Məhkəmə qərarları › İş №1(102)-1551/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1551/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1551/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli 1(011)-439/2022 nömrəli (hakim Axundov Fuad Aydın oğlunun sədrliyi) hökmü ilə xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 13 iyul 2022-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum üzərinə yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmuş, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilməsi, Məhkum maddi ziyana görə 5500 (beş min beş yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 2 00 (iki yüz) manat olmaqla, dövlət rüsumuna görə 77 (yetmiş yeddi) manat, ümumilikdə 5777 (beş min yeddi yüz yetmiş yeddi) manat pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Məhkum tərəfindən müddətin bərpasına dair vəsatət verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli 1(011)-439/2022 nömrəli (hakim Axundov Fuad Aydın oğlunun sədrliyi) qərarı ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edilmişdir. Həmin tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərardan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) 31 mart 2023-cü il tarixli 1(103)-891/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılıb-burax ılmaması barədə qərar qəbul edərkən məhkəmələr tərəfindən heç bir araşdırma aparılmamışdır. Odur ki, qeyd edilənlərə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa olunması barədə daha ədalətli qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpası ilə bağlı olduğunu, ilk məhkumluğu olduğunu, şok keçirdiyini, nə etməli olduğunu bilmədiyini bildirib kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellya siya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və dövlət ittihamçısının məhkəmə çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 358.1.1-ci maddəsinə əsasən, məhkəmənin yekun qə rarı elan edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq məhkəmə hökmün surətini müvafiq olaraq məhkum edilmiş və ya bəraət verilmiş şəxsə, onun müdafiəçisinə, qanuni nümayəndəsinə, dövlət ittihamçısına, zərər çəkmiş şəxsə (xüsusi ittihamçıya), mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə verməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. İş materialında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü 7 oktyabr 2022-ci i l tarixdə çıxarılmış və hökmün surətini elə həmin tarixdə məhkəmə qəbzinə imza etdirilməklə Məhkum təqdim edilmişdir. Lakin, məhkəmənin hökmündən yalnız 13 fevral 2023-cü il tarixdə, yəni təqribən 4 (dörd) ay müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, hökmün nəticə hissəsində həmin hökmdən apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə qaydası və müddəti, həmçinin məhkəmənin adı dəqiq göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış bi rinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin qərarı elan olunduğu gündən qanunla müəyyən edilmiş apellyasiya şikayəti verilməsi müddətini buraxmaqla apellyasiya şikayəti vermiş və müddətin buraxılması ilə bağlı üzrlü hesab edilə bilən səbəb qeyd etməmişdir. Məhkəmə kollegiyası bunu, həmçinin, birinci instansiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında Məhkum və onun müdafiəçisinin iştirak etməsini də nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdiri lmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar