Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1551/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs Məhkum iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli h ökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü ilə isə Məhkum həmin maddə ilə bəraət verilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Samir İmamverdi oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının v ətəndaşı, subay, himayəsində bir yetkinlik yaşına çatmış və bir yetkinlik yaşına çatmamış uşaqları olan, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 28 noyabr 2000-ci il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 241-ci maddəsinin “V” bəndi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına çəhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 201 5-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “28 May Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli qərarının 3-cü bəndinə əsasən cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, Ünvan 2-də qeydiyyatda olan və yaşayan, CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun 03 sentyabr 2021-ci il tarixdən 05 sentyabr 2021ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzanın 1 (bir) gününə bərabər tutulmaqla, həmin 2 (iki) gün müddət təyin edilmiş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 234.4.1-ci maddəsi isə ona elan olunmuş ittihamdan xaric edlmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2021-ci ilin avqust ayının sonlarında axşam saatlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 3,755 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,562 qram psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanının yaxınlığında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bö lməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 40-cı Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sol yan cibindən 01 ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində 04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,675 qr., 0,991 qr., 1,313 qr., 0,776 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının eyni cibindən 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tə rəzi aşkar edilərək götürülmüşdür. Həmin hökmlə Məhkum elan olunmuş ittihamdan CM-nin 234.4.1-ci maddəsi xaric edilmişdir ona görə ki, onun həmin maddə ilə nəzərdə tutulmuş cinqayəti, yəni sonuncunun narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi sübuta yeirilməmişdir. Hökmdən Məhkum müdafiəçisi İsrafilov İsgəndər Babasən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Zəki Baba oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 07 iyun 2022-ci il tarixli hökmü ilə müdafiəçinin apellyasiya şikayəti təmin edilmiş, Məhkum CM-nin 234.4.3cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhk əməsinin 09 mart 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilmiş, ona CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə bəraət verilmiş, bəraət almış şəxsin tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Məhkum izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protesti verərək həmin hökmün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında a radırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı N.Q.Əliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun qaydada tədqiq etməmiş, Məhkum müdafiəçisi İ.B.İsrafilovun apellyasiya şikayəti əsassız olaraq təmin edilərək ona bəraət verilmiş, halbuki birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum CMnin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, Məhkum qarşı po lis bölməsində zorakılıq, işgəncə və digər qəddar, qeyri-insanı, ləyaqəti alçaldan hərəkətlərə yol verildiyindən onun etirafedici ifadələrinin və 03 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokolun sübut kimi qəbul edilməsi qanunsuzdur. Bununla bağlı kassasiya protestinin müəllifi qeyd etmişdir ki, CPM-nin 28.4.2-ci maddəsi cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin üzərinə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması ilə bağlı müraciəti əsasında Bakı şəhəri Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və həmi araşdırma nəti cəsində Məhkum müraciətində göstərdiyi hallar təsdiqini tapmadığından prokurorluğun müstəntiqi vəzifəsi üzrə stajor Vəli-zadə Əlövsət Qədim oğlunun 12 oktyabr 2021-ci il tarixli qərarı ilə CPM-nin 39.1.1-ci maddəsinə müvafiq olaraq cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar hal-hazırda qüvvəsindədir. CPM-nin 65.1-ci maddəsinə əsasən isə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Lakin qeyd olunan xüsusatlar apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış və məhkəmə Məhkum ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrinin təzyiq altında verməsinə dair izahı ilə qane olub ittihamın əsaslandırılması üçün həmin ifadələrdən istifadə etməkdən imtina etmiş, bu məlumatların həqiqiliyinin b irinci instansiya məhkəməsi tərəfindən artıq yoxlanıldığını və aparılmış araşdırma ilə təsdiqini tapmadığını nəzərə almadan əsassız olaraq onun etirafedici ifadələrini irəli sürülmüş ittihama şübhə salan sübut kimi qiymətləndirmiş, beləliklə CPM-nin 65.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri kobud şəkildə pozmuşdur. Halbuki, Məhkum törətdiyi cinayət əməlini inkar edən ifadəsini işin halları ilə bağlı toplanmış digər sübutların məcmusu ilə müqayisəli təhlil etdikdə onun həmin ifadəsinin həqiqətə uyğun olmayan və özünü güman etdiyi cəzadan qurtarmaq və ya yüngülləşdirmək məqsədi daşıdığı bəlli olur. Bununla əlaqədar dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin normalarının tələblərinə riayət etməyib, ibtidai araşdırma zamanı əldə olunmuş və məhkəm ələrdə tədqiq edilmiş işin obyektiv hallarına uyğun olan sübutları düzgün qiymətləndirməmiş, Məhkum məsuliyyətdən yaxa qurtarmaq üçün verdiyi özünü müdafiə xarakterli, istintaq materialları ilə təkzib edilmiş ziddiyətli ifadələrini, iş üzrə dindirilmiş şahidlərin ifadələrinin təqsirləndirilən şəxsin ifadələri ilə ziddiyyət təşkil etməsini əsas götürərək belə nəticəyə gəlmişdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilmir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə bəraət verərkən yalnız onun məhkəmə iclaslarında verdiyi və iş materialları ilə təkzib olunan özünümüdafiə xarakterli ifadələrini əsas götürmüş, axtarış və götürmə keçirilməsi barədə protokolu, şahidlərin ifadələrini, ekspertiza rəylərini, maddi süb utları, işdə olan digər sənədləri sübut kimi qiymətləndirməməsinin motivlərini heç nə ilə əsaslandırmamış, yalnız heç bir əsası olmayan öz mülahizələri ilə kifayətlənmişdir. Dövlət ittihamçısı N.Q.Əliyev bütün qeyd olunanların nəzərə alınaraq kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı N.Q.Əliyev həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulmasını, onun çıxarıdığı bəraət hökmünün əsasını yolverilməz sübutlar təşkil etməsini iddi edərək həmin hökmün ləğv edilməli olması haqqında kassasiya tələbini C PM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı N.Q.Əliyevin kassasiya protestini CPM-nin 419-cu ma ddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkə n maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli, yaxud da təqsirsiz bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Kassasiya protestinin dəlllərinə cavab verilməsi üçün məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vət əndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər itt iham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsində tələb olunur ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməs indən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mə nbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə im kan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə n əticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Hazırki işin materiallarından görünür ki, istər işə birinci instansiya məhkəməsində, istərsə də apellyasiya icraatı zamanı məhkəmələr yalnız ittiham orqanının təqdim etdiyi (ittiham aktında göstərilən) sübutları tədqiq edərək araşdırmaların nəticəsində qəbul etdikləri yeku n məhkəmə aktlarında əksini tapmış müxtəlif qənaətlərə gəlmiş və məhkəmə baxışları zamanı cinayət prosesinin iştirakçılarına, o cümlədən ittiham tərəfinə başqa sübutları da məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmasına baxmayaraq, yalnız apellyasiya icraatı zamanı təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Yusifov Zaur Aslan oğlunun vəsatətinə əsasən Bakı İstintaq Təcridxanasından Məhkum şəxsi işi və tibb kitabçası tələb olunaraq tədqiq edilmişdir. Eyni zamanda apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparmaqla baxmış apellyasiya instansiyası məhkəməsi işə tam və hərətrəfli baxılmasının təmin edilməsi məqsədilə öz təşəbbüsü ilə Məhkum ilkin araşdırma zamanı işgəncələrə və şərəf ləyaqətini alçaldan hərəkətlərə məruz qalması ilə bağlı müraciətinə əsasən aparılmış araşdırma nın materiallarını da tələb edib araşdırmışdır. Əvvəla, belə olan halda məhkəmə kollegiyası Məhkum barəsində bəraət hökmü çıxarmış apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə edlməsini iddia etsə də, kassasiya protestinin bu dəlili əsassızdır ona görə ki, həmin hökmün əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübut ların qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən bəraət almış şəxsin məhkəmə iclaslarında verdiyi ifadələrin CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol veriməmiş və buna görə bu məsələ ilə bağlı kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Kassasiya protestinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqs irləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun t əqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Ple numunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun (burada “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu nəzərdə tutulur) 1.0.11-ci maddəsində şərh verilməsi qeyd edilərək məhkəmələrə izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrin nəzərinə çatdırlmışdır ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qərarın 28-ci bəndində məhkəmələrin diqqətinə ça tdırılmışdır ki, CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbayc an Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnı z məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı hökmdə istinad etdiyi sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi bu sübutlar əsasında Məhkum barəsində ittiham hökmünün çıxarılması haqqında qənaətə gəlmiş və həmin hökmə əsasən Məhkum CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 2021-ci ilin avqust ayının sonlarında axşam saatlarında satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 3,755 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,562 qram psixotrop maddə metamfetamin əldə edib üstündə saxlayaraq daşımış, 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanın yaxınlığında Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 40-cı Polis Bölməsinə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarının sol yan cibindən 01 ədəd kiçik ölçülü şəffaf sel lofan paketin içərisində-04 ədəd gümüşü rəngli kağız bükümlərdə, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,675 qr., 0,991 qr., 1,313 qr., 0,776 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar hesab edilən 3,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, 01 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 1,562 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və şalvarının eyni cibindən 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya instansiyası məhkəməsi bu sübutların bir hissəsinin apellyasiya şikayətinə məhkəmə baxışı iclasında bilavasitə özü araşdıraraq, digərlərini isə tam şəkildə tədqiq edib onlara həm istinad edərək, həm də kassasiy a protestinin dəlillərinin əksinə olaraq həm ayrıayrılıqda, həm də məcmu şəkildə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi barədə nətiəcyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmışdır. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələri apellyasiya instansiyası məhkəməsinin iclasında da təkrarlayaraq özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsrli bilməmiş və göstərmişdir ki, o, 2-3 ildir ki, narkotik vasitələrdən, əsasən də “kokos” adı ilə tanınan heroindən istifadə edir. 03 sentyabr 2021ci il tarixdə saat 14 radələri ndə o, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən evində yatdığı zaman 6-7 nəfər mülki geyimli polis əməkdaşı evinin həyətində olan hasardan tullanaraq evinə daxil olmuş, həmin vaxt üstünə və evinə baxış keçirmiş, amma nə üzərində, nə də ki evində hər hansı saxlanılması qadağan olunan əşya, o cümlədən narkotik vasitələr və psixotrop maddələr aşkar etməmişlər. Həmin şəxslər sonra onu döyə-döyə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə aparmış və bu vaxt da onun üzərində heç nə olmamışdır. Polis bölməsində polis əməkdaşları tərəfindən ona təzyiqlər olunmuş, həmin polis bölməsinin rəis müavini stolun üzərinə narkotik vasitə qoyaraq, videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməyini tələb etmişdir. O, buna etiraz edəndə polis əməkdaşlar ı onu təkrarən döymüşlər. Tibb kitabçasında qeyd olunmuş, bədənində olan xəsarətlər ona səhəri günü polis bölməsində yetirilmişdir. O, belə təzyiqlərə dözmədiyinə görə videoçəkiliş zamanı həmin stolun üzərinə qoyulmuş vasitənin və psixotrop maddənin ona məxsus olmasını bildirmişdr. Lakin bu maddə və vasitə ona məxsus olmamış, ittihamda göstərilmiş miqdarda heroini və metamfetamini almağa onun maddi imkanı da olmamışdır. Məhkum həmçinin qeyd etmişdir ki, 03 sentyabr 2021-ci il tarixli protokolda göstərilən elektron tərəzi də onun üzərində aşkar edilərək götürülməmiş, şəxi axtarış zamanı vəkil işirak etməmşdir, baxmayaraq ki o, vəkilin hüquqi yardımından heç vaxt imtina etməmiş, ona təqdim olunmuş sənədləri oxumadan imzalamış, müstəntiqə ifadə verərkən pis vəziyyətdə olmuş, onun üçün hər şey əhəmiyyətini itirdiyinə görə narkotik vasitənin və psixotorop maddənin özünə məxsus olmasını bildirmişdir. O, ilkin araşdırma zamanı polis əməkdaşları tərəfindən döyülməsi barədə şikayət etmiş, istintaq təcridxanasında həkim bədəninə baxış keçirmiş və bədəninin hər yerində olan xəsarətləri qeyd etmişdir. Həmin xəsarətləri ona saxlanılan zaman polis əməkdaşları yetirmişlər. Döyülməsi ilə bağlı ərizəsinin araşdırılması üçün istintaq zamanı təcridxanaya prokurorluğun əməkdaşı gəlmiş və orada onun izahatı alınmışdır. Həmçinin ekspert də onu müayinə edərək bədənində xəsarətlər olduğunu müəyyən etmiş, lakin bundan sonra şikayəti üzrə aparılmış araşdırmanın nəticələri əsasında hansı qərarın qəbul edilməsindən onun məlumatı olmamış, bu qərar ona verilməmişdir. Birinci instansiya məhkəməsində şahi d qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində sahə inspektoru vəzifəsində işləyir. Məhkum barəsində onun narkotik vasitələrə meyilli olması barədə onlarda məlumat olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə o, və digər sahə inspektoru X xidməti ərazidə gəzərkən, ünvan 4 ünvanının yaxınlığında Məhkum zahiri əlamətlərinə uyğun gələn şəxs tərəflərindən saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə aparılmış və orada onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən Məhkum üstündən xatırlamadığı miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkum saxlanılmasında Ağayev və Bədəlov da iştirak etmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısı vəzifəsində xdmət edir. Məhkum Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəis müavini Şahid2 və sahə inspektoru Şahid1 növbətçi hissəyə gətirmiş və bildirmişlər ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Bundan sonra o, vəkil dəvət etmiş, lakin Məhkum üzərinə şəxsi axtarış keçirilməsi zamanı o, vəkildən imtina etdiyi üçün vəkil şəxsi axtarışın keçirildiyi otaqda yox, digər otaqda olmuş, videoçəkiliş zamanı Məhkum üzərində narkotik vasitə aşkar edilmişdir. Məhkum videoçəkiliş zamanı vəkilin iştirakı təklif edilmiş, lakin o, imtina etmişdir. Videoçəkliş zamanı Məhkum hüquq və vəzifələrini üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl izah etmiş, ona hüquq və vəzifələrinin izah olunmasını t əsdiq edən sənədi Məhkum da imzalamaqla təsdiqləmişdir. Şahidlər Şahid1 və Şahid3 ifadələrinə analoji ifadələri həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin rəis müavini vəzifəsində işləmiş Şahid2 da vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş yuxarıda göstərilən şahidlərin ifadələrinə, həmçinin bu ifadələrə və digər prosessual sənədlərə əsasən ibtidai aradırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticəyə görə, Şahid1, X və Şahid2 Məhkum 03 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında saxlanılmasını və polis bölməsinə gətirilməsini təmin etmiş və onların iştirakları ilə (X istisna olmaqla) Şahid3 tərəfindən Məhkum üzərində şəxsi axtarış keçirilmişdir. Lakin, Məhkum ilkin araşdırma zamanı fiziki təzyiqlərə məruz qalması barədə şikayət ərizəsinə əsasən Binəqədi rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajopru Vəli-zadə Əlövsət Qədim oğlu tərəfindən aparlımış araşdırmanın nəticələrinə dair qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 oktyabr 2021-ci l tarixli qərarından müəyyən olunur ki, həmin araşdırma zamanı izahatları alınmış Binəqədi RPİnin 40-cı Polis bölməsinn cninayət-axtarış üzrə əməliyyat müvəkilləri X15 və X11 ayrıayrılıqda verdikləri izahatlarında bildirmişlər ki, 03 sentyabr 2021-ci il tarixdə onların xidmət apardıqları bölməyə Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumatı yoxlamaq məqsədilə onlar həmi n gün Məhkum yaşadığı evə gədərək oraya daxil olmuş, evə məhkəmə qərarı alınmadan baxış keçirmiş və bundan sonra sonuncunu saxlayaraq bölməyə gətirmişlər. Bu hərəkətlərin edilməsində onlardan başqa heç kim iştirak etməmişdir. Bölmədə Məhkum üzərində axtarış keçirilmiş və onun üzərindən xatırlmadıqları miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür. Digər tərəfdən, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində sahə inspektoru işləyən Şahid1 öz ifadələrində digər sahə inspektoru Xlə birlikdə xidməti ərazidə gəzərkən, Məhkum 03 sentyabr 2021-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında zahiri əlamətləri uyğun gələn şəxs kimi saxladıqlarını qeyd etsə də, Şahid2 tərəfindən tərtib edilmiş əməliyyat qrupunun təşkil eilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli protokola görə nə X, nə X15, nə də ki X11 həmin qrupun tərkibinə daxil edilməmişlər. Bu halda isə Məhkum əməliyyat məlumatına əsasən, yoxsa təsadüfən polis bölməsinə gətirilməsi ilə bağlı ziddiyyət nə istintaq orqanı, nə də birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Göründüyü kimi, Məhkum saxlanılması yeri, şəraiti, ilk olaraq keçirilmiş tədbirlər və bu tədbirlərinin keçirilməsində şəxslərin iştirakları ilə bağlı ibtidai araşdırma orqanının və prokurorluq əməkdaşının müəyyən etdkləri mühüm hallar arasında kəskin ziddiyyətlər müəyyən edilir, digər tərəfdən isə onun yaşadığı evində saxlanılması, evində axtarış aparılması barədə Məhkum məhkəmə iclaslarında göstərdikləri prokurorluqda aparılmış araşdırma zamanı əldə edilən sübutlarla üst-üstə düşür. Buna baxmayaraq, Məhkum CM-nin 234.4.1 və 234. 4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarda, onun barəsində tərtib edilmiş ittiham aktında və çıxarılmış 09 mart 2022-ci il tarixli hökmdə prokurorluq tərəfindən aparılmış araşdırma üzrə nətcələrin əksinə olaraq onun yaşadığı evin yaxınlığınıda tamamilə başqa şəxslər tərəfindən saxlanılması göstərilmiş, həmin vaxt polis əməkdaşlarının Məhkum yaşadığı evə daxil olmaları və orada baxış keçirmələri, onun isə evində saxlanılaraq polis bölməsinə aparılması ibtidai araşdırma orqanının prosessual sənədlərində ümumiyyətlə əks etdirilməmiş, birinci instansiya məhkəməsi isə bu halları yoxlamadan, mühüm əhəmiyyət kəsb edən sübutların tədqiq edilməsindən imtina edərək ibtidai araşdırma orqanının ziddiyyətli nəticələri ilə razılaşmışdır. Halbuki, prosessual qanunv ericiliyin tələblərinə görə, şəxsin ittiham olunduğu cinayətin törədilməsi ilə bağlı bütün hallar (vaxt, yer, şərait, üsul və s.) təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda və itiham aktında iş üzrə toplanmış sübutlara uyğun olaraq dəqiq göstərilməlidir (CPM-nin 223.2 və 289-cu maddələri). 03 sentyabr 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokolda və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxış protokolunda qeyd olunmuşdur ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsində Məhkum üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Məhkum əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 02 ədəd mobil telefonları, həmin şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini və bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur. Bundan sonra onun masanın üzərinə qoyduğu sellofan bükülü iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən 04 ədəd gümüşü rəngli kağız bükümlər və bir ədəd sellofan büküm aşkar olunur, həmin 04 ədəd gümüşü rəngli kağız bükümlər açıldıqda hər birinin içərisində qəhvəyi rəngli maddə, bir ədəd sellofan bükümdə isə ağ rəngli maddə aşkar olunur. Məhkum kağız bükümlərdəki həmin maddələrin narkotik vasitə olan “kakos”, sellofan bükümdəki maddənin isə “şüşə” olduğunu və həmin maddələri təxminən 3-4 gün əvvəl Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 80 manata öz istifadəsi və satmaq üçün alıb üzərində gəzdirdiyini bildirir. Məhkum üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. CPM-nin 247.1.9-cu maddəsində şəxsi axtarış və göt ürmə haqqında protokolda bu istintaq hərəkəti aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanların, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olubolmamasının, istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdlərinin, götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvirinin əks etdirilməsi tələb olunsa da, hazırki iş üzrə tərtib olunmuş protokoldan Məhkum üzərindən aşkar edilrək götürülmüş heroin və metamfetaminin çəkilri müəyyən edilməmiş və bu haqda protokolda heç nə göstərilməmiş, həmin protokola görə, sonuncunun üzərində elektron tərəzi də aşkar edilməsinə baxmayaraq, həmin tərəzi qablaşdırılmamış və sonradan eksperiza tədqiqatına gönd ərilməmişdir. Cinayət işinin materiallarından həmçinin görünür ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları Məhkum onun qanunsuz olaraq narkotik vasitə heroin saxlaması, gəzdirməsi haqqında polis bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında saxlayaraq polis bölməsinə gətirsələr də, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsində belə bir əməliyyat məlumatının olması yoxlanılmamış, həmin məlumatı təsdiq edən hər hansı sübut əldə edilməmişdir. Cinayət işinin materiallarında olan 16 sentyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etmə mənbəyini müəyyən etmək mümkün olmamışdır. Bu məsələyə istintaqı aparan müstəntiq tərəfindən “sübutların qiym ətləndirilməsi və əməlin tövsif edilməsi barədə” qəbul edilmiş 16 dekabr 2021-ci il tarixli qərarda da münasibət bildirilərək, Məhkum narkotik vasitələri və ya psixotrop maddələri satması barədə şəxslərin müəyyən edilməsi barədə əməliyyat tapşırığının verilməsi, lakin müsbət nəticə əldə edilmədiyi göstərilmişdir. Eyni zamanda keçirilmiş tədbirlər zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatın olması, bununla bağlı faktların əldə edilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirilməsi qeyd olunmuşdur. Buna baxmayaraq ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən həmin məlumatlar yoxlanılıb tədqiq edilməmiş və ittiham tərəfi bununla bağlı məhkəmələrə heç bir mötəbər sübut təqdiim etməmişdir. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya şikayətinə məhkəmə baxışı iclasında Məhkum təhqiqat zamanı polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını, buna dözməyib 03 sentyabr 2021-ci il tariхdə şəxsi axtarış və götürmə aparılarkən izahat, həmçinin 04 sentyabr 2021-ci il tarixdə şübhəli şəхs qismində, 06 sentyabr və 20 dekabr 2021-ci il tariхlərdə təqsirləndirilən şəхs qismində dindirilərkən təzyiq altında özünə qarşı ifadələr verməsini, onun şikayətinə əsasən bu faktın araşdırılması üçün həkim və tibbi ekspert tərəfindən müayinə edilməsini, aldığı xəsarətlərin qeyd edildiyini, Bakı şəhəri Binəqədi rayon prokurorluğunda bununla bağlı araşdırma aparılmasını, lakin bunun nəticələrinə dair qəbul edilmiş qərardan xəbərsiz olduğunu göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum belə bəyanatla həm də birinci instansiya məhkəməsində çıxış etməsinə baxmayaraq, məhkəmə həmin bəyanatda göstərilən halların araşdırılması istiqamətində heç bir hərəkət etməmiş və yalnız apellyasiya şikayətinə məhkəmə baxışı iclasında Məhkum təhqiqat zamanı təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi barədə apelyasiya şikayətində və ifadələrində göstərilənləri yoxlamaq məqsədi ilə apellyasiya instansyası məhkəməsi Məhkum barəsində olan 941 saylı şəxsi işi və 7315/2021 saylı Tibb kitabçasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından tələb edərək götürmüş və bu sənədləri məhkəmə iclasında tədqiq etmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, məhkum edilmiş şəxs Məhkum aid olan 941 saylı şəxsi işin materiallarında olan Binəqədi RPİ-nin MSY-nin növbətçisi pol is baş serjantı X və MSY-nin əməkdaşı İsa Hacıyev tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli Aktda Məhkum həmin tarixdə üzərinə və əşyalarına axtarış-baxış otağında baxış keçirilən zaman onun sol qolunun çiyin nahiyyəsində qançır, hər iki qollarında yaraların və sıyrıqların aşkar olunduğu göstərilmişdir. 941 saylı şəxsi işin materiallarında olan 09 sentyabr 2021-ci il tarixli məlumatdan görünür ki, Məhkum həmin tarixdə təcridxanaya gətirilib qəbul olunarkən onun hər iki said nahiyyəsində sıyrılmış qərtməkli yara aşkar edilmiş, sonuncunun bildirdiyinə görə, o, bu xəsarətləri həbs olunarkən polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində almışdır. Bu haqda xüsusi məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilmişdir. Eyni iə göstərilən məl umat Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun 09 sentyabr 2021-ci il tarixli xx/xx-6205 saylı məktubu ilə Bakı şəhər prokuroruna və Bakı şəhəri Binəqədi rayon prokuroruna da göndərilmişdir. Faktla bağlı Binəqədi rayon prokurorluğunuda araşdırmanın aparılması zamanı keçirilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 1559 saylı rəyinə görə, tibbi müayinə zamanı Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol saidin 1/3-nin arxa-iç və sol ayaq pəncəsinin ayaqaltı səthinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, ola bilsin əl ilə və ya təpiklə vurma nəticəsində törənmişlər, törənmə müddəti müayinə olunanın göstərdiyi 04 sentyabr 2021-ci il tarixinə (Məhkum tutulduğu tarxə - m.k.) zidd deyildir və hər biri ayrılıqda, eləcə də ümumilikd ə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göründüyü kimi, Məhkum aşkar edilmş xəsarətlərin 04 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində alması tam təsdiq olunmuş və məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun özünə qarşı ilkin izahatını (şəxs axtarış və götürmə aparılması zamanı) və ibtidai araşdırma aparılarkən alınmış etirafedici ifadələri ona qarşı zor tətbiq edildikdən sonra verməsi, bu əsasla da həmin sübutların CPM-nin 125.2.2-ci maddəsinin tələblərinə uyğn olaraq yolverilməz olması barədə nəticəyə gəlmişdir. Təhlil edilən məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb edilərək tədqiq edilmiş araşdırma materiallarına əlavə edilmi ş 12 oktyabr 2021-ci il tarixli qərarla yalnız polis əməkdaşları X15 və X12 barəsində cinayət işinin başlanması, kassasiya protestində göstərildiyi kimi, CPM-nin 39.1.1-ci maddəsinə deyil, CPM-nin 39.1.2-ci maddəsinə əsasən, yəni onların əməllərində cinayət tərkibinin omaması əsası ilə cinayət işinin başlanması rədd edilsə də, 03 sentyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində iştirak etmiş digər polis əməkdaşlarının əməllərinə heç bir hüquqi qiymət verilməmiş, qəbul edilmiş qərar isə Məhkum göndərilməyərək onun həmin qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndirmək hüququ təmin edilməmişdr. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərar qüvvədə olduğu təqdirdə başqa nəticəyə gəlməklə CPM-nin 65.1-ci maddəs inin tələblərinini pozması iddia olunsa da, məhkəmə kollegiyası bu iddianı əsassız hesab edir ona görə ki, məhkəmə Məhkum işgəncəyə və qeyri-insani hərəkətlərə məruz qalması səbəbindən təhqiqat və ibtidai araşdırma zamanı özünə qarşı izahat və ifadələr verməsi barədə nəticəyə gələrkən polis əməkdaşları X15un və X12in barəsində başqa qərar qəbul etməmiş və yalnız araşdırdığı mötəbər sübutlara qiymət verərək faktın baş verməsini müəyyən etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, Məhkum üzərində şəxsi axtarış və götürmə onun müdafiəçisi Kərimov Kamran Gülağa oğlunun iştirakı olmadan aparılması zamanı tutulmuş şəxsin müdafə hüququ da kobud şəkildə pozulmuşdur. Belə k, cinayət işinin materiallarına əsasən, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin təhqiqatçısı Şahid3 03 sentyabr 2021-ci il tarixdə vəkil dəvət edilməsi barədə qəbul etdikdən sonra Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X3un müdafiəçisi kimi həmin tarixli 1923 saylı vəkil orderini təqdim edərək işə qoşulmaqla sonuncunun 03 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmasında, habelə növbəti gün və bundan sonra bir sıra istintaq hərəkətlərinin aparılmasında iştirak etsə də, göstərilən tarixdə onun üzərində şəxsi axtarışın və götürmənin aparılmasında naməlum səbəblərdən müdafiəçinin iştirakı təmin edilməmişdir. Buna əsas kimi, təhqiqat orqanı Məhkum 40-cı Polis bölməsinin rəisinə ünvanladığı ərizəsi göstərilmişdir. Həmin ərizəni Məhkum azərbaycan dilində, lakin kiril qrafikası ilə yazaraq göstərmişdir ki, şübhəli şəxs qismində onun üzərinə şəxsi axtarış zamanı hüquqlarını müdafiə edən vəkilin həmin istintaq hərəkətində iştirak etməməsinə etirazı yoxdur, vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə razıdır, bununla bağlı heç bir vəsatəti yoxdur. Həm bu ərizə, həm də iş materiallarında olan Məhkum aid olan ifadələrin və prosessual sənədlərin sonunda onun adından yazılmış bütün qeydlərin kiril qrafikası ilə azərbaycan dilində tərtib edilməsini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, o, latın qarfikası ilə yazıb-oxumağı bacarmır və bu baxımdan cinayət mühakimə icratı aparılan dili bilməyən şəxsə bərabər tutulmalıdır. CPM-nin 92.3.4-cü maddəsinə əsasən isə şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində, yəni bütün istintaq və digər prosessual hərəkətlərin aparılmasında müdafiəçinin iştirakı təmin olunmalıdır. CPM-nin 92.6-cı maddəsinin tələblərinə görə, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-nin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir (iş materiallarından təhqiqatçı tərəfindən Məhkum üzərində axtarışın və götürmənin aparılacağı barədə müdafiəçi K.G.Kərimovun əvvəlcədən məlumatlandırılması görünmür). Eyni zamanda, Məhkum ərizəsindən onun müdafiəç idən imtina etməsi də müəyyən edilmir. Məsələyə qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqedən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında da yanaşmışdır. Həmin qərara görə, cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəsini Plenumunun hüquqi mövqeyinə uyğun olmamaqla Məhkum müdafiə hüququnun pozulması ilə onun üzərində 03 sentyabr 2021-ci il tarixdə aparı lmış şəxsi axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində əldə edilmiş məlumatlar və maddi sübutlar da yolverilməz sübutlar hesab edilməlidir. Belə ki, CPM-nin 125.2.3-cü maddəsinin tələblərinə əsasən, məlumatlar, sənədlər və digər əşyalar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə və cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin digər hüquqlarının pozulması ilə əldə edildikdə onların sübut kimi qəbul edilməsinə yol verilmir. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci bəndinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu Qanunun 11-ci maddəsinin III hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi ba şlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmin qanunun 16-cı maddəsinin 1-ci və 7-ci bənlərində təsbit edilmişdir ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlanmamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Məhkəmə kollegiyasının qənaətincə, hazırkı iş üzrə əməliyyat-qeydiyyat işinin və Məhkum barə sində polisə hər hansı əməliyyat məlumatının daxil olması barədə məlumatın istintaq orqanı tərəfindən məhkəmə nəzarəti qaydasında və birinci və apellyasiya instansiyası məhkəmələrində işə baxmış məhkəmələrə təqdim edilməməsi, yaxud təqdim edilə bilməməsi, ümumiyyətlə belə məlumatların mövcud olmamasına dəlalət edir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə 03 sentyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsində iştirak etmiş polis əməkdaşlarının ifadələrinə verdiyi qiymətlə də razılaşır və hesab edir ki, kifayət qədər qanun pozuntuları ilə aparılmış həmin tədbir barədə şahidlərin (yalnız polis əməkdşalarının) göstərdikləri də heç də Məhkum təqsirliliyinin mötəbər və kifayət edən sübutlarla təsdiq olunması barədə nə ticəyə gəlmək üçün əsas vermir, çünki bu ifadələr digər yolverilməz sübutların fövqündə əsasən həmin şəxslərin öz fəaliyyətlərini əks etdirir. Bundan başqa, məhkəmə kollegiyası əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi barədə 03 sentyabr 2021-ci il tarixli qərarının qanuni hesab edilməsi haqqında Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2021-ci il tarixli qərarına damünasibət bildirərək qeyd etməyi vacib sayır ki, təhqiqat orqanı tərəfindən məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün 03 sekntyabr 2021-ci il tarixli qərar Binəqədi Rayon Məhkəməsinə göndərilsə də, onun əsasında aparılmış əməliyyat tədbirini və istintaq hərəkətini əks etdirən materiallar məhkəməyə təqdim olunmamış və məhkəmə də bu tədbirin və istintaq hərəkətinin qanuniliyini yoxlamamışdır (belə yoxlamanın ittiham v ə müdafiə tərəfinin iştirakları ilə məhkəmə iclasında aparılması 05 sentyabr 2021-ci il tarixli qərardan görünmür). Halbuki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına görə, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçir ilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliy yəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün olaraq Məhkum elan olunmuş ittiham üzrə əməllərin aşkar edilməsinə və onun bu əmələrri törətməsinin sübuta yetirilmiş hesab edilməsinə birbaşa əsas olmuş 03 sentyabr 2021-ci il tarixdə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti, h əmin istintaq hərəkətinin aparılması haqqında 03 sentyabr 2021-ci il tarixli protokol, bu protokol əsasında toplanmış digər sübutlar (şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri) CPM-nin tələblərinə zidd olaraq əldə edilmiş və yolverilməz sübutlar kimi qiymətləndirmiş və buna görə bu sübutları hüquqi qüvvəsi olmayan hesab edərək Məhkum hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməklə ona bu əsasla bəraət verilməsini mümkün bilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu nəticəsini təsdiq edən bütün sübutları araşdırdığını, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirdiyini, CPM-nin 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiyini, ümumiyyətlə isə CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermədiyini qeyd edərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı N.Q.Əliyevin kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs Məhkum çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Məhkum CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəra ət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1551/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1551/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver