Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1547/2023 19.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Ağayev Vüqar Əlaslan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2023-ci il tarixli, 1(103)-668/2023 nömrəli hökmündən apellyasiya instansiya məhk əməsində iştirak etmiş dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Ağayev Vüqar Əlaslan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə, həmçinin həmin məhkəmənin “Qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə” dair 03 aprel 2023-cü il tarixli (103)-668/2023 nömrəli qərarından adı çəkilən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 1(101)-846/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim R.V.Salmanov, hakimlər S.H.Hacıyev və EM.M.Ağalarovdan ibarət tərkibdə) xx.xx.xx il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkuml uğu ödənilmiş. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona elan edilmiş ittihamdan AR CMin 206.3.2-ci maddəsi xaric edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 17 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2023-ci il tarixli hökmü ilə ( hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qurbanov və A.F.İbrahimov) verilmiş apellyasiya şikayəti qismən tə min edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli hökmü AR CM-in 206.3.2-ci maddəsinin Məhkum verilmiş ittihamdan xaric edilməsi hissəsində ləğv edilmiş, ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 09 (doqquz) il 06 (altı) aya endirilmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının anlaşılmazlığın aradan qaldırılması haqqında 03 aprel 2023-cü il tarixli (103)-668/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2023-ci il tarixli, 1(103)668/2023 nömrəli hökmünün on ikinci səhifəsinin altıncı abzasında Məhkum himayəsində olan uşaqların təvəllüdü və adları “xx.xx.2003-cu il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X9” kimi, səkkizinci abzasda “himayəsində üç az yaşlı uşağının olması” “himayəsində iki uşağının olması” kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2023-ci il tarixli, 1(103)-668/2023 nömrəli hökmündən və “Qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə” dair 03 aprel 2023-cü il tarixli (103)-668/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, həmçinin mahiyyəti üzrə baxılmış məhkəmə hökmündən məhkumun müdafiəçisi Ağayev Vüqar Əlaslan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 206.3.2. 234.4.1. və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama görə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirməklə əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda şəxsiyyəti istintaqa "X’’ kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmələrinə dair sövdələşib, bu barədə razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bundan sonra şəxsiyyəti istintaqa "x" kimi məlum olan şəxs istintaqa məlum olmayan üsullarla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirməklə satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 811,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda, yəni təmiz çəkisi 417 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının ərazisinə göndərmiş və istintaqa məlum olmayan üsulla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yolun kənarında qoydurmuş, +**********93 nömrəli "Whats app” tətbiqi vasitəsi ilə Məhkum bu barədə məlumatlandırmış, istintaqa məlum olmayan vaxtda qrupun üzvü Məhkum təmiz çəkisi 811,271 qram kustar üsulla hazırlanmış narkotik vasit ə heroini və təmiz çəkisi 417 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa yolunda tikinti materialları mağazasının yaxınlığından götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edərək, üzərində saxlamaqla daşımış, daha sonra həmin narkotik vasitə və psixotrop maddələrin üzərindən götürərək satılmasında qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girdiyi X4 ilə birlikdə narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirmiş, 17 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Azərbaycan Resp ublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış və həmin gün saat 03:20 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə Məhkum üzərində videoçəkiliş ilə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan gödəkçənin sol yan cibindən bir bükümdə təmiz çəkisi 50,271 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, 17 noyabr 2021-ci il tarixdə saat 04:40 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakı ilə Məhkum ünvan 3 ünvanında yerləşən yaşadığı evə baxış keçirilmiş və həmin vaxt evin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın alt hissəsindən bir bağlamada üzərində keçirilə n şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən təmiz çəkisi 761 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bağlamada təmiz çəkisi 417 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yuxarıda təsvir edilən əməlləri törətməkdə təqsirli bilmiş, həmçinin Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin xaric olunması barədə nəticəyə gəlmişdir. Apellyasiya instans iyası məhkəməsi isə belə nəticəyə gəlmişdir ki, Məhkum qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması müəyyən olunsa da, narkotik vasitənin qaçaqmalçılığı cinayətində onun iştirak etməsi sübuta yetirilməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilmiş, o, yalnız Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş yuxarıda təsvir edilən əməlləri törətməkdə təqsirli bilinmişdir. Kassasiya protestlərinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestlərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq bir sıra halları Məhkum cəzasını yüngü lləşdirən hallar kimi qiymətləndirmiş, Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almayıb, birinci instansiya məhkəməsinin hökmü ilə ona Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 11 ildən 09 il 06 ayadək azaltmaqla Məhkum şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin etmiş, Cinayət Məcəlləsinin 8, 58.3, 41.2-ci maddələrinin, Cinayət-Prosessual Məcəllənin 139.0.5-ci maddəsinin tələblərini pozmuşdur. Verilmiş kassasiya protestində həmçinin apellyasiya məhkəməsinin qəbul etdiyi hökmdə Məhkum himayəsində iki azyaşlı xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X10 adlı uşaqlarının olduğu yazıldığı hald a, cəzanı yüngülləşdirən hal kimi onun himayəsində 3 azyaşlı uşağının olmasını qeyd olunmuş, lakin cinayət işi materiallarında göstərilən bu halı təsdiq edən heç bir rəsmi sənədin mövcud olmamışdır. Protest müəllifi eyni zamanda apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş «Qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə” dair 03 aprel 2023-cü il tarixli (103)668/2023 nömrəli qərarı mübahisələndirərək göstərmişdir ki, qeyd olunan qərar kassasiya protestində istinad edilmiş dəlillər üzrə qəbul edilmiş və həmin qərarda çoxsaylı səhvlərə və hüquq pozuntusuna yol verilmişdir. Dövlət ittihamçısı kassasiya protestlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.16 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətl əndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2023-ci il tarixli, 1(103)-668/2023 nömrəli hökmünün və “Qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə” dair 03 aprel 2023-cü il tarixli (103)-668/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum müdafiəçisi Ağayev Vüqar Əlaslan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə bəraət verildiyinə, yəni narkotik vasitələrin qaçaqmalçılığında iştirakının olmadığına, digər yüngülləşdirici hallara görə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə daha yüngül cəza təyin olunmalı idi, lakin apellyasiya məhkəməsi tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmamış və o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2023-ci il tarixli, 1(103)-668/2023 nömrəli hökmünün dəyişdirilməsini, Məhkum cəzasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının daha aşağı həddə azaldılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasın da ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Müdafiəçi Ağayev Vüqar Əlaslan oğlu kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Məhkum məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığ ını, nəticədə sonuncunun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2023-ci il tarixli, 1(103)-668/2023 nömrəli hökmünün (həmçinin “Qərarda yol verilmiş y anlışlığın düzəldilməsinə” dair 03 aprel 2023cü il tarixli qərarın) qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmi r. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiy yətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən ed ilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qəra rı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzər ə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə apellyasiya məhkəməsi tərəfindən 09 (doqquz) il 06 (altı) aya endirilmiş cəzanın açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri – (hazırk i işin kontekstində) şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması Cinayət Məcəlləsinin 15.3-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddələrin sanksiyasında aşağı həddi 5 il olmaqla yuxarı həddi isə 12 ilədək müddətə olan azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkum isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində olmaqla sanksiyada müəyyən edilmiş azadlıqdan məhrum etmənin yuxarı həddindən 02 il 06 ay az (birinci instansiya məhkəməsində dövlət ittihamçısının təklif etdiyi cəzadan 1 il 06 ay müddətə az), aşağı həddən isə 04 il 06 ay çox cəza təyin edilmişdir. M əhkəmənin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına dair qənaəti də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsaslar kimi gətirilən hallar da CM-in 61-ci maddəsinin müddəaları baxımından cəzanı ağırlaşdıran hallar kimi çıxış etmirlər. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sa nksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəinki 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının, hətta ondan da az müddətə (5 ildən başlayamaqla) azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görülmüşdür. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsindən fərqli olaraq apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə bəraət vermişdir ki, göstərilən bu hal Məhkum tərəfindən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəliliyinin azalmasına və bununla da, sonuncuya təyin edilmiş cəzanın yün gülləşdirilməsinə təsir edən amil kimi çıxış etmişdir. Kassasiya protestində istinad edilmiş apellyasiya məhkəməsinin qəbul etdiyi hökmdə Məhkum himayəsində iki azyaşlı xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X10 adlı uşaqlarının olduğu yazıldığı halda, cəzanı yüngülləşdirən hal kimi onun himayəsində 3 azyaşlı uşağının olmasını qeyd olunması, lakin cinayət işi materiallarında göstərilən bu halı təsdiq edən heç bir rəsmi sənədin mövcud olmaması ilə bağlı dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş «Qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə” dair qərarla Məhkum himayəsində olan uşaqların təvəllüdü və adları bağlı texniki səhv aradan qaldırılmış, “xx.xx.2003-cu il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X9” kimi oxunması qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverici cinayət işi üzrə kassasiya protestinin verilməsini qanuni qüvvəsini almış məhkəmə aktları üzrə anlaşılmazlıqların aradan qaldırılması ilə bağlı qərarların qəbul edilməsini əngəlləyən hal kimi nəzərdə tutmamışdır. Belə olan halda göstərilən xüsusatlarla bağlı apellyasiya məhkəməsinin gəlmiş olduğu qənaət CPM-nin 518.0.4-cü maddəsinin tələbləri ilə uzlaşan nəticə kimi qəbul edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası onunla razılaşır ki, apellyasiya məhkəməsi Məhkum münasibətdə Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən və öz mülahizəsinə əsasən məhkumun yetkinlik yaşına çatmış 2 uşağının olmasını yüngülləşdirici hal kimi nəzərə aldığı halda bu məsələ üzrə gəldiyi nəticəni aydı n şəkildə (qənaəti ilə uzlaşdırıla biləcək işin konkret hallarına istinad etməklə) izah etməmiş, göstərilən halla bağlı qənaətini lazımınca əsaslandırmamışdır. Lakin, məhkəmə kollegiyası kassasiya icraatının aşağı instansiya məhkəmələri tərəfindən yol verilmiş fundamental xarakterli pozuntuların aradan qaldırılması üçün nəzərdə tutulmuş icraat olmasından və 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının CM-nin 58-ci maddəsi uzlaşan kifayət qədər adekvat cəza (CM-in 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə - 12 ilə yaxın müddətdə cəza) olmasından çıxış edərək, kassasiya protestində təklif olunduğu kimi Məhkum cəzasının 11 ilədək artırılmasını (nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçı Məh kum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri 11 il azadlıqdan məhrum etmə cəzası təklif etmişdir) təmin etməkdən ötrü apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və apellyasiya baxışının təkrarlanmasını məqsədəuyğun hesab etmir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən xüsusilə onu nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin etdiyi cəza (09 il 06 ay müddətə azadlıqdan məhrum etmə) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslarla Məhkum təyin edilmiş cəzanı qanuni, ədalətli və cəzanın məqsədlərinin təmin edilməsi baxımından yetərli hesab etdiyindən məhkumun müdafiəçisi Ağayev Vüqar Əlaslan oğlunun kassasiya şikayətinin dəlillərinin ayrı-ayrılıqda tədqiq edilməsinə lüzum olmadığı qənaətinə gəlir və müdafiəçi tərəfindən məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə tələbin də təmin edilməsi üçün əsas görmür. Bütün bunlar kassasiya protestlərinə və kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 4 16.1.21-ci maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətlərin təmin edilməsi, mübahisələndirilən hökmün (həmçinin “Qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə” dair 03 aprel 2023-cü il tarixli qərarın) ləğv və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestlərinin təmin edilməsi, kassasiya şikayətinin isə rədd edilməsinə dair dövlət ittihamçısının, həmçinin kassasiya şikayətinin təmin, kassasiya protestlərinin rədd edilməsi ilə bağlı müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protestləri və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində 06 mart 2023-ci il tarixli, 1(103)-668/2023 hökmü, həmçinin həmin məhkəmənin “Qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə” dair 03 aprel 2023-cü il tarixli (103)-668/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protestləri və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 mart 2023-ci il tarixli, 1(103)-668/2023 nömrəli hökmü, həmçinin həmin məhkəmənin “Qərarda yol verilmiş yanlışlığın düzəldilməsinə” dair 03 aprel 2023-cü il tarixli (103)-668/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestlərinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə (yalnız hökmlə bağlı) münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1547/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1547/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver