Məhkəmə qərarları › İş №1(102)-1547/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1547/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1547/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9, Bəraət almış şəxs X21, Müdafiəçi – Müdafiəçi2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, X21 Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X14, hakimlər X13 və X5 ibarət təkibdə) 245 noyabr 2023-cü il tarixli 1(101)-480/2023 nömrəli hökmü ilə 01 yanvar 1976-cı ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ali təhsilli, əvvəllər məhkum ol unmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X23 Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.1, 42.2, 42.2.1-ci maddələrinə uyğun olaraq cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş, qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunmuşdur. Hökmlə həmçinin iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş maddi zərərə görə 500.000 ABŞ doll arı, eləcə də hədə-qorxu ilə tələb etməklə vurulmuş mənəvi zərərə görə 500.000 ABŞ dolları olmaqla ümumilikdə 1.000.000 ABŞ dolları məbləğində pulun təqsirləndirilən şəxs (mülki cavabdeh) X20 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsinə dair mülki iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2024-cü il tarixli 1(103)-277/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı X10 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 1(101)-480/2023 nömrəli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2024-cü il tarixli 1(103)-277/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələ b etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə və onun haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə özgənin əmlakını tələb etmədə təqsirləndirilir. Belə ki, X27 tamah niyyəti ilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən 2.000.000 ABŞ dolları pulun tələb edilməsi barədə şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qarşılıqlı iddialar əsasında mülki mühakimə icraatı qaydasında məhkəmədə mübahisələndird iyi və bütün məhkəmə instansiyalarında iddiası təmin edilməyən, əvvəllər ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən 128 kv.metr sahəyə malik qeyriyaşayış sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2012-ci ildə onun razılığı olmadan sökülməsini bəhanə edərək 2016-cı ilin avqust ayından sentyabr ayınadək olan müddət ərzində həmin şirkətin ünvan 3 ünvanında yerləşən ofisində və Səbail rayonu, A.Quliyev küçəsində yerləşən X6rşısında onun göstərişi ilə cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvləri qeyd olunan MMC-nin təsisçisi Zərərçəkmiş şəxs onu oğurladacaqlarını, övladı 10 mart 2000-ci il təvəllüdlü X3 sərbəst hərəkət etdiyi zaman çəkilmiş fotoşəkilini istifadələrində olan mobil telefonun ekranında nümayiş etdirib, ailə üzvləri barədə bütün məlumatlara ma lik olduqlarına inandırıb, qorxudaraq özünün və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəkləri hədəsi ilə qeyd edilən ünvanda sökülmüş qeyriyaşayış sahəsinin guya kompensasiyası olaraq Zərərçəkmiş şəxs həmin qeyriyaşayış sahəsinin həmin dövrdə müəyyən edilmiş və həm də real bazar dəyərindən on beş dəfə artıq məbləğdə həmin dövrün məzənnəsi ilə 3.400.000 manat təşkil edən 2.000.000 ABŞ dolları məbləğində külli miqdarda pulu tələb etmiş və 2016-cı ilin sentyabr ayından 2018-ci ilin fevral ayına qədər olan müddətdə "xxxx" MMC-nin Səbail rayonu, H.Abdullayev küçəsi 5 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdiyi külli miqdarda pulun ödənməsinə əvvəlcədən razılaşdığı 1.360.000 manat təşkil edən 800.000 ABŞ dolları puldan 850.000 manat təşkil edən 500.000 ABŞ dolları pulu hissə-hissə olmaqla bir neçə dəfəyə tanışı Şahid9 vasitəsilə alıb ələ keçirdikdən sonra cinayətkar niyyətini tamamlamaq məqsədi ilə 2018-ci ilin fevral ayından 2021-ci ilin dekabr ayına qədər olan müddətdə Zərərçəkmiş şəxs işlədiyi "xxxx" MMC-nin Səbail rayonu, H.Abdullayev küçəsi 5 ünvanında yerləşən ofisində olduğu vaxtlarda müxtəlif ölkələrin mobil operatorlarına məxsus mobil telefon nömrələri vasitəsi ilə “WatshAapp” ani mesajlaşma mübadilə sistemindən istifadə etməklə dəfələrlə zənglər edib onun guya ali hakimiyyət orqanlarında işləyən şəxsləri aldadaraq pullarını ödəməkdən yayınması ilə bağlı həqiqətə uyğun olmayan rüsvayedici məlumatları kütləvi informasiya vasitələrində yayma hədəsi ilə həmin dövrün məzənnəsi ilə 510.000 manat təşkil edən qalan 300.000 ABŞ dolları məb ləğində külli miqdarda pulu vahid niyyətlə əhatə olunan qəsdlə tələb etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri:

1. Dövlət ittihamçısı protestdə göstərmişdir ki, Məhkəmə kollegiyası hökm çıxararkən hesab etmişdir ki, məhkəmələr X21 təqsirliliyi barədə düzgün olmayan nəticəyə gəlmiş, aparılmış məhkəmə araşdırması zamanı sonuncunun təqsirliliyi sübuta yetirilməmiş, ibtidai araşdırma orqanı tərəfindən K.Akimova CM-nin 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmamışdır. İş materiallarındanda göründüyü kimi, Zərərçəkmiş şəxs qarşı təhdidlərin olması və onu ailə üzvlərinə zərər vurmaqla hədələyərək Kamal Akimov üçün pul tələb edilməsi məhkəmə istintaqı zamanı dindirilmiş çoxsaylı şa hid ifadələri ilə təsdiqini tapsa da, məhkəmələr həmin ifadələri görməzdən gələrək hadisəyə yanlış hüquqi qiymət verməklə bəraət hökmlü çıxarmışlar. Belə ki, qeyd olunan ifadələri qiymətləndirən məhkəmələr "zərər çəkənin mənafeyindən çıxış edən şahidlərin bir-birinə uyğunlaşdırılmış ifadələri əsasında təqsirləndirilən şəxs Kamal Akimovun hədələrinin təsiri altında guya Zərərçəkmiş şəxs qorxması obrazının yaradılması bir-birinə uyğunlaşdırılmış məntiqə uyğun gəlməyəh ifadələrdən başqa heç bir mötəbər sübutla təsdiq olunmur. Təqsirləndirilən şəxsin zərərçəkəni guya övladı ilə bağlı hədələməsi, onun şəhərdə gəzdiyi vaxt fotosunu çəkərək zərərçəkənə nümayiş etdirməkfə hədə-qorxu gəlməsi ilə bağlı deyilənlər zərərçəkənin özünün bəyanatı və onun tərəfindən çıxış edən, yaxın münasibətlərdə olduğu şahidlərin ifadələrindən başqa digər sübutlarla təsdiq edilmir.” Göründüyü kimi, hadisəni bilavasitə müşahidə etmiş, yalan İfadb verməyin cinayət məsuliyyətinə səbəb olması haqqında iltizama imza edərək həm məhkəmədə, həm də ibtidai istintaq zamanı ifadələr vermiş, Zərərçəkmiş şəxs nə xidməti, nə də sair asılılığı olmayan (ifadə vermiş şahidlərin çoxu artıq 4-5 ildir ki Zərərçəkmiş şəxs şirkətində çalışmırlar, bəziləri isə ümumiyyətlə heç vaxt onun yanında çalışmamış və aralarında heç bir xidməti asılılıq yoxdur) şahid ifadələrini "bir-birinə uyğunlaşdırılmış məntiqə uyğun gəlməyən ifadələr" kimi qiymətləndirən məhkəmələr həmin uyğunlaşdırmanın nədə ifadə olunduğunu, ifadələrdə hansı məntiqsizliyin mövcud olmasını açıqlamağa lüzum görmədən, hadisəni müşahidə etdiyi kimi danışan şəxslərin ifadələrini əsassız olaraq şübhə altına almışlar. Bundan başqa, məhkəmələr şahidlərin ifadələrinə qiymət verərkən “ibtidai istintaq orqanının təqsirləndirilən şəxs X21 Zərərçəkmiş şəxs və onun qohumlarını real olaraq ölümlə hədələməsi, şahidlərin bir qisminin (Şahid2 Ravii oğlu, Şahid3, Şahid4, X7, Şahid16, Şahid17, Şahid13, Şahid14, Şahid20, habelə məhkəmədə ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid21 Əlibala oğlu) X30 Əsgərova təyziq göstərməsi, üzərinə adamlar göndərməsi və sair barədə ittihamları da, əsas götürdükləri dəlillərlə öz təsdiqini tapmır, onların özlərinin ehtimallarına və ya digər əməkdaşların dediklərinə əsaslanır ki, bu hal da təqsirləndirilənin xeyrinə həll olunmalıdır." kimi fikirlərdən İstifadə etmişlər. Qeyd olunan “qiymət"də bir daha qeyri-müəyyənliyi ilə, məhkəm ələrin fikrini əsaslandırmaq istəklərini ortaya qoyması açıq aşkar müşahidə edilir. Belə ki, məhkəmələr ifadə vermiş şahidlərin sözlərində eyni vaxtda baş verən və hamısının eyni vaxtda müşahidə etdikləri, təbii olaraq hadisədən sonra uzun müddət kollektiv arasında müzakirə oiunan 10-15 dəqiqəlik hadisədə hansı deyilənin ehtimala əsasən deyildiyini açıqlamamışlar. Gəlinən maraqlı nəticələrdən biri də “iş materiallarında biri-digərini təkzib edən və ya ümumi danışıqdan eşidilənlərə əsaslanan ifadələrdən başqa bu deyilənləri sübut edəcək hər hansı bir videogörüntü, telefon danışıqları və sair kimi mötəbər sübutlar yoxdur. "xxxx" MMC-nə verilmiş sorğulara alınmış cavablarda X31 Əsgərovun istifadələrində olan mobil telefon nömrələrinə ifadələrdə istinad olunan müddətlərdə daxil oian və çıxan z ənglərin siyahısı, sms mətnləri əldə olunmuş, İakin bu məlumatlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən heç nə olmamışdır. Belə olan halda müxtəlif üsullarla hədə-qorxu gəlmənin, konkret olaraq ölümlə hədələmənin nədə ifadə olunması məlum deyil. Başqa sözlə desək hadisədə hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib elementi olan obyektiv cəhəti də müəyyən olunmur mövqeyidir. Halbuki, cinayət işinin materiallarından göründüyü kimi, iş üzrə dindirilmiş çoxsaylı şahidlər Zərərçəkmiş şəxs qarşı hədə-qorxu gəlinməsi faktını dəqiqliyi ilə təsvir etmişlər. Deyilənləri sübut edəcək hər hansı videogörüntü, telefon danışığı və ya sair kimi mötəbər sübutların olmaması heç bir halda həmin şahid ifadələrini şübhə altına almağa əşas verə bilməz. Həmçinin, nə ibtidai istintaq, nə də məhkəmə istintaq ı zamanı Zərərçəkmiş şəxs Kamal Akimov tərəfindən ona hər hansı təhdid zənglərinin və ya sms-lərin gəlməsini deməmişdir və məhkəmənin həmin zəng və sms-lərin olmamasının baş vermiş hədəqorxu faktının həqiqiliyini şübhə altına alınması qənaətinə gəlməsi üçün əsas ola bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 365 saylı, xx.xx.2013- cü il tarixli sərəncamının surətindən görünür ki, Səbail Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 1/10-Cİ-5 saylı razılıq məktubu və vətəndaş Şahid2 xx.xx.2013-cü il tarixli müraciəti nəzərə alınaraq Səbail rayonu, Xanlar küçəsində yerləşən köhnə tikililərin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Şahid2 icazə verilmişdir (cild 01, i.v. 80; cild 02, i.v. 235; cild 03, i.v. 69). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1006 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 06 mart 2013-cü il, 05 sentyabr 2012-ci il, 25 iyul 2013-cü il, 04 dekabr 2012-ci il tarixli və 01 avqust 2012-ci il tarixli pul vəsaitlərinin təhviltəslim qəbzlərinin kserosurətlərində «Təhvil aldı: X4» qrafalarında əks olunan imzalar- X4 tərəfindən icra olunmuşdur. Həmin qəbzlərinin kserosurətlərindən görünür ki, Qurban İsmayılov Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən təxmini 0,31 hektar ərazidə inşa edilmiş binanın sökülməsi işlərini və orada yaşayan sakinlərin mübahisəsiz kompensasiyalarının ödənilməsi şərti İlə köçüiürməsi işlərinin təşkili və icra edilməsi üç ün xx.xx.2012-ci ildə 500.000 manat, xx.xx.2012-ci ildə 1.000.000 manat, xx.xx.2012:ci Üdə 1.500.000 manat, 06 mart 2013-cü ildə 1.500.000 manat, 25 iyul 2013-cü İldə 1.000.000 manat pulları cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 təhvil almışdır. Həmin qəbzlərin hər birində tərəflər binanın sökülməsi və insanların (sakinlərin) köçüiürməsi, ümumən ərazinin boşaldılması işi Qurban İsmayılovun üzərinə düşməsi barədə razılaşmışlar (cild 03, i.v. 86-94). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2016-cı ilə qədər olan müddət ərzində "xxxx" şirkətində əvvəl mexanik köməkçisi, sonra baş mexanik, daha sonra isə qaraj müdürü vəzifəsində işləmişdir. Həmin müddət ərzində şirkət tərəfinddn həyata keçirilmişbir sıra dövlət l ayihələrin həyata keçirilməsində müdiri olduğu avtoqarajın texnikaları işləmiş, texnikalar daxili əmrlərlə müvafiq sürücülərə təhkim olunmuşdur. İşdən sonra və ya istirahət günlərində digər şirkətlər və ya fiziki şəxslərdən sifariş olduqda, həmin texnikanı sifariş üzrə əlavə qazanc məqsədilə işlətmiş və aldığı pufu sürücülərlə aralarında bölmüşlər. Şirkətdə işlədiyi dövrdə "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında heç bir söküntü işləri aparılmamışdır. Həmin ünvanda o özü 2012-ci ildə şirkətdən xəbərsiz əlavə qazanc əldə etmək üçün əvvəllər tanımadığı şəxsin sifarişi ilə pul müqabilində cəmi, iki dəfə söküntü işləri aparmışdır. Buna görə də, nəqliyyat vasitələrinin üzərində şirkətin adı qeyd olunan yazıların üstünü bağiatdırmışdır. İşi görən şəxs kimi həmin söküntünün kim tərəfindən aparıl ması, yerin kimə məxsus olmasını bilməmiş, sadəcə şəhərin içində həmin yer söküldüyü üçün düşünmüşdür ki, yəqin söküntü işləri qanunidir. Həmin yerdə söküntü aparan zaman əmlak sahiblərindən kiminsə narazılıq etdiyinin şahidi olmamışdır (bax: hökm və məhkəmə iclas protokolları). Qeyd olunanlardan görünür ki, ünvan 2 ünvanında söküntü işlərini "xxxx" şirkəti deyil, fiziki şəxs olaraq Şahid2 həyata keçirmiş, Səbail rayon icra hakimiyyəti ilə müvafiq müqaviləni də məhz sonuncu bağlamaqla Səbail rayon icra hakimiyyətinin rəsmi nümayəndəsi X1 işləri üçün vəsaiti o şəxsən təhvil vermişdir. Eyni zamanda, şahid qismində dindirilmiş, "Az import1' şirkətində qaraj müdiri olmaqla hər növ texnikanın işə çıxmasından cavabdeh olan şəxs Şahid15 də qeyd edilən ünvanda şirkət tərəfindən hər hansı söküntü i şlərinin aparılmaması, həmin ünvanda onun özünün 2012-ci ildə şirkətdən xəbərsiz əlavə qazanc əldə etmək üçün pul müqabilində cəmi iki dəfə söküntü işləri apardığını göstərmişdir. Məhkəmələr isə qeyd olunan sübutların üzərindən sükutla keçmiş, həmin sübutları sadalasalar da, onlara faktiki qiymət verməmişlər. Məhkəmələrin anlaşılmayan fikirlərindən biri də, "iki İl ərzində aparılmış ödənişlərin ABŞ-da yaşayaq təqsirləndirilən şəxsin hədələrinin təsiri altında aparılması absurd olmaqla məntiqə və tərəflərin münasibətlərinə uyğun deyil, kənar seyriçi üçün inandırıcı görünə bilməz.” şəklində olmuşdur. Bütün ibtidai istintaq dövründə, eyni zamanda, məhkəmə istintaqı zamanı həm zərər çəkmiş şəxs, həm də çoxsaylı şahidlər eyni İfadəni verərək X30 Əsgərovun ofisinə gələrək onu hədələdiyini, daha sonra iki dəfə ofisinin qarşısında qara rəngli, Rusiya Federasiyasına məxsus dövlət qeydiyyat nişanlı «BMW» markalı avtomobillə dörd-beş nəfər digər millətin nümnayəndəsi, idmançı bədən quruluşlu, saqqallı şəxslərin gələrək Zərərçəkmiş şəxs təhdid etmələrini demələrini məhkəmə nəyəsə görə mötəbər sübut kimi qəbul etmək istəməmişdir. Həm Kamal Akİmovun özü, həm də onun göndərdiyi adamlar tərəfindən oğlunun şəkli göstərilərək ailə üzvlərinə zərər yetirilməsi ilə təhdid olunan Zərərçəkmiş şəxs ABŞ-da, və ya planetin istənilən ucqar nöqtəsində olmasından asılı olmayaraq həmin ehtimal olunan ziyanın qarşısını almaq üçün pul verməsi hansı məntiqə, tərəflərin hansı münasibətlərinə uyğun olmaması, hansı kənar seyirçi üçün inandırıcı olmaması anlaşılan deyil. Məhkəmələr həmçinin hesab etmişlər ki, "Kamal Akİmovun ibtidai istintaqa təqdim etdiyi diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ərazidə söküntü işləri "xxxx" MMC-yə məxsus olan texnika vasitəsilə aparılmışdır. Doğrudur, "xxxx" şirkətində qaraj müdürü vəzifəsində işləmiş, iş üzrə Şahid15 ifadəsində şirkətə məxsus texnikanı qeyri-iş günlərində əlavə qazanc əldə etmək üçün digər şəxslərin sifarişi əsasında istifadəyə verdiklərini desə də, onun bu ifadəsi digər bir sübutla öz təsdiqini tapmamışdır." Görünür "digər sübutlar" dedikdə Bakı şəhər icra Hakimiyyəti Başçısının 365 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı, Səbaİl Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 1/10-0-5 saylı razılıq məktubu və vətəndaş Şahid2 xx.xx.2013-cü il tarixli müraciəti əsasında Səbail rayonu, Xanlar küçəsində yerləşin köhnə tikililər in sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün Şahid2 icazə verilməsi, Şahid2 Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsində yerləşən təxmini 0,31 hektar ərazidə inşa edilnqiş binanın sökülməsi işlərini və orada yaşayan sakinlərin mübahisəsiz kompensasiyalarının ödənilməsi şərti ilə köçülürməsi İşlərinin təşkili və İcra edilməsi üçün xx.xx.2012-ci ildə 500.000 manat, xx.xx.2012-ci ildə 1.000.000 manat, xx.xx.2012-ci ildə 1.500.000 manat, 06 mart2013-cü ildə 1.500.000 manat, 25 iyul 2013-cü ildə 1.000.0Q0 manat pulları Səbail rayon icra hakimiyyətinin rəsmi nümayəndəsi Qurban İsmayılova təhvil verməsi, həmin qəbzlərin hər birində tərəflər binanın sökülməsi və insanların (sakinlərin) köçülürməsi, ümumən ərazinin boşaldılması X16 üzərinə düşməsi barədə razılaşmaya gəlmələri nəzərdə tutulur, lakin lazımi diqqət göstərilmədiyi üçün həmin “digər sübutlar” nəzərdən qaçmışdır., Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Kamal Akimova verdiyi 500.000 ABŞ dolları məbləğində pulu şirkətin hesabından deyil, öz şəxsi vəsaiti hesabına ödəmişdir. Həmçinin, məhkəmədə dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2016-cı İlin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs ailəsinə qarşı olan təhdidlərin qarşısını almaq üçün pul lazım olduğundan ondan borca pul istəmiş, ona ümümilikdə 170.000 ABŞ dolları məbləğində pul vermişdir. Zərərçəkmiş şəxs 2017-ci ilin əvvəllərində ona olan pul borcunu tam şəkildə ödəmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs ona qarşı hədə-qorxu olunan ərəfələrdə həm öz adına olan əmlakları satmaqla, həm də yaxın adamlarından borc almaqla Kamal Akimov və onun adamları tərəfindən edilən hədələrdən yayınmaq üçün onlara vermişdir. Bu fakt Zərərçəkmiş şəxs Kamal Akimova pul verməsi faktından daha çox həmin pulun şirkətin işi ilə heç bir əlaqəsi olmamasının sübutu kimi qəbul edilməli və məhkəmə tərəfindən mütləq şəkildə nəzərə alınmalı hallar sırasında olmasına baxmayaraq, məhkəmələr bu dəfə də həmin sübutları sadalamaqla kifayətlənmiş və ətraflı təhlil etməmişlər. Birmənalı məlum olur ki, kifayət qədər hüquqi prosedur və sivil yollar olduğu halda, mübahisə predmetini təşkil edən əmlakın dəyərindən dəfələrlə çox olan pulun K.Akimov tərəfindən zərər çəkmiş şəxsdən tələb edilməsinin faktiki əsasları, zərər çəkmişin də müəyyən müddət ərzində həmin pulun bir qismini (500.000 dolları) sanki “durduğu ye rdə, heç bir təsirə məruz qalmadan’1 ödəməsi məhkəmələrdə heç sual doğurmamış, iş materialları ilə verilməsi mübahisəsiz olan bu qədər pulun zərər çəkmiş tərəfindən nəyə görə K.Akimova ödənilməsi (səbəbləri) məhkəmə qərarlarında açıqlanmamış qalmışdır. Beləliklə, təhlil edilən sübutlardan görünür ki, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin "X18rşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında qeyd edilmişdir ki, 6-cı maddə tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olara q əsaslandırmalıdır. Məhkəmələrdə tədqiq edilmiş hər bir sübut növünə avrıca yanaşdıqda yuxarıdakı ittiham sübutlarının mötəbərliyinin məhkəmələr tərəfindən hansı əsaslarla təkzib edilməsi ittiham tərəfinə avdın olmamışdır, işdən aşkar görünür ki, yuxarıda qeyd etdiyim ittiham sübutlarına münasibətdə CPM-nin 125.2-ci maddəsinin tələblərinin pozulmasına dəlalət edən heç bir halın olmamasına baxmayaraq, həmin sübutların mümkünlük və mötəbərliyi qərarda heç bir qanuni və əsaslı izahla ağlabatan şəkildə inkar edilməmişdir. Bundan əlavə, hökmün nəticəvi hissəsinə görə məhkəmənin bəraətlə bağlı gəldiyi nəticənin əsasını Kamal Akİmovun əməlində cinayət hadisəsinin olmaması təşkil etmişdir. Lakin, qanunvericiliyin normaları, hökmün təsviri hissəsi və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 58-ci bəndinin izahları nəzərə alındıqda məhkəmənin bəraət qənaətinin əsasını təşkil edən xüsusatın da düzgün olmaması aşkar məlum olmuşdur. Belə ki, hökmün təsviri hissəsində birinci instansiya məhkəməsi ittiham sübutlarını əsas götürməzkən faktiki olaraq işdə ittihamı təsdiqləyən yetərli sübutların olmadığını göstərmiş, nəticədə isə Kamal Akimovun əməlində cinayət hadisəsinin olmamasını qeyd edərək bu hissədə şərh etdiyi hallarla gəldiyi nəticə arasında ziddiyət yaratmış, apellyasiya instansiyası məhkəməsi isə əlavə olaraq bu hissədə də hökmü qüvvədə saxlamaqla gəlinən qənaətin əsaslarını düzgün şərh etməmişdir. Göründüyü kimi, aşağı instansiya məhkəmələrinin hazırki iş üzrə gəldikləri nəticələr işin faktiki hallarına u yğun olmamaqla yanaşı, eyni zamanda istinad etdikləri sübutların mötəbərliyi də sual altında olmuşdur. Ona görə də hesab edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki qərarı çıxararkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvqfiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2024-cü il tarixli, 1(103)-277/2024 saylı qərarını ləğv edərək, cinayət işinin yeni apellyasiya baxışna qaytarılmasını xahiş edir.

2. Kassasya şikayətlərində zərərçəkmiş şəxsin nümayəndələrigöstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və 416.1.2- cİ maddəsinə əsasən isə məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə Kassasiya instansiyası məhkəməsi pellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Birinci həmçinin apellyasiya instansiyası məhkəməsində işin faktiki halları tam, obyektiv, hərtərəfli araşdırılmamış, tərəfimizdən verilmiş məhkəmə istinta qının tam keçirilməsi barədə vəsatət əsassız rədd edilmiş, ittihamın əsasını təşkil edən sübutlar şübhəli sayılaraq, müdafiə tərəfinin təqdim etdiyi sübutlar isə süni şəkildə əsaslı hesab edilərək tam qanunsuz və əsassız qərar qəbul edilmişdir. Apellyasiya Məhkəməsi iş üzrə xiisusatlara eynilə birinci instansiya məhkəməsinin mövqeyindən yanaşmış onları təkrarlamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət işi üzrə birinci instansiya məhkəməsi sübutları tam hərtərəfli, ob yektiv yoxlamamış ittihamın əsasənə təşkil edən sübutları isə nəzərə almadan bəraət hökmü qəbul etmişdir. Məhz qeyd olunan nüanslar üzrə verilmiş apellyasiya şikayətlərinə baxılan zaman məhkəmə tərəfindən bu nüansların yoxlanılması barədə heç bir addım atılmamışdır. Eyni zamanda tərəfimizdən məhkəmə istintaqının tam keçirilməsinə dair vəsatət verilsə də məhkəmə tərəfindən əsasız rədd edilmişdir. Beləliklə, iş üzrə erilmiş apellyasiya şikayəti üzrə çıxarılmamış qərar eynilə birinci instansiya məhkəməsinin qanunsuz və əsassız mövqeyini təkrarlamışdır. Əvvəla qeyd etmək lazımdır ki, məhkəmə Kamal Akimovun əmlakın mülkiyyətçisi olmasını Ali Məhkəmə tərəfindən artıq ləğv olunmuş Apellyasiya Məhkəməsinin qətnaməsindəkİ nüanslara görə əsaslandırır. Bildirmək istəyhirəm ki kassasiya instansiya məh kəməsi tərəfindən hər hansı əsasla tamamilə ləğv olunmuş qətnamədəki digər nüanslar preyudisial hesab edilməməli, cinayət işİ üzrə çıxarılmış qərarda həmin nüanslara artıq sübuta yetirilmiş qismdə istinad edilməməlidir. Lakin məhkəmə qərarında göstərmişdir ki, qətnamənin Ali Məhkəmə tərəfindən ləğv edilməsinə səbəb müahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin cəlb edilməməsi, bununla da iddia müddətinin tətbiqinin məhdudlaşdırılması qənaəti olduğundan əmİkam mülkiyyətçisinin Kamal Akimov olması təkzib edilməməlidir. Hesab edirəm ki, bu məhkəmə tərəfindən yol verilmiş kobud və qanunsuz yanaşmadır. Cinayət işinin məhkəmə istintaqı aparılmaqla keçirilməsinə dair tərəfimizdən verilən vəsatətdə aşağıda qeyd edilən xüsusatların məhkəmə istintaqı zamanı araşdırılmasına zəru rət olduğu əsaslandırılmışdır: Birinci instansiya məhkəməsi hökm qəbul edərkən ləğv edilmiş qətnaməyə istinad etmiş və əmlakın guya Az İmport MMC tərəfindən söküldüyü qənaətinə gəlmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə mübahisə predmeti olan obyekti "xxxx" MMC-nin sökmüş olmasını qəbul edəcəyi halda belə Zərərçəkmiş şəxs müxtəlif qeyri-qanuni üsullarla pul tələb etməsini Kamal Akimovun hüququ kimi qiymətləndirə bilməzdi. Belə olan halda aşağıdakı sualların cavablandırılmasına zərurət vardır: "xxxx" MMC ilə AzərƏsgərov nəzəri-hüquqi baxımdan eyni şəxslərdirmi və Zərərçəkmiş şəxs "xxxx" MMC-nin öhdəliklərinə görə Özünə məxsus olan əmlakla məsuliyyət daşıyırmı? Bu sualı cavablandırarkən və Kamal Akimovun "xxxx" MMC-dən kompensasiya tələb etmək hüququnu tanıyarkən Zərərçəkmiş şəxs Kamal A kimova hədəqorxunun təsiri altında ödədiyi 850000 manat məbləğində pulun "xxxx" MMC tərəfindən deyil, sırf özünə məxsus olan vəsaitlər hesabına, eləcə də öz mülkiyyətində olan bir sıra əmlaklarını sataraq və başqalarından borc alaraq çətinliklə məcburiyyət qarşısında ödədiyinə xüsusi diqqət yetirmək lazımdır. Şəxsin kompensasiya hüququnun olması onun müxtəlif təzyiqlərdən istifadə edərək başqasının iradəsi əleyhinə ondan külli miqdarda, öz mülahizəsinə görə, səlahiyyətli qurumlar tərəfindən müəyyən olunmuş qiymətindən dəfələrlə artıq məbləğ alınmasının qanuni olması mənasına gəlirmi? Bu kimi nüansları aydınlaşdırmaq üçün həm Zərərçəkmiş şəxs həm də Kamal Akimovun subyektiv münasibətini müəyyənləşdirməyə ehtiyac vardır. Lakin məhkəmə işin məhkəmə istintaqı ilə aparılmasından əsassız imtina etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi ittihamın rədd olunmasında əsas kimi Şahid9 ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. Lakin nəzərə almaq lazımdır ki, Şahid9 hədə-qorxu barədə etirafedici ifadə verməsi onun da həmin cinayət əməlində iştirakçılığa görə məsuliyyətə cəlb olunmasına səbəb olacaqdı. Eyni zamanda diqqət etmək lazımdır ki, o, hədə-qorxu faktının olması barədə məlumatının olmadığım bildirmişdir. Yəni konkret olaraq hədə-qorxu faktının olub olmaması barədə konkret fikir bildirməmişdir. Bu səbəbdən onun ifadəsi ittihamın rədd olunması üçün mötəbər sübut hesab olunmamalıdır. Həmçinin,məhkəmə Şahid7 ifadəsinə qiymət verərkən onu Zərərçəkmiş şəxs yaxın şəxs kimi hesab etmişdir. Lakin həmin ərəfələrdə onlarm münasibətləri korlanmışdı. Birinci instansiya məhkəməsi i sə bu halları lazımınca qiymətləndirməmişdir. Apelyasiya instansiyası məhkəməsi də məhz həmin xüsusatların aydınlaşdırılması üçünŞahid9 və Şahid7 yenidən ətraflı dindirilməsinə və bütün cavabsız qalan sualların aydmlaşdırılmasma səy göstərməmiş, əksinə heç bir tutarlı səbəb gətirmədən həmin xüsusatların tədqiqindən imtina etmişdir. Birinci və apellyasiya instansiya məhkəməsi kompensasiya formasında 800000 ABŞ dolları məbləğində pul vəsaitinin tələb edildiyini qeyd etsə də 500000 ABŞ dollarının verilməsinə baxmayaraq hələ də əmlakın Kamal Akimovun mülkiyyətində qalması hissəsinə toxunmamışlar. Belə çıxır ki, təqsirləndirilən şəxs cinayət məsuiyyətİndən azad edildikdən soma yenidən kompensasiya tələb edə bilər. Həmçinin təqsirləndirilən şəxs həmin pul vəsaitini qanuni yolla əldə edə bilməyəc əyini dərk etdiyi üçün onu hədə qorxu ilə tələb etmişdir. Nəzərə almaq lazımdır ki, hədə qorxu formasında tələb olunan pul məbləği də əslində əmlakın real bazar qiymətindən 4-5 dəfə aıtıq məbləğdir. Yəni məhkəmənin qənaətinə görə kompensasiya formasında tələb olunan məbləğ əslində qanunvericiliyə uyğun qaydada kompensasiya kimi tələb edilməli və rəsmiləşdirilməli idi. Bu kimi rəsmi qaydada kompensasiya tələbini qanunauyğun qaydada həyata keçirə bilməyəcəyini dərk etdiyindən təqsirləndirilən şəxs kənar üsullara əl atmışdır. Məhkəmə hədə-qorxu faktını bilavasitə görmüş şahid lər Məqsəd Məhərrəmovun və Şahid15 Zərərçəkmiş şəxs qohumları və işçiləri olduğunu qeyd etmiş lakin aralarında münasibətlərin uzun müddət soyuq olmasımı və işdən çıxarılması faktlarını da nəzərə almamışdır. Eyni zamanda Şahid20 Zərərçəkmiş şəxsla heç bir əlaqəsinin olmaması da nəzərə alınmamışdır. Bunlardan başqa diqqət yetirsək görərik ki, məhkəmə demək olar ki, ittihamın əsasım təşkil edən bir çox şahid ifadələrininin məzmununu yalan və bir-birinə uyğunlaşdırılmış hesab etsə də, bu halların nədən ibarət olduğunu, yalanın nədə ifadə olunduğunu, həmin ifadələrin hansı sübutlarla təkzib olunduğunu qeyd etməmiş, buna səthi yanaşmış, qəsdən yalan ifadə verdiklərinə görə şahidlərin və zərərçəkmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə dair heç bir təşəbbüs göstərməmişdir. Məhkəmənin bu cür mövqe nümayiş etdirməsinin yeganə səbəbi isə həmin ifadələrin əslində həqiqətə uyğun olmasını, digər sübutlarla təkzib edilməməsini özlüyündə qəbul etməsi ola bilər. Həmçinin məhkəmə Kamal Akimovun əməlində başqa ci nayətin olub olmamasını da araşdırmamışdır. Belə ki, məhkəmə 500000 ABŞ dollarım kompensasiya kimi alındığını qeyd etsə də həmin kompensasiyanın qanunvericiliyə uyğun qaydada alınmamasına və özbaşına alınmasına heç bir münasibət bildirməmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322-ci maddəsinə əsasən qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi özbaşınalıq cinayətinin tərkibini yaradır. Təqsirləndirilən şəxsə elan edilmiş ittihamdan asılı olmadan şəxsin əməlində başqa hər hansı bir cinayət tərkibinin olub-olmamasını müəyyən etmək məhkəmənin vəzifəsidir. Məhkəmənin şahid ifadələrinin heç bir videogörüntü, telefon danışıqları və ya hər hansı digər bir mötəbər sübutla təsdiq olunmamasına dair mövqeyi isə yalnışdır. Belə ki, video görüntünün olduğu halda şahid ifadəsinə ehtiyac yaranmaz. Və yaxud videogörüntü yoxdur deyə şahid ifadəsini görməzdən gəlmək qəbul edilməzdir. Ümumiyyətlə şahid ifadəsini mötəbər hesab edilməsi üçün mütləq qaydada hər hansı video görüntünü və ya telefon danışığının onu sübut etməsi halı hər hansı normativ aktda qeyd edilməyib. Məhkəmə 800000 ABŞ dollarının kompensasiya olaraq verilməsini zərərçəkmiş və təqsirləndirilən şəxslər arasında olan razılığına istinadən bildirsə də Zərərçəkmiş şəxs bu məsələdə razılıqla bağlı iradə ifadəsi olmayıb. Mövcud hədə qorxular müşayiətində Zərərçəkmiş şəxs məcbur qalaraq təqsirləndirilən şəxsin tələblərini yerinə yetirmişdir. Bu həmçinin məbləğin əmlakın real bazar dəyərindən 4-5 dəfə baha olmasındada özünü göstərir. Hər iki instansiya tərəfindən Akimov kamalın hədə qorxu ilə tələb etdiyi pul vəsaiti əmlakın real dəyərindən 4-5 dəfə artıq olmasına və söküntünün Zərərçəkmiş şəxs tərəfindən aparılmamasma baxmayaraq kompensasiya kimi qiymətləndirilmişdir. Nəzərə almadıqları məqam isə həmin kompensasiyanın alınması üçün gözlənilməli olan hüquqi prosedurlara riayət olunmaması özbaşınalığıdır. Yəni həmin kompensasiya alınmalı olduğu təqdirdə belə məhkəmə qaydasında tələb etmək əvəzinə şəxsi əlaqələrindən istifadə edərək zor gücünə alması artıq hüquqi çərçivədən kənara çıxır. Şahid ifadələrindən də aydın olduğu kimi təqsirləndirilən şəxs X27 “məhkəmələrə inanmadığı” üçün mübahisəni “özünün bildiyi kimi, dostlarının köməkliyi ilə” həll etmiş və hə də-qorxu ilə zərərçəkmiş şəxsdən öz əmlakının dəyərindən təxminən 4 dəfə artıq məbləğdə pul vəsaitini məhkəmə yolu ilə əldə etməyin mümükünsüz olduğunu dərk etdiyi üçün həmin məbləği məcburi qaydada ələ keçirmişdir. Aydındır ki, Akimov Kamalın subyektiv hüququ olsaydı belə onun qəti olaraq müxtəlif sifarişlə işləyən şəxslərin “xidmətindən” istifadə edərək müxtəlif əcnəbi şəxsləri zərərçəkmiş şəxsin üzərinə göndərməklə, onun bağ evinə, ofisinə gəlməklə, ailə üzvlərini hədələməklə pulları tələb etmək hüququ yoxdur. Şahid ifadələrindən də göründüyü kimi həmin dövrdə Zərərçəkmiş şəxs ciddi maliyyə və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qohumunun, işlə bağlı əməkdaşlıq etdiyi Şahid5 təqib olunması ilə əlaqədar sıxıntıları var idi. Zərərçəkmiş şəxs nisbətən zəif düşdüyü həmin ərəfələrdə heç bir səbəb, əsas olmadan Akimov Kamalın real bazar dəyərindən 4-5 dəfə artıq məbləği hədə qorxu ilə ondan tələb etməsi isə sanki Zərərçəkmiş şəxs həmin zəif zamanının tələbinə görə planlanmış iş idi. Akimov Kamalın bu kompensasiya adlandırdığı pul məbləğini tələb etmək üçün məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət etmək əvəzinə öz bildiyi “üsullarla” kənar şəxslərin təzyiqindən istifadə etməsi yuxarıda qeyd etdiklərimi sübut edir. Həmçinin qeyd etmək lazımdır ki, Akimov Kamal pulu tələb edərkən, ümumiyyətlə həmin vaxt ona mülkiyyət hüququ ilə əmlak məxsus olmayıb. O, guya borc əvəzinə “dostu” ilə razılaşıb ki, borca görə əmlakı “dostunun” adına rəsmiləşdirsin. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2024-cü il tarixli, 1 (103)-277/2024 saylı qərarının dəyişdirilməsini və verilmiş mülki iddianın təmin edilməsini xahiş edirlər. ! Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin olunması barədə dövlət ittihamçısının və nümayəndələrin, kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməməsi barədə müdafiəçilərin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətlili yi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, X21 əməlində ittiham edildiyi hədə qorxu ilə tələb etmə cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin nümayəndələrinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, X23 Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə cinayət hadisəsinin olmamasına görə bəraət verilməsi, kassasiya şikayətlərində və kassasiya protestində mübahisələndirilən dəlillərə dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət m əsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsi rləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun təl əblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrind ə təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1. 1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.” Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üz rə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsasslı olaraq K.A.Akimova bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edərək qanuni hökm qəbul etmiş, apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvədə saxlamaqla əsaslı və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticələri düzgün və əsaslı hesab edir və qeyd edir ki, məhkəmələr X19rşı irəli sürülmüş ittiham üzrə cinayət əsasının olmaması əsasına görə bəraət verməkdə haqlı olmuşlar. Belə ki, X27 CM-in 182.3.2-ci maddəsi ilə, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin ə mlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmədə təqsirləndirilmişdir. İttihama əsasən təqsirləndirilən şəxs K.A.Akimovun həmin cinayət əməlini törətməsi şahidlərin ifadələri, iş üzrə tanınmış maddi sübutla əsaslandırılmışdır. Lakin bu əsaslar istər birinci instansiya məhkəməsində istərsədə apellyasiya instansiyası məhkəməsində mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə X21 CM-in 182.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən sübut bazasını ekspert rəyləri və şahidlərin ifadələri təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə kollegiyası sübutlara qiymət verərkən öz qərarında qeyd etmişdir ki, “....Təqsirl əndirilən şəxs X19rşı verilmiş ittihamın əsası ilk öncə Zərərçəkmiş şəxs ifadələrində (bax: 47-ci bənd) istinad etdiyi təqsirləndirilənin ona qarşı ünvan 2 ünvanında yerləşən 128 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması, vurulmuş maddi zərər və icarə haqqının ödənilməsi tələblərinə dair müraciət etdiyi çoxsaylı məhkəmə proseslərində uduzması və yalnız bundan sonra ondan pul tələb etməsi əsasında qurulmuşdur. Halbuki, hökmün 27-35-ci bəndlərindən görünür ki, Kamal Akimovun əleyhinə çıxarılmış çoxsaylı məhkəmə qərarları əslində birbaşa iddia tələbinə münasibətdə olmamışdır. Belə ki, Kamal Akimovun ona məxsus olan sözü gedən ünvanda yerləşən qeyriyaşayış sahəsini götürdüyü borc müqabilində Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızının adına rəsmiləşdirməsi nəticəsində məlum ərazidə aparılan söküntünün qanunsuz hesab edilməsi, sahənin əvvəlki layihə əsasında bərpa edilməsin ilə bağlı Zəkiyyə Səttarovanın cavabdeh "xxxx" MMC-yə qarşı 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsində qaldırdığı iddia tələbi cavabdeh tərəfindən məhkəmə aidiyyatı hissəsində mübahisələndirilmiş, bununla əlaqədar yuxarı instansiya məhkəmələrinin qərarı ilə iddiaya baxılması inzibati-iqtisadi məhkəmənin səlahiyyətinə aid olmadığından iddianın mümkün sayılmaması haqlı hesab olunmuşdur. Bundan sonra Kamal Akimov özü cavabdeh "xxxx" ASC-yə qarşı mülkiyyətində olan qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması, vurulmuş maddi zərər və icarə haqqının ödənilməsi tələbinə dair iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə mü raciət etmiş, iddiaçının tələbi subyektiv hüquqa malik olmaması, yəni iddia olunan qeyri-yaşayış sahəsinin Zəkiyyə Səttarovanın adına qeydiyyata alınması səbəbindən təmin edilməmişdir. Bununla əlaqədar iddiaçının yuxarı instansiya məhkəmələrinə şikayətinə əsasən işə yenidən baxılmış, bu dəfə apellyasiya məhkəməsinin 2(103)-3894/2016 nömrəli, 09 avqust 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin əsaslandığı iddiaçının subyektiv hüquqa malik olmaması səbəbi, yəni X26 Səttarovanın arasındakı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməklə aradan qaldırıldığından qətnamə ləğv edilmişdir. Həmçinin, sözü gedən apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Səbail rayon u, Xanlar küçəsi, 8 saylı binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Kamal Akimovun mülkiyyətindədir, həmin əmlak cavabdeh təşukilat tərəfindən qanunsuz olaraq sökülmüş və cavabdeh təşkilat tərəfindən sökülən qeyri-yaşayış sahəsinə görə mülkiyyətçiyə heç bir kompensasiya ödənilməmişdir. Bu barədə cavabdeh şirkətin nümayədəsi Mehman Zeynalov özü də etiraf etmişdir. Həmin qətnamə ilə Kamal Akimovun sökülmüş əmlak müqabilində kompensasiya tələb etmək hüququnun olması tanınmışdır. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilərək geri qaytarılması və sair tələbini apellyasiya instansiyası cavabdeh tərəfindən mübahisəli ərazidə hündürmərtəbəli bina inşa edildiyindən əmlakın ilkin vəziyyətinin bərpası tənasübsüz surətdə böyük xərc tələb etdiy i üçün mümkün olmaması səbəbindən təmin etməmiş, eyni zamanda əsaslandırıcı hissədə mülki qanunvericiliyə görə yaranmış vəziyyətdə kreditora pul əvəzi verilə biləcəyi qeyd edilmişdir. Bundan sonra X26 Səttarovanın arasındakı xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsinin Ali Məhkəmə tərəfindən ləğv edilməsinə səbəb isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin cəlb edilməməsi, bununla da iddia müddətinin tətbiqinin məhdudlaşdırılması qənaəti olmuşdur ki, bu da əmlakın mülkiyyətçisinin Kamal Akimov olmasını təkzib mənasını vermir. İş materiallarında olan rəsmi sənədlərlə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən qeyriyaşayış sahəsi X21 mülkiyyətindədir (bax: 54, 71-76-cı bəndlər). Həmçinin iş materialla rı ilə o da sübut olunur ki, "xxxx" şirkətinin nümayəndəsi Şahid2 24 avqust 2012, 25 sentyabr 2012-ci il tarixdən 07 iyun 2013-cü il tarixinədək olan müddətdə ünvan 6 ünvanlarda yerləşən mənzillər, fərdi-yaşayış evləri və qeyri-yaşayış sahələrini aldığı mülkiyyətçilərlə bağladığı alqı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin müxtəlif nömrəli Çıxarışları ilə adına rəsmiləşdirmişdir. Həmin müqavilələr arasında ünvan 2 ünvanda yerləşən, hazırda X21 adına qeydiyyatda olan qeyriyaşayış sahəsinə dair istər onun özü, istərsə də, Səttarova (Vəlizadə) Zəkiyyə Nadir qızının arasında alqı-satqı aparılmasına dair hər hansı bir sənəd olmamış, yalnız icarə hüququ ilə Xanlar kü çəsində yerləşən 0,37 ha. həyətyanı torpaq sahəsinin qeydiyyata alındığı və hazırda icarəsində olduğu göstərilmişdir (bax: 37-38, 40, 42-ci bəndlər). İbtidai istintaq orqanının ittihamı əsaslandırdığı digər fakt Zərərçəkmiş şəxs ünvan 2 ünvanda aparılan söküntü işlərinin təsisçisi olduğu şirkət tərəfindən aparılmaması barədə dedikləridir. Bu hal qanuni qüvvəsini almış yuxarıda qeyd olunan apellyasiya məhkəməsinin qətnaməsi ilə tamamilə təkzib olunur. Həmin işin mülki icraatı zamanı "xxxx" MMC-nin nümayədəsi özü bu faktı etiraf edərək bildirmişdir ki, «qarşı tərəf, yəni iddiaçı X27 sökülmüş əmlaka görə real olmayan pul vəsaiti tələb etdiyindən tərəflər razılığa gələ bilməmişlər». Bununla da nümayəndə əmlakın söküntüsünün məhz tərəflərindən aparıldığını etiraf etmişdir». Bundan başqa, Kamal Akimovun ibtidai istintaqa təqdim etdiyi diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ərazidə söküntü işləri "xxxx" MMC-yə məxsus olan texnika vasitəsilə aparılmışdır. Doğrudur, "xxxx" şirkətində qaraj müdürü vəzifəsində işləmiş, iş üzrə Şahid15 ifadəsində şirkətə məxsus texnikanı qeyri-iş günlərində əlavə qazanc əldə etmək üçün digər şəxslərin sifarişi əsasında istifadəyə verdiklərini desə də, onun bu ifadəsi digər bir sübutla öz təsdiqini tapmamışdır. Belə ki, Şahid15 həmin vaxtlar sürücü kimi işləyən şəxslərin adlarını bildirsə də, həmin şəxslərin istintaqa cəlb edilməsi üçün hər hansı bir tədbirlərin görülməsi iş materiallarından məlum olmur. Bundan başqa mübahisəli məsələ iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinin 19 avqust 2022-c i il tarixli, 016105665-1222 nömrəli məktubu ilə də öz təsdiqini tapmışdır. Bundan başqa ibtidai istintaq orqanının sübutların qiymətləndirməsi haqqında 29 oktyabr 2022-ci il tarixli qərarında qeyd etdiyi «Zərərçəkmiş şəxs və təsisçi "xxxx" MMC tərəfindən ünvan 2 ünvanda yerləşmiş 128 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi təsdiq edilmədiyindən onların barəsində həmin faktlarla bağlı cinayət təqibinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilsin» ifadə ilə, elə həmin qərarın digər sətir başlığında, həmçinin 31 oktyabr 2022ci il tarixli qərarında göstərdiyi «… cinayət işinin ayrıca icraata ayrılması, həmin işdə həmçinin ünvan 2 ünvanda yerləşən 128 kv.metr sahəyə malik qeyri-yaşayış sahəsinin qanunsuz o laraq sökülüb-sökülməməsi, müsbət halda həmin əngllərin kim tərəfindən törədilməsi müəyyən edilməklə bu xüsusatlara hüquqi qiymət verilməsi …» ifadələri arasındakı təzadlı ifadələr ittiham tərəfinin gəldiyi nəticəni konkretləşdirmir. Sübutların qiymətləndirilməsi qərarında digər diqqəti çəkən məqam qərarda guya təqsirləndirilən şəxs Kamal Akimovun ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bilməsi barədə olan qeydlərdir. Halbuki, Kamal Akimov təqsirləndirilən şəxs qismində cəlb olunduğu vaxtdan özünü elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, qəbul edilmiş müvafiq qərarların surətini, hüquq və vəzifələrindən çıxarışları alsa da, bildiriş və protokolları imzalamaqdan, habelə elan olunmuş ittiham üzrə ifadə verməkdən imtina etmişdir (bax: 34, 63, 78, 19, 6768, 64-66-cı bəndlər). X2 7 Zərərçəkmiş şəxs əmlakına, əmlaka olan hüquqlarına qəsd etməmiş, əksinə ondan özünə məxsus əmlakın aralarında razılaşdıqları dəyərini tələb etmişdir ki, bu da mülkiyyətçi kimi onun subyektiv hüququdur. Belə olan halda Kamal Akimovun ittiham olunduğu hədə-qorxu ilə tələb etmə cinayət əməlinin obyekti yaranmır. Digər tərəfdən ibtidai istintaq orqanının təqsirləndirilən şəxs X21 Zərərçəkmiş şəxs və onun qohumlarını real olaraq ölümlə hədələməsi, şahidlərin bir qisminin (Şahid2, Şahid3, Şahid4, X7, Şahid16, Şahid17, Şahid13, Şahid14, Şahid20, habelə məhkəmədə ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid21 Əlibala oğlu) X30 Əsgərova təyziq göstərməsi, üzərinə adamlar göndərməsi və sair barədə ittihamları da, əsas götürdükləri dəlillərlə öz təsdiqini tapmır, onların özlərinin ehtimallarına və y a digər əməkdaşların dediklərinə əsaslanır ki, bu hal da təqsirləndirilənin xeyrinə həll olunmalıdır. Zərərçəkmiş şəxs ifadələrində bildirmişdir ki, Kamal Akimov onun bağ evində olarkən, habelə nümayəndəsi Şahid23 ofisində olduğu vaxt şəxsən özü, daha sonra öz ofisinin qarşısında, hətta yolda avtomobillə hərəkətdə olduğu vaxt tanımadığı, idmançı bədən quruluşlu, zahirən və danışıqları Şimali Qafqaz sakinlərinin ləhcəsinə bənzəyən şəxslər onu saxlatdırıb, telefonda oğlunun şəhərdə gəzən vəziyyətdə şəklini göstərərək bütün ailə üzvlərinin harada və hərəkətləri barədə məlumatlı olduqlarını, oğlunu oğurlayacaqlarını, özünü isə öldürəcəkləri ilə bağlı hədə-qorxu gəlib, tələb olunan pulu verməli olduğunu demişlər. Kamal Akimov nəinki üzbə-üz görüşdükləri vaxtlarda, həm də telefon danışıqları zam anı onu dəfələrlə hədələmişdir. Lakin iş materiallarında biri-digərini təkzib edən və ya ümumi danışıqdan eşidilənlərə əsaslanan ifadələrdən başqa bu deyilənləri sübut edəcək hər hansı bir videogörüntü, telefon danışıqları və sair kimi mötəbər sübutlar yoxdur. "xxxx" MMC-nə verilmiş sorğulara alınmış cavablarda X31 Əsgərovun istifadələrində olan mobil telefon nömrələrinə ifadələrdə istinad olunan müddətlərdə daxil olan və çıxan zənglərin siyahısı, sms mətnləri əldə olunmuş, lakin bu məlumatlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən heç nə olmamışdır. Belə olan halda müxtəlif üsullarla hədə-qorxu gəlmənin, konkret olaraq ölümlə hədələmənin nədə ifadə olunması məlum deyil. Başqa sözlə desək hadisədə hədə-qorxu ilə tələb etmə cinayətinin tərkib elementi olan obyektiv cəhəti də müəyyən ol unmur (bax: 4, 5, 6, 14-18, 22, 24, 63). Bundan başqa iş üzrə şahidlər Şahid5, Şahid6 və Şahid2 2016-cı ildə "xxxx" şirkətinin yerləşdiyi ünvan 3 ünvandakı ofisdə Zərərçəkmiş şəxs ilə X8rın və işçilərin iştirakı ilə olan görüş barədə dediklərinin özlərinin və digər şahidlərin ifadələri ilə üst-üstə gəlməməsi də diqqəti cəlb edir. Belə ki, onlar həmin vaxtı Zərərçəkmiş şəxs işçilərin yanında Kamal Akimovu göstərib həmin şəxsə 800.000 ABŞ dolları pul verilməli olduğunu deməsini, həmin vaxt Azərin narahatçılığını və ümumi otaqda ab-havanın gərgin olduğunu gördüklərini, onlara otaqda oturmaq belə təklif olunmadığını və sair demişlər. Dediklərinə görə həmin vaxt şirkətin əməkdaşı Şahid7 də orada olmuşdur. Lakin, Şahid7 X30 Əsgərova hədə-qorxu gəlməsini eşitmədiyini, onun yanında belə söhbətlər olmadığını bildirməklə fərqli ifadə vermiş, bu səbəbdən hələ ibtidai istintaq zamanı onların arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, hər biri öz dediklərini bir-birinin üzünə qarşı bir daha təsdiq etmişlər. Lakin, bu istintaq hərəkətindən sonra nə ibtidai, nə də məhkəmə istintaqında dindirilən şahidlər Şahid5, Şahid6 və Şahid2 eyni epizod üzrə ifadə verərkən Şahid7 adını çəkmişlər. Bundan başqa hər üç Şahid7 nisbətən Zərərçəkmiş şəxs daha yaxın münasibətdədirlər, hətta Rəşad Azərin yeznəsidir. Belə olan halda bu şahidlərin Zərərçəkmiş şəxs xeyrinə ifadə vermələri istisna olunmur.....” Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı yekun nəticəyə gəlinməsi ü çün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında toplanmış sübutlar hərtərəfli, tam və obyektiv olaraq t ədqiq olunmaqla, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsasslı hesab edir və həmin sübutların təkrar şərh olunmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ittiham tərəfi X21 Azərbaycan Respublikası CM-in 182.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olmasını təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, təkzibedilməz nəticəyə gəlməyə əsas verən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəm ə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin e tməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 41 6.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq X27 barəsində cinayət hadisəsinin olmaması əsası ilə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətlə rinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin. X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi b arədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-277/2024 saylı, 6 mart 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar