Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1552/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, zərərçəkmiş şəxs X8, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-i n 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 28 yanvar tarixli, 1(103)-144/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs X8 nümayəndəsi Nümayəndə və Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhər Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim Ülviyyə Şükürova) 2024-cü il 14 avqust tarixli, 1(009)-65/2024 nömrəli hökmü ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsə bəsi, 3cü yaşayış massivi, 35- ci küçədə nömrəsiz fərdi yaşayış evində yaşayan, azadlığın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin onun cəzanı icra edən orqanda qey diyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən), X12 və X1 ibarət tərkibdə) 2025-ci il 28 yanvar tarixli, 1(103)-144/2025 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 2024-cü il 14 avqust tarixli, 1(009)-65/2024 nömrəli hökmü verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə d əyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ Məhkəmənin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibardan sui-istifadə edib, 2023-cü ilin iyun ayında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən faktiki olaraq X3 adına rəsmiləşdirilmiş torpaq sahəsinin 0,02 ha hissəsinin özününkü olması baradə Zərərçəkmiş şəxs yalandan bildirməklə, həmin torpaq sahəsinin mülkiyyətə dair sənədlərini hazırlamaqla birlikdə ona satacağına dair vəd verib, inandıraraq bu adla sonuncudan 01 iyun 2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında 2000 manat, eyni adla 02 iyun 2023-cü il tarixdə həmin ünvanda 8000 manat, eyni adla 04 iyun 2023-cü il tarixdə həmin ünvanda 2000 manat, 13 iyun 2023-cü il tarixdə Qusar rayonundan Bəhruz Qulivev tərəfindən onun istifadəsində olan 409858****7590 nömrəli kart hesabına mədaxil edilmiş 500 manat pulu, 19 iyun 2023-cü il tarixdə isə yenidən yaşadığı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evin qarşısında sonuncudan 500 manat pulu alıb, verdiyi vədə əməl etməyib vahid niyyətlə əhatə olunan qəsdlə aldatmaqla, ümumilikdə 13.000 manat məbləğində özgə əmlakını ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq et mişdir. KASSASİYA PROTESTİNİN, KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ ONUN NÜMAYƏNDƏSİNİN VƏ MƏHKUMUN MÜDAFİƏÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan cinayət işləri üzrə təqsirləndirilən şəxsə cəza təyini zamanı onun zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi (və ya ziyanın hissə-hissə ödənilməsi ilə bağlı ümumi razılığa gəlməsi), aralarında barışığın olması nəzərə alınmaqla rəhbər tutulur. Hazırkı iş üzrə tərəflər arasında hər hansı bir ödəniş və ya razılıq yoxdur. Eyni zamanda hökmdə CM-in 59-cu maddəsinə dair qeydə nəzər salsaq, müəyyən olunur ki, təqsirləndirilən şəxsdə həmin maddədə nəzərdə tutulan yüngülləşdirici hallardan ümumiyyətlə heç birisi yoxdur. Bununla yanaşı, cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Məhkum barəsində CM-in 178.2.4-cü maddəsi ilə CM-in 73-1.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Yəni, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasa belə, CM-nin 178.2.4-cü maddəsi ilə əvvəlllər cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmişdir. Bütün bunlara baxmayaraq, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmiş şəxsin mənafeyini nəzərə almamışdır. Məhkəmə tərəfindən cəza t əyini zamanı mühüm, yəni cinayətin ictimai təhlükəliliyi və xarakterinə birbaşa təsir edən halın nəzərə alınmaması cəzanın məqsədinə nail olunmasına imkan verməmişdir. Belə ki, məhkəmələr yekun aktını qəbul edərkən cinayət qanunvericiliyin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini və işin faktiki hallarını nəzərə almadan Məhkum ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025- ci il 28 yanvar tarixli 1(103)144/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 nümayəndəsi Nümayəndə kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə təcrübəsinə əsasən bu qəbildən olan cinayət işləri üzrə təqsirləndirilən şəxsə cəza təyini zamanı onun zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi (və ya ziyanın hissə-hissə ödənilməsi ilə bağlı ümumi razılığa gəlməsi), aralarında barışığın olması nəzərə alınmaqla rəhbər tutulur. Hazırkı iş üzrə tərəflər arasında hər hansı bir ödəniş və ya razılıq yoxdur. Eyni zamanda hökmdə CM-nin 59-cu maddəsinə dair qeydə nəzər salsaq, müəyyən olunur ki, təqsirləndirilən şəxsdə həmin maddədə nəzərdə tutulan yüngülləşdirici hallardan ümumiyyətlə heç birisi yo xdur. Bütün bunlara baxmayaraq, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsə həmin cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmaqla ona əsassız olaraq humanist mövqedən yanaşılmış, yüngül cəza təyin etməkdə haqlı olmamış, bununla da zərərçəkmiş şəxsin mənafeyini nəzərə almamışdır. Beləliklə də, məlikəmə tərəfindən cəza təyini zamanı mühüm, yəni cinayətin ictimai təhlükəliliyi və xarakterinə birbaşa təsir edən halın nəzərə alınmaması cəzanın məqsədinə nail olunmasına imkan verməmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərilənlərə əsasən, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 28 yanvar tarixli 1(103)-144/2025 nö mrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyasında həqiqətin müəyyən edilməsi üçün müvafiq cinayət işində şahid kimi tanınan Şahid5 (X3 həyat yoldaşı), Badamdar Bələdiyyəsinin nümayəndəsinin dindirilmələrini və hadisə yerinin videogörüntüsünə baxış keçirilməsi prosessual hərəkətlərinin aparılması ilə məhkəmə istintaqının qismən aparılması haqqında tərəfindən verilmiş vəsatət apellyasiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Bununla yanaşı, Məhkum dələduzluq əməlinin törətməsilə əlaqədar irəli sürülmüş ittiham ibtidai istintaq zamanı onunla əsaslandırılmışdır ki, onun Bəhruz Quliyevə satdığı 200 kv.m. (2 sot) torpaq sahə sinin də daxil olduğu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi, 35-ci küçədə yerləşən 600 kv.m. (6 sot) torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 1995-ci il tarixli sərəncamı ilə X4 verilmişdir. Məhkum isə həmin torpaq sahəsini özününkü kimi təqdim edərək Bəhruz Quliyevi aldatmaqla dələduzluq cinayətini törətmişdir. Lakin, birinci instansiyada məhkəmə istintaqı zamanı məlum olmuşdur ki, Badamdar qəsəbəsi 3- cü yaşayış massivi, 35-ci küçə ünvanında yerləşən sözügedən 600 kv.m. (6 sot) torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin 7 aprel 1995-ci il tarixli sərəncamı ilə X9 fərdi yaşayış evininin tikintisi məqsədilə ayrıl sa da sərəncamın 3 və 4-cü bəndində bildirilir ki, əgər iki il müddətində həmin ərazidə Mübariz Hacıyev tərəfindən tikinti işləri başlanılmazsa və ya layihədəki ölçü lərə əməl olunmazsa həmin torpaq sahəsi Mübariz Hacıyevdən alınaraq başqa şəxsə verilsin. Mübariz Hacıyev isə nəinki iki il müddətində 23 il müddətində qeyd edilən ərazidə heç bir iş görməmiş, artıq 2010-cu ildən Məhkum ailəsinin həmin ərazidə fərdi yaşayış evi tikərək sahəni tam hasarladıqdan 8 il sonra 2018-ci ildə sözügedən 600 kv.m. (6 sot) sahəyə dair Fərhad Nağıyevə, o isə Gülnarə Süleymanovaya baş etibarnamə vermişdir. Göründüyü kimi Şahid5 həyat yoldaşı Gülnarə Süleymanovanın həmin torpaq sahəsilə bağlı qanunauyğun olaraq hər hansı hüququnun yaranması olduqca mübahisəlidir və demək olar ki, qeyri mümkündür. Çünki həmin etibarnamə müvafiq sərəncamın bəndlərinin şərtlərinə görə artıq buna hüququ olmayan şəxs tərəfindən verilmişdir. Bununla yanaşı, Məhkum mülkiyyət hüququnun olmaması və bunu bilməsi onun Bəhruz Quliyevi aldatmaq niyyətinin olmasını sübut etmir. Çünki Badamdar qəsəbəsində mülkiyyət hüququ olmadan yalnız faktiki sahiblik əsasında hər il onlarla fərdi yaşayış evi və ya həyətyanı ərazidən torpaq sahəsi qeyri qanuni də olsa alqı satqının predmeti olur. Burada aldatma niyyətinin olmasını torpaq sahəsinin Samir Haciyevin mülkiyyətində olmaması ilə əlaqələndirmək düzgün hesab edilə bilməz. Ona görə ki, Məhkum torpaq sahəsinə mülkiyyət hüququ olmasa da lakin Məhkum həmin torpaq sahəsinin mövcud vəziyyətdə faktiki sahibi olmuş və oradan 15 ilədək müddətdə hər hansı bir etiraz olmadan həyətyanı sahə kimi istifadə etmişdir. Aldatma niyyətinin olması o vaxt təsdiqini tapmış olardı ki, Məhkum həmin torpaq sahəsinin başqa hüquqi və ya fiziki şəxsə məxsus olduğunu bil irdi və ya bilməli idi. Sənədləşmə ilə əlaqədar isə yuxarıda qeyd etdiyim kimi Məhkum tərəfindən vəd verilməyib. Hətta bucür vəd verilsə belə bu Bəhruz Quliyevi aldadıb onun əmlakını ələ keçirmək anlamına gəlmir. Vəd verərək aldatmaq o zaman olardı ki, Məhkum Bəhruz Quliyevin həmin ərazidən istifadə edə bilməyəcəyini əvvəldən bilmiş olardı. Burada torpaq sahəsinin sənədinin olub-olmaması deyil, əsas ondan başqasının müdaxiləsindən kənar istifadə imkanının olub-olmaması şərti həlledici amil olaraq özünü göstərir. O cümlədən, Səbail rayon İcra Hakimiyyətinin sözügedən sərəncamının 3 və 4-cü bəndində bildirilir ki, əgər iki il müddətində həmin ərazidə tikinti işləri başlanılmazsa və ya layihədəki ölçülərə əməl olunmazsa həmin torpaq sahəsi Mübariz Hacıyevdən alınaraq başqa şəxsə verilsin. Nor mativ xarakterli hüquqi akt olan sərəncamın bu bəndləri icra edilməsi tələbinə görə inperativ xarakterli olduğu üçün adına sərəncam verilmiş Mübariz Hacıyev həmin ərazidə iki ildən artıq müddətdə tikinti işi aparmadığı üçün onun müvafiq ərazi ilə bağlı başqa şəxsə etibarnamə vermək hüququnun olmadığı da aşkardır. Bu halda qeyd edilən 600 kv.m. (6 sot) əraziyə Məhkum mülkiyyət hüququ olmadığı kimi etibarnamədə adı çəkilən şəxslərin, o cümlədən X3 da mülkiyyət və ya digər əmlak hüquqları yarana bilməz. Nəzərə almaq lazımdır ki, zərərçəkmiş Bəhruz Quliyevin həmin ərazidə yerləşən 200 kv.m. (2 sot) sahəni almaq fikrindən daşınması və pulunun geri qaytarılmasını tələb etməsi, torpaq sahəsinin Məhkum mülkiyyətində olmaması və ya torpaq sahəsinin çıxarışının olmaması deyil, torpaq sahəsinə dair G ülnarə Süleymanovaya məxsus etibarnamənin mövcudluğu olmuşdur. Beləliklə, Məhkum müvafiq torpaq sahəsinə dair Gülnarə Süleymanovanın etibarnaməsinin (hüquqi əsassız olsa belə) olmasını bilməməsi onun Bəhruz Quliyevi aldatmaq niyyətinin olmamasının göstəricisi kimi özünü biruzə verən bir haldır. Çünki etibarnamə barədə məlumatlılıq Məhkum özünü həmin torpaq sahəsinin heç bir kənar etiraz olmadan faktiki sahibi kimi bilməsi fikrini tormozlaya və onu satmaqda ehtiyatlı davranmağa vadar edə bilərdi. Bu cür məlumatın olmadığı halda isə Məhkum on beş il müddətində yaşadığı evin həyətyanı sahəsinin bir hissəsi olan ərazisinin ailəsinin, o cümlədən özünün faktiki sahibliyində bilərək heç bir aldatma niyyəti olmadan onu başqa şəxsə satmaq istəmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayə tində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 28 yanvar tarixli 1(103)144/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 28 yanvar tarixli 1(103)-144/2025 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini barədə qərar qəbul edilməsini, həmçinin, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin əsaslı olduğunu qeyd edərək tə min olunmasını, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəflərindən verilmiş kassasiya şikayətinin və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin olunmasını, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-c i maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşd ırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində və zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkuma yüngül cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkə məsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 1 25-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya müraciətləri barədə cinayət prosesi tərəflərinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkumun müdafiəçinin kassasiya şikayətinin dəlillərindən görünür ki, kassator məhkum barəsində bəraət hökmünün çıxarılmalı olduğunu iddia etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfi eyni dəlilləri birinci instansiya məhkəməsində də irəli sürmüş, həmin d əlillər müdafiə tərəfinin apellyasiya şikayətinin də əsasını təşkil etmiş və istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri tərəfindən bu dəlillərə ətraflı və əsaslandırılmış münasibət bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə müdafiə tərəfinin apellyasiya şikayətinin hər bir dəlilinə ayrı-ayrılıqda münasibət bildirilmiş, konkret sübutlara və işin hallarına istinad etməklə, iş üzrə toplanmış sübutlar mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmaqla CPM-in tələblərinə uyğun qiymətləndirmiş və məhkum tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası məhkəmələrin istinad etdikləri sübutları hazırkı qərarda təkrar sadalamayaraq, həmin sübutların mötəbərliyi, bu sübut larla bağlı məhkəmələrin mövqeyi və gəldikləri nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, hazırkı işin hallarından da göründüyü kimi, Məhkum özünə məxsus olmayan torpaq sahəsini zərərçəkmiş şəxsə satmış və onu aldadaraq pulunu ələ keçirmişdir. Məlumdur ki, torpaq sahəsi daşınmaz əmlakdır və daşınmaz əmlakın dövlət reyestrində şəxsin öz adına qeydə alınmayan torpaq sahəsinin başqasına satılması qeyrimümkündür. Məhkum isə başqasına məxsus olan torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi satır, başqasına məxsus torpaq sahəsinə görə zərərçəkmiş şəxsi aldadaraq pul əldə edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin bəraətlə bağlı dəlilləri əsassızdır və bu səbəbdən müdafiə tərəfinin kassasiya şikayəti təmin edilməməlidir. D övlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş tərəfin kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İttiham tərəfinin kassasiya müraciətlərində məhkuma yüngül cəza təyin edilməsi mübahisələndirilmişdir. Hər iki kassasiya müraciətinin dəlilləri, istinad etdikləri faktlar və məzmunu eyni olduğundan, məhkəmə kollegiyası ittiham tərəfinin hər iki müraciətinə birlikdə münasibət bildirilməsini mümkün hesab edir. Belə ki, cinayət törətmiş şəxsə cəza təyin edilməsinin ümumi əsasları CM-in 58-ci maddəsi ilə tənzimlənir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həd lərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin etmənin ümumi əsaslarının təhlilindən meydana çıxan mənzərə ondan ibarətdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə cəza təyin etmə məsələsini həll edərkən həm növ, həm də hədd baxımından təqsirli şəxsə daha yüngül cəza təyin edilməsinə üstünlük verməli, sərt cəzaların təyin edilməsinə isə az ciddi cəza növü və ya həddinin cəzanın məqsədlərini təmin edə bilmədiyi hallarda yol verilməlidir. Lakin məhkəmə cəza təyin edilməsi məsələsini həll edərkən az ciddi cəza növü və ya həddinin cəzanın məqsədlərini təmin edə bilməməsini və məhz bu səbəbdən təqsi rli şəxsə daha sərt cəza təyin etmək məcburiyyətində qaldığını konkret sübutlara istinad etməklə hökmdə əsaslandırmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, təqsirli şəxsə cəza təyin edilərkən CM-in ədalət və humanizm kimi prinsiplərinin tələblərinə də riayət edilməsi zəruridir və təyin edilmiş cəza açıq-aşkar ədalətsiz və həddindən artıq sərtliyi baxımından şəxsə işgəncə verilməsi məqsədi ilə təyin edilmiş cəza xarakteri daşımamalıdır. Bu zaman nəzərə alınması vacib olan bir məsələ də ondan ibarətdir ki, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilk dərəcəsi, o cümlədən təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə də əməl edilməsi böyük önəm daşıyır. Etiraf etmək lazımdır ki, cinayət törətməkdə təqsirli hesab edilən şəxsə ə dalətli cəza təyin edilməsi olduqca mürəkkəb, çətin və məsuliyyətli bir prosesdir. Bu zaman nəzərə alınması zəruri olan çoxsaylı prinsip və əsaslar mövcuddur. Məhkəmə hökmü ilə təyin edilən cəza həm cəmiyyətdə sosial ədaləti bərpa edir, həm cinayət törətmiş şəxsi islah edir, həm də məhkum və digər şəxslərə tərbiyəedici və çəkindirici təsir etməklə cəmiyyətdə tarazlığı qoruyur, cəmiyyəti kənar, zərərli, neqativ əməl və meyllərdən mühafizə edir. Lakin bu təsir yalnız o zaman effekli və düzgün olur ki, təyin edilən cəza həm ədalətli, həm də humanist cəza olsun. Yəni bəzi hallarda sərt cəzaların təyin edilməsi əks effekt verir və islah etmək əvəzinə işgəncə vermək və ləyaqəti alçaltmaq kimi qiymətləndirilir. Məhz bu səbəbdən CM-in 58.1-ci maddəsi həm növ, həm də hədd baxımından sərt cəzaların təyin edilməsinə məhdudiyyət müəyyən etmişdir. Kassasiya protestində və zərərçəkmiş tərəfin kassasiya şikayətində irəli sürülən dəlillərin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılan birinci instansiya məhkəməsinin hökmündə məhkuma cəza təyin edilərkən yuxarıda qeyd edilən tələblərə uyğun olaraq hökm kifayət edəcək səviyyədə ətraflı şəkildə əsaslandırmış, bu zaman “cəzanın yetərliliyi” anlayışından uğurlu şəkildə istifadə edilməklə törədilmiş cinayət əməli ilə təyin edilmiş cəza arasında ədalətli bir balans yaradılmışdır. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşır və kassasiya protestinə və zərərçəkmiş tərəfin kassasiya şikayətinə münasibətdə bu mövqeyi qanuni, əsaslı və ədalətli h esab edir. Məhkəmə kollegiyası, ümumilikdə, məhkuma təyin edilmiş cəzanın növünə və həddinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxslə barışmaması, ona vurulmuş maddi zərərin ödənilməməsi nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə və Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 28 yanvar tarixli 1(103)-144/2025 nömrəli qərarı verilmiş kassasiya protesti və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1552/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1552/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver