Məhkəmə qərarları › İş №1(102)-1550/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1550/2019

06.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1550/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum iştirakları ilə 21 avqust 1973-cü ildə Ucar rayonunun ******** kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, Ucar rayonunun ******** kəndində qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmünə əsasən (hakim Cavid Tağıyev) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə hökm çıxarılanadək həbsdə saxlanıldığı 3 gün nəzərə alınaraq üzərində 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 18 sentyabr 2018-ci ildən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), Ç.B.Məmmədov və S.B.Hüseynov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin noyabr-dekabr aylarında Bərdə rayonu, *********** kəndində tanışı Zərərçəkmiş şəxs1, ona xəstəliyə görə pensiya kartı düzəltdirəcəyini və hər ayda həmin kart vasitəsilə pensiy a alacağı adı ilə aldadaraq onun 1200 manat pulunu və təkrarən, ikinci qrup Qarabağ əlili olduğuna görə dövlət hesabına növbədən kənar ev və avtomobil verdirəcəyi adı ilə aldadaraq onun 2500 manat pulunu alıb ələ keçirərək ona ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 2016-cı ilin noyabr-dekabr aylarında tanışı Zərərçəkmiş şəxs3, anası X3 xəstəliyinə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pensiya alacağı adı ilə aldadaraq, Zərərçəkmiş şəxs3 ayrı-ayrı vaxtlarda 400 və 500 manat pulunu alıb ələ keçirərək ona, cəmi 900 manat miqdarında ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2016-cı ilin noyabr-dekabr aylarında tanışı X2, ona xəstəliyə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pensiya alacağı adı ilə aldadaraq Bərdə rayon ********* kəndində, ayrı-ayrı vaxtlarda onun 600 və 1000 manat pulunu alıb ələ keçirərək ona cəmi 1600 manat miqdarında ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, 2016-cı ilin noyabr-dekabr aylarında tanışı Zərərçəkmiş şəxs4, atası X6 xəstəliyinə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pensiya alacağı adı ilə aldadaraq, Bərdə rayon ********* kəndində Zərərçəkmiş şəxs4 ayrı-ayrı vaxtlarda 400 və 500 manat pulunu alıb ələ keçirərək ona cəmi 900 manat miqdarında ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2016-cı ilin noyabr-dekabr aylarında tanışı Zərərçəkmiş şəxs5, ona xəstəliyinə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pul alacağı adı il ə aldadaraq, Bərdə rayon ********* kəndində Zərərçəkmiş şəxs5 ayrı-ayrı vaxtlarda 600 və 600 manat pulunu alıb ələ keçirərək ona cəmi 1200 manat miqdarında ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, 2016-cı ilin noyabr-dekabr aylarında tanışı X4, ona xəstəliyinə görə pensiya kartı düzəltdirəcəyini və hər ay həmin kart vasitəsilə pul alacağı adı ilə aldadaraq, Bərdə rayon ********* kəndində onun ayrı-ayrı vaxtlarda 600 və 600 manat pulunu alıb ələ keçirərək ona cəmi 1200 manat miqdarında ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2019cu il tarixli qərarının dəyişdirilməsi, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Məhkum qeyd edir ki, cəza təyin edilərkən dəymiş maddi ziyanı tam ödəməsi, zərərçəkənin ondan heç bir şikayət və tələbinin, iddiasının olmaması, himayəsində 2 uşağının olması, 2-ci qrup əlil olması kifayət qədər nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instans iyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsinə dair kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlini n ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusi ya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol ve rməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətdiyi cinayəti səmimi etiraf etməklə peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2-ci qrup əlil olmasını, ilk dəfə az ağır cinayət törətməsini yüngülləşdirən kimi qiymətləndirmiş və əməlində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almışlar. Məhkəmə kollegiy ası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş və aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzadan aşağı həddə cəza təyin etmək üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin 07 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar