Məhkəmə qərarları › İş №1(102)-1551/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1551/2024

27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1551/2024 27.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Bəraət almış şəxs – X3, Müdafiəçi – Müdafiəçi Qəribağa oğlunun iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci m addəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-42/2023 saylı, 01 noyabr 2023-cü il tarixli (sədrlik edən hakim X12) hökmü ilə xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, ev 13- də qeydiyyatda olan və yaşayan, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilmiş və ona həmin maddə ilə bəraət verilmişdir. Hökmlə həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, X11 və X1 ibarət tərkibdə) 1(103)-256/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyinə görə təqsirsiz hesab edilməsi və ona həmin maddə ilə bəraət verilməsinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 1(006)-42/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bəraət almış şəxs X6 ibtidai istintaq orq anı tərəfindən irəli sürülmüş ittihama əsasən o, 2022-ci ilin iyul ayında istintaqa məlum olmayan vaxtda və yerdə X2 məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 10,412 qram, 7,666 qram və 1,453 qram, ümumi çəkisi 19,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəki əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16:20-də ünvan 1 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada şəxsi axtarış aparılan zamanı əynindəki açıq boz rəngli şalvarın sol yan cibindən üç bükümdə həmin narkotik vasitə və şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-256/2024 saylı, 16 yanvar 2 024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti verilməmiş lakin bəraət almış şəxs D.Ə.Qasımovun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya protestinə qarşı etiraz verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin və etirazın dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən hökm ləğv olunmalı və cinayət işinin apellyasiya instans iyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Məhkəmənin birinci dəlilinə görə, cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi RPİ- nin 20-ci PB-nin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş protokol və qərarlarda Dilavər Qasımov tərəfindən qeydlər Azərbaycan dilinin kiril qrafikasında icra olunmuş, şəxsi axtarış keçirilən vaxt təqsirləndirilən şəxsin şübhəli şəxs kimi müdafiə hüququ pozulmuş, cinayət mühakimə İcraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından; məhrum olmuşdur. Əvvəla, təqsirləndirilən şəxs Dilavər Qasımovun Azərbaycan dilinin latın qrafikalı əlifbası ilə yazıb oxuya bilməsi onun istifadəs ində olmuş mobil telefondan göndərdiyi mesajlarla sübut olunur. Belə ki, D.Qasımovun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan mesajlardan da göründüyü kimi, o, ***-***-**-** nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində ***-***-**-** (mesajı alan şəxsin anten məlumatı Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi olmuş) nömrəsinə latın qrafikalı Azərbaycan əlifbası ilə ‘‘Mənəm elcin”, xx.xx.2022-ci il tarixdə saat 10:36-da ******-**-** nömrəsinə “yigarsan meni görüm noldu mene ehtiyac var gelmeyime” və xx.xx.2022-ci ildə saat 20:26-da ***-***-**-** (mesajı qəbul edənin anten məlumatı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəəbəsi olmuş) nömrəsinə “Samir xuliqan telefonu götür” məzmunlu mesajlar göndərmiş, mesaj göndərənin anten məluma tı da Dilavər Qasımovun yaşadığı ünvan, yəni Bakı şəhəri Nəsimi rayonu olmuşdur. Apellyasiya instansiya məhkəmə koilegiyası isə cinayət işini hərtərəfli, tam və obyektiv araşdırmamış, cinayət işinin materiallarında olan həmin sms məlumatlarını tədqiq etməmiş, birinci instansiya məhkəməsinin əsassız hökmünü təsdiq etməklə vəzifəsini bitmiş hesab etmişdir. İkincisi, 16 yanvar 2024-cü il tarixli məhkəmə iclasında tərəfimdən məhkəmə baxışının qismən məhkəmə İstintaqı ilə aparılmaqla təqsirləndirilən şəxsin Azərbaycan dilinin latın qrafikalı əlifbası Hə yazıb oxumağı bilib-bilmədiyini dəqiqləşdirmək məqsədilə onun istifadəsində olan mobif telefonun “kontaktlar” və “zənglər” bölməsinə baxış keçirilməsini, həmin bölmədə olan adların hansı qrafikalı əlifba ilə yazıldığını müəyyənləşdirməyi təkli f etsəm də, apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı bir əsaslandırma aparılmadan vəsatətin əsassız olması qənaətinə gəlinib təmin edilməmişdir. Məhkəmə araşdırması zamanı CPM-nin 323.5.1-ci maddəsi cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədi ilə vəsatət qaldırıldıqda məhkəmələr üçün həmin vəsatətin təmin edilməsini imperativ qaydada məcburi hesab etmişdir. Yuxarı məhkəmənin diqqətinə çatdırmaq istərdim ki, apellyasiya məhkəməsi müdafiə funksiyasını öz üzərinə götürərək hər hansı bir əsaslandırma aparmadan vəsatətin təmin olunmasından şübhəli formada imtina etmişdir ki, bununla da apellyasiya instansiya məhkəməsi öz mövqeyini bəlli etmiş, artıq is üzrə hansı qərar qəbul edəcəyini açıq-askar formada nümavis etdirmişdir. Görünür ki, məhkəmə tərəfindən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində İştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatətin təmin edilməməsi, tərəfimdən, həmin vəsatətin təmin ediləcəyi təqdirdə əvvəlcədən məhkəmənin müşavirə otağına getmədən müəyyən etdiyi qənaətə təsir edəcəyi ilə bağlı olması İlə qənatə gəlməyə əsas verir. Üçüncüsü, təqsirləndirilən şəxs Dilavər Qasımov şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi ilə təmin edilmiş, üzərinə şəxsi axtarış və baxış keçirilən zaman təqsirləndirilən şəxs müdafiəçinin iştirakından imtina etməsi barədə həmin müdafiəçinin iştirakı ilə cinayət prosesini həyata keçirən orqana ərizə ilə müraciət etmişdir. CPM-nin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması qaydasını tənzimləyən 246-cı maddəsində həmin istintaq hərəkətinin aparılmasında müdafiəçinin iştirakı məcburi hal olaraq müəyyən edilməmişdir. Qeyd edilən halda təqsirləndirilən şəxsin istəyi əsasında müdafiəçinin istintaq hərəkətində iştirak etməməsi sonuncunun müdafiə hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə hökmündə Dilavər Qasımovun cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olmasını müdafiə hüququnun pozu lması kimi göstərsə də, yalnız şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında müdafiəçi iştirak etməmiş, həmin İstintaq hərəkəti videoçəkiliş vasitəsilə aparılmış, protokolun məzmunu videoçəkilişə tamamilə uyğun olmuşdur. Məhkəmənin ikinci dəlilinə görə. Dilavər Qasımovun saxlanıldığı yerdə dərhal sonra onun üzərində şəxsi axtarış keçirilməmiş, üzərində axtarışın onun saxlanılmasından birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi hal olmamışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, apellyasiya instansiya məhkəmə kollegiyası şəxsi axtarış və götürmənin aparılmasının nəzərdə tutulduğu Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 246.2 və 246.2.1 -ci maddəsinə əsasən, məhkəmənin qərarı al ınmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Müddəanın tələbindən də göründüyü kimi qanunverici şübhəli şəxsin saxlanıldığı verdə dərhal sonra onun üzərində səxsi axtarış keçirilməsini imperativ olaraq nəzərdə tutmamışdın Belə ki, şübhəli şəxsin tutulması İlə onun polis və va digər hüquq mühafizə orqanlarına gətirilməsi “və” bağlayıcısı ilə birləsdirilmisdir. Buradan da aydın olur ki, qanunverici də səxsi axtarışın aparılmasını şübhəli şəxsin tutularaq polis (və va digər hüquq-mühafizə orqanına) orqanına gətirildikdən sonra aparılmasını nəzərdə tutmuşdur. Məhkəmənin üçüncü dəlilinə görə, tutulduğu andan Dilavər Qasımova özünə müstəqil müdafiəçi seçmək imkanı yaradılmamış, dövlət hesabına təyin olunan müdafiəçi tərəfin dən ona keyfiyyətli hüquqi yardım göstərilməmişdir. Əvvəla, bununla bağlı qeyd etmək lazımdır ki, cinayət işinin materiallarından da göründüyü kimi Dilavər Qasımov şübhəli şəxs qismində tutularkən öz vəsaiti hesabına müdafiəçi tutmaq üçün yazılı və ya şifahi müraciəti olmamış, habelə onun ailə üzvləri tərəfindən də belə bir müraciət daxil olmamış, təqsirləndirilən şəxsə 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş, sonuncu tərəfindən seçilmiş müdafiəçi ona təqdim olunarkən, habelə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə nəzarəti qaydasında baxılarkən də fəaliyyətindən narazı olduğu halda həmin müdafiəçidən imtina etməsinə dair yazılı və ya şifahi müraciəti olmamışdır. İkincisi, İş materiallarından görünür ki, ibtidai araşdırma mərhələsində D.Qasımovun barəsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, o, şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkanları qanuna uyğun şəkildə tam realizə edilmişdir. Belə ki, İş materiallarına əsasən, ilkin araşdırma mərhələsindən başlanaraq Dilavər Qasımovun hüquqlarını müdafiə etmək üçün ona özünün istəyi əsasında seçilmiş vəkil təqdim edilmiş, şəxsin özünün razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesinin əvvəlindən sonuna qədər onun iştirakı ilə keçirilmiş əksər prosessual hərəkətlərdə iştirakı təmin olunmuşdur (bu halın düzgünlüyü iş materiallarına əlavə olunmuş müvafiq vəkil qurumunun orderi və istintaq hərəkətlərinin protokolları ilə təsdiqlənmişdir.). Bundan başqa cinayət işinin materialların dan da göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçildikdən sonra müqavilə əsasında müdafiəçi ilə təmin ediimiş, həmin müdafiəçiyə iş materialları ilə tanış olmaq və onun istədiyi zəruri sənədlərin surətlərini götürmək imkanı yaradılmış, müdafiəçi təqsirləndirilən şəxsin iştirakı ilə aparılan bütün istintaq hərəkətlərində iştirak etmiş, müdafiəçi tərəfindən müvafiq vəsatət, yəni təqsirləndirilən şəxsin oğlu Saleh Qasımov və qızı Mədinə Qaasımovanın şahid kimi dindirilməsi ilə bağlı vəsatət verilmiş və həmin vəsatət təmin olunaraq adıçəkilən şəxslər şahid qismində dindirilmişdir. Məhkəmənin dördüncü dəlilinə görə. Dilavər Qasımov tutulduqdan 4 saat 40 dəqiqə sonra üzərində axtarış keçirilməyə başlanılmış, sonuncunun saxlanılması İlə baxışın keçirilməsi arasınd a 4 saat 40 dəqiqəyə yaxın vaxtın keçməsi həmin sübutun "atılmasının" mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət Dilavər Qasımov tamamilə polisin nəzarəti altında olmuşdur. Azərbaycan Respublikası CPM-nin 92.15.1-ci maddəsindən belə aydın olur ki, müdafiəçi təyin olunduqdan sonra 6 saat müddətində şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün onunla görüşə bilər, yəni müdafiəçinin polis bölməsinə 6 saat ərzində getmək hüququ vardır, 6 saatdan artıq olduqda təhqiqatçı, müstəntiq və ya prokuror həmin müdafiəçinin digər vəkillə əvəz edilməsini müvafiq ərazi üzrə vəkillər qurumunun rəhbərindən tələb etməyə haqlıdır. Hazırki işdən də göründüyü kimi, təhqiqatçı tərəfindən müdafiəçi dəvət edilmiş, tutulduqdan 4 saat 40 dəqiqə sonra üzərində axtarışı n keçirilməsinin səbəbi müdafiəçinin gec gəlməsi ilə bağlı olmuş, CPM-nin 92.15.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçmədiyindən həmin müdafiəçinin digəri ilə əvəz olunması üçün təhqiqatçı tərəfindən hər hansı tədbir görülməmişdir. İkincisi, polisin nəzarəti altında olan şəxsin üzərinə qanunsuz əşyanın “atılmasının” mümkünlüyü ilə bağlı məhkəmənin qənaətinə gəlincə, təqsirləndirilən şəxs İstintaq müddətində və istintaq təcridxanasından polis bölməsinin müvəqqəti saxlama yerinə etap olduğu müddətdə polisin nəzarəti altında olur, məhkəmənin məntiqi ilə çıxış etsək, onda orada saxlanılan şəxslərin üzərindən qanunsuz əşya aşkar edilməli idi. Məhkəmənin beşinci dəlilinə görə, Dilavər Qasımov zorakılığa məruz qalmış, onun üzərində saat 10:55 radələrində müəssisənin tibb-sanitar hissəsində baxış keçirilən zaman onun kürəyinin sol tərəfində və sağ bazu nahiyyəsində qərtməkli yara xəsarətləri aşkar olunmuş, Dilavər Qasımovun saxlanılması barədə sənədlərdə xəsarətlərinin olması, yaxud da sonuncunun saxlanılan zaman polis əməkdaşlarından qaçması, yıxılması və s. formada xəsarət alması barədə hər hansı qeyd olmamışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Nəsimi rayon prokurorluğunda qeyd edilən fakt üzrə araşdırma aparılan zaman Dilavər Qasımovun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığı, üzərində olan xəsarətlərin həbs olunmamışdan əvvəl həyətdə işlədiyi zaman ehtiyatsızlıq nəticəsində alması barədə izahatının sonundakı “Mənim sözlərimlə düz yazılıb, doğruluğunu imzamla təsdiq edirəm" sözlərinin kiril qrafikası ilə yazıldığı və sənəddə də yalnız D.Qasımovun və m üstəntiqin imzalarının mövcud olduğunu göstərmişdir. Qeyd edilən dəlilə münasibət bildirərkən göstərmək lazımdır ki, məhkəmə təqsirləndirilən şəxs Dilavər Qasımovun izahatının sonunda “Mənim sözlərimlə düz yazılıb, doğruluğunu imzamla təsdiq edirəm" sözlərini kiril qrafikası ilə yazmasını sonuncunun izahatının məzmunundan məlumatının olmadığı qənaətinə gəlsə də, Bakı İstintaq Təcridxanasından rayon prokurorluğuna ünvanlanmış məktubdan görünür ki, təqsirləndirilən şəxs həmin xəsarətlərin həbs olunmamışdan əvvəl aldığını bildirmişdir. X15 rayon prokurorluğunda verdiyi İzahatın məzmunu, Bakı İstintaq Təcridxanasında üzərinə baxış keçirilən zaman xəsarəti hansı şəraitdə alması barədə dediklərinə uyğun olmuş və hər hansı ziddiyyət olmamışdır. Eyni zamanda, məhkəmə qərarında həmin izahatda yalnı z D.Qasımovun və müstəntiqin imzalarının mövcud olduğunu, müdafiəçinin iştirakının təmin edilmədiyini göstərilmişdir. Qeyd edilən dəlilə münasibət bildirərkən göstərmək lazımdır ki, Dilavər Qasımovun bədənində xəsarətlər aşkar edilməsi ilə bağiı rayon prokurorluğunda araşdırma aparılmış, həmin xüsusat üzrə Dilavər Qasımov təqsirləndirilən şəxs statusuna malik olmadığından müdafiəçinin iştirakı məcburi olmamışdır. Yekun olaraq, məhkəmənin qeyd etdiyim faktiki hallara əhəmiyyət verməyərək işə yalnız prosessual tərəfdən formal yanaşması narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət çərçivəsində aparılan effektiv mübarizə tədbirlərinin səmərəliliyini aşağı salmaqla bərabər, bu cür cinayət əməlini törətməkdə ittiham olunan bir şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzasızlıq şəraiti nə və eyni xarakterli cinayət əməlləri törətmiş şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsinə yol açmışdır. Kassasiya protestində X4 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi etirazında göstərmişdir ki, dövlət ittihamçısı məhkəmələr tərəfindən qəbul edilmiş əsaslı və adalətli qərarlardan heç bir əsas olmadan haqsız yerə kassasiya protesti vermişdir. Dövlət ittihamçısının Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarınından verdiyi kassasiya protestinə dair etirazının nəzərə alınmasını və kassasiya protestinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, bəraət almış şəxsin və onun müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiy a instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə əsassız olaraq bəraət veri lməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X4 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmı ş sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 ma y 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəl i sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-iü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittih amın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X4 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Dilavər Qasımova elan edilmiş ittihama görə sonuncu 2022-ci ilin iyul ayında istintaqa məlum olmayan vaxtda və yerdə X2 məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 10,412 qram, 7,666 qram və 1,453 qram, ümumi çəkisi 19,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəki əldə edib özündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 16:20-də ünvan 1 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə gətirilmiş və orada şəxsi axtarış aparılan zamanı əynindəki açıq boz rəngli şalvarın sol yan cibindən üç bükümdə həmin narkotik vasitə və şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin qənaətinə görə Dilavər Qasımovun şübhəli şəxs kimi müdafiə hüququ pozulmuş, cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olmuş, saxlanıldığı yerdə dərhal sonra onun üzərində şəxsi axtarış keçirilməmiş, üzərində axtarışın onun saxlanılmasından birba şa sonra həyata keçirilməsini mümkünsüz edən hər-hansı xüsusi hal olmamış, 18:00-da tutduqdan sonra saat 21:00-a kimi polis bölməsinin müvəqqəti saxlama yerinə yerləşdirildiyi halda üzərindən narkotik vasitənin aşkar edilməsinin şübhəli olmuş, zorakılığa məruz qalmış və sübutlar saxtalaşdırılmışdır. Belə ki, Dilavər Qasımov məhkəmə istintaqı zamanı latın qrafikasında tərtib olunmuş yazıları oxuya bilmədiyini, buna görə imzalanmış sənədlərin mahiyyətinin ona aydın olmadığını göstərmişdir. Həqiqətən də, cinayət işində olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin təhqiqatçısı Şahid3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında”, “müdafiəçini təqdim etmək barədə”, “şübhəli şəxsin tutulması haqqında”, “şübhəli şəx sə təhqiqatçıya və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında”, “şübhəli şəxsə mütəxəssisə etiraz etmək hüququnun izah edilməsi haqqında”, “ekspertiza təyin edilməsi haqqında qərarı şübhəli şəxsə elan etmək haqqında” protokollardan, həmin tarixdə qəbul edilmiş “şübhəli şəxsin tutulması haqqında” və “şəxsi axtarış və götürmə haqqında” qərarlardan görünür ki, Dilavər Qasımov tərəfindən icra olunmuş qeydlər (“istənilən vəkilin hüquqlarımı müdafiə etməsinə etiraz etmirəm”, “etirazım yoxdur”, “tələb və vəsatətim yoxdur”, “Qasımov” və s.) Azərbaycan dilinin kiril qrafikasında icra olunmuşdur. Belə olan halda, Dilavər Qasımovun azərbaycan dilini bilməsinə baxmayaraq latın qrafikalı əlifbanı tanımaması, latın qrafikalı əlifba ilə yazıb oxuya bilməməsi şübhə doğurmur və cinayət işi m ateriallarında sonuncu tərəfindən icra olunmuş bütün yazı nümunələrinin kiril qrafikalı əlifba ilə icra edilməsi də bu halın doğruluğuna dəlalət edir. Şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olması onun prosessual hüquqlarını məhdudlaşdırır. Müvafiq yazı qrafikasını bilməyən şəxslərin prosessual vəziyyəti dili bilməyən şəxslərin prosessual vəziyyəti ilə eyni qiymətləndirilməməlidir. Lakin qrafikanı bilməyən şəxslərin hüquqlarının təminatı cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin hüquqlarının təminatından az olmamalıdır. Bu vəziyyətdə olan şübhəli və ya təqsirləndiri lən şəxslər cinayət prosesini həyata keçirən orqanlar tərəfindən müdafiəçi ilə təmin edilməlidirlər. Beləliklə də, Dilavər Qasımov cinayət mühakimə icraatının aparıldığı dili bilməsinə baxmayaraq, prosessual sənədlərin yazıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməməsi səbəbindən həmin sənədlərlə bilavasitə onları oxumaqla tanış olmaq imkanından məhrum olmuşdur. Bundan əlavə, Dilavər Qasımovun tutulduğu andan ona özünə müstəqil müdafiəçi seçmək imkanı yaradılmaması barədə iddiası da əsassız görünməmişdir. Cinayət işində olan Dilavər Qasımov tərəfindən imzalanmış ərizədə sonuncu maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı isə Dilavər Qasımov qeyd edilən məzmunda irada ifadəsinin olmadığını, həmin vaxt maddi imkanının olduğunu, sadəcə özünə müstəqil müdafiəçi seçmək imkanı yaradılmamasını göstərmişdir. Əvvala, tərtib edilmiş “müdafiəçi ilə təmin olunma barədə”, “müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında” ərizələr latın qrafikalı əlifba ilə yazıldığından Dilavər Qasımovun həmin qrafikalı əlifbanı bilməməsi səbəbindən onları oxumaqla tanış olmaq imkanı olmamışdır. Onun üzərinə baxış zamanı da 510 manat pulun aşkar edilməsi özünün istədiyi müdafiəçi ilə təmsil olunmaq üçün maddi durumunun olması dəlilinin əsaslı olduğunu göstərir. İstintaqın sonrakı mərhələsində də onun artıq özünün dəvət etdiyi vəkillə iştirak etməsi bu qənaəti möhkəmləndirir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırmanın ilkin mərhələsində Dilavər Qasımova müdafiəçinin təyin edilməsi də öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamışdır. Çünki, müdafiəçi kimi təyin edilmiş Qeybulla Cavadovun ərizəsindən görünür ki, Dilavər Qasımovun üzərinə şəxsi axtarış keçiriləcəyi barədə ona məlumat verilmiş, iştirakı olmadan Dilavər Qasımovun üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Ümumiyyətlə müdafiəçinin müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina etməsi qanuni olmamış, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə zidd olmuş, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması da yolverilm əz olmuşdur. "İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin "c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi "Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Məhkəmə k ollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməs i ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından birinci instansiya məhkəməsi tərəfindən X4 bəraət vermiş və apellyasiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvəsində saxlamışdır. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəy yən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və oby ektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X3 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl o lunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X3 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin m üxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibini n bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009- cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, y eni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-256/2024 saylı, 16 yanvar 2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar