Məhkəmə qərarları › İş №1(102)-1553/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1553/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1553/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9, Məhkum müdafiəçisi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Tanrıverdiyev Azər Rafiq oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(105)-13/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Tanrıverdiyev Azər Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasında doğulmuş, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Dağıstan Respublikası, Levoşinskiy rayonu, Ulluaya kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə küçəsindəki fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum külli miqdar məbləğində mobil telefon aparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə 2021-ci ilin noyabr ayında Rusiya Federasiyası vətəndaşı X5 və xeyli miqdar məbləğində mobil telefon aparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə Rusiya Federasiyası vətəndaşı X3 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq ümumilikdə külli miqdar məbləğində mobil telefon aparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə məlumatları olmayan Şahid4 vasitəsi ilə Şahid3 çatdırılması məqsədilə qrupun Dağıstan Respublikasındakı üzvü Arsen Amakhanovdan təhvil aldığı “USB” kabeli və qutusu ilə birlikdə bir ədədinin qiyməti 2100 manat olmaqla 6300 manat dəyərində 3 ədəd “İphone 13 Red 128 GB” markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 89700 manat dəyərində 39 ədəd "İphone 13 Blue 256 GB” markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 4600 manat dəyərində 2 ədəd “İphone 13 Pink 256 GB” markalı, bir ədədinin qiyməti 2300 manat olmaqla 4600 manat dəyərində 2 ədəd “İphone 13 Red 256 GB” markalı, bir ədədinin qiyməti 2900 manat olmaqla 8700 manat dəyərində 3 ədəd “İphone 13 Pro Silver 512 GB” markalı, bir ədədinin qiyməti 3100 manat olmaqla 9300 manat dəyərində 3 ədəd “İphone 13 Pro Gold 1 ТВ" markalı, bir ədədinin qiyməti 3100 manat olmaqla 9300 manat dəyərində 3 ədəd “İphone 13 Pro Silver 1 ТВ” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 6000 manat dəyərində 2 ədəd “İphone 13 X27 Blue 128 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 18000 manat dəyərində 6 ədəd “İphone 13 X29 128 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 24000 manat dəyərində 8 ədəd “İphone 13 X24 128 GB” markalı, bir ədədinin qiyməti 3200 manat 41600 manat d əyərində 13 ədəd “İphone 13 X27 Blue 256 GB" markalı, bir ədədinin qiyməti 3200 olmaqla 6400 manat dəyərində 2 ədəd “İphone 13 X28 256 GB” markalı, bir ədədinin qiyməti 3200 manat olmaqla 16000 manat dəyərində 5 ədəd “İphone 13 X24 256 GB” markalı, bir ədədinin qiyməti 3200 manat olmaqla 22400 manat dəyərində 7 ədəd “İphone 13 X29 256 GB” markalı, bir ədədinin qiyməti 3400 manat olmaqla 13600 manat dəyərində 4 ədəd “İphone 13 X24 512 GB” markalı, bir ədədinin qiyməti 3850 manat olmaqla 7700 manat dəyərində 2 ədəd “İphone 13 X28 1 ТВ" markalı və eləcə də, “USB" kabeli olmadan bir ədədinin qiyməti 3300 manat olmaqla 6600 manat dəyərində 2 ədəd “İphone 13 X24 512 GB” markalı, qiyməti 3750 manat olan 1 ədəd “İphone 13 X26 1 ТВ” markalı, cəmi külli miqdarda, cəmi 298550 (iki yüz doxsan səkkiz m in beş yüz əlli) manat dəyərində 107 ədəd mobil telefon aparatını, həmçinin, xeyli miqdar məbləğində mobil telefon aparatlarını qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvünə çatdırılması məqsədi ilə qrupun Dağıstan Respublikasındakı üzvü Farid Qasanbekovdan təhvil aldığı “USB” kabeli və qutusu ilə birlikdə qiyməti 1950 manat olan 1 ədəd “İphone 12 X25 128 GB” markalı, bir ədədinin qiyməti 2150 manat olmaqla 4300 manat dəyərində 2 ədəd “İphone 12 Pro Graphite 256 GB" markalı, bir ədədinin qiyməti 2150 manat olmaqla 6450 manat dəyərində 3 ədəd “İphone 12 X25 256 GB" markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 6300 manat dəyərində 3 ədəd “İphone 13 Blue 128 GB” markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 14700 manat eləyərində 7 ədəd “İphone 13 Pink 128 GB" markalı, bir ədəd inin qiyməti 2100 manat olmaqla 4200 manat dəyərində 2 ədəd “İphone 13 Starlight 128 GB" markalı, bir ədədinin qiyməti 2100 manat olmaqla 8400 manat dəyərində 4 ədəd “İphone 13 Midnight 128 GB” markalı, bir ədədinin qiyməti 2400 manat olmaqla 7200 manat dəyərində 3 ədəd “İphone 13 Pro Silver 128 GB” markalı, bir ədədinin qiyməti 2400 manat olmaqla 4800 manat dəyərində 2 ədəd “İphone 13 Pro Gold 128 GB” markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 7950 manat dəyərində 3 ədəd “İphone 13 Pro Silver 256 GB” markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 7950 manat dəyərində 3 ədəd “İphone 13 Pro Gold 256 GB” markalı, bir ədədinin qiyməti 2650 manat olmaqla 21200 manat dəyərində 8 ədəd “İphone 13 Pro Graphite 256 GB” markalı, qiyməti 2650 manat olan 1 ədəd “İphone 13 X26 256 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 21000 manat dəyərində 7 ədəd “İphone 13 X29 128 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 18000 manat dəyərində 6 ədəd “İphone 13 X24 128 GB” markalı, bir ədədinin qiyməti 3000 manat olmaqla 9000 manat dəyərində 3 ədəd “İphone 13 X28 128 GB” markalı, bir ədədinin qiyməti 3200 olmaqla 3200 manat dəyərində 1 ədəd “İphone 13 X28 256 GB” markalı, bir ədədinin qiyməti 3200 manat olmaqla 6400 manat dəyərində 2 ədəd “İphone 13 X24 256 GB” markalı, və eləcə də, “USB” kabeli olmadan qutusu ilə birlikdə qiyməti 3100 manat olan 1 ədəd “İphone 13 X28 256 GB” markalı, ümumilikdə xeyli miqdarda, cəmi 158750 (yüz əlli səkkiz min yeddi yüz əlli) manat dəyərində 62 ədəd mobil telefon aparatını, ümumilikdə 457.300 (dörd yüz əlli yeddi min üç yüz) manat də yərində 169 ədəd mobil telefon aparatını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək idarə etdiyi “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında yataq yerlərində olan zəncirbəndli döşəklərin içərisindəki yaylı süngərin altında yerləşdirməklə gömrük nəzarətindən gizlətmiş, 19 noyabr 2021-ci il tarixdə, saat 22:30-da Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən “Samur" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə tamah məqsədi ilə qəsdən keçirmişdir.

3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X15 (sədrlik edən), X11 və X7 ibarət məhkəmə tərkibində) 19 may 2023-cü il tarixli, 1(124)-305/2023 nömrəli hökmü ilə Məhkum CM-in 206.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 6 il 6 ay (altı il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının 31 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş "ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılması, CM-in 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Məhkum Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, hökm qan uni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış 107 ədəd mobil telefonun Şahid3 qaytarılmasının nəzərə alınması, Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan –ümumilikdə 62 ədəd mobil telefon və Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məcburi qayadada və əvəzsiz olaraq dövlət nəfinə alınması müəyyən edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(124)- 305/2023 nömrəli hökmünün “hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Gömrük Komit əsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın” hissəsində dəyişdirilərək əsl sahibinə geri qaytarılması və Məhkum elan edilmiş ittiham üzrə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X12 (sədrlik edən və məruzəçi), X8 və X4 ibraət məhkəmə tərkibində) 12 yanvar 2024-cü il tarixli, 1(105)-13/2024 nömrəli qərarı ilə Məhkum CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(124)-305/2023 nömrəli hökmünün apellyasiya ş ikayətinə münasibətdə maddi sübutların dövlət nəfinə alınması hissəsində dəyişdirilməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 may 2023-cü il tarixli, 1(124)-305/2023 nömrəli hökmündən “Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair” müddəaların xaric edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında DGK “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı dayanacağında saxlanılan “Volvo” markalı FH12 modelli, 0229EP05 qeydiyyat nişanlı 2003-cü il buraxılışlı dartıcı yük avtomobilinin və “SCHMİTZ SKO24” markalı AK460005 qeydiyyat nişanlı 2007-ci il buraxılışlı qoşqunun üzərinə qoyulmuş həbsin götürülməsi, Rusiya Federasiyasına məxsus 05 54 seriyalı, 721658 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “Volvo” markalı FH12 modelli, 0229EP05 qeydiyyat nişanlı 2003-cü il buraxılışlı, dartıcı yük avtomobilinin qanuni sahibi "xxxx" MMC-yə qaytarılması, Rusiya Federasiyasına məxsus 99 21 seriyalı, 669380 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən “SCHMİTZ SKO24” markalı AK460005 qeydiyyat nişanlı 2007-ci il buraxılışlı qoşqunun qanuni sahibi X1ytarılması, Məhkum barəsindəki Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 19 may 2023cü il tarixli, 1(124)-305/2023 nömrəli hökmünün qalan hissəsi dəyişdirilmədən saxlanılması, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(105)-13/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X10 tərəfindən kassasiya protesti və Məhkum müdafiəçisi Tanrıverdiyev Azər Rafiq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işi materiallarında olan bir sıra sübutlara istinadlar edərək qeyd etmişdir ki, Məhkum ümumilikdə 457.300 (dörd yüz əlli yeddi min üç yüz) manat dəyərində 169 ədəd mobil telefon aparatını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək idarə etdiyi “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəql iyyat vasitəsinin kabinasında yataq yerlərində olan zəncirbəndli döşəklərin içərisindəki yaylı süngərin altında yerləşdirib gizlədərək gömrük nəzarətindən kənar və ondan gizli keçirilməsi üçün özü zəruri bildiyi bütün hərəkətləri icra etmişdir. Məhkum bu hərəkətləri edərkən idarə etdiyi “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən cinayətin törədilməsi vasitəsi kimi, başqa sözlə cinayətin aləti kimi istifadə etmişdir. Belə olan halda da həmin nəqliyyat vasitəsi cinayət qanunvericiliyinin tələblərinə əsasən müsadirə etməli idi. Odur ki, məhkəmə kollegiyası cinayət işi üzrə Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məcburi qaydada və əv əzsiz olaraq dövlət nəfinə alınması barədə müddəaları hökmdən xaric etməklə cinayət qanununun normasını düzgün tətbiq etməmişlər.

8. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPMin və ya CPM-in) 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(105)-13/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

9. Məhkum müdafiəçisi Tanrıverdiyev Azər Rafiq oğlu kassasiya şikayətində bir sıra qanunvericilik normalarına istinadlar edərək q eyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı tamamilə qərəzli yanaşılmışdır. Məhkəmə tərəfindən hökm çıxarılarkən təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmaması, digər şübhəli şəxslərin şəxsiyyətlərinin müəyyən olunmasında istintaqa yardım etməsi, arvadının epilepsiya xəstəsi olduğuna görə telefonları keçirtməyə razılaşması kimi hallar nəzərə almaması işin hallarını düzgün qiymətləndirməməsi qanunsuz və hüquqlarını müdafiə etdiyim şəxsin hüquqlarını ciddi şəkildə pozan qərarın çıxarılmasına səbəb olmuşdur. Halbuki yuxarıdakılara əsasən, hüquqlarını müdafiə etdiyi şəxsə cəzanın qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün ciddi əsaslar olsa da, məhkəmə bu halları nəzərə almamışdır. Bu baxımdan cəzanın qalan hissəsini çəkməkdən şərti olaraq va xtından əvvəl azad edilməsinin zərurətini Sumqayıt Apellyasiya Məhkəməsinə izah olunmasını xahiş edir.

10. Müdafiəçi kassasiya şikayətində, Məhkum təsqsirli bilinərək məhkum edilməsi barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(105)-13/2024 nömrəli qərarını ləğv edərək, cinayət işinin Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılması və CM-in 62-ci maddəsini nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X14 məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edib təm in edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Tanrıverdiyev Azər Rafiq oğlu dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərin i Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

17. Dövlət ittihamçısı kassasiya protestində Məhkum verilmiş ittihamdan apellyasiya ins tansiya məhkəməsi tərəfindən Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə müddəaları hökmdən xaric etməklə haqlı olmamasını iddia edilərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

18. Məhkum müdafiəçisi Tanrıverdiyev Azər Rafiq oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair q aydalarına əməl olunmadığını, nəticədə əsassız olaraq həddindən artıq ağır cəzaya məruz qalması iddia edilərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, hüquqlarını müdafiə etdiyi şəxs barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə ona yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

19. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(105)-13/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Məhkəmə kollegiyası ilk növbədə, məhkumun müdafiəçisinin hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş məhkuma təyin edilmiş cəzaya dair dəlillərinə qiymət verilməsini zəruri hesab edir.

21. Azərbaycan Respublikası CM-in 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

22. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəz a növü cəzanın məqsədlərini təmin edə bilmir.

23. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

24. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

25. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmi n şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

26. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləc ə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.

27. Belə ki, Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

28. CPM-in 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudla rdan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

29. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

30. Məhkumun müdafiəçisinin istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndi rildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül və ya ağır olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

31. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül və ya ağır hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hal lar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.

32. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

33. Lakin, məhkumun müdafiəçisinin kassasiya şikayətinə irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş cəzanın açıq-aydın ağır olmasına dəlalət etmədiyi müəyyən olunur.

34. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzər ə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 206.3.2-ci maddəsi ilə təyin etdiyi cəza (6 (altı) il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və CM-in 52.1-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın ağır cəza kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə kollegiyası eyni zamanda, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri qismində göstərdiyi “cinayət işi üzrə Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə müddəaları hökmdən xaric etməklə cinayət qanununun normasını düzgün tətbiq etməməsinə” münasibətdə qeyd edir ki, həmin dəlillər apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət qanununun və cinayət-prosessual qanunvericiliyin müddəaları nəzərə alınmaqla təhlil edilərək yoxlanılmış və apellyasiya instansiya məhkəməsi həmin hissədə birinci instansiya məh kəməsindən fərqli nəticəyə gələrək qeyd etmişdir ki, Məhkum elan olunmuş və birinci istansiya məhkəməsinin də razılaşdığı ittiham üzrə “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və yarım qoşqu cinayət yolu ilə əldə edilmiş əmlak deyil, həmin daşınar əşyaların cinayət yolu ilə əldə edilməsini təsdiq edən hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Həmçinin qeyd olunan avtomobilin sahibinin bu cinayət hadisəsi ilə hər hansı əlaqəsi olması da müəyyən edilməmişdir. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini qanuni və ədalətli hesab edərək qeyd edir ki, hazırda dövlət ittihamçısı tərəfindən apellyasiya instansiya məhkəməsinin araşdıraraq tədqiq etdiyi mövqeyini təkzib edəcək heç bir dəlil gətirilməmişdir.

36. Məhkum cəza təy in edilərkən və cinayət işi üzrə Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin “Samur” terminalındakı “Volvo FH12” markalı, 0229EP05/AK460005 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması barədə müddəaları hökmdən xaric edərkən apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.

37. Təsvir olunanlar dövlət ittihamçısının kassasiya protestinə və məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsin də CPM-in 416-cı maddəsində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya protestinin və kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

38. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(105)-13/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 yanvar 2024-cü il tarixli, 1(105)-13/2024 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Tanrıverdiyev Azər Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum müdafiəçisi Tanrıverdiyev Azər Rafiq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar