Məhkəmə qərarları › İş №1(102)-1548/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1548/2022

17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1548/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə; Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi – Müdafiəçi2 iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Fatollah oğlu barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-92/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli (Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi ilə) hökmü ilə xx xxxxxx 1980-ci ildə İran İslam Respublikasının Sary şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, subay, ali təhsilli, ”Ghahraman-1” gəmisində kapitanın birinci köməkçisi işləyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Sary şəhəri, 15- i xorda prospekti, Məhdiyə məscidi küçəsi, Məhistan, mənzil 5 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Fatollah oğlu Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismət toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 oktyabr 2021-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək barəs ində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi, CM-in 52-ci maddəsinə əsasən ona əlavə olaraq Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma cəzasının təyin edilməsi, əlavə cəza olaraq təyin edilmiş Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma cəzasının azadlıqdan məhrumetmə cəzasını çəkdikdən sonra icra edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, iş üzrə maddi sübut kimi tanınmış, Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdari ümumilikdə 0,08 qram təşkil etməklə 3 ədəd olan, ekspertiza tədqiqatları ndan sonra isə qalıq 1 ədəd tam yarım (0,5) ədəd qalan metadon tabletləri və tərkibindəki klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdari 0,037 qram təşkil etməklə 18 ədəd tam və 1 ədəd yarı ölçüdə olan, ekspertiza tədqiqatlarından sonra qalıq 16 ədəd qalan klonazepam tabletlərinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manatın ondan tutularaq dövlət nəfinə keçirilməsi hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-723/2022 saylı, 17 may 2022-ci il tarixli (Hakimlər Babayev Zəki Baba oğlu (sədrli edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) hökmü ilə müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən B akı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-92/2022 saylı, 28 yanvar 2020-ci il tariхli hökmü, məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair hissədə ləğv edilmiş, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş, Məhkum münasibətdə “Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə ona qəti olaraq cəza təyin edilməsi”nə dair müddəa hökmdən xaric edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)92/2022 saylı, 28 yanvar 2020-ci il tariхli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrume tmə cəzası dəyişdirilərək 3 (üç) ilə endirilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-723/2022 saylı, 17 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Hökmdən kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Məhkum İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı ümumilikdə 0,08 qram təşkil edən 3 ədəd metadon həbini əldə etmiş, 1 ədəd plastmas materialdan hazırlanmış silindr formalı qabın içərisində yerləşdirərək, kapitanın birinci köməkçisi kimi işlədiyi “Ghahraman-1” (İMO 8620038) gəmisində ona aid olan 224 №-li kayutdakı istirahət üçün nəzərdə tutulmuş otaqda olan çarpayının sol aşağı hissəsində, müxtəlif əşyalar saxlamaq üçün nəzərdə tutulmuş siyirmədə saxlamış, İran İslam Respublikasının bayrağı altında üzən “Ghahraman-1” (İMO 8620038) gəmisində İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, 19 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İda rəsinin Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” gömrük postunda qeyd olunan metadon narkotik vasitəsinin təsiredici maddəsinin miqdarı ümumilikdə 0,08 qram təşkil edən 3 ədəd metadon həbini və həmçinin İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən əldə etdiyi və 1 ədəd plastmas materialdan hazırlanmış şilindir formalı qabın içərisində yerləşdirib, “Ghahraman-1” (İMO 8620038) gəmisində ona aid olan 224 №-li kayutdakı istirahət üçün nəzərdə tutulmuş otaqda olan çarpayının sol aşağı hissəsindəki siyirmədə saxladığı tərkibindəki klonazepam psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı 0,037 qram təşkil edən 18 ədəd tam və 1 ədəd yarı ölçüdə olan həbləri Azərbaycan Respublikası gömrük sərhədindən bəyan et məməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərir ki, Məhkəmə kollegiyasının qənaətinə əsasən, iş materiallarında olan İran İslam Respublikası “Mehriqan Kəlate Xic Asılılığın müalicəsi klinikası”nın 100978 nömrəli tibbi lisenziya əsasında fəaliyyət göstərən həkimi doktor Leyla Şah Hüseyninin (telefon nömrəsi 0***-*******) imzası və möhürü ilə təsdiq olunmuş arayışdan görünür ki, “Allahın adı ilə Hörmətlə. ********** milli kodlu cənab Əli Əkbər Javidani bu mərkəzdə metadon həbləri ilə müalicə olunur. Bu məktub məlumatlandırmaq və onu tanıtmaq məqsədi ilə verilmişdir.” Həmçinin məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, notarial qaydada təsdiq olunmuş 5 9615 nömrəli tibbi lisenziya əsasında fəaliyyət göstərən Nevropatoloq Psixiatr həkimi doktor Əbulhəsən Həmidi Konrinin (telefon İ nömrəsi ***-*******9) imzası və möhürü ilə təsdiq olunmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əli Əkbər Javidani Fətullah oğlu, Ş/V № **********4, morfin və şüşə asılılığının xəstəxanaya yerləşdirilməsi və müalicəsini davam etdirmək və simptomları idarə etmək üçün iki ay, müddətində hər gecə klonozepam və hər gün metadon həblərinə ehtiyacı olduğundan istifadə üçün yazılmışdır. Xəstənin qeyd olunan müalicələrə davam etməsi və sonra yenidən klinikaya göndərilməsi və qiymətləndidilməsi lazımdır. Ünvan: Qaemşəhər, Modərres k. Amin həkimlər binası,b2,m1. Göründüyü kimi Məhkum tərkibində narkotik vasitə olan metadon və tərkibində psixatrop maddə olan klono zepam həblərini qanunsuz olaraq deyil, müalicə olunmaq üçün həkimin yazdığı resept əsasında aptekdən əldə etmiş, saxlamış və daşımışdır. Məhkum edilmiş şəxs Məhkum ona istinad edilən metadon və klonozepam həblərini qanuni yolla əldə etməsi iş materiallarındakı sübutlarla və Məhkum öz ifadəsi ilə təsdiq olunur və həmin sübutları təkzib etmək və ya şübhə altına almaq mümkün deyildir. Odur ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün əsas olmuş və iş üzrə maddi sübut qismində tanınmış müalicə olunması məqsədi ilə Məhkum tərəfindən aptekdən alınmış dərman vasitəsi olan metadon və klonozepam həbləri Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır və tərkibində narkotik vasitə olan metadon və tərkibində psixatrop maddə olan klonozepam həblərini qanuni yolla əldə edildiyindən cinayət məsuliyyətinə səbəb olan hal kimi çıxış edə bilməz. CPM-nin 349.3 və 349.4-cü maddələrinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin. Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-nin 349.5.3-cü maddəsinə əsasən, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CPM-nin 144 və 145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Narkotik vasitələrin qanuni yolla əldə edilməsi hallarını isə 28 iyun 2005-ci il tarixli Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanunu müəyyən edir. Həmin qanunun 10-cu maddəsinə görə narkotik vasitələrdən tibbi məqsədlər üçün istifadə oluna bilər: “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin yalnız dövlət narkoloji-tibb müəssisələrində tətbiqinə icazə verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanunu Respublika daxilində Azərbaycan Respublikası vətəndaşlarının müalicə məqsədi ilə narkotik vasitə olan dövriyyəsi məhdudl aşdırılmış dərman pereparatlarının qəbulu ilə yanaşı tranzit keçən xəstələrin də özləri ilə belə vasitələri gətirə bilməsini müəyyən edir, (qanunun 1 -ci maddəsi) Lakin qanun Azərbaycan Respublikası vətəndaşlarının xaricdə müayinə olunması və Özləri ilə ölkə ərazisinə narkotik vasitələri resept əsasında gətirməsi halını nəzərdə tutmamışdır. Bu hal özü də narkotik vasitələrin dövriyyəsinə olan ciddi nəzarətin təmin edilməsi məqsədi ilə nüəyyən edilmişdir. Çünki həmin qanunun 6-cı maddəsi narkotik vasitələrin idxalının müvafiq icra hakimiyyəti orqanından alınmış xüsusi lisenziya əsasında mümkünlüyünü nəzərdə tutmuşdur. Qanuna görə ölkəyə narkotik vasitələrin gətirilməsi ciddi surətdə müvafiq dövlət orqanlarının nəzarəti altında aparılır. Qanunvericilik narkotik vasitələrin qanuni yolla əldə edilə bilməsini və istifadəsini nəzərdə tutsa narkoloji xəstəliklərin və onların doğurduğu mənfi tibbi və sosial nəticələrin, habelə bu xəstəliklərə düçar olmuş və onların ətrafında olan şəxslərə ziyanın vurulması hallarının qarşısını almaq məqsədilə ona ciddi surətdə nəzarəti də müəyyənləşdirmişdir. Narkoloji xidmətin aparılması və narkotik vasitələrin hərəkətinə nəzarət 29 iyun 2001cı il tarixli Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin qanunun 11.5-1-ci maddəsinə əsasən “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində tibbi məqsədlərlə istifadə olunan narkotik vasitələrin və dövriyyəsi məhdudlaşdırılan və nəzarət edilən psixotrop maddələrin tətbiqinə yalnız dövlət narkoloji-tibb müəssisələrində icazə verilir. Göründüyü k imi məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmənin iş üzrə hökm və qərarında şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Yuxarıda sadalanan sübutlardan görünür ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin barəsində CM-nin 234.1 -ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi isə iş üzrə nəticəyə gələrkən əsaslı hesab edilə bilməyən sənədlərə istinad etmiş, təqsirləndirilən şəxsin verdiyi ziddiyyətli ifadələri araşdırmadan əsassız olaraq ona CM-nin 234.1-ci maddəsi ilə bəraət vermişdir. Yuxarıda göstərilən əsaslara görə Bakı Apelyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına qaytarılmasını xahiş edir. Hü quqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, Müdafiəçi2 kassasiya protestinin təmin edilməməsi, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protest inin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla Bakı şəhər Suraxanı rayon məhkəməsinin Məhkum barəsində olan qanuni və əsaslı hökmü haqqında düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara ə saslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qəra rında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzr ə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onu n məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun hökm çıxarmışdır. Bununla bağlı apellyasiya məhkəməsi öz hökmündə mövqeyini əsaslandırarkən müəyyən etmişdir ki,...iş materiallarında olan İran İslam Respublikası “Mehriqan Kəlate Xic Asılılığın müalicəsi klinikası”nın 100978 nömrəli tibbi lisenziya əsasında fəaliyyət göstərən həkimi doktor Leyla Şah Hüseyninin (telefon nömrəsi 0***-*******) imzası və möhürü ilə təsdiq olunmuş arayışdan görünür ki, “Allahın adı ilə Hörmətlə. ********** milli kodlu cənab Əli Əkbər Javidani bu mərkəzdə metadon həbləri ilə müalicə olunur. Bu məktub məlumatlandırmaq və onu tanıtmaq məqsədi ilə verilmişdir.” Həmçinin məhkum edilmiş şəxs Alıakbar Javıdaninin müdafiəçisi Müdafiəçi2 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş, notarial qaydada təsdiq olunmuş 59615 nömrəli tibbi lisenziya əsasında fəaliyyət göstərən Nevropatoloq Psixiatr həkimi doktor Əbulhəsən Həmidi Konrinin (telefon nömrəsi ***-*******9) imzası və möhürü ilə təsdiq olunmuş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Əli Əkbər Javidani Fətullah oğlu, Ş/V № **********4, morfin və şüşə asılılığının xəstəxanaya yerləşdirilməsi və müalicəsini davam etdirmək və simptomları idarə etmək üçün iki ay müddətində hər gecə klonozepam və hər gün metadon həblərinə ehtiyacı olduğundan istifa də üçün yazılmışdır. Xəstənin qeyd olunan müalicələrə davam etməsi və sonra yenidən klinikaya göndərilməsi və qiymətləndidilməsi lazımdır. Ünvan: Qaemşəhər, Modərres k. Amin həkimlər binası, b2,m1. Göründüyü kimi Javıdanı Alıakbar Fathollah oğlu tərkibində narkotik vasitə olan metadon və tərkibində psixatrop maddə olan klonozepam həblərini qanunsuz olaraq deyil, müalicə olunmaq üçün həkimin yazdığı resept əsasında aptekdən əldə etmiş, saxlamış və daşımışdır. Məhkum edilmiş şəxs Məhkum ona istinad edilən metadon və klonozepam həblərini qanuni yolla əldə etməsi iş materiallarındakı sübutlarla və Məhkum öz ifadəsi ilə təsdiq olunur və həmin sübutları təkzib etmək və ya şübhə altına almaq mümkün deyildir. Odur ki, Javıdanı Alıakbar Fathollah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün əsas olmuş və iş üzrə maddi sübut qismində tanınmış müalicə olunması məqsədi ilə Javıdanı Alıakbar Fathollah oğlu tərəfindən aptekdən alınmış dərman vasitəsi olan metadon və klonozepam həbləri Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibini yaratmır və tərkibində narkotik vasitə olan metadon və tərkibində psixatrop maddə olan klonozepam həblərini qanuni yolla əldə edildiyindən cinayət məsuliyyətinə səbəb olan hal kimi çıxış edə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində göstərilir ki, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.4-cü maddəsində qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gə tirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılmasıdır. Həmin Qanunun 1.0.5-ci maddəsində qeyd olunur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, ps ixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi narkotik vasitələrin və ya psixotrop maddələrin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşınması həmin cinayətin tərkibini yaradır. Cinayət işinin materiallarındakı və araşdırılaraq qiymət verilmiş sübutlardan görünür ki, Javıdanı Alıakbar Fathollah oğlu tərkibində narkotik vasitə olan metadon və tərkibində psixatrop maddə olan klonozepam həbləri qanunsuz olaraq deyil, qanuni yolla müalicə almaq məqsədi ilə həkimin təyin etdiyi resept əsasında əldə etmiş, saxlamış və daşımış, bu zaman hər hansı cinayət tərkibi yaradan əmələ yol verməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün t əhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Yuxarıda təsvir olunmuş işin hallarından görünür ki, Məhkum tərəfindən tərkibində narkotik vasitə olan metadon və tərkibində psixatrop maddə olan klonozepam həblərini qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması hər hansı sübutla öz təsdiqini tapmır. Odur ki, məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasını, məhkəmədə kifayət qədər araşdırılmamış, sübutlara əsaslanmayan, yəni Azərbaycan Respublikası CPM-nin 145, 146-cı maddələrinin tələblərinin pozulması ilə əldə olunmuş nəticə kimi qiymətləndirir. Bundan başqa məhkəmə kollegiyasının mövqeyinə görə, ibtidai istintaq zamanı Məhkum özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə yanaşı CM-nin 234.1-ci maddəsi ilə də qismən təqsirli bilməsi barədə olan ifadələri iş üzrə başqa sübutlarla təsdiq olunmadığından, Məhkum həmin maddə ilə verilmiş ittihamının əsasını təşkil edə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 91.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, təqsirləndirilən şəxsin üzərinə verdiyi ifadəyə və izahata görə heç bir məsuliyyət qoyula bilməz. Həmin Məcəllənin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Şərh edilən qanunları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda izah edilən işin faktiki hallarından da görünür ki, Məhkum tərəfindən törədilməsinə istinad edilən həmin cinayət əməli sübut olunmamışdır......” Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Proses sual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinin tələbinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.1-ci maddəsinə əsasən məhkəmə bax ışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolve rilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 17 may 2022-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlində CM-in 234.1-ci maddəsində göstərilən cinayət hadisəsinin olmaması barədə düzgün nəticəyə gəlmişdir. Həmin maddə ilə məhkuma verilmiş bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə çıxarılmış hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2022-ci il tarixli hökmü kassasiya protestinə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar