Məhkəmə qərarları › İş №1(102)-1550/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1550/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1550/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyar 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbayca n Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 sentyar 2021-ci il tarixli hökmü ilə (hakimlər Salmanov Rahib Vaqif oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum, 5 iyul 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ilə təqsirli bilinərək, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda 1.000 qram çəkidə narkotik vasitə heroini, 0,508 qram çəkidə narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarından artıq miqdarda 0,629 qram çəkidə psixotrop maddə metamfetamini əldə edərək saxlamaqla daşımışdır. Belə ki, ittiham aktında bildirilir ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə 2020-ci ilin aprel ayının əvvəllərində istintaqa məlum olmayan yerdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Ağa” adlı şəxslə, tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İran İslam Respublikasında yaşayan üzvü “Ağa” adlı şəxsin istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edərək qrupun digər üzv lərinin vasitəsilə Bakı-Sumqayıt yolunun 7ci kilometrliliyində yerləşən “Riyad” ticarət mərkəzinin yanında olan ağacın altma qoyduğu külli miqdar təşkil edən 3.000 qram narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib işlədiyi ünvan 2 ünvanda yerləşən mebel sexinə daşıyaraq həmin mebel sexinin emalatxana otağında karton qutuda saxlamış, heroinin 1.900 qram hissəsini müxtəlif tarixlərdə və yerdə “Ağa” adlı şəxsin göstərişi əsasında Bakı şəhərində müxtəlif ünvanlara qoyaraq satmış, 2020-ci ilin may ayının sonlarında qrupun digər üzvü Təqsirləndirilən şəxs vasitəsilə heroinin külli miqdar təşkil edən 100 qram hissəsini satış məqsədilə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən “156” evakuator xidmətinin reklam lövhəsinin altına qoymasına göstəriş verdikdən sonra Təqsirləndirilən şəxs Məhkum satış məqsədi ilə əldə etdiyi külli miqdar təşkil edən 100 qram narkotik vasitə heroini qeyd olunan yerə qoyaraq cinayətkar plana uyğun olaraq həmin yerin fotoşəklini çəkib telefon vasitəsi ilə ona göndərmiş, bunun müqabilində mükafat qismində Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdib saxladığı 100 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana verməklə satmış, bundan sonra Təqsirləndirilən şəxs göndərdiyi fotoşəkili şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşına mobil telefon tətbiqi olan “votsap” vasitəsilə göndərmiş, daha sonra 2020-ci ilin may ayının sonlarında «Ağa» adlı şəxsin istintaqa məlum olmayan yerdə və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi istintaqla müəyyən edilməyən 100 ədəd M-40 markalı psixotrop maddə olan metadon həbblərini istintaqa məlum olmayan yerdə qanunsuz olaraq əldə edərək həmin həbləri satış məqsədilə Təqsirləndirilən şəxs təhvil vermiş, bundan sonra 27 may 2020-ci il tarixdə isə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,508 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 ədəd bükümdə təmiz çəkisi 0,629 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edərək üzərində saxlamaqla 30 may 2020-ci il tarixdə saat 00:10 qədər ünvan 2 ünvanın qarşısına daşımış, həmin gün qeyd olunan saatda Bakı şəhəri Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 5 ünvanda yerləşən Binə qədi rayon polis idarəsinin inzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd düymə qabı kimi istifadə olunan torbanın içərisindən 1 ədəd bükümdə təmiz çəkisi 0,508 qram təşkil edən, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 1 ədəd bükümdə təmiz çəkisi 0,629 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, keçirilmiş istintaq əməliyyat tədbirlərinin davamı qismində işlədiyi ünvan 7 ünvanda yerləşən mebel sexinə 30 may 2020-ci il tarixdə saat 03:00 dəqiqədən saat 03:30 dəqiqəyədək keçirilmiş baxış-axtarış və götürmə istintaq hərəkəti zamanı qeyd olunan sexin emalatxana kimi fəaliyyət göstərən otağında karton qutunun içər isindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edib saxladığı 1 ədəd politilen bağlamada təmiz çəkisi 1.000 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd “SF 400A” markalı elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi4 və digər məhkum Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 16 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Əzimova Könül Nizami qızı tərəfindən kassasiya şikayəti verilmiş, lakin adı çəkilən məhkum 11 sentyabr 2023-cü il tarixdə ərizə ilə Ali Məhkəməyə müraciət edərək həmin şikayətə mahiyyəti üzrə baxılmadan onun geri qaytarılmasını xahiş etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) 13 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra Məhkum 10 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxdığı müddətin bərpasına dair vəsatə tlə apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə) 21 fevral 2024-cü il tarixli qərarı ilə Məhkum vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum kassasiya şikayəti verərək, onun ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından bir dəfə müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmis, lakin keçirdiyi ağır psixoloji durum mə hkəmədə iştirakına mane olduğundan və özünün iştirakını da məhkəmədə vacib hesab etdiyindən səhhəti yaxşılaşanadək məcburiyyət qarşısında qalaraq kassasiya şikayətinin geri qaytarılması barədə ərizə ilə Ali Məhkəməyə müraciət etmiş, məhkəmənin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə də kassasiya şikayəti geri qaytarılmışdır. Sonradan onun vəziyyəti qismən yaxşılaşdığından o, yenidən kassasiya şikayəti vermək və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət qaldırmaq qərarına gəlmiş, belə vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, lakin məhkəmə əsassız olaraq onun vəsatətini rədd etmişdir. Qeyd olunanları nəzərə alaraq, kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən buraxdığından həmin müddətin bərpa oluma sını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kolleg iyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi ha qqında müraciət etmək hüququ vardır. Bu hüquq həmçinin cinayət-prosessual qanunvericiliyində də öz əksini tapmış və Azərbaycan Respublikasında üçpilləli məhkəmə sisteminin yaradılması və fəaliyyət göstərməsi nəzərə alınaraq hər bir məhkum olunmuş şəxsin onun barəsindəki ittiham hökmündən və ya digər yekun qərarda apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinn hökm və ya qərarından isə - kassasiya şikayəti vermək hüququna malik olması müəyyən edilmişdir. Belə ki, CPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. CPM-in 35.2-ci maddəsində n əzərdə tutulmuşdur ki, məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir: 35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; 35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək. CPM-in 35.3-cü maddəsinin tədəbinə görə isə, məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. CPM-in 12.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə icraatının sonsuz d avam etməsinin qarşısının alınması, digər tərəfdən isə cinayət mühakimə icraatında hüquqi müəyyənlik prinsipinin də təmin edilməsi üçün qanunverici aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarından müvafiq olaraq apellyasiya və ya kassasiya şikayətlərinin (protestlərinin) verilməsi üçün müxtəlif müddətlər müəyyən etmişdir. Ümumilikdə, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunveri cilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Eyni zamanda hər bir məhkum olunmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici apellyasiya və ya kassasiya şikayətinin (protestinin) verilməsi üçün müxtəlif müddətlərlə yanaşı həmin müddətlər üzrlü səbəblərdən buraxıldığı hallarda bu müddətlərin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Bu haqda müraciətlər olduqda isə məhkəmənin vəzifəsi müddətin həqiqətən qanunvericilikdə göstərilən üzrlü səbəblərdən buraxılıb-buraxılmamasını yoxlamaq, yəni müddətlərin bərpa edilməsini xahiş edə n proses iştirakçısının irəli sürdüyü dəlilləri təsdiq və ya təkzib edən sübutları araşdırmaq və yalnız bundan sonra belə müraciətlər üzrə əsaslandırılmış qərarlar qəbul etməkdir. Belə araşdırma aparılmadan istər müddətin bərpa edilməsi, istərsə də müddətn bərpa edilməsindən imtina olunması haqqında qəbul edilmiş qərar isə əsaslı və qanuni sayıla bilməz. Bu təfsirin prizmasından yanaşaraq məhkəmə kollegiyası əvvəla apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarından kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasını və müddətlərini tənzimləyən cinayət-prosessual qanunvericiliyinin normalarına müraciət etməyi zəruri bilir. Belə ki, 15 iyul 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqın da” Azərbaycan Respublikasının 25 iyun 2020-ci il tarixli Qanunun 1.40.5-ci maddəsinə əsasən CPM-in 410.1.4-cü maddəsində göstərilən müddət 12 (on iki) ay müəyyən edilmiş və eyni zamanda həmin Qanunun 1.40.6-cı maddəsi ilə CPM-nə aşağıdakı redaksiyada 410.1-1-ci maddə əlavə edilmişdir: “410.1-1. Azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.” Həmçinin göstərilən Qanunun 2-ci maddəsində nəzərdə tutulmuş “Keçid müddəalarına” müəyyən edilmişdir ki, bu Qanunun 1.40.3-1.40.5-ci maddələri apellyasiya instansiyası məhkəməsinin bu Qanun qüvvəyə mindikdən sonra çıxarılmış yeku n qərarlarına münasibətdə tətbiq olunur. CPM-in 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, bu Məcəllənin 410.1-1 -ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. CPM-in 411-ci maddəsinin tələblərinə görə, kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya pr otestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarı 21 fevral 2022-ci il tarixdə poçt vasitəsi ilə Məhkum təqdim olunması üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Məhkum müdafiəçisi K.N.Əzimova qanunla nəzərdə tutulmuş müddətdə və qaydada Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, lakin məhkum olunmuş şəxs həmin kassasiya şikayətini geri götürməsi barədə ərizə ilə Ali Məhkəməyə müraciət etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kolle giyasının 13 sentyabr 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Məhkum tərəfindən daha sonra yenidən 10 yanvar 2024-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün vəsatət qanunvericilikdə nəzərdə tutulmuş bir il müddət ötürülməklə verilmiş, lakin öz vəsatətində həmin müddətin üzrlü səbəbdən buraxılmasına dair hər hansı sübutu məhkəməyə təqdim edilməmiş, bunun səbəbini yalnız keçirdiyi ağır psixoloji durumda olması ilə əsaslandırmış və bu səbəblərdən kassasiya şikayəti verə bilməməsini həmin hallarla əlaqələndirərək başqa hər hansı bir üzrlü səbəbə istinad etməmişdir. Halbuki, 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi işti rakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarını qanuni və əsaslı hesab edərək vurğulayır ki, CPM-in 411.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: - CPM-in 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda (CPM-in 411.2.1-ci ma ddəsi); - CPM-in 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə (CPM-in 411.2.1-ci maddəsi); Məhkum barəsindəki cinayət işinin materiallarından görünür ki, sonuncu apellyasiya instansiyası məhkəməsinin qərarından hansı müddətdə və qaydada kassasiya şikayətinin verilməsindən məlumatlı olmuş, lakin o, yenidən CPM-in 410.1.4-cü maddəsində nəzərdə tutulmuş 12 (on iki) ay müddəti buraxmaqla kassasiya şikayəti vermiş, həmin müddətin buraxılmasını isə yuxarıda göstərilən səbəblərlə izah etmişdir. CPM-in 411.2-ci maddəsinin mənasına görə, kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsi haqqında vəsatətə, yaxud da belə vəsatətin təm in edilməməsi haqda qərardan verilmiş kassasiya şikayətinə istənilən sənəd deyil, məhz həmin maddədə müəyyən edilmiş, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına üzrlü səbəb olmuş halları təsdiq edən, buna görə də vəsatət qaldırmaq və kassasiya şikayəti vermək hüququna malik olan şəxsin kassasiya şikayətini vaxtında vermək imkanından məhrum olmasını təsdiq edən sübutlar göstərilməklə onlar vəsatətə əlavə edilməlidir. İş materiallarından, o cümlədən Məhkum tərəfindən verilmiş vəsatətdən apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edildikdən sonra uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması, bu müddət ərzində hər hansı bir fövqəladə hadisənin baş verməsi və ya kassasiya şikayətinin vaxtında verilməməsinə səbəb olmuş onun irad əsindən asılı olmayan digər halın baş verməsi görünmür. Bu isə o deməkdir ki, Məhkum apellyasiya instansiyası məhkəməsinin 16 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş heç bir maneə olmamış və onun həmin qərardan kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olsa da o, sonradan öz hüquqlarından qanunla müəyyən edilən müddətdə istifadə etməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq hesab edir ki, Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan Məhkum həmin məhk əmənin 21 fevral 2024-cü il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Buna görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, Məhkum barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, bu qərardan (16 fevral 2022-ci il tarixli) Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-c i maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 fevral 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında həmin apellyasiya instansiyası məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar