinayət məsuliyyətindən azad edilməsinə imkan verən Cinayət Məcəlləsinin yuxarıda istinad edilmiş maddi normasının tələblərinə tam riayət olunmamışdır.

22. Belə ki, həmin maddi normanın tətbiqi üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi ilə yanaşı, əlavə olaraq cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə əlavə ödəniş edilməsi imperativ şərtdir. Yəni cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarı məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə ödənilmiş maddi ziyan məbləğindən əlavə olaraq dövlət nəfinə ödənilməlidir. Lakin cinayət qanunu normasının bu tələbinin məhkum tərəfindən icra edilməsini təsdiqləyən hər hansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir.

23. Həmçinin məhkəmə kollegiyası onu da nəzə rə almışdır ki, həmin normanın tətbiq olunması ilə bağlı cinayət məsuliyyətindən azad etmə bir vəzifə kimi deyil, hüquq olaraq müəyyən edilmişdir. Yəni işə baxan məhkəmənin səlahiyyətində olmaqla, imperativ norma deyildir.

24. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları Azərbaycan Respublikası CPM-nin 419.1 və 419.11-ci maddələri ilə müəyyən edilir. Həmin hüquq normalarında təsbit edilmiş imperativ şərtə görə, kassasiya baxışının hədləri cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqi məsələlərinin araşdırılması ilə məhduddur. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları təkrar araşdırılmır, bu səbəbdən mövcud sübutların yenidən qiymətləndirilməsi, eləcə də yeni sübutların təqdim edilməsi yolverilməzdir.

25. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi prosessual cinayət-hüquqi normalarla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarına maddi cinayət-hüquqi normaların tətbiqinin əsaslı olub-olmadığını, həmin halların müəyyən edildiyi, ümumiyyətlə cinayət təqibinin həyata keçirildiyi z aman cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

26. Yuxarıda qeyd edildiyi kimi isə, birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, qanunverici kassasiya instansiyası məhkəməsinə nəinki əlavə məhkəmə istintaqı aparıb yeni sübutların əldə edilməsi istiqamətində tədbir görülməsi, hətta cinayət işində mövcud olan sübutlara qiymət verilməsi səlahiyyətini verməmiş, cinayət işinin kassasiya araşdırmasını hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisəsi aparılan hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsinin yoxlanılması ilə məhdudlaşdırmışdır.

27. M əhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar çıxarmışdır.

28. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-n in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

29. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və ona əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2023 nömrəli, 28 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-421/2023 nömrəli, 28 m art 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar