Məhkəmə qərarları › İş №1(102)-155/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-155/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-155/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1993-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Qızılavar kəndində yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli 1(106)-239/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli 1(099)-555/2023 nömrəli hökmü ilə (hakimlər: N.H.Məmmədov (sədrlik edən), M.V.Məmmədov və C.Ş.Səfərli) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsiri bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 29 ma rt 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024cü il tarixli 1(106)-239/2024 nömrəli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), P.V.Hasıyev və H.X.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən külli miqdarda - 10,609 qram psixotrop maddə metamfetamini bir ədəd bükümdə əldə edib 29 mart 2023-cü il tarixdə saat 20 radələrində Masallı rayonu, Qızılavar kəndi ərazisində əynində olan aç ıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxlamaqla daşıyarkən Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirildikdən sonra həmin tarixdə saat 20:40 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda - 10,609 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cinayət işinin materiallarından aydın görünür ki, o, heç bir faktiki və hüquqi əsaslar olmadan həbs edilib və sonradan aparılan “araşdırma” yalnız bu həbsə və ona qarşı irəli sürülən ittihamlara hüquqi don geyindirməyə yönəldilib. Onun barəsində başlanmış cinayət işi və tətbiq edilən həbs hüquq müstəvisindən kənardır, sifarişlə icra olunub və bu işin hallarına və işdə olan sübutlara obyektiv, qərəzsiz və tənqidi yanaşıldığı təqdirdə, onun barəsində cinayət təqibinə bəraətverici əsasla xitam verilməlidir. İstintaq orqanı şahid ifadələri, maddi sübut, məhkəmə fiziki-kimyəvi ekspertiz asının rəyi, üzləşdirmə istintaq hərəkəti və digər istintaq sənədləri ilə ittihamı əsaslandırmağa çalışıb. Bu sübutların mümkünlüyü ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, bir çox sübutlar qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyindən, həmin Məcəllənin 125.2 və 125.2.1-ci maddələrinə görə onların sübut kimi qəbul edilməsi yolverilməzdir. Məhkum bildirir ki, xx.xx.2023-cü il tarixdə günorta saat 14 radələrində dörd nəfər özünü təqdim etməyən şəxs Masallı rayonunun Qızılavar kəndində yaşadığı evinə gələrək, onun Masallı rayon Polis şöbəsinə aparıblar. Orada Şahid4 Eşqin oğlu ondan izahat alıb. Verilən suallar xx.xx.2023-cü il tarixdə harada və kimlərlə olması ilə bağlı olub. Suallara cavab verəndən sonra onun telefonu alınıb və bildirilib ki, telefon əlaqələri yoxlanılmalıdır və bunun üçün telefon polisdə qalacaq. Saat 17 radələrində Məhkum polis şöbəsindən sərbəst buraxılıb, mobil telefonu isə orada qalıb. Məhkum polisdən evinə, bir neçə dəqiqə sonra isə evdən işlədiyi meyvə satdığı yerə gedib. Təxminən bir saat sonra işlədiyi yerə bir neçə şəxs gəlib və səbəb bildirmədən Məhkum yenidən Masallı RPŞ-yə aparıblar. İş materiallarında olan şübhəli şəxsin tutulma protokolundan görünür ki, o, xx.xx.2023-cü il saat 20:10-da polis şöbəsinə gətirilmiş, Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov tərəfindən qəbul edilmiş şübhəli şəxsin tutulması haqqında qərar və protokol əsasında saat 20:30-dan Masallı RPŞ-nin MSY-də saxlanılmışdır. Saat 20:40-da şəxsi axtarış istintaq hərəkəti başlamışdır. Şəxsi axtarış fotoşəkil çəkməklə və iki hal şahidinin iştirakı ilə apa rılmışdır. Bundan sonrakı istintaq hərəkətlərinin videoçəkilişlə aparılması nəzərə alınsa, sual yaranır ki, iş üzrə əsas sübutun əldə edilməsinə yönələn şəxsi axtarış hansı səbəbdən videoçəkilişlə aparılmamışdır? Bu suala məhkəmə iclasında dindirilən polis-şahidlər cavab verə bilməmişdir. Sualın cavabı Məhkum söylədiklərinin həqiqət olmasını təsdiq edir. Onu etiraf etməyə məcbur edə bilmədiklərinə görə videoçəkilişin aparılması məqsədəuyğun olmamışdır. Məqsəd Məhkum cibindən narkotiki çıxması idi. Videoçəkiliş olsaydı, Məhkum ciblərini çıxararaq çevirməsi və “Baxın, məndə narkotik yoxdur” deməsi həmin məqsədə uyğun deyildi. Ona görə də video ilə yox, fotoçəkilişlə “axtarış” aparılıb ki, şərləmə baş tutsun. Müdafiə tərəfi Məhkum ifadəsinin sübut edilməsi üçün bir sıra vəsatətlə çıxış etmi şdir. Belə ki, polis əməkdaşlarının istifadəsində olan mobil telefonların anten dairəsi məlumatlarının əldə edilməsi xahiş olunmuşdur ki, onların Məhkum saxlandığı anda harada olmaları müəyyən edilsin. Məhkum mobil telefonunun anten dairəsi məlumatlarının əldə edilməsinə dair vəsatət verilsə də, bu da təmin olunmamışdır. Halbuki, Məhkum günorta saatlarında artıq polis şöbəsinə gətirildiyi təsdiq olunacaqdı. Günorta saatlarında polisə gətirilmiş və dindirilmiş şəxs bir neçə saat sonra cibində narkotik vasitə ilə kəndin içində gəzərmi?. Məhkum həyat yoldaşı X həm əlavə şahid qismində dindirilməsini xahiş etmişlər, həm də rəfiqəsi ilə yazışmasının iş materiallarına əlavə edilməsini istəmişlər. Aytac Ağayeva Məhkum dediklərinin həqiqət olduğunu təsdiq edə biləcək şəxsdir. Məhkum əl barmaq izlə rinin maddi sübutun üzərində olub olmamasını müəyyən etmək üçün məhkəmə-daktiloskopik ekspertizasının təyin edilməsinə dair vəsatət verilsə də, həmin vəsatət təmin olunmamışdır. Hazırkı cinayət işi üzrə sübutlar, eləcə də şahid polis əməkdaşlarının ifadələri CPM-in 125.1, 125.2.1, 125.2.3. və 125.2.7-ci maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən, işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul edilməməlidirlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin və əlavınin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, apelly asiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənas ına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Verilmiş şikayətdə məhkumun əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və y a hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində “Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdəbeş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün t övsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkə mə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülən və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsinə dair dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum üzərindən aşkar edi lm 1 bükümdə 10,609 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetaminin ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla yəni, şahidlər Şahid3, Şahid4 və Şahid5 ifadələri ilə, cinayət işinin materiallarına əlavə edilmiş şəxsin üzərində axtarış aparılması haqqında 29 mart 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillər, üzləşdirmə haqqında 3 may 2023cü il tarixli protokollar, məhkəmə fiziki-kimyəvi ekspertizasının 2 fevral 2023-cü il tarixli 19/143 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 2 fevral 2023-cü il tarixli 115 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətmiş olduğu cina yət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Məhkum ittiham olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən külli miqdarda 10,609 qram psixotrop maddə metamfetamini bir ədəd bükümdə əldə edib 29 mart 2023cü il tarixdə saat 20 radələrində Masallı rayonu, Qızılavar kəndi ərazisində əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibində saxlamaqla daşıyarkən Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirildikdən sonra həmin tarixdə saat 20:40 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümd ə külli miqdarda 10,609 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetaminin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları 29 mart 2023-cü il tarixdə saat 20 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Masallı rayonu Qızılavar kəndi ərazisində saxlanılıb Masallı RPŞ-yə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların p rekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qi ymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.3-cü maddəsi ittiham ol unması və məhkum olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cin ayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarına əlavə olunmuş Masallı RPŞ İB-nin əməliyyat tapşırığına 25 aprel 2023-cü il tarixli cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilm işdir ki, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfemini satış məqsədi ilə üzərində saxlamışdır. Lakin üzərindən aşkar edilmiş psixotrop maddəni konkret olaraq haradan və nə zaman əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum üzərində aşkar edilmiş bir ədəd bükümdə külli miqdarda - 10,609 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi ilə əlaqədar ibtidai istintaq orqanı və tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində aşkar olunmuş psixotrop maddəni satmaq məqsədi i lə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. İş materiallarından görünür ki, Məhkum üzərində aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçiri lərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı » iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum “satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak məqsədilə külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də Məhkum əməli “satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma v ə saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.4.3-cü maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qər əzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Odur ki, məhkəmə kolle giyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.11-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 19 aprel 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar