Məhkəmə qərarları › İş №1(102)-1553/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1553/2023

07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1553/2023 07.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzr ə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim N.A.İmanova) Məhkum (xx xxxx 1978-ci il tarixdə ünvan2nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan2də yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan q anunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,113 qram olan tünd qəhvəyi rəngli maddəni - kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib, üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki nömrəsiz fərdi evin qarşısına kimi daşımış, 10 may 2022-ci il tarixdə, saat 22 radələrində həmin ərazidə özünü şübhəli apardığına görə xidmət aparan Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,113 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ondan aşkar edilərək götürülmüşdür. B irinci instansiya məhkəməsi Məhkum tərəfindən yuxarıda təsvir edilən narkotik vasitənin qanunsuz olaraq əldə edilməsinin, daşınmasının və saxlanmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzrdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları olan şahidlərin ifadələrini v ə onların iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokolunu, istintaq hərəkətinin gedişində əldə olunmuş maddi sübutu qəbul etməyib, Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermiş, apellyasiya instansiyası məhkəməsi isə həmin əsassız və qanunsuz bəraət hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəy işdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsu z olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 mart 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edə n Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutla ra əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum bir bükümdə 1,113 qram narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və daşıması sübuta yetirilməmişdir. Məhkəmələr gəldikləri nəticələri Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəsi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 may 2022-ci il tarixli 3030 nömrəli rəyi, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 ***-***-**-** nömrəli mobil telefonunun və X1 ***-***-**-** nomrəli mobil telefonunun anten əhatə dairələrinə dair müvafiq olaraq "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış məlumatlarla, eləcə də ittiham tərəfinin təqdim etdiyi sübutların cinayət-prosessual qanunun tələblərinə cavab verməmə si və işin həqiqi hallarını əks etdirməməsi, nəticə etibarı ilə baxılmış sübutların Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etməməsi ilə əsaslandırmışlar. Belə ki, Məhkum ifadəsində göstərmişdir ki, cinayət təqibi orqanının təqdim etdiyi materiallarda və ittihamda təsvir olunanlar həqiqəti əks etdirmir. Belə ki, o, 10 may 2022-ci ildə Ramana qəsəbəsində polis əməkdaşları Ərslanlı Əli və İsmayılov Habil tərəfindən deyil, Məhəmməd Musayev və Kənan Cəfərov tərəfindən saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş və orada ona polis əməkdaşı tərəfindən bir bükümdə maddə verilmiş və ondan həmin maddənin ona məxsus narkotik vasitə olduğunu demək tələb edilmiş, əks təqdirdə CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı i lə hədələnmişdir. Bundan sonra bir neçə dəfə çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və o, şəxsi axtarışın gedişində hədənin təsiri ilə cibindən çıxarıb təqdim etdiyi, əslində isə polis əməkdaşının ona verdiyi maddənin özünə məxsus narkotik vasitə - “kokos” olduğunu deməyə məcbur olmuşdur. Əsl həqiqətdə isə o, ümumiyyətlə heroin istifadəçisi deyil, əvvəllər psixotrop maddə - metamfetamindən istifadə etmiş, lakin 6 ay əvvəl bunu da dayandırmışdır. Şəxsi axtarış və götürmə zamanı narkotik vasitənin özünə məxsus olduğunu deməyə məcbur edilsə də, dindirmə zamanı müstəntiqin özü bildiyi kimi kompüter vasitəsi ilə yazdığı protokolu imzalamasına baxmayaraq, öz xətti ilə protokolun sonunda heç bir günahının olmadığını və özünü təqsirli bilmədiyini qeyd etmişdir. Həqiqətən də məhkəmə hökmündə göstərildiyi kimi, Məhkum ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilməsinə dair 12 may 2022-ci il tarixli protokola əsasən o, dindirmənin əvvəlində özünü təqsirli bilmədiyini, dindirmənin sonunda isə “ifadəmi oxudum, mənə elan olunmuş ittihamla razı deyiləm, çünki heç bir günahım yoxdur, ona görə də imtina edirəm” məzmununda öz əli ilə yazıları protokola daxil etsə də, kompüter vasitəsi ilə müstəntiqin tərtib etdiyi protokolda sərbəst ifadə, qeyd olunanların ziddinə olaraq etirafedici məzmunda yazılmış və Məhkum faktiki olaraq cinayət törətməsini inkar etməsinə baxmayaraq 01 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda və ittiham aktında Məhkum öz müdafiəsi üçün dəlillər gətirmədiyi, özünü cinayət törətməkdə təqsirli bildiyi qeyd ol unmuş, beləliklə də təqsirləndirilən şəxsin dəlilləri ibtidai istintaq zamanı araşdırılmamışdır. Məhkum qarşı irəli sürülmüş ittihama görə onun 10 may 2022-ci ildə saat 22 radələrində Ramana qəsəbəsində saxlanılıb polis şöbəsinə gətirilməsinə və orada onun üzərində şəxsi axtarışın aparılmasına Məhkum barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumatın olması və barəsində əməliyyataxtarış tədbirinin keçirilməsi deyil, özünü şübhəli aparması səbəb olmuşdur. Lakin, hökmdən görünür ki, məhkəmə baxışında Məhkum polis şöbəsinə gətirilməsinin və daha sonra orada şəxsi axtarışa məruz qalmasının (o cümlədən, şəxsi axtarış və götürmə aparılması haqqında 10 may 2022-ci il tarixli protokolun) əsaslılığna və qanuniliyinə ciddi şübhə salan hallar müəyyən edilm işdir. Belə ki, ittiham aktında Məhkum birlikdə saxlayıb polis şöbəsinə gətirən şəxslər kimi qeyd olunmuş Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinin əməkdaşları Şahid1 və X2 məhkəmədə dindirilərkən ziddiyyətli ifadə verərək, Şahid1 Məhkum əməliyyat məlumatı əsasında 10 may 2022-ci ildə saat 22 radələrində Ramana qəsəbəsində saxlanıldığını və saxlanılarkən qaçmağa cəhd etdiyini bildirmiş, XXX15 isə həmin vaxt Şahid1 ilə birlikdə Ramana qəsəbəsinin ərazisində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb onu polis şöbəsinə dəvət etdiklərini və Məhkum olduğu məlum olan həmin şəxsin qaçmağa çalışmadığını, etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəldiyini göstərmişlər. Hökmdə şahidlər Şahid1 və XXX15un ziddiyyətli ifadələr verməsi ilə yanaşı onların ifadələrində verdiklər i məlumatların həqiqiliyinə şübhə yaradan, eləcə də Məhkum saxlanılıb polis şəbəsinə götərilməsinin və daha sonra şəxsi axtarışa məruz qalmasının əsaslılığına şübhələri daha da gücləndirən hal kimi ona istinad olunmuşdur ki, Şahid1 ******-**-** nömrəli mobil telefonunun və XXX15un ***-***-**-** nomrəli mobil telefonunun anten əhatə dairələrinə dair müvafiq olaraq "xxxx" MMC-dən və "xxxx" MMC-dən məhkəmə tərəfindən alınmış məlumatlara əsasən Şahid1 və H.İsmayılov 10 may 2022-ci il tarixdə Məhkum saxlanıldığı saat 22 radələrində ümumiyyətlə Ramana qəsəbəsində olmamışlar. Həmçinin, hökmlə şəxsi axtarış və götürmə haqqında 10 may 2022-ci il tarixli protokolun mətninin onun gedişində qeydə alınmış videoyazı ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə Məhkum məhkəmədə verdiy i məlumatları təsdiq edən, onun heroin narkotik vasitəsini şəxsi istehlakı üçün əldə edib saxlamasına və daşımasına dair ittihamla uzlaşmayan hal olaraq onu müəyyən etmişdir ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 may 2022-ci il tarixli 3030 nömrəli rəyinə görə Məhkum heroinin daxil olduğu opioidlər qrupuna aid narkotik vasitələrdən deyil, psixostimulyatorlardan istifadə etmişdir. Məhkəmədə ittiham tərəfi Məhkum ifadəsinin təkzib edilməsi üçün kifayət edən və yuxarıdakı hallardan törəməklə ittiham aktında göstərilən sübutlara (şahidlərin ifadələrinə, şəxsi axtarış və götürmə haqqında protokola), müvafiq olaraq da irəli sürülmüş ittihama dair şübhələri aradan qaldıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmələrin Məhkum 10 may 2022-ci il tarixdə, 1 əd əd bükümdə 1,113 qram heroin narkotik vasitəsinin götürülməsini həqiqət kimi təqdim etməklə rəsmiləşdirən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, habelə Rahim İbrahimovun məhz onlar tərəfindən 10 may 2022-ci il tarixdə saat 22 radələrində polis şöbəsinə gətirilməsi üzərində israr etməklə ziddiyyətli məlumatlar verən polis əməkdaşları Şahid1 və X1 fadələrini qeyri-mötəbər sübutlar kimi qiymətləndirmələri və bu materiallar sübut əhəmiyyətini itirdiyi vəziyyətdə Məhkum ona isnad edilən cinayət üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmu ş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum yuxarıda təsvir edilən xüsusatlar barədə ifadəsində verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verməsi, apelyasiya instansiyası məhkəməsinin isə həmin nəticə ilə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olu nmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində sadalanan, o cümlədən 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 01 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar