Məhkəmə qərarları › İş №1(102)-1545/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1545/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1545/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış və hazırda həbsdə olan Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: S.S.X10ov (sədrlik edən), A.Ə.Məcidov və Z.Q.Ağayev) Məhkum - Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CMin 32.5, 206.2-ci maddəsi ilə 05 (b eş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona qəti olaraq 14 (on dörd) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkm ə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablanması və cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2022-ci il tarixli hökmü ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair 07 dekabr 2021-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə təqsirləndirilməsi hissəsində ləğv edilmişdir. Məhkum əməlində Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsinin tərkibi olmadığından ona hə min maddə ilə bəraət verilmiş və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin müddəaları hökmdən xaric edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 (iki) ay 26 (iyirmi altı) gün hissəsi Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 06 (altı) ay müddətə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 11 (on bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədi ndən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qərarı ilə çəkilməmiş qalan cəza müddətini çəkməkdən ötrü məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə baxmayaraq şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı “X10” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halı nda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəlməklə yanaşı, sonuncuya bu məqsədlə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd vermiş, bu məqsədlə “X10” adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda ümumi təmiz çəkisi 11.650,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 11 avqust 2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 17 ünvanında saxlanılaraq ünvan 3arkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 995,0 qram, 980,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 770,0 qram, 995,0 qram, 995,0 qram və 975,0 qram olmaqla ümumilikdə 11.650,0 qram çəkidə narkotik vasitə heroin s ağ əlində saxladığı göy rəngli sellofan torbanın içərisindən 12 ədəd bağlamada aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmü Məhkum CM-in 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsi hissəsində əsassızdır. Dövlət ittihamçısının fikrincə, Məhkum İran İslam Respublikasının vətəndaşlarının qaçaqmalçılıq yolu ilə keçirəcəkləri narkotik vasitələri və psixotrop maddələri saxlayaraq satmasını, yəni cinayət yolu ilə əldə edilmiş əmlak üzərində sərəncam verməyi qa baqcadan vəd etməsi onun əməlinin CM-in 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsasdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən d ə göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Məhkum əməlində ittiham edildiyi CM-in 32.5, 206.2-ci maddəsində göstərilən cinayətin törədil məsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Protestdə göstərilmiş dəlillərlə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən: “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və tex nikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçiri lməsi— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: CM-in 234.4.3-cü maddəsinə əsasən külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətmək də təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gət irib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmi yyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbə b ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, Məhkum əməllərində CM-in 32.5, 206.2-ci maddəsinin tərkibinin olmaması əsası ilə ona bəraət verilməsi nəticəsinə gələrkən apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib məhku m edərkən aşağıda sadalanan sübutlara əsaslanmışdır: - Təqsirləndirilən şəxs Məhkum özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş və göstərmişdir ki, o, 11 avqust 2021-ci il tarixində wnvan 2 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmiş, lakin orada üzərinə keçirilən şəxsi axtarış zamanı qanunsuz heç nə aşkar olunmamışdır. Yaşadığı ərazidə müxtəlif şəxslər tərəfindən narkotik vasitələrin satışına mane olduğundan həmin polis əməkdaşları onunla qərəzli olmuşdur. Buna g örə də polis əməkdaşları üzərinə narkotik vasitə qoyub videoçəkiliş aparmışlar. Abşeron rayonu, Saray qəsəbəsində yaşamışdır. Bir neçə dəfə yaşadığı ərazidən narkotik vasitə satan şəxsləri döyüb qovmuşdur. Narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. X10 adlı şəxsi tanımamışdır. X10 adlı şəxslə heç vaxt telefonla danışmamışdır. Üzərindən qanunsuz heç bir maddə aşkar olunmamışdır. İstifadəsində ******-**-** mobil nömrəsi olmuşdur. İstifadəsində olan nömrəyə heç kim narkotik vasitə istəməsi ilə bağlı mesaj göndərməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkum ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrində özünü qismən təqsirli bilər ək göstərmişdir ki, o, təxminən 1 ildir ki. narkotik vasitə olan heroindən istifadə edir. Təxminən 3-4 ay olar ki, özünü “X10” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Onlar “X10”lə danışdıqda sonuncu onun narkotik istifadəçisi olduğunu bilmiş və ona təklif etmişdir ki, İrandan ona narkotik göndərəcək, o da həmin narkotiki dediyi yerdən götürüb müxtəlif yerlərə paylayıb həmin yerlərin şəklini “Whatsapp” proqramı vasitəsi ilə çəkib İranlıya göndərəcəkdir. Bu işə görə “X10” ona 3.000 manat pul təklif etmişdir. Maddi çətinliyi olduğundan o da təkliflə razılaşmışdır. 11 avqust 2021-cİ il tarixə keçən gün “X10” ona “Whatsapp” proqramı vasitəsi ilə zəng edib demişdir ki, narkotik vasitə olan heroin göndərib, həmin maddələr bağlamalarda olmaqla hamısı bir böyük sellofanın içindədir. “X10” narkotik vasitələrin olduğu bağlamanın Bakı şəhəri, Yasamal rayonu ərazisində gizlədildiyini deyib yeri izah etmişdir. O, da oraya gedib göy rəngli sellofan torbanın içində olan külli miqdarda narkotik vasitə heroini götürüb Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 17 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. (cild 1, iş vərəqə 59-61 və 69-72). Məhkum apellyasiya məhkəməsində də eyni ifadəni verərək narkotik vasitəni “X10” adlı İran İslam Respublikası nın vətəndaşından əldə etdiyini, narkotik vasitələrin məhz İrandan qaçaqmalçılıq yolu ilə respublika ərazisinə daxil olduğu barədə məlumatının olduğunu göstərmişdir. - Şahid1 göstərmişdir ki, 10 avqust 2021 -ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkum cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən sonuncu 11 iyun 2021-ci il tarixdə, saa t 00.30-da ünvan 5 ünvanının yaxınlığında əlində göy rəngli sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Baş İdarədə Məhkum hüquq və vəzifələri izah edilərək vəkillə təmin edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl Məhkum bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən 8 manat nağd pulunu, sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonunu təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra sağ əlində saxladığı göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik maddə olduğunu bildirmişdir. Ardınca keçirilən şəxsi axtarış zamanı şübhəli şəxsin üzərindən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkum ciblərindən çıxararaq təqdim etdiyi 8 manat pul vəsaiti özünə qaytarılsa da, mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Məhkum təqdim etdiyi göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərisindən bir ədəd qara rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin sellofan bağlamaya baxış keçirildikdə içərisində ümumi sayı 12 ədəd olan şəffaf sellofan bağlamalar aşkar edilmişdir. Həmin sellofan bağlamaların içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. 12 ədəd sellofan bağlamaların içərisi ndəki kütlənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Həmin 12 ədəd sellofan bağlamadan 1-ci sellofan bağlamadakı kütlənin çəkisinin 1 kq 16 qram, 2-ci bağlamadakı kütlənin çəksinin 1 kq 16 qram, 3-cü bağlamadakı kütlənin çəkisinin 804 qram, 4-cü bağlamadakı kütlənin çəkisinin 1 kq 15 qram, 5-ci bağlamadakı kütlənin çəkisinin 1 kq 16 qram, 6-cı bağlamadakı kütlənin çəkisinin 1 kq 7 qram, 7-ci bağlamadakı kütlənin çəkisinin 1 kq 19 qram, 8-ci bağlamadakı kütlənin çəkisinin 1 kq 16 qram, 9-cu bağlamadakı kütlənin çəkisinin 1 kq 25 qram, 10-cu baglamadakı kütlənin çəkisinin 1 kq 16 qram, 11-ci bağlamadakı kütlənin çəkisinin 1 kq 20 qram və 12-ci bağlamadakı kütlənin çəkisinin isə 1 kq 20 qram olması müəyyən edilmişdir. Aşkar edilmi ş 12 sellofan bağlama göy rəngli sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu zamanı Məhkum əlində saxladığı 1 ədəd sellofan torbanın içərisində olan 12 ədəd sellofan bağlamadakı maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 3-4 ay öncə “İnstagram” sosial şəbəkəsində tanış olduğu “X10” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə Yasamal rayonu ərazisindən götürdüyünü, həmin maddələri ona deyilən yerlərə qoymağı müqabilində 3.000 manat veriləcəyini, özünün narkotik vasitə heroin istifadəçisi olduğunu, bu fəaliyyətindən heç kimin xəbərinin olmadığını və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadan doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Aşkar olunan bütün bağlamalar 1 ədəd göy sellofan torbanın içərisində olmuşdur. Təqsirləndirilən şəxsi tutduqdan təxminən 10 dəqiqə sonra idarəyə gətirmişlər. Məhkum saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. - Şahid qismində dindirilmiş Sabunçu rayon polis İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər. - Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, həmçinin istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təq ibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsinin əsaslandırılmasına əsasən: “Məhkəmə kollegiyası müdafiə tərəfinin apellyasiya baxışında Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsinin tərkibinin olmaması barədə göstərdiyi dəlilləri ilə razılaşaraq bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs Məhkum narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə qabaqcadan vəd verməklə köməklik etməsini təsdiq e dən hər-hansı bir mötəbər sübut mövcud deyildir. Məhkum əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı saxlanıldığı zaman ona təzyiq göstərilmişdir. Narkotik vasitəni aldığı şəxsi “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımış, həmin şəxs İran İslam Respublikası vətəndaşı olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə özünü təqsirli bilmir. İttihamda qeyd olunan İİR vətəndaşı X10 adlı şəxslə yalnız telefon vasitəsilə əlaqə saxlamış və, o, üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitəni satmaq və istifadə etmək məqsədi ilə İran İslam Respublikasının vətəndaşı “X10” adlı şəxsdən əldə edərək üzərində saxlamaqla daşımışdır. “X10” adlı şəxsin deməsinə görə həmin narkotik vasitələr İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə respublika ərazisinə daxil olmuşdur. Lakin həmin maddələrin nə vaxt və kim tərəfindən keçirilməsi barədə məlumatı olmamış və ibtidai istintaq zamanı ona təzyiq göstərildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə özünü təqsirli bilmişdir.” “...eyni zamanda məhkəmə kollegiyası Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsinin tərkibinin olub-olmaması məsələsinə qiymət verərkən qeyd edir ki, apellyasiya şikayətlərində və apellyasiya baxışı zamanı onun dandığı etiraf ifadəsindən başqa iş materiallarında digər bir sübut yoxdur. Məhkəmə kollegiyası “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi ” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli qərarında göstərilən tələbləri nəzərə alaraq bir daha qeyd edir ki, hətta Məhkum ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair etiraf ifadələri əsas götürülsə belə, həmin ifadələrdə Məhkum İran İslam Respublikasının vətəndaşı ''X10” adlı şəxsə vəd verməsi göstərilmir.” Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarının 19-cu bəndinə əsasən Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir ola n bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM- nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-q anuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1. 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. İş materiallarından görünür ki, Məhkum qabaqcadan İran İslam Respublikasının vətəndaşlarına onların qaçaqmalçılıq yolu ilə keçirəcəkləri CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti olan narkotik vasitə və psixotrop maddələri qəbul etməyi, saxlayaraq üzərində sərəncam verməyi vəd etmiş və bununla da CM-in 32.5-ci maddəsində nəzərdə tutulduğu kimi həmin cinayətin törədilməsində cinayətin məlum olmayan icraçısına kömək etmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci ma ddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin təl əblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2022-ci il tarixli hökmünün Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddə si ilə bəraət verilməsinə dair hissədə ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respubl ikası CPM-in 419.10.2-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə, Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 aprel 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə bəraət verilməsinə dair hissədə ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar