Məhkəmə qərarları › İş №1(102)-1553/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1553/2019

06.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1553/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Salmanova Gülşən Arif qızının iştirakları ilə Lənkəran Ağır Cinayətlər Mə hkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Salmanova Gülşən Arif qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hacıyev Asim Hacımirzə oğlu, hakimlər Nəbiyev Cəlil Cabbar oğlu və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) xx xxxxxx 1984-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, məhkum olu nmayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 206.2-ci maddəsi ilə 05 il müddətə, CM-nin 234.2-ci maddəsi ilə 05 il müddətə və CM-nin 240.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri və külli m iqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlayaraq daşımış, habelə psixotrop və güclü təsirli maddələri Azərbaycan Respublikasın gömrük sərhədindən bəyan etməməklə keçirməklə qaçaqmalçılıq etmişdir. Belə ki, Məhkum 13 may 2017-ci il tarixdə İran İslam Respublikası ərazisində, məlum olmayan mənbədən satış məqsədi ilə təsiredici maddəsinin ümumi miqdarı 3,8 qram təşkil edən külli miqdarda tropikamid tərkibli 38 ədəd “Myqrax 1 %” göstəricili təsiredici maddəsinin ümumi miqdarı 10 qram təşkil edən külli miqdarda metandienon tərkibli hər birində 100 həb olmaqla 10 flakon “Dianabol” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edən trenbolon tərkibli 5 ədəd “Teren SU-100 10 ml” göstəricili, təsiredici maddəsinin ü mumi miqdarı 2,5 qram təşkil edən külli miqdarda nandrolon tərkibli 10 ədəd “Deca 250” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 0,75 qram təşkil edən drostanolon tərkibli 5 ədəd “Master 150” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 25 qram təşkil edən külli miqdarda oksimetolon tərkibli hər birində 10 həb olmaqla 50 konvalyut “Oxymetholone 50” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edən metandienon tərkibli hər birində 10 həb olmaqla 5 konvalyut “AlphaboL” göstəricili təsiredici maddəsinin ümumi miqdarı 18,75 qram təşkil edən külli miqdarda metandienon tərkibli hər birində 250 həb olmaqla 15 flakon “Metabolon” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 2,4 qram təşkil edən trenbolon tərkibli 12 ədəd “Blend 5” göstəricili, təsiredici maddəsini n ümumi miqdarı 0,3 qram təşkil edən stanozolol tərkibli 3 ədəd “G-Stanazol” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 1,5 qram təşkil edən trenbolon tərkibli 15 ədəd “G-Trenbolone A” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 1,4 qram təşkil edən drostanolon tərkibli 14 ədəd “G-Masteron P” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 5,5 qram təşkil edən boldenon tərkibli 11 ədəd "G Boldenone U” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən stanozolol tərkibli 20 ampula “Stanazolic 1 ml göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 7,5 qram təşkil edən trenbolon tərkibli 30 ampula “Tren E 1 ml” göstəricili, təsiredici maddəsinin ümumi miqdarı 15 qram təşkil edən külli miqdarda boldenon tərkibli 60 ampula “Boldenone 1 ml” göstəricili, təsiredici ma ddəsinin ümumi miqdarı 6 qram təşkil edən drostanolon tərkibli 30 ampula “Masteron 1 ml” göstəricili təsiredici maddəsinin ümumi miqdarı 6,25 qram təşkil edən külli miqdarda nandrolon tərkibli 250 ampula “Decandrolone” göstəricili narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edən zolpidem tərkibli hər birində 10 həb olmaqla 10 konvalyut “Zolpidem 5” göstəricili təsiredici maddəsinin ümumi miqdarı 1 qram təşkil edən zolpidem tərkibli hər birində 10 həb olmaqla 10 konvalyut “Zolpidem 10” göstəricili psixotrop maddələri qanunsuz olaraq əldə edib 2 ədəd qara rəngli torbanın içərisində yerləşdirib saxlamaqla daşıyıb həmin gün, saat 15 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirərək qaçaqmalçılıq etmişdir. Hökmdən Məhkum müdafiəçisi İ.A.Cəfərov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Cəfərov Rafiq Musa oğlu, hakimlər Camalov Etibar Əli oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) 27 noyabr 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Salmanova Gülşən Arif qızı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini, Məhkum barəsində bər aət hökmü və ya cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin hökm və qərarı əsassız, qanunsuz və ədalətsizdir. Belə ki, Məhkum təqsirli bilinmişdir, ona görə ki, guya, o, 13 may 2017-ci il tarixdə İran İslam Respublikası ərazisində məlum olmayan mənbədən külli miqdarda psixotrop maddələri qanunsuz olaraq əldə edib 2 ədəd qara rəngli torbanın içərisində yerləşdirib saxlamaqla daşıyıb, həmin gün, saat 15 radələrində Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» Gömrük Postunda Azərbaycan Respublikasının Gömrük sərhədindən bəyan etməməklə keçirərək qaçaqmalçılıq etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilinə bilməz və cinayət məsuliyyətinə cəlb edilə bilməz. İbtidai istintaqın ilk günlərindən müdafiə etdiyi şəxs Məhkum özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bilməmişdir. Qeyd edilən ittihamların heç biri həqiqətə söykənməyib, Məhkum nəyin bahasına olursa-olsun cəzalandırılması üçün uydurulmuş, heç bir sübutu olmayan yalandan başqa bir şey deyil. Belə ki, müdafiə etdiyi şəxs ibtidai istintaqın ilk günlərindən öz ifadələrində bildirmişdir ki, o, heç bir vaxt psixotrop maddələrin satışı ilə hər hansı formada məşğul olmamış, həmin maddələri satmamış və belə bir məqsədi olmamışdır. Birinci instansiya məhkəməsində uzun müddət davam edən məhkəmə istintaqı zamanı da göstərilən cinayət hadisəsi üzrə kifayət qədər şübhəli məqamlar üzə çıxmış, ibtidai istintaqın irəli sürdüyü dəlillərin bir çoxunun öz təsdiqini tapmaması halları müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı Məhkum öz ifadələrində bildirmişdir ki, o, qonşuluqda yaşayan X2 və X9 adlı şəxslərin xahişi ilə İİR-dan birincinin atası üçün ürək dərmanları, ikinciyə isə, testestron dərmanları almışdır. Həmin dərmanların psixotrop maddələr olmasından məlumatı olmamış və onları adi qaydada gömrük postunda bəyan etmişdir. O, həmin dərmanlar olan torbanı gömrük əməkdaşlarına özü təqdim etmiş və içində dərmanlar olduğunu bildirmişdir. Lakin, ona verilmiş ittihama görə, guya, o, həmin dərmanları gömrük orqanlarına bəyan etməməklə keçirmişdir. Məhkum qeyd olunan maddələri açıq şəkildə özünün təqdim etməsi, məhkəmə istintaqı zamanı dindirilmiş gömrük əməkdaşlarının if adələri ilə də öz təsdiqini tapmış, lakin, məhkəmə bu hallara heç bir qiymət verməmiş, araşdırmamışdır. Məhkum göstərilən malları gömrük əməkdaşlarına təqdim etməsi bəyan etmə kimi qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla göstərilən cinayətlərin məhz müdafiə etdiyi şəxs tərəfindən törədilməməsi tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılmış bütün sübutlar məhz belə qənaətə gəlməyə və nəticədə bəraət hökmünün çıxarılacağına zəmin yaratmış, lakin, məhkəmə müşavirə otağından qayıtdıqdan sonra yuxarıda qeyd olunan məzmunda hökmü elan etməklə yuxarıda qeyd edilmiş cinayətlərin Məhkum tərəfindən törədildiyini sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə hökmünün özündə də göstərilən cinayətlərin Məhkum tərəfindən törədilməsini sübut edən heç b ir sübut növü müəyyən edilməmiş, beləliklə də, məhkəmənin gəldiyi nəticələrlə işin faktiki hallarının uyğun olmayan hökm qəbul edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi hökm çıxararkən qüvvədə olan cinayət prosessual qanunvericiliyin yuxarıda sadalanan normalarını pozaraq cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxararaq törədilmiş əməlin tövsifində səhvə yol vermiş və təqsirləndirilən şəxsə cəza təyin edərkən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almamışdır. Odur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmünün və Şirvan Apellyasiya Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində bəraət hökmü və ya cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum törətdiyi əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, bu dəlillər iş materiallarına uyğun olmadığı üçün məhkəmə kollegiyası onları əsassız sayır. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası apellyasiya şikayətinin və müdafiə tərəfinin çıxışının dəlillərində işin faktiki hallarının mübahisələndirilməsini nəzərə alıb, Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, ilk növbədə apellyasiya şikayətinin hüdudları daxilində birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsə ittiham olunmuş Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri üzrə işin faktiki halları müəyyən edilməsinə, məhkum edilmiş şəxsin əməllərinin həmin maddələr ilə düzgün tövsif olunub-olunmamasına, habelə birinci instansiya məhkəməsinin cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə məhkum edilmişşəxsə təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, tədqiq olunmuş ekspert rəyləri, işdə olan istintaq hərəkətlərinə dair digər sənədlərlə Məhkum Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamasına görə, sonuncunun həmin maddələr ilə təqsirili bilinməsinə dair yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı h əqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129 maddəsinin İİİ hissəsinə görə, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxla zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məcəllənin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; hakim qanunu və vicdanını rəhbər tutaraq, sübu tların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum qeyd edilən cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilmiş yuxarıda sadalanan sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş onlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağa zərurət görmür. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və məhkum edilmiş şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar ından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Cinayət işinin materiallarından, məhkəmə iclas protokolundan və işdə olan digər prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxsin müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkum edilmiş şəxsin Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə təqsirli olmaması, əməllərində həmin maddələrdə göstərilən cinayət tərkibinin olmaması və həmin maddələr ilə ona bəraət verilməli olmasından ibarət dəlili ilə bağlı qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddə lərində göstərilən cinayet əməllə törətməsi şahid qismində dindirilmiş X11, X5, X9 və X2 verdikləri ifadələr, malların yoxlanılması haqqında protokol, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin təqsirli olmamasına dair məhkum edilmiş şəxsin ifadəsini və apellyasiya şikayətində qeyd olunmuş dəlili cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir. Beləliklə, cinayət hadisəsi baş vermişdir və Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələrinin tərkib əlamətləri vardır, ibtidai istintaq orqanı tərəfindən Məhkum əməlləri Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuş işə baxan birinci instansiya məhkəməsi də haqlı olaraq onu həmin maddəl ərlə təqsirli bilmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin apellyasiya şikayətinin, məhkum edilmiş şəxs və müdafiəçisinin çıxışının birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Məhkum Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə işin faktiki hallarının, yəni həmin cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların düzgün qiymətləndirilməməsi, əməlində cinayət tərkibinin olmaması və həmin əsaslarla da ona bəraət verilməli olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər digər sübutlarla təkzib olunduğundan, məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna b ilməz. Məhkum edilmiş şəxs X3 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olub- olmaması məsələsini də müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə əməl etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almış, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzasını ağırlaşdıran hallar müəy etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 240.3.2-ci maddəsinin sanksiyasında isə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkum birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cin ayət Məcəlləsinin 206.2-ci maddəsi il 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrume cəzasına və Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yedi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 206. 2, 234.2 və 240.3.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrumetmə növündə qanuni və ədalətli cəza təyin etmiş və düzgün olaraq Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəs sisəsində çəkməsini müəyyən etmişdir.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınması baxımından qanuni və ədalətli olmuşdur. Cinayət Məcəlləsinin 8.1 -ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəf indən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-i Qərarının 1 -ci bəndində tövsiyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci madd ələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 sayl ı qərarının tövsiyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, onuı şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və bir inci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsasİanıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağı Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəmənin Plenum qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin bu mövqeyi işin hallarına və qanunun tələblərinə uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin mövqeyin qanuniliyin şübhə altına almağa əsas vermir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilm iş hesab olunması üçün kifayət edir. Kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən (bəraət verilməsi üçün əsas olan bilən) hər hansı bir halın mövcud olması barədə fikir söyləməyə əsas versin. Şikayətdə sübutların tam həcmdə tədqiq olunmadığı və qiymətləndirilmədiyi iddia edilsə də, iş materiallarının təhlil göstərir ki, sübutlar ətraflı tədqiq edilmiş, onlarda olan məlumatlar təhlil olunmuş, məhkəmələr tərəfindən hansı sübutlara və hansı səbəblərdən üstünlük verildiyi hökmdə və qərarda göstərilmiş, bununla bağlı gəlinmiş nəticə ətraflı şərh edilməklə əsaslandırılmışdır. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan R espublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhk əmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 206.2, 234.2 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 noyabr 2018-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar