Məhkəmə qərarları › İş №1(102)-1548/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1548/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1548/2024 21.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun və Müdafiəçi3 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2023-cü il tarixli qərarından məhkum və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə) 20 fevral 2023-cü il tarixli hökmü ilə xx xxxxxxx 1992-ci il tarixdə Xanlar (indiki Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, X14 X6-təsərrüfat sektorunun baş məsləhətçi-mühasibi vəzifəsində işləmiş, məhkum olunmamış, ünvan 1 ünvanında qe ydiyyatda olub ünvan 1 yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 8 oktyabr 2021-ci il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əlizamin Gülzalı oğlu Abdullayevin sədrliyi və məruzəsi ilə, Rafiq Musa oğlu Cəfərovdan və Nural Turab oğlu Əliyevdən ibarət tərkibdə) 20 fevral 2023-cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisinin və məhkumun müdafiəçisinin apelly asiya şikayətləri təmin edilməmiş və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-45/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X14 İnkişaf Mərkəzinin (DAİM) Maliyyətəsərrüfat sektorunun baş məsləhətçi-mühasib vəzifəsinə təyin edildikdən sonra ilk iş yeri olması ilə bağlı təcrübəsiz olması səbəbindən xidməti fəaliyyətinə aid olan bəzi sənədlərin tərtibatında yol verdiyi nöqsanlarla bağlı həmin Mərkəzin direktoru X11 tərəfindən bildirilən iradlara görə, həmçini n xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı aralarında mütəmadi mübahisələrin baş verməsi səbəbindən rəhbər-işçi kimi bir-birinə qarşı ikrah hissi yarandığından sonuncu ilə şəxsi münasibətləri pisləşərək gərgin iş şəraitində işləməklə 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində “Müştəribank” tətbiqinin şifrəsini Ziyat Əhmədova verməsi ilə bağlı aralarında yaranmış sözlü mübahisə zamanı sonuncu onu yalançılıqda ittiham etdiyindən əsəbiləşərək iş yerini tərk edib yaşadığı evə getmiş, həmin gün saat 13 radələrində atası Şahid4 ona zəng edərək iş yerini tərk etdiyi üçün danlamaqla Ziyat Əhmədovun onu iş yerində gözlədiyini bildirdikdən sonra Goranboy DAİM-də işə qəbul edildiyi vaxtdan Ziyat Əhmədovun ona mütəmadi olaraq əsaslı və əsassız irad bildirməsi, aralarında olan mübahisə barədə atasına məlumat verməsi ilə əlaqədar sonuncuya qarşı yaranmış nifrət hissindən irəli gələn qisas almaq məqsədilə Ziyat Əhmədovu qəsdən öldürmək qərarına gələrək öz məqsədini həyata keçirmək üçün yaşadığı evdən çıxıb Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Gülüstan market“ə daxil olaraq bir ədəd kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən qatlanmayan mətbəx bıçağı alıb əynindəki gödəkçənin sol iç cibinə qoymaqla gizlədərək həmin gün saat 13:02-də ünvan 3 ünvanında yerləşən inzibati binasına gedərək binanın ikinci mərtəbəsində yerləşən Ziyat Əhmədovun xidməti otağına daxil olduqdan sonra aralarında olan mübahisə barədə atası Şahid4 məlumat verməsinə görə sonuncuya narazılığını bildirmiş, Ziyat Əhmədov ona atasının mərd, qeyrətli kişi olması nı, onun atasına bənzəmədiyini bildirərək təhqir etdiyi üçün Z.Əhmədovu qəsdən öldürmək məqsədilə cibində olan mətbəx bıçağını çıxarıb ardıcıl zərbələr endirərək sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin ön səthinin, sağ körpücük altı nahiyənin deşilmiş-kəsilmiş yaralanması zamanı xarici qanitirməyə səbəb olan sağ körpücük altı venanın zədələnməsi, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan sol əlin ovuc səthinin və sol bazunun yuxarı 1/3nin arxa səthinin kəsilmiş yaraları xarakterli xəsarətlər yetirərək DAİM-nin inzibati binasını tərk etmiş, bu zaman hadisə yerində olan digər şəxslər X8 xəstəxanaya apararkən sonuncu aldığı sağ körpücük altı venanın deşilmiş-kəsilmiş yaralan ması xəsarətindən baş vermiş xairici qanaxma nəticəsində yolda həyatını itirmiş, bununla da o, X8 qəsdən öldürüb həyatdan məhrum etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətində mərhum zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını, onu qəsdən öldürmədiyini, əlində bıçaq onu qorxutmaq istədiyini bildirmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2023-cü il tarixli qərarında dəyişiklik edərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, cinayət işinin ibtidai istintaqı zamanı bir çox qanun pozuntularına yol verildiyi üçün həmin cinayət işinin məhkəmə baxışına çıxarılmadan prokurorluğa qaytarılması barədə həm bu cinayət işinin ilkin hazırlıq iclası zamanı, həm də məhkəmə baxışı zamanı 2 dəfə vəsatət verilmişdi. Lakin məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq həmin vəsatətlərə hüquqi qiymət verilmədən həm məhkəmənin hazırlıq iclası, həm də məhkəmə prosesi özü ümumilikdə keçirilmiş və yekun məhkəmə hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs Məhkum atası Şahid4 14 ildən çox müddətdə Goranboy rayon Polis Şöbəsinin əməliyyat üzrə müavini vəzifəsində işləmişdir. Şahid4 həm Goranboy rayon prokurorluğuna, həm də müxtəlif dövlət orqanlarına ünvanladığı ərizələrdə də bu faktı göstərmiş və oğluna köməklik edilməsini xahiş etmişdir. Təbii ki, həm ibtidai istintaqı aparan Goranboy rayon prokurorluğu təqsirləndirilən şəxsin atasının uzun müddət Goranboy rayon Polis Şöbəsində işlədiyini bildiyi halda, hə m də təqsirləndirilən şəxsin atasının özü bu barədə rəsmi ərizə ilə müraciət edərək məlumat verdiyi halda, Goranboy rayon prokurorluğu bu işin baxılmasına etiraz etməmişdir. Cinayət işinin gedişi zamanı məlum olmuşdur ki, mərhum X11 tərəfindən işçilərin əmək haqları barədə "Kapital Bank” ASC-nin Goranboy rayon şöbəsinə sorğu verilmiş və bank tərəfindən xx.xx.2021- ci il tarixdə həmin sorğuya rəsmi cavab verilmişdir. Bundan sonra təqsirləndirilən şəxsin mənimsəmə əməli birbaşa sübut olunmuşdur. Qətl hadisəsi də həmin sorğuya cavabın alındığı gün, yəni xx.xx.2021-ci il tarixinə təsadüf etməsi də mərhum X11 ilə təqsirləndirilən şəxs arasında olan mübahisənin məhz dövlət əmlakını mənimsəməsi ilə əlaqədar yarandığını sübut edir. İstintaq orqanı təqsirləndirilən şəxsin guya ki, daimi olaraq mərh um X11 tərəfindən təhqir edilməsi və bu səbəbdən də cinayət hadisəsini törətməsi qənaətinə gəlməsini bildirmişdir. Bir halda ki, mərhum X7 necə mədəni və səbrli olmasını həm iş yoldaşları, həm də rayon ictimaiyyəti yaxından yaxşı bilir. Eyni zamanda ibtidai istintaq zamanı mərhum Z.Ə.Əhmədov ilə təqsirləndirilən şəxs arasında hər hansı bir şəxsi borc və ya digər məsələ ilə əlaqədar problem olmadığı və bu məsələ ilə əlaqədar da hər hansı bir mübahisənin olmadığı müəyyən edilmişdir. Belə bir halda təqsirləndirilən Məhkum əməllərinin AR CM-in 120.2.3 və 120.2.6-cı maddələri ilə tövsif edilməli olduğu halda, bu edilməmiş və bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Cinayət işinin istintaqı zamanı Goranboy rayon prokurorluğunun böyük müstəntiqi X12 tərəfindən sübutların q iymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixində qərar qəbul edilmişdir. Həmin qərardan narazı olduqları üçün Goranboy rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdik. Amma müstəntiq X12 tərəfindən CPM-in 122-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq həmin qərardan şikayətə özü tərəfindən cavab verilmişdir. CPM-in 122-ci maddəsinə görə müstəntiqin qərarından verilmiş şikayətə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cavab verməlidir. Müstəntiqin özü tərəfindən qəbul edilmiş qərardan verilmiş şikayətə özü tərəfindən cavab verilməsi həm CPM-də nəzərdə tutulmamış, həm də təbii ki, bu araşdırmanın ədalətli və obyektiv olmasına gətirib çıxara bilməzdi. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin əməli də düzgün tövsif olunmamışdır. Belə ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində açıq-aydın göstərir ki, mərhum X7 ondan, yəni təqsirləndirilən şəxs Məhkum öz əmək funksiyalarının icrası ilə əlaqədar öz vəzifələrini vaxtında və dürüst icra etməməsi ilə əlaqədar aralarında mütəmadi olaraq mübahisə yaranmış və həmin qətl də bu zəmində baş vermişdir. Yəni təqsirləndirilən şəxsin əməlləri CM-in 120.2.3 və 120.2.6-cı maddələri ilə tövsif edilməli olduğu halda, həm ibtidai istintaq orqanı, həm də məhkəmə tərəfindən əsassız olaraq CM- in 120.1-ci maddəsinə tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarından da görünür ki, hadisə mərhum Z.Ə.Əhmədovun xidməti iş yerində və iş saatında baş vermişdir. Həmçinin mərhum atam ilə təqsirləndirilən şəxs arasında o lan bu münaqişə də təqsirləndirilən şəxsin xidməti vəzifəsinin icrasına səhlənkarcasına yanaşması və dövlət əmlakının mənimsəməsi ilə əlaqədar olmuşdur.Yəni münaqişənin əsası da təqsirləndirilən şəxsin xidməti vəzifələrinin icrası və həmçinin mərhum atamın ondan öz xidməti vəzifəsini düzgün icra etməsini tələb etməsi ilə əlaqədar olmuşdur. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(104)-289/2023 saylı qərarında dəyişiklik edilərək təqsiləndirilən şəxs Məhkum əməlinin AR CM-in 120.2.3, 120.2.6 və 179.2.3-cü maddələri ilə tövsif edilərək, həmin maddələrin sanksiyaları həddində daha ağır cəza verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətl ərinin dəlillərini müzakirə edib, məhkumun verdiyi kassasiya şikayətinin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisinin verdiyi kassasiya şikayətinin təmin olunmaması barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya inst ansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin verdiyi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilmədiyi, əməlin düzgün tövsif edilmədiyi və yüngül cəza verildiyi, məhkumun kassasiya şikayətində də əməlin hüquqi tövsifinin səhv olması iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əs asən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılmas ı və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qə bulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmiş dir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittih am olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətm əkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X14 İnkişaf Mərkəzinin (DAİM) Maliyyə-təsərrüfat sektorunun baş məsləhətçi-mühasib vəzifəsinə təyin edildikdən sonra ilk iş yeri olması ilə bağlı təcrübəsiz olması səbəbindən xidməti fəaliyyətinə aid olan bəzi sənədlərin tərtibatında yol verdiyi nöqsanlarla bağlı həmin Mərkəzin direktoru X11 tərəfindən bi ldirilən iradlara görə, həmçinin xidməti fəaliyyətinə aid olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı aralarında mütəmadi mübahisələrin baş verməsi səbəbindən rəhbər-işçi kimi bir-birinə qarşı ikrah hissi yarandığından sonuncu ilə şəxsi münasibətləri pisləşərək gərgin iş şəraitində işləməklə 8 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində “Müştəribank” tətbiqinin şifrəsini Ziyat Əhmədova verməsi ilə bağlı aralarında yaranmış sözlü mübahisə zamanı sonuncu onu yalançılıqda ittiham etdiyindən əsəbiləşərək Z.Əhmədovu qəsdən öldürmək məqsədilə cibində olan mətbəx bıçağını çıxarıb ardıcıl zərbələr endirərək sonuncuya yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək X8 qəsdən öldürüb həyatdan məhrum etmişdir. Apellyasiya instansiyası məh kəməsi hesab etmişdir ki, Məhkum CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyinə dair kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla aşağıdakiları qeyd etməyi zəruri hesab edir: Cinayət Məcəlləsinin 120.1-ci maddəsində təsbit olunmuş cinayətin ic timai təhlükəli nəticəsi olaraq şəxsin həyatdan məhrum edilməsi çıxış edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 1,2ci bəndlərində izah olunur ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-in 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə is tintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri,dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərə kət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Məhkəmə kollegiyası məhkumun əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Bağırov X2 Ziyat Ələs oğluna mətbəx bıçağı ilə ardıcıl zərbələrlə sağlamlığa zərər vuran müxtəlif yüngül və ağır xəsarətlər yetirmiş və onu qəsdən həyatdan məhrum etmişdir Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin və qəsdinin olmaması barədə dəlillərini əsassız sayaraq qeyd etməyi zəruri hesab edir ki, ehtiyatsızlıqdan adam öldürmə cinayəti subyekiv cəhətdən ehtiyatsızlıqla xarakterizə olunur və ehtiyatsızlıqdan adam öldürmə zamanı cinayət törədən şəxsin təqsiri yal nız ehtiyatsızlıqdan ibarətdir, yəni o, nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulacağını da lazımi diqqət və ehtiyatlılıq göstərək baş verəcək görməli və görə biləcəyi halda, cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq göstərərək qabaqcadan görmür. Hazırki cinayət işi üzrə müəyyən edilmiş və yuxarıda qeyd edilmiş hallardan göründüyü kimi, Məhkum mərhum zərərçəkmiş şəxsi öldürməyə yönələn hərəkətlərdə təqsiri qəsddən ibarət olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətində məhkumun əməlinin CM-in 120.2.3, 120.2.6 və 179-cu maddələrinə tövsif edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkum və mərhum zərərçəkmiş şəxs arasında mübahisə sonuncunun xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar və ya başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə olması kimi hallar cinayət işi üzrə müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 7-ci və 8-cı bəndlərində məhkəmələrə tövsiyə edir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-in 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmə k dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Belə olan halda, kassasiya məhkəmə kollegiyası məhkəmələrin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədikləri qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətlərinin bu barədə dəlilləri əsassızdır, məhkumun əməli zərərçəkmiş şəxsi ehtiyatsızlıqdan adam öldürməsi, xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar və ya başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə m əqsədi ilə olması kimi qiymətləndirilə və Cinayət Məcəlləsinin 124.1, 120.2.3 və 120.2.6-cı maddələri ilə tövsif edilə bilməz. Həmçinin Şahid4 CM-in 179-cu maddəsi ilə ittiham irəli sürülməmiş, məhkəmələr tərəfindən isə işə verilmiş ittiham daxilində baxılmış və cinayət-prosessual qanunvericiliyin məhkəmə baxışının hədlərinə dair tələbləri pozulmamışdır. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli tö rətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 3 49.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəth üquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəy yən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya şikayətlərinin məhkumun əməlinin səhv tövsif olunması barədə dəlilləri öz təsdiqini tapmayan subyektiv xarakterli mülahizələrdən ibarətdir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən hallar və ağırlaşdıran halın olmadığı düzgün müəyyən edilmiş və ona Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli, qanuni və əsaslı cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissə sinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəz ərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həya t şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyışdırılməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan h allarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar