Məhkəmə qərarları › İş №1(102)-1548/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1548/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1548/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkilin iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqs irli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli 1(003)437/2024 nömrəli (hakim: Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi) hökmü ilə 6 may 1976-cı ildə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər hərbi qulluqçu olmuş, hazırda işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, xxx kəndində qeydiyyatda olan, xxx yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzaçəkməsinin əvvəlinin 24 noyabr 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025-ci il tarixli 1(103)-408/2025 nömrəli (hakimlər: Əliyev Emin Zöhrab oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Mirzəli Əbdüləli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 1 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli yivli odlu silah tapançanı, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 7,62X25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların 1 ədəd darağını və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1 ədədi 1946-cı ildə, 1 ədədi 1950-ci ildə, 3 ədədi 1951-ci ildə istehsal olunmuş, 7,62X25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 5 ədəd ştat patronu əldə edib keçmiş hərbi qulluqçu kimi onların həqiqi odlu silah və döyüş sursatı olduğunu bilib üzərində gəzdirərək özündə saxlamaqla yaşadığı fərdi yaşayış evinə qədər daşıyaraq evin yataq otağındakı çarpayının üstündə olan döşəyin altında özü ya tdığı hissədə gizlənib saxlamış, 24 noyabr 2023-cü il tarixdə, saat 13:37 radələrində Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində fərdi yaşayış evində saxlanılaraq qeyd olunan ünvanda hal şahidlərinin və Məhkum iştirakı ilə baxış, habelə saat 14:50-dən 15:00-dək olan müddət ərzində götürmə aparılarkən evin yataq otağındakı çarpayının üstündə olan döşəyin altında Məhkum özü yatdığı hissədə gizlənib saxladığı həmin zavod üsulu ilə keçmiş SSRİ dövlətində, Tula silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan 1 ədəd Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli yivli odlu silah tapança, onun komplekt hissəsi hesab edilən zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və is tifadə üçün yararlı olan 7,62X25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların 1 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1 ədədi 1946-cı ildə, 1 ədədi 1950-ci ildə, 3 ədədi 1951-ci ildə istehsal olunmuş, 7,62X25 mm kalibrli, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 5 ədəd ştat patron aşkar edilərək Məhkum götürülmüşdür. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya məhkə məsinin qərarı və Xəzər Rayon Məhkəməsinin hökmü qəbul edilərkən mövcud qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, məhkəmə aktları işin faktiki hallarına uyğun olmadığından, həmin aktlara tətbiq edilmiş hüquq normaları da səhv olmuşdur. Belə ki, yaşayış sahəsinə daxil olmaq üçün məhkəmənin qərarı olmamış, evdə axtarış aparılarkən həddi-büluğa çatmış ailə üzvlərinin iştirakı təmin edilməmiş, evdən götürülmüş əşyalar-bir neçə ədəd mobil telefonlar, kompyuter avadanlıqları, şəxsi şəkil albomları və s. evdən götürülsə də, həmin əşyaların götürülməsi rəsmiləşdirilməmiş, götürülmüş əşyalar, o cümlədən “tapılan tapança” qablaşdırılmamış və götürülmədə iştirak edən şəxslərə təqdim edilərək onların imzaları ilə qablaşdırılıb möhürlənməmişdir. Məhkum evindən “tapılmış” tapançaya oxşar əşyada əl-barmaq izlərinin müəyyən edilməsinə dair daktiloskopik ekspertizanın keçirilməsini yazılı vəsatətlə müstəntiq Şahid5, prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokurorundan və məhkəmə nəzarəti qaydasında məhkəmədən xahiş edilsə də, vəsatətlər və şikayətlər əsassız olaraq rədd edilmişdir. İbtidai və məhkəmə istintaqı dövrlərində tapılan tapançaya oxşar əşyaya baxış keçirilməsi, həmçinin mənbəyi və Azərbaycan Respublikasında belə bir silahın mövcud olub-olmamasının, itib-itməməsinin araşdırılmasına dair verilmiş vəsatətlərin təmin edilməməsi istintaq və məhkəmə orqanlarının ədalətli məhkəmə araşdırılmasında maraqlı olmadıqlarına dəlalət etmişdir. Məhkum və həyat yoldaşı Şahid6 mülki geyimli maskalı şəxslərin hücumuna, zorakılığa və pis rəftara məruz qalmış, onlara xəsarətlər yeti rilmiş, xəsarətlərlə bağlı tibbi sənədlər mövcud olmuş, bu barədə həmin sənədlər də əlavə edilməklə Xəzər rayon prokurorluğuna şikayət ərizələri verilsə də, prokurorluq işgəncə faktını və qeyri-insani rəftarın araşdırılmasında maraqlı olmamış, bu günə qədər də işgəncə faktını araşdırmaqdan yayınaraq, həmin hallar barədə tam fəaliyyətsizlik göstərmişdir. Əməliyyat-axtarış tədbirinin qanuniliyini yoxlayan məhkəmə əməliyyat-qeydiyyat işini öyrənmədən, kobud qanun pozuntularını nəzərə almadan, maskalı və mülki geyimli şəxslərin Məhkum mənzilinə basqın edərək, onların mənzil toxunulmazlığının pozulduğuna əhəmiyyət vermədən, həmin qərarı və hərəkətləri qanuni hesab etmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri cinayətin predmeti hesab edilən maddi sübutlara məhkəmələrdə baxış keçirmə kdən imtina etmiş, baxış keçirilməsinə dair verilmiş vəsatətlər təmin edilməmişdir. Məhkum şübhəli şəxs kimi tutulsa da, onun müdafiə hüququ təmin olunmamış, evdə mülki geyimli şəxslər “otaqları gəzdikdən sonra” onu yataq otağına apararaq, otaqdan silah tapıldığını bildirmişlər. Bundan əlavə, Xəzər Rayon Məhkəməsində işə baxılarkən müəyyən edildi ki, ibtidai istintaq dövründə sübutlar saxtalaşdırılmış, sübutların mümkün hesab edilməsi məsələsində ciddi qanun pozuntularına yol verilmişdir ki, həmin pozuntular verilmiş ittihamın tam əsassız olduğunu sübut etmişdir. Pozuntular həm ibtidai istintaq dövründə baş vermiş, həm də ki, məhkəmələrdə işə baxılarkən davam etmişdir. O səbəbdən qəbul edilmiş ittiham hökmü və apellyasiya instansiyasının qərarı qanuni və əsaslı hesab edilə bilməz və həmin hallar iş üzrə çıxarılmış məhkəmə qərarının ləğv edilməsinə əsaslar yaratmışdır. Apellyasiya şikayətinin dəlillərində işin bütün bu halları sadalansa da, apellyasiya məhkəməsi şikayətin dəlillərinə ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə istintaqı ilə müəyyən edilmiş bu pozuntulara baxmayaraq, Xəzər Rayon Məhkəməsi əsassız və qanunsuz hökm çıxarmış, istər Xəzər Rayon Məhkəməsi, istərsə də apellyasiya məhkəməsi işin faktiki hallarına xələl gətirməklə baş vermiş qanunsuzluqları göstərməmiş, çıxardıqları məhkəmə aktlarını əsaslı hesab etmək üçün müəyyən faktları ümumi konteksdən çıxarmaqla, üstəlik təhrif etməklə öz qərar qəbul etmişlər. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərarının ləğv edilərək, apellyasiya və kassasiya şikayətlərində gös tərilən dəlillərə hüquqi qiymət verilməsi və işin faktiki hallarına uyğun yeni qərarın qəbul edilməsi üçün işin yeni apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edil məməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslard an biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkə mə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların m əcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiə tərəfinin isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025-ci il tarixli qərarı isə də yişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və ya gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar prosessual qanunvericiliyə müvafiq qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq həmin maddə ilə təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, müdafiəçi Məhkum verilmiş ittiham ilə bağlı onun heç bir cinayət xarakterli hərəkətə yol v ermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının (yaşadığı mənzildə silah olmaması və s.) inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkə məsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə (o cümlədən, Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları sübutların toplanmasına, tədqiqinə, yoxlanmasına qiymətləndirilməsinə dair cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” CPM-in 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predme tinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinin şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid9, Şahid7, Şahid8, Şahid5, Şahid11 və Şahid10 ifadələri, “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 24 noyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş foto şəkillər, şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 25 noyabr 2023-cü il tarixli protokol, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 noyabr 2023-cü il tarixli 23/896R nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-ballistik ekspertizanın 28 dekabr 2023-cü il tarixli 3-16-16/2-3/2027 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 24 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, götürülmə aparılan ünvan xxx ərazisində yerləşən 3 otaq, 1 mətbəx və 1 sanitar qovşaqdan ibarət fərdi yaşayış evidir. Qeyd olunan ünvandakı evin yataq otağındakı çarpayının üstündə olan döşəyin altında aşkar edilmiş bir ədəd qara rəngli ta pançaya bənzər əşya sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi müstəntiq Şahid5 tərəfindən götürülmüşdür. Həmin tapançaya bənzər əşyanın içərisində beş ədəd patronu olan bir ədəd sandığı da vardır. Baxışda iştirak edən Məhkum bildirmişdir ki, həmin əşya odlu silah olan tapançadır və həmin tapançanı 10 gün əvvəl xxxx mərkəz küçəsində zibil qutusuna zibil atarkən qutunun yanından tapmış, kiminsə götürüb cinayət törətməməsi üçün aparıb evində saxlamışdır ki, sonra polis orqanlarına təhvil verəcəkdir. Xəstə olduğundan evdən çölə çıxa bilməmişdir. Bundan başqa həmin evin qonaq otağının pəncərəsinin qarşısında ağ rəngli maddə şəffaf sellofanda aşkar edildiyindən müstəntiq Şahid5 tərəfindən götürülmüşdür. Məhkum bildirmişdir ki, həmin maddə həşərat dərmanıdır, evdə istifadə edir. Cinayət i şinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 noyabr 2023-cü il tarixli 23/896R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş №-si silinmiş silah, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 8 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 5 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1 ədədi 1946-cı ild ə, 1 ədədi 1950-ci ildə, 3 ədədi 1951-ci ildə zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat əlavə veriləcəkdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 25 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması həyata keçirilmişdir. Həmin protok oldan görünür ki, şübhəli şəxs Məhkum evindən aşkar edilərək götürülmüş odlu silahı, 5 ədəd patronları və onun sandıqcasını tapdığı ünvanı göstərmək təklif edilmiş, Məhkum təklifi qəbul edərək hadisə yerini göstərmək üçün saxlanıldığı Bakı şəhəri, Xəzər rayon Pİ-nin MSY-dən çıxaraq polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinə silahı tapdığı zibil qutusunun yerləşdiyi əraziyə getmişlər. Məhkum orada ifadə verərək bildirmişdir ki, təxminən 10 gün bundan əvvəl xəstə olduğuna görə aptekə getmək üçün evdən çıxmış və yaşadığı ərazidə mərkəzi yolda qoyulan zibil qutusuna evdən götürdüyü zibili atarkən həmin zibil qutusunun altında bir ədəd tapança tapmış və əvvəllər hərbiçi olduğuna görə onun həqiqi silah olduğunu bilmiş, yoldan keçən uşaqlar və ya digər şəxslər götür üb hadisə törətməsin deyə, silahı götürüb özündə saxlamışdır ki, sonradan aparıb polisə təhvil verəcək. Onu götürdükdən sonra darağını çıxardıb görmüşdür ki, darağın içərisində beş ədəd patron var. Bundan sonra aptekə getmiş, dərman aldıqdan sonra evə qayıtmış, xəstə olduğuna görə heç yerə çıxa bilməmiş və silahı evinin yataq otağındakı çarpayının özü yatan tərəfdə döşəyin altında saxlamışdır. Xəstəliyi ilə əlaqədar evdən çıxa bilmədiyinə görə silah da evində qalmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları məlumat əsasında evinə gələrək həmin silahı aşkar etmiş və götürmüşlər. İfadənin yerində yoxlanılması zamanı protokola əlavə olunması üçün mobil telefonla fotoşəkillər çəkilmişdir. Protokol ucadan oxunmuş, heç bir əlavə və ya qeyd daxil olmamış, düzgünlüyünü imzaları ilə təsdiq etm işlər. Aşağı instansiya məhkəmələri haqlı olaraq şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid9, Şahid7, Şahid8, Şahid5, Şahid11 və Şahid10 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək şahidlərin verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunması barədə məqsəd güddüyünə dair nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum aşkar edilmiş odlu silahın, onun komplekt hissələrinin və döyüş sursatının ona aid olmaması ilə əlaqədar verdiyi ifadələri özünümüd afiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiəçi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun işgəncə və qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayətprosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası həmin dəlilə qiymət verərək qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual h ərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Kassasiya araşdırması zamanı müəyyən olundu ki, məhkum işgəncə faktının araşdırılması və iddia etdiyi halların müəyyən edilməsi üçün vəsatətlər qaldırmaqla apellyasiya baxışında sübutların bilavasitə tədqiq edilməsini apellyasiya məhkəməsindən xahiş etmiş və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cinayət işinin materiallarında olan Xəzər rayon prokurorluğunun müstəntiqi Heydər Həsənovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Məhkum müraciəti əsasında toplanmış C-652/23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və həmin qərardan şikayət verilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı Məhkum təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələrin alınmasını ehtimal edən hər hansı bir digər hal belə müəyyən olunmamışdır. İstər Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, istərsə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası haqlı olaraq Məhkum təzyiq altında işgəncə nəticəsində ondan etirafedici ifadələr alınması, mülki geyimli maskalı şəxslərin hücumuna, zorakılığına və pis rəftarına məruz qalması, ona xəsarətlər yetirilməsi barədə mübahisələndirdiyi dəlilləri, göstərilənlər barəsində aparılan tam araşdırmaların nəticəsinə əsasən mötəbər hesab etməmişdir. Məhkum edilmiş şəxsin müdafiəçisinin “məhkəmələr tərəfindən vəsatətlərin təmin edilməməsinə” dair kassasiya şikayətinə qaldırdığı məsələyə gəldikdə, məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna istinad edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, 6-cı maddənin 1-ci bəndi məhkəmələr üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoysa da, bu vəzifə hər bir qaldırılan məsələnin ətraflı cavablandırılmasını tələb edən şərt kimi başa düşülməməlidir (Kikabidze Gürcüstana qarşı, № 57642/12, § 62, 16 noyabr 2021-ci il). Qərarların əsaslandırması vəzifəsinin tətbiqi dərəcəsi onların mahiyyətindən asılı olaraq fərqli ola bilər və işin halla rı nəzərə alınmaqla müəyyən edilməlidir (Zayidov Azərbaycana qarşı (No. 2), № 5386/10, § 91, 24 mart 2022-ci il). Hazırkı halda isə kassasiya şikayətinin müəllifi aşağı instansiya məhkəmələri tərəfindən verilən vəsatətlərin təmin edilməməsindən şikayətlənsə də, həmin vəsatətlərin nə dərəcədə əsaslı olduğunu və təmin edildiyi halda baxılan cinayət işinin nəticəsinə necə təsir edə biləcəyini təsvir etməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, müdafiəçi tərəfindən verilən vəsatətlərin əksəriyyəti ümumiyyətlə əsaslandırılmamış və təmin edildiyi halda baxılan cinayət işinin nəticəsinə nə kimi təsir edə biləcəyi təsvir edilməmiş, bununla belə məhkəmələr tərəfindən müdafiəçinin qaldırdığı bütün vəsatətlərlə əlaqədar əsaslandırılmış qərarlar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə kollegi yası kassasiya şikayətinin hazırkı dəlilini də əsassız hesab edir. Müdafiəçinin kassasiya şikayətində göstərdiyi “məhkəmələrin müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyini və CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməklə kobud pozuntuya yol verməsinə” dair dəlillərinə qiymət verərək qeyd edir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübu tlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğ unun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qəna əti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və ya gəzdirmə cinayətini törətməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmə qərarlarına əsasən Məhkum təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi tam aydın görünür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (İİ dərəcəli əlil olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar