Məhkəmə qərarları › İş №1(102)-155/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-155/2020

29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-155/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarından xüsusi ittihamçı X4 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsinin (hakim Nemət Paşayev) xx xxxx 2019-cu il tarixli, 1(076)-160/2019 saylı hazırlıq iclasının qərarı ilə X3 şikayəti əsasında X2 barəsində CM-in 147.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət işinin başlanmasına dair şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmənin həmin qərarından xüsusi ittihamçı V.Əliyev tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim T.A.Muxtarov, hakimlər: Ç.B.Məmmədov və Ş.Q.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılm ışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından xüsusi ittihamçı X4 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, X onu xüsusi ilə ağır cinayətdə ittiham etmişdir. Məhkəmələr isə araşdırma aparmadan onun şikayətini icraata qəbul etməkdən imtina etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin m əzmunundan görünür ki, X1 Xnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanm aqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiy atında yayılmış olsun. Kütləvi çıxış dedikdə hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. İş materiallarından görünür ki, X1 şikayətində Xnın onun əleyhinə həqiqətə uyğun olmayan ifadə verdiyini qeyd etmişdir. Belə ki, Xnın həmin ifadəsi şikayətə əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli məhkəmə hökmündə öz əskini tapmışdır. Yəni qeyd olunan ifadə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X tərəfindən verilmiş və məhkəmə iclas protokolunda, eləcə də məhkəmə hökmündə qeyd edilmişdir. Həmin ifadənin böhtan olması, eləcə də kütləvi çıxışlarda kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasi ya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması ehtimalı mövcud deyil, eləcədə bu halın mövcudluğunu təsdiq edəcək heç bir sübut növü yoxdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin əməlində CM-in 147.2-ci maddəsinin dispozisiyasında göstərilən əlamətlərin mövcud olmasına dair sübut yoxdur. Sadəcə olaraq cinayət işi üzrə şahid qismində dindirilmiş X tərəfindən ifadə verilmişdir. Həmin ifadənin böhtan olmasını təsdiq edəcək sübut növü yoxdur, eləcə də həmin ifadənin X tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamışdır. Azərbaycan Respublika sı CPM-nin 302.2.3-cü maddəsinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 293.3.1-2 93.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri il və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soy adı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayət verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmunundan göründüyü kimi, şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, birinci instansiya məhkəməsi X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamasını qeyd edərək əsaslı olaraq xüsusi ittiham qaydasında şikayəti icraata qəbul etməkdən imtina etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq birinci instansiya məhkəməsinin q ərarını dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və Gəncə Apellyasiya Məhkə məsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar