Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1546/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarə sinin nümayəndəsi Bayramova Samirə Bəxtiyar qızının, Bəraət almış şəxs X1 və onun müdafiəçisi Bakı şəhəri “Müdafiəçi1 və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(103)-582/2024 nömrəli qərarından mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X6 xx.xx.1938-ci ildə Tovuz rayonu, Qoşabulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ort aixtisas təhsilli, dul, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Bəraət almış şəxs X3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, X6, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" ASC-nin direktoru vəzifəsində xx.xx.2014-cü il tarixdən işləyərkən, ASC-yə məxsus ünvan 2 ünvanda yerləşən əmlak kompleksini (qeyriyaşayış sahəsini) müxtəlif müəssisələrə kirayəyə verərək, kirayə haqlarını almasına baxmayaraq, həyata keçirdiyi şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi fəaliyyəti üzrə qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə biləbilə təhrif olunmuş məlumatlar daxil etməklə, 2015-ci ilin aprel - dekabr ayları üzrə hər ay 4.316,19 manat olmaqla, həmin ildə 38.845,71 manat, 2016-cı ilin yanvar-mart ayları üzrə hər ay 4.779,94 manat, aprel ayı üzrə 4.599,94 manat, may ayı üzrə 4.291,81 manat, iyun ayı üzrə 4.831,50 manat, iyul ayı üzrə 4.901.97 manat, avqust ayı üzrə 4.698,58 manat, sentyab- dekabr ayları üzrə hər ay 4.291,81 manat olmaqla, həmin ildə 54.830,86 manat, 2017-ci ilin yanvar - iyun, sentyabr - dekabr ayları üzrə hər ay 5.129,35 manat, iyul ayı üzrə 3.241,53 manat, avqust ayı üzrə 3.241,52 manat olmaqla, həmin ildə 57.898,59 manat, 2018-ci ilin yanvar - dekabr ayları üzrə hər ay 5.925,76 manat olmaqla, həmin ildə 71.109,12 manat, 2019-cu ilin yanvar - dekabr ayları üzrə hər ay 6.102,31 manat olmaqla, həmin ildə 73.227,72 manat, 2020-ci ilin yanvar və fevral ayları üzrə hər ay 4.244,07 manat, mart ayı üzrə 359,41 mana t, aprel və yekunu üzrə 83.748,77 manat, 2018-ci ilin yekunu üzrə 78.854,53 manat, 2019-cu ilin yekunu üzrə 97.523,46 manat, 2020-ci ilin yekunu üzrə 22.486,38 manat Mənfəət vergisi və 2020-ci il üzrə 382,67 manat Əmlak vergisi olmaqla, ümumilikdə, xüsusilə külli miqdar təşkil edən, 715.862,48 manat məbləğində vergiləri ödəməkdən yayınmışdır. Bununla da, o Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsində nəzərədə tutulmuş cinayəti törətmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 17 noyabr 2023cü il tarixli, 1(009)-8/2023 nömrəli hökmü ilə cinayət hadisəsi olmadığına görə X3 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə bəraət verilməsi, X1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, mülki iddiaçı Azərbayca n Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh X3 qarşı 715862,48 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiasının rədd edilməsi müəyyən edilmişdir.
4. Hökmdən mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, mülki iddianın təmin edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X9 və X7 ibarət məhkəmə tərkibində) 27 fevral 2024-cü il tarixli, 1(103)582/2024 nömrəli qərarı ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X3 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair 1(009)-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara, ekspertiza rəylərinə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla X1 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirli olması kifay ət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq cinayət hadisəsi olmaması haqqında qənaətə gəlib ona bəraət verilmiş və bununla da onlara vurulmuş ziyanın əvəzi kimi tələb edilən mülki iddia əsassız olaraq rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(103)-582/2024 nömrəli qərarı ilə, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşma ilə düzgün olmayan nəticəyə gəlmişdir.
8. Kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Ba kı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(103)-582/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
10. Qərardan kassasiya protesti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Bayramova Samirə Bəxtiyar qızı kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinə etiraz edərək, mə hkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X6 və onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. IV.Hüquqi məsələlər:
14. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Mülki iddiaçı kassasiya şikayətində mülki iddia məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
18. Bun unla belə, kollegiya mülki iddaçının kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(103)-582/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq qeyd edir ki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması ( maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
19. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
20. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutlar ın məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
21. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
22. Mülki iddiaçı kassasiya şikayətində cinayət işi materiallarında olan bir sıra sübutlara, eyni zamanda ekspertiza rəylərinə istinadlar edərək, X1 əməlinin Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə tam sübut olunduğunu, onların mülki iddiasının əsass ız olaraq rədd edilməsi iddia etmişdir ki, bu da müraciət müəllifinin adı çəkilən şəxsə qeyd olunan maddə ilə cinayət hadisəsi olmaması haqqında məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsinə dəlalət edir.
23. Mülki iddiaçı kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya şikayətində gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
24. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudla şdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
25. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesini n həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
26. Odur ki, kassasiya kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsinə və əsassız olaraq mülki iddialarının rədd edilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və kassasiya şikayətinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini qiymətləndirə bilməz. və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi
27. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməkl ə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
28. Məhkəmələrin X1 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlində cinayət hadisəsinin olmaması və bununla da mülki iddianın rədd edilməsi haqqında qənaətləri X2 özünün verdiyi məlumatlarla yanaşı, həmin məlumatların həqiqəti əks etdirməsi ilə bağlı birinci və apellyasiya məhkəməsində araşdırılmış sübutlara, o cümlədən şahid ifadələrinə, istintaq hərəkəti protokollarına və digər sənədlərə əsaslanmışlar.
29. Hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərlə mülki iddiaçı apellyasiya instansiya məhkəməsi qarşısında da çıxış etmiş, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, üzərində ittiham qurulmuş əsasın, yəni 14 noyabr 2021-ci il tarixli, **********151294 nömrəli inzibati aktın inzibati icraat qaydasında ləğv edilməsi, həmçinin hesablanmış borc hissəsində ləğv edilməsi təqsirləndirilən şəxsin xüsusilə külli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığortavə ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmamasını təsdiq edir və bununla da cinayət hadisəsinin mövcud olmamasına çıxarır. Həmçinin kollegiya qeyd etmişdir ki, qanunsuz əlverişsiz inzibati aktın ləğv edilməsi həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
30. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ittiham tərəfinin dəlilləri ilə müq ayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.
31. Qeyd edilən halların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin X3 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsi ilə bəraət verməsi, bununla da mülki iddianı rədd etməsi apellyasiya məhkəməsinin isə həmin nəticələrlə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təq sirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
32. Belə olan halda, X3 bəraət verilməsinə, həmçinin mülki iddianın rədd edilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz.
33. Qeyd olunanlar mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayətinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya şikayətinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını g östərir.
34. Beləliklə, məhkəmə kollegiyası mülki iddiaçının nümayəndəsinin, bəraət almış şəsin, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X2 barəsində olan 27 fevral 2024-cü il tarixli, 1(103)-582/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(103)-582/2024 nömrəli qərarı mülki iddiaçı Bakı şəhə ri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.