Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1545/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədli oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.4, 234.4.1 və 234.4.3-cü maddələrii ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarı ilə CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından Məhkum müdafiəçisi Süleymanov Mərdəli Binəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Əliyeva Aytən Heydər qızı (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1990-cı il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Şübani-1, hərbi şəhərcikdə qeydiyyatda olmaqla, həmin şəhərcikdə yaşamış, CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 9 (doqquz) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 9 (doqquz) il müddətə azadlıq dan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz olaraq qaz silahı əldə edərək gəzdirmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum zavod üsulu ilə istehsal olunmuş, EF-17071264 №-li, 9 x 22 mm kalibrli «Ekol Firat Magnum» modelli, təyinatı üzrə istifadəyə yararlı, odlu silah hesab edilməyən bir ədəd qaz silahını, həmin silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istif adəyə yararlı bir ədəd darağı istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində saxlamaqla daşımışdır. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə edilməsi, saxlanması, daşınması və satılması ilə bağlı razılığa gəldikdən sonra şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Ramin» adlı şəxs və qeyriləri külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxil edilən 12099,2 qram (12 kiloqram 99,2 qram) çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda üzərində «F/M40» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 5018 qram (5 kiloqram 18 qram) çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda naməlum məkana göndərib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu külli miqdarda narkotik vasitənin və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışı Məhkumla razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum Asəf Sevdimalıyevlə birlikdə istintaqa məlum olmayan vaxtda, naməlum məkandan İran İslam Respublikası vətəndaşı «X» adlı şəxs və qeyriləri tərəfindən iki ədəd bel çantasında külli miqdarda 12099,2 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2005 qram çəkidə qurudulmuş marixuana, külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları və külli miqdarda 5018 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib qeyd edilən çəkidə heroinin 38,1 qramını Təqsirləndirilən şəxs üzərində, qeyd edilən metamfetaminin 42,5 qramını Məhkum üzərində, qalan heroinin 12061.1 qram çəkidə hissəsini, qalan metamfetaminin 4975,5 qram çəkidə hissəsini, həmçinin 2005 qram çəkidə qurudulmuş marixuananı və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatlarını Məhkum icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Abşeron rayonu, Masazır qəsəbəsinə qanunsuz olaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Məhkum və Təqsirləndirilən şəxs 14 dekabr 2021-ci il tarixdə saat 02:40-da Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən «Araz» marketin yaxınlığında «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılıb üzərlərində şəxsi axtarış həyata keçirilərkən Asəf Sevdilmaliyevin əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 38,1 qram narkotik vasitə heroin bir ədəd şəffaf sellofan bükümdə, Məhkum əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 42,5 qram psixotrop maddə metamfetamin bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2021-ci il tarixdə saat 06:40-dan etibarən Məhkum razılığı və iştirakı ilə Təqsirləndirilən şəxslə birlikdə Məhkum icarə əsasında idarə etdiyi «Hyundai Elantra» markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin saxlanc yerindən bir ədəd zavod üsulu ilə istehsal olunmuş, EF-17071264 №-li, 9 x 22 mm kalibrli «Ekol Firat Magnum» modelli, təyinatı üzrə istifadəyə yararlı, odlu silah hesab edilməyən bir ədəd qaz silahı, həmin silahın komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı bir ədəd darağ və avtomobilin arxa oturacağının üzərindən iki ədəd çantada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1003,8 qram, 1009,8 qram, 1012,4 qram, 1010,9 qram, 1010,4 qram, 1000,6 qram 1010,5 qram, 1006,0 qram, 1008,7 qram, 1007,2 qram, 1010,1 qram, 970,7 qram olmaqla ümumi təmiz çəkisi 12061,1 qram (12 kiloqram 61,1 qram) çəkidə narkotik vasitə heroin ümumilikdə 12 (on iki) ədəd bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 505,0 qram, 1005 qram, 495,0 qram ümumi təmiz çəkisi 2005 qram (2 kiloqram 5,0 qram) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana 3 (üç) ədəd sellofan bağlamada, külli midarda ayrı-ayrılıqda təmiz çəkiləri 1010,4 qram, 1001,5 qram, 1014,8 qram, 1002,0 qram, 946,8 qram, ümumi təmiz çəki 4975,5 qram (4 kiloqram 975,5 qram) psixotrop maddə metamfetamin 5 (beş) ədəd sellofan bağlamada və külli miqdarda metadon təsiredici maddəsinin ümumi miqdarı 24 qram təşkil edən üzərində «F/M4 0» yazısı həkk olunmuş 600 ədəd narkotik vasitə metadon tərkibli dərman preparatları üzərində «Methadone 40» markalanma göstəricisi olan 60 ədəd konvalyutda aşkar olunaraq götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 aprel 2024-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi M.B.Süleymanov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Ələkbərov Əfqan Qəzənfər oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 17 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm Məhkum aid hissədə dəyişdirilmiş, sonuncuya CM-in 228.4-cü maddəsi ilə cəza təyin olunmasına və CM-in 66.3-cü maddəsinin tətbiqinə dair müdd əalar hökmdən xaric edilmiş, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Məhkum bu maddə ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilmiş, hökm qalan hissədə isə apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi M.B.Süleymanov kassasiya şikayəti verərək həmin qərarın hüquqlarını müdafiə etdiyi Məhkum aid hissədə ləğv edilməsini və onun əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri olmadığından barəsində bəraət hökmünün çıxarılmasını etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrində nəzərdə tutulmuş tələblərə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına, Məhkum təqsirli bilindiyi ittihama iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir sıra sübutlara, əsasən də məhkumun ifadələrinə və məhkəmələr tərəfindən onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi M.B.Süleymanov həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi əldə edilərək məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunmamış, bu sübutlara məhkəmələr tərəfindən qanuna müvafiq qaydada qiymət verilməmiş, nəticədə də Məhkum əsassız olaraq məhkum edilmişdir. Halbuki, hazırki iş üzrə M əhkumla yanaşı, digər məhkum olunmuş Təqsirləndirilən şəxs də öz ifadələrində törətdiyi cinayətin predmeti olan narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olmasını bildirərək göstərmişdir ki, o, həmin əşyaları özü “X” adlı İran İslam Respublikasının vətəndaşından əldə edib onları Şirvan şəhərindən Bakıya gətirilməsini Məhkum xahiş etmiş, bunun müqabilində isə Xdən 5000 manat məbləğində pul alıb ona verəcəyini vəd etmiş, eyni zamanda sonuncunun hərbi qulluqçu və qazi olmasını bilərək onun idarə etdiyi avtomaşının yoxlanılmayacağını düşünmüşdür. Bu ifadələrdən və digər sübutlardan göründüyü kimi, Məhkum sadəcə olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni avtomobilində saxlayaraq gəzdirmiş və onun bunları satmaq niyyəti olmamış, onun belə niyyət izləməsi araşdırıl mış sübutlarla təsdiq olunmamışdır. Lakin, məhkəmələr iş üzrə yekun məhkəmə aktları qəbul edərkən bu halları nəzərə almamış və həmin hallara düzgün hüquqi qiymət verməmişlər. Sonda müdafiəçi M.B.Süleymanov onu da qeyd etmişdir ki, Məhkum gəncdir, daimi yaşayış yeri məlumdur, əməlindən səmimi peşmandır, İİ Qarabağ müharibəsində xüsusi təyinatlı dəstənin tərkibində fəal iştirak edərək müxtəlif medallarla təltif edilmişdir. Buna baxmayaraq o, nəinki ona qarşı irəli sürülmüş ittiham üzrə əsassız olaraq təqsirli bilinib məhkum edilmiş, həm də həddindən artıq ağır cəzaya məruz qalmışdır. Odur ki, müdafiəçi M.B.Süleymanov qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinə əsasən işə 1 iyul 2025-ci il tarixdə kassasiya instansiyası məhkəməsində baxılmazdan əvvəl Məhkum 24 iyun 2025-ci il tarixli ərizə ilə Ali Məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından onun müdafiəçisi M.B.Süleymanov tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında da məhkum Məhkum ərizədə ifadə etdiyi xahişi bir daha təkrarlayaraq həmin ərizəni hər hansı təsir və ya təziq altında verməsini inkar edib onun təmin olunmasını xahiş etmişdir. Məhkumun ərizəsi onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin 27 iyun 2025-ci il tarixli 3-1617/17/19/2-1362/2025 saylı müşaiyət edilmişdir Məhkum ərizəsi ilə bağlı mə hkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məh kəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum ərizəsini nəzərdən keçirib həmin ərizənin təmin edilərək kassasiya şikayətinin geri qaytarılması barədə məhkumun özünün və dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi M.B.Süleymanov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsas ən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi M.B.Süleymanov tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-1545/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1545/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver