Məhkəmə qərarları › İş №1(102)-1551/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1551/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1551/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkum olunmuş şəxslər Məhkum2 və Məhkum1 iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmü ilə Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Xəzri Ramilə Həşim qızı) Məhkum2, 13 fevral 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, və Məhkum1, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, hər birisi CM-in 213-1.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda CM-in 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 70-ci maddəsinə əsasən onlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzası həmin cəza 1 (bir) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilərək on ların üzərlərinə cəzanı icra edən orqana məlumat vermədən daimi yaşayış yerlərini dəyişdirilməmək vəzifəsi qoyulmuş, cəzanın icrasının isə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 11 aprel 2024-cü il tarixədək olan müddət ərzində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa nəzarət xidməti Rentgen qurğuları üzrə qrupunun inspektoru vəzifəsində çalışan zaman Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış tütün məmulatlarını və spirtli içkiləri satış məqsədilə saxlama və satma barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa nəzarət xidm əti Nəzarət üzrə qrupunun inspektoru vəzifəsində işləyən Məhkum1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, qulluq mövqeyinə və ya müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə etməklə, aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü Məhkum1 xidməti vəzifələrini icra etdiyi “Heydər Əliyev” Beynəlxalq Hava Limanında fəaliyyət göstərən rüsumsuz ticarət mağazasından əldə etdiyi 1 ədədinin qiyməti 65 manat təşkil edən 325 manat dəyərində 5 ədəd "Olmeca Tequila Blanco 38% 1 İt" və 1 ədədinin qiyməti 62 manat təşkil edən 310 manat dəyərində 5 ədəd "Jameson 40% Whiskey 1lt" markalı spirtli içkilər, 1 qutusunun qiyməti 2,50 manat təşkil edən 50 manat dəyərində 20 qutu "West Red", 1 qutusunun qiyməti 3,50 manat tə şkil edən 105 manat dəyərində 30 qutu "Superslims Ome Karelia 3mg", 1 qutusunun qiyməti 3,50 manat təşkil edən 490 manat dəyərində 140 qutu "Superslims Ome Karelia 1mg" markalı siqaretlər olmaqla, xeyli miqdarda, ümumilikdə 1280 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış malları onun (Məhkum2) idarə etdiyi "Opel Astra" markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerinə yığaraq satış məqsədilə saxlamış, daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən “Heydər Əliyev” Beynəlxalq Hava Limanının dayanacağında həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı göstəriş verilsə də, Məhkum1la birgə bu göstərişə məhəl qoymayaraq idarə etdiyi həmin nəqliyyat vasitəsilə göstərilən ərazidən uzaqlaşaraq Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsinə getmiş, orada birlikdə sadalanan malları qeyd edilən nəqliyyat vasitəsindən Məhkum1 idarə etdiyi "Nissan Micra" markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirməklə orada saxlayıb yenidən "Opel Astra" markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıtmış, gömrük əməkdaşlarının təklifi əsasında və onların müşayiəti altında Məhkum1 "Nissan Micra" markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək hava limanının dayanacağına gətirmiş, orada saat 03 radələrində keçirilmiş baxış zamanı qeyd edilən mallar saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür. Məhkum1 11 aprel 2024-cü il tarixədək olan müddət ərzində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa nəzarət xidməti Nəzarət üzrə qrupunun inspektoru vəzifəsində çalışan zaman Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış tütün məmulatlarını və spirtli içkiləri satış məqsədilə saxlama və satma "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Buraxılışa nəzarət xidməti Rentgen qurğ uları üzrə qrupunun inspektoru vəzifəsində işləyən Azərbaycan Respublikası vətəndaşı Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girib aralarında əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq qulluq mövqeyinə və ya müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə etməklə xidməti vəzifələrini icra etdiyi “Heydər Əliyev” Beynəlxalq Hava Limanında fəaliyyət göstərən, rüsumsuz ticarət mağazasından əldə etdiyi 1 Ədədinin qiyməti 65 manat təşkil edən 325 manat dəyərində 5 ədəd "Olmeca Tequila Blanco 38% 1 İt" və 1 ədədinin qiyməti 62 manat təşkil edən 310 manat dəyərində 5 ədəd "Jameson 40% Whiskey 1lt" markalı spirtli içkilər, 1 qutusunun qiyməti 2,50 manat təşkil edən 50 manat dəyərində 20 qutu "West Red", 1 qutusunun qiyməti 3,50 manat təşkil edən 105 manat dəyərində 30 qutu "Superslims Ome Karelia 3mg", 1 qutusunun qiyməti 3,50 manat təşkil edən 490 manat dəyərində 140 qutu "Superslims Ome Karelia 1mg" markalı siqaretlər olmaqla, xeyli miqdarda, ümumilikdə 1280 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış və ya məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış malları cinayətkar qrupun üzvü Məhkum2 idarə etdiyi "Opel Astra" markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük yerinə yığaraq satış məqsədilə saxlamış, daxil olmuş məlumat əsasında Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 11 aprel 2024-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin inzibati ə razisində yerləşən “Heydər Əliyev” Beynəlxalq Hava Limanının dayanacağında həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı göstəriş verilsə də, Məhkum2la birgə bu göstərişə məhəl qoymayaraq sonuncunun idarə etdiyi həmin nəqliyyat vasitəsi ilə göstərilən ərazidən uzaqlaşaraq Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsinə getmiş, orada Məhkum2la birlikdə qeyd olunan malları həmin nəqliyyat vasitəsindən özünün idarə etdiyi "Nissan Micra" markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirməklə orada saxlayıb yenidən "Opel Astra" markalı, **-LX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Heydər Əliyev” Beynəlxalq Hava Limanına qayıtmış, gömrük əməkdaşlarının təklifi əsasında və onların müşa yiəti altında "Nissan Micra" markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək hava limanının dayanacağına gətirmiş, orada saat 03 radələrində keçirilmiş baxış zamanı qeyd edilən mallar saxlanıldıqları yerdən aşkar edilərək götürülmüşdür. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Salmanov Surac Çingiz oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 12 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 12 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kasssasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-in müvafiq maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarına, iş üzrə toplanmış və araşdırılmış bəzi sübutlara, Məhkum2 və Məhkum1 təqsirli bilindikləri ittihama və onların barəsində qəbul edilmiş yekun məhkəmə ak tlarına, həmin aktlar üzrə məhkəmələrin gəldikləri nəticəyə istinad edən dövlət ittihamçısı E.A.Mirzəyev həmin protestini onunla əsaslandırmışdır ki, məhkum olunmuş şəxslərə qarşı irəli sürülmüş ittihamın mahiyyəti, Məhkum2 və Məhkum1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında özlərini təqsirli bilməmələri ilə bağlı ifadələri bir daha təsdiq etmişdir ki, onların niyyəti cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəza çəkməkdən boyun qaçırmaq olmuşdur. Belə olan lalda məhkəmələr təqsirləndirilən şəxslərin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclasında səmimilik göstərərək təqsirlərini etiraf etmələrini, əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqda haqlı olmamış, öz əməlinin xarakterini və mahiyyətini dərk etməyən, törətdiyi əməlin cinayət olm asını qəbul etməyən şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab etməkdə yanlış qənaətə gəlmişlər. Halbuki, Azərbaycan Respublikasının qanunlarına hörmət etmək hər bir şəxsin borcudur və belə olan halda ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi istənilən vaxt şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilə bilməz və bu hallar yalnız CM-in 59.1.1-ci maddəsində göstərilən digər halların mövcudluğunda təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilər. Həmçinin, məhkəmələr Məhkum2 və Məhkum1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını da cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsalar da bunun nədə ifadə olunmasını, onların şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını qəbul etdikləri yekun məhkəmə aktlarının təsviri-əsaslandırıcı hissələrində göstərməmiş və əsassız olaraq onlara təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gəlmişlər. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestinin məzmunundan göründüyü kimi onun müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin və onunla razılaşan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkumlar Məhkum2 və Məhkum1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gələrkən cəzanı yüngülləşdirən halların düzgün nəzə rə alınmamasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum2 və Məhkum1 barələrindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdak ıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəməl ərinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibə tini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin məzmununa görə, dövlət ittihamçısı E.A.Mirzəyev həmin protestində iş üzrə sübutların natamam araşdırılmasını, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, Məhkum2 və Məhkum1 təqsirli bilindikləri ittiham üzrə cinayət əməlin i törətmələrinin sübuta yetirilib-yetirilməməsini, bu əməllərin hüquqi tövsifini mübahisələndirmir və yalnız məhkum olunmuş şəxslər barəsində şərti məhkum etmənin tətbiqi ilə bağlı məhkəmələrin gəldikləri nəticənin əsassız olmasını iddia edir, bu iddiasına əsasən də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması haqda tələb irəli sürür. Kassasiya şikayətinə baxılması ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni, kassasiya protestinin dəlillərinin əksinə olaraq, məhkumlar Məhkum2 və Məhkum1 cinayət təqibinin bütün mərhələlərində, hər birisinin ay rı-ayrılıqda verdikləri etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələrinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib Məhkum2 və Məhkum1 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələrinin tam sübuta yetirilməsi və onların həmin əməllərinin CM-in 213-1.2.3-cü maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də Məhkum2 və Məhkum1 təqsirlilikləri və onların əməllərinin hüquqi tövsifi bağlı birinci instansiya məhk əməsinin gəldiyi nəticə ilə razılaşmış, həmin nəticə isə istər apellyasiya, istərsə də kassasiya qaydasında cinayət prosesinin iştirakçıları tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı məsələlərin dövlət ittihamçıları ilə yanaşı müdafiə tərəfinin də mübahisələndirilmədiyni nəzərə alaraq və CPM-in 419.1-ci maddəsinin tələblərindən çıxış edərək, bu məsələlərin hazırki qərarında təftiş edilməsinə ehtiyac görmür, lakin eyni zamanda qeyd etməyi lazım bilir ki, məhkəmələr Məhkum2 və Məhkum1 təqsirlilikləri və onların əməllərinin hüquqi tövsif barədə müvafiq nəticəyə gələrkən əhəmiyyətli sübutların tədqiqindən imtina etməmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yalnız qanuni yolla əldə edilmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasınd a tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar təşkil etmişdir. Məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 barələrində cəza tədbirinin seçilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərinə və həmin dəlillər üzərində qurulmuş tələbə cavab olaraq ilk növbədə qeyd edir ki, məhkum olunmuş şəxslərin təqsirli bilindikləri CM-in 213-1.2.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmiş, həmin maddədə nəzərdə tutulmuş cinayət isə CM-in 15.3-cü maddəsinin tələbinə görə az ağır cinayətlər kateqoriyasına aiddirlər. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir c əza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarak terli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsinin tələbindən görünür ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin ol unan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyələndirən, habelə cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirkara isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakt eri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin tələblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismi ndə nəzərə alına bilməz. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Sübutların araşdırılması və qiymətləndirilməsi haqqında prosessual normalar (CPMin 144 və 145.1-ci maddələri) cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmələrdən cinayət təqibi üzrə toplanılmış, o cümlədən təqsirkar barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir göstərən sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı və həmin sübutların bir-biri ilə müqayisə edilərək həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün və ya məhkəmənin digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə isə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tət biq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür və bu norma CPM-in 125, 143-146-cı maddələrində nəzərdə tutulmuş normalarla birlikdə tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, həmin tələblərə isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunsun. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, təsvir olunan tələblər apellyasiya müraciətlərinə baxılması nəticəsində apellyasi ya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da aiddir, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestinin qeyd edilən məsələ ilə bağlı dəlillərə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hallarına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydad a əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, cinayət qanunvericiliyinə gö rə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə c inayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında vurğulanır ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilmə sini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran ha lların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş və kassasiya protestində də istinad olunan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrə cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəu yğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Bununla yanaşı o, da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ hissəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadl ıq hüququ həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində və CPM-in 14.1-ci maddəsində də nəzərdə tutulmuş və qanunvericiliyin tələblərinə, formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən, məhkəmələr bu hüququn təmin edilib-edilməməsi məsələsini nəinki təqsirləndirilən şəxsin haqqında həbs qətimkan tədbirinin seçilməsi, həm də onun barəsində ittiham hökmü çıxararkən müzakirə etməli və bütün halları nəzərə almaqla qanuni və ədalətli nəticəyə gəlməlidirlər. Çünki, CPM-in 12.1-ci maddəsi də tələb edir ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Bu zaman məhkəmələrin cəza tə yini ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə də əməl etmələri xüsusi əhəmiyyət kəsb edir. Əvvəla məhkəmə kollegiyası iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayarkən müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin çıxardığı 12 dekabr 2024-cü il tarixli hökmdə məhkəmə Məhkum2 və Məhkum1 barələrində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən onların törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, hər ikisinin əvvəllər məhkum olunmamalarını, ilk dəfə olaraq az ağır cinayət törətmələrini, törətdikləri əməldən səmimi peşman olmalarını, təqsirlərini etiraf etmələrini, yaşadıqları yerlər üzrə müsbət cəhətdən xarakterizə olunmalarını (ibtidai araşdırma or qanının da müəyyən etdiyi bu hal məhkəməyədək icraat dövründə əldə edilərək iş materiallarına əlavə olunmuş xasiyyətnamələrlə təsdiq olunur) CM-in 59.2-ci maddəsinə əsasən, məhkum olunmuş şəxslərin himayələrində azyaşlı uşaqların olmalarını isə CM-in 59.1.4-cü maddəsinin tələbinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də onların cinayəti qulluq mövqeyinə və ya müqaviləyə əsasən göstərilən etimaddan istifadə etməklə törətmələrini CM-in 61.1.13-cü maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi nəzərə almış və bu halların məcmusuna uyğun olaraq, digər tərəfdən isə kassasiya protestinin dəlillərinin əksinə olaraq məhkum olunmuş şəxslər haqqında şərti məhkum etmənin tətbiqi mümkünlüyü barədə gəldiyi nəticəni kifayət qədər və həm cinayət qanun vericiliyinin tələblərinə, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqelərinə uyğun olaraq əsaslandırmışdır. Məhkəmə kollegiyası bu nəticəni, yəni məhkum olunmuş şəxslərə təyin olunmuş cəzaların CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinin məqsədə müvafiqliyi barədə məhkəmələrin gəldikləri qənaəti aşağıda təsvir edilənlərdən çıxış edərək tam qanuni və əsaslı hesab edir və belə qənaətin şübhə altına alınması üçün əsaslar görmür. Bununla bağlı məhkəmə kollegiyası bütün yuxarıda göstərilənlərlə yanaşı, həm də ona diqqət yetirir ki, Məhkum2 və Məhkum1 sonradan satışını həyata keçirərək qazanc əldə etmək məqsədilə öz vəsaitləri hesabına əldə etdikləri, keçirilmiş tədbirlər nəticəsində isə onlardan götürülərək işə maddi sübutla r kimi əlavə edilməklə saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmiş 5 ədəd “Olmeca Tequila Blanco 38% 1lt” markalı tekila, 5 ədəd “Jamesson 40% İrish Whiskey 1lt” markalı viski spirtli içkilərin, 19 qutu “West Red” markalı, 29 qutu “Superslims Ome Karella (3 mg)” markalı, 134 qutu “Superslims Ome Karella (1 mg) markalı siqaretlərin hökmlə həmin hökm qanuni qüvvəyə mindikdən sonra nəfinə alınması qərara alınmış, məhkum olunmuş şəxslərin isə törətdikləri əməl nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsə, habelə dövlətə heç bir ziyan vurulmamışdır. Yuxarıda qeyd olunanlar kassasiya protestinin dəlilləri ilə razılaşmayan və onları qəbul edilməz sayan məhkəmə kollegiyasına Məhkum2 və Məhkum1 cəmiyyətdən təcrid olunmadan da islah oluna biləcəkləri barədə nəticəyə gəlmək, bu haqda birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri qənaətin isə qanuni və ədalətli hesab edilməsi üçün kifayət qədər əsas verir. Belə nəticə isə işin halları və iş üzrə toplanmış və araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən də irəli gəlir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. Qanunu n bu normasının tələbindən və mənasından belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. CM-in 70.2-ci maddəsi məhkəmələrdən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilmə si haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsi rkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin, qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən or qanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. “Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2021-ci il tarixli Qərarında vurğulanmışdır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törə dilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi forma da, şərti həyata keçirilir. Yəni, bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanun vericilik, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumları şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu müəyyən etmişlər ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmündə də istinad olunmuş “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 26668 nömrəli Sərəncamının 8, 9, 10.4, 13.3 və 13.4 -cü bəndlərində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayətprosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, cinayət qanunvericiliyinin prinsiplərinə və cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət edilməsi, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyinin əsas tutulması, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi tələb və tövsiyə edilmişdir. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edib kassasiya protestinin təmin edilməsi üçün əsaslar görməyərək həmin protestin təmin edilməsini mümkün bilmir və buna görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən etməyərək həmin məhkəmənin iş üzrə qəbul etdiyi qərarın dəyişdirilmədən saxlanılmasını məqsədə uyğun hesab edir. Buna görə məhkəmə kollegiyası kassasiya prote stinin təmin edilməsi barədə dövlət ittihamçısı A.M.Hüseynlinin, həmin protestin təmin edilməməsi haqda isə məhkum olunmuş şəxslər Məhkum2 və Məhkum1 çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməməklə Məhkum2 və Məhkum1, hər birisinin CM-in 2131.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protesti təmin edilməsin. Məhkum2 və Məhkum1, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar