Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1550/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli, 1(103)-1598/2024 nömrəli qərarından məhkumlar Məhkum və Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2024-cü il tarixli, 1(101)-327/2024 nömrəli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.S.ƏsgərovaMəmmədova) xx xxxxx 1980-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayış evində yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2023cü il tarixdən hesablanmış, xx xxxxxxx 1999-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Res publikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə çəkilməmiş 08 (səkkiz) ay 15 (on beş) gün hissəsini yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 07 (yeddi) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 21 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Malışov Rauf Tahir oğlu tərəfindən apellyasiya protesti və Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarı ilə, (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), Ə.Q.Ələkbərov və Z.N.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (y eddi) ilədək, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) il 06 (altı) ay müddətinə artırılmış, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay hissəsi 08 (səkkiz) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla həmin 08 (səkkiz) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı qərarla təyin olunan 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarından məhkumlar tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasını n vətəndaşı “Əziz” adlı şəxsin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 188,427 qram çəkidə narkotik vasitə heroini, 13,524 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr»in İİ siyahısına daxil edilən, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon dərman tabletini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda 301,192 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə ver diyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddəni əldə etmək qərarına gəldikdən sonra İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxsin naməlum vaxtda və şəraitdə göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən əldə edib qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 8,558 qramını bir ədəd bükümdə qablaşdırıb Məhkum üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin qalan 292,634 qramını ayrı-ayrılıqda 0,036 qram, 3,196 qram, 12,202 qram və 277,2 qram çəkidə olmaqla dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini ayrı-ayrılıqda 182,5 qram, 1,054 qram, 3,60 2 qram və 1,271 qram olmaqla dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda 12,394 qram və 1,130 qram olmaqla iki ədəd bükümdə olmaqla təsiredici maddəsinin miqdarı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon tabletləri ilə birlikdə bir ədəd çantada qablaşdırıb Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum həmin gün saat 10:30-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 81 ünvanının yaxınlığında saxlanılıb ünvan 6 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 13,524 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla əynindəki cins materiallı şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 yanvar 2023-cü il tarixdə saat 16:14-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı 13,524 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda çəkiləri 12,394 qram və 1,130 qram olmaqla iki ədəd polietilen p aketdə, külli miqdarda 292,634 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda çəkiləri 0,036 qram, 3,196 qram, 12,202 qram və 277,2 qram olmaqla dörd ədəd bükümdə, külli miqdarda 188,427 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda çəkiləri 182,5 qram, 1,054 qram, 3,602 qram və 1,271 qram olmaqla dörd ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon dərman tableti bir ədəd bütöv və bir ədəd yarımçıq blisterdə, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi bir ədəd qara çantada olmaqla mənzilin yataq otağında yerləşən çarpayının altından aşkar edilərək götürülmüşdür Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, üz ərində və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs evində aşkar edilmiş narkotik və psixotrop maddələrdən xəbəri olmadığı halda məhkəmələr onu əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək məhkum etmişlər. Əlavə olaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən ona cəza təyin edilərkən cəzasını yüngülləşdirilən hallar kifayət qədər nəzərə alınmadan ona ağır cəza təyin etmiş, apellyasiya məhkəməsi isə daha irəli gedərək verilmiş apellyasiya protesti əsasında onun cəzasını daha da ağırlaşdırmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, ona yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun işinə baxan apellyasiya instansiyası məhkəməsi onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almadan birinci instansiya məhkəməsi tərəfindən təyin etmiş cəzasını artırmaqla barəsində qeyri-humanist və ədalətsiz qərar qəbul etmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasl ardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq, əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini, eləcə də məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmadan həddindən artıq ağır cəzanın məruz qaldığını iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi və ya cəzanın yüngülləşdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmiş dir. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətlər kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-ol maması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təs bit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq müm kün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Həmçinin Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər”. Yuxarıda təsvir olunanları hazırkı işə tətbiq etməklə cinayət işinin müvafiq mat eriallarına baxdıqda isə aşağıdakılar müəyyən olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və Məhkum irəli sürülmüş ittiham diqqət etdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Məhkum, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxsin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 188,427 qra m çəkidə narkotik vasitə heroini, 13,524 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr»in İİ siyahısına daxil edilən, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqdarı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon dərman tabletini və «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən külli miqdarda 301,192 qram çəkidə psixotrop maddə metamfetamini gizlədiləcəyi yerdən götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitələri və psixotrop maddəni əldə etmə k qərarına gəldikdən sonra İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxsin naməlum vaxtda və şəraitdə göndərdiyi qeyd edilən külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni gizlədildiyi, istintaqla müəyyən edilməmiş yerdən əldə edib qeyd edilən çəkidə psixotrop maddə metamfetaminin 8,558 qramını bir ədəd bükümdə qablaşdırıb Məhkum üzərində saxlamış, həmin psixotrop maddə metamfetaminin qalan 292,634 qramını ayrı-ayrılıqda 0,036 qram, 3,196 qram, 12,202 qram və 277,2 qram çəkidə olmaqla dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə heroini ayrı-ayrılıqda 182,5 qram, 1,054 qram, 3,602 qram və 1,271 qram olmaqla dörd ədəd bükümdə, qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrılıqda 12,394 qram və 1,130 qram olmaqla iki ədəd bükümdə o lmaqla təsiredici maddəsinin miqdarı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon tabletləri ilə birlikdə bir ədəd çantada qablaşdırıb Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum həmin gün saat 10:30-da Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 81 ünvanının yaxınlığında saxlanılıb ünvan 6 yerləşən Baş İdarəyə gətirilib üzərində şəxsi axtarış keçirilərkən onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 13,524 qram çə kidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla əynindəki cins materiallı şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Daha sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdən 13,524 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda çəkiləri 12,394 qram və 1,130 qram olmaqla iki ədəd polietilen paketdə, külli miqdarda 292,634 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda çəkiləri 0,036 qram, 3,196 qram, 12,202 qram və 277,2 qram olmaqla dörd ədəd bükümdə, külli miqdarda 188,427 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda çəkiləri 182,5 qram, 1,054 qram, 3,602 qram və 1,271 qram olmaqla dörd ədəd bükümdə, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin miqda rı 0,48 qram təşkil edən 12 ədəd narkotik vasitə metadon dərman tableti bir ədəd bütöv və bir ədəd yarımçıq blisterdə, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi bir ədəd qara çantada olmaqla mənzilin yataq otağında yerləşən çarpayının altından aşkar edilərək götürülmüşdür. Həm birinci instansiya məhkəməsi həmdə apellyasiya məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən yuxarıda irəli sürülmüş ittihamla razılaşaraq Təqsirləndirilən şəxs və Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırmaları barədə nəticə gəlmişlər. Lakin Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmununa diqqət etdikdə müəyyən olunur ki, ittihamın təsviri əsasland ırıcı hissəsində ilkin olaraq Məhkum əldə edib, üzərində saxladığı psixotrop maddə metamfetaminin çəkisi 8,558 qram göstərildiyi halda, yekunda polis idarəsində şəxsi axtarış keçirildikdən sonra onun əynindəki cins materiallı şalvarın sağ yan cibindən 13,524 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi qeyd olunur. Maraqlı fakt budur ki, irəli sürülmüş ittihamın təsvirində və yekun məhkəmə aktlarında Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan qrup şəkilində digər narkotik vasitələrlə yanaşı məhz 301,192 qram çəkidə psixotrop maddə metamfetaminin əldə etmələri, saxlamaları, daşımaları və satmaları barədə qənaət hasil edilmişdir. Birinci və apellyasiya instansiya məhkəməsinin Məhkum üzərindən 13,524 qram çəkidə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs isə yaşadığı evdən digər narkotik vasitələrlə yanaşı 292,634 qram çəkidə psixotrop maddə metamfetamin aşkarlanması ilə bağlı qənaətlə razılaşdıqda, adı riyazi hesablamaya əsasən qeyd olunan rəqəmlərin cəminin 301,192 qram deyil 306,158 qram təşkil edir ki, həmin çəki Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan qrup şəkilində digər narkotik vasitələrlə yanaşı əldə etdikləri psixotrop maddə olan metamfetaminin ümumi çəkisində çox olmuş olur. Əslində göstərilən hal əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirilməsinə səbəb olur ki, cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından belə dəyişikliyə yol verilməməlidir. Kollegiya qeyd edir ki, yuxarıda əks olunmuş xüsusatlar Təqsirləndirilən şəxs və Məhkum qarşı Cinayət Məc əlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın və aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarının məzmununun CPM-in 7.0.20, 223.3.2 və 353.2.1-ci maddələrinin tələbləri ilə uzlaşmamasına, cinayət təqibi orqanının irəli sürdüyü və məhkəmələrin razılaşdığı ittihamın təzadlı olmasına və həmin təzadlı halın aradan qaldırılması üçün məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmamasına, o cümlədən cinayətin predmetinin (psixotrop maddənin) dəqiqi hansı miqdarda (həm ümumi çəkisinin, həmdə Məhkum aşkar edilmiş) olmasının müəyyən edilməməsinə dəlalət edir. Sadalanmış haldan çıxış edərək kollegiya onu da nəzərə alır ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotr op maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini tələblərini rəhbər tutmaqla yanaşı, cəzanın növü və həddi aspektindən qiymətləndirmə apararkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı və digər halları diqqətdə saxlamalıdırlar. Hazırkı halda məhkum edilmiş şəxslərdə aşkar edilmiş psixotrop maddənin miqdarı ilə bağlı sualların birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında cavabsız qoyulması (həmin məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılmaması) özü özlüyündə, digər sübutlarla yanaşı həlledici şəkildə maddi sübutun üzə rində qurulmuş ittihamın əsaslılığına, həmçinin Təqsirləndirilən şəxs və Məhkum təyin olunmuş cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza olmasına ciddi şübhələr yaradır. Belə olan halda Məhkum və Təqsirləndirilən şəxs kassasiya şikayətlərini qismən əsaslı hesab edilməli, onların dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisələndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətlərinin rədd edilməsinə dair dövlət ittihamçısının çıxışlarını di nləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyul 2024-cü il tarixli, 1(103)-1598/2024 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum və Təqsirləndirilən şəxs barəsində olan 22 iyul 2024-cü il tarixli, 1(103)-1598/2024 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxı
Məhkəmə qərarları › İş №1(102)-1550/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1550/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver