Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1554/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Brosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 1(103)-84/2025 nömrəli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 4 oktyabr 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 12 gün müddətinə azadlığın məhdu dlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir ondan ötrü ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini satıb qazanc əldə etmək məqsədi ilə istintaqla şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2023-cü ilin mart ayının əvvəllərində naməlum vaxt və şəraitdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonun cudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7,246 qram çəkidə narkotik vasitə heroini və 0,044 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı evində saxlamış, elektron tərəzisindən istifadə etməklə əldə etdiyi narkotik vasitə heroini 02 ədəd bükümlərə bölüb satış üçün hazırlayaraq 24 mart 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanının yaxınlığında tanışı Şahid3 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,172 qram qəhvəyi rəngli tozşəkilli maddədən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manata satmış, həmin gün saat 22:55 radələrində yaşadığı qeyd edilən ünvanın yaxınlığında Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən həmin Polis Bölməsinə gətirilib şübhəli şəxs qismində tutularkən yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanınakı evində narkotik vasitə heroin saxladığını etiraf etdiyindən 25 mart 2023-cü il tarixdə saat 00:15 radələrində öz razılığı ilə polis əməkdaşları tərəfindən qeyd edilən ünvandakı mənzilinə baxış keçirilərək onun yataq otağında olan taxtın döşəyinin altındakı taxta qutunun içərisindən satış üçün hazırladığı, 01 ədəd şəffaf rəngli polietilen bükümdə, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə bundan əvvəl tanışı Şahid3 satdığı narkotik vasitə heroin ilə eyni tərkibli olan, külli miqdarda təmiz çəkisi 7,074 qram olan qəhvəyi rəngli toz şəkilli maddədən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə he roin, 01 ədəd üst hissəsi ağ, iç hissəsi isə qara rəngdə olan kağız bükümdə təmiz çəkisi 0,044 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vastə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət məhkəmə tərkibində) 3 iyul 2024-cü il tarixli, 1(101)-641/2024 nömrəli hökmü ilə Məhkum 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai araşdırma mərhələsində tutulduğu və ev dustaqlığında olduğu müddətin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum c əzaçəkmə müddətinin başlanğıcının 24 mart 2023-cü il tarixdən hesablanması, barəsində ibtidai istintaq zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun məhkəmə iclas zalından həbs edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən təqsirlə ndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-641/2024 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir.
5. Həmçinin, hökmdən prokuror Dövlət ittihamçısı apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-641/2024 nömrəli hökmünün ləğv edilməsini, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, cəza təyin edilməklə barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən), X8 və X4 ibarət məhkəmə tərkibində) 30 yanvar 2025-ci il tarixli, 1(103)-84/2025 nömrəli hökmü ilə apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum CM -in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-641/2024 nömrəli hökmünün ləğv edilməsi, iş üzrə yeni hökm çıxarılması, Məhkum elan olunmuş ittihamdan CM-in 234.4.1-ci maddəsinin xaric edilməsi, Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona həmin maddə ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai araşdırma mərhələsində tutulduğu və ev dustaqlığında olduğu müddətin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcının 24 mart 2023-cü il tarixdən hesablanması, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, CM-in Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsa sən Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi, apellyasiya şikayətinin təmin edilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
7. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işinin faktiki hallarına istinadlar edərək, birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin məhkumun işinə qanunsuz və ədalətsiz şəkildə baxdığını qeyd etmişdir. Həmçinin, kassasiya şikayətinin dəlilləri qismində apellyasiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin məhkəmə baxışı zam anı gətirdiyi dəlillərin onun məsuliyyətdən yayınmaq məqsədilə seçdiyi müdafiə taktikası kimi dəyərləndirilməsi, onun ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin isə əsaslı və işin faktiki hallarına uyğun və mötəbər ifadələr kimi qəbul edilməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: “Azərbaycan Respublikası CPM”) tələblərinə uyğun olmamasını, şahid qismində dindirilmiş Şahid3 ifadəsində məhkum ilə arasında olan üzləşdirmənin istintaq orqanının təkidi ilə etməsini, məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşlarının fərqli ifadələr verməsini, şəxsi-axtarış və baxış, mənzilə baxış keçirilməsi, şübhəli şəxsin tutulması və digər istintaq hərəkətlərinin qanunvericiliyin dələblərinin pozulması ilə ap arılmasını qeyd etmişdir.
9. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 1(103)-84/2025 nömrəli hökmünün ləğv edilməsini və məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
11. Hökmdən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiy asından şikayətinin təmin edilməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəmə sində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan R espublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
19. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 1(103)-84/2025 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Apellyasiya instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmənin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni qanunsuz olaraq 7,074 qram narkotik vasitə heroini, 0,044 qram psixotrop maddə metmafetamini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə nəticəyə gəlmələrinə həlledici şəkildə həmin narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi səbəb olmuşdur.
21. Lakin, apellyasiya instansiya məhkəməsi Məhkum narkotik vasitəni və psixotrop maddə metmafetamini satış məqsədi ilə əldə edib saxlaması haqqında nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarında (hazırkı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəs inə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2024-cü il 14 iyun tarixli 8 nömrəli qərarı) ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar.
22. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.
23. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur.
24. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi narkotikin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.
25. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 7,074 qram narkotik vasitə heroinin külli miqdar olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitənin hazırlanması kimi hallar müəyyən edilməmişdir.
26. Belə ki, apellyasiya instansiya məhkəməsinin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır.
27. Məhkum istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir.
28. İş materiallarında olan Baxış keçirilməsi haqqında 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Məhkum yaşadığı ünvana baxış keçirilmiş və baxış zamanı Məhkum yataq otağında olan taxtın döşəyinin altında olan taxta qutunu çıxararaq təqdim etmişdir. Taxta qutu açıldıqda içərisində 01 ədəd şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli toz şəkilli maddə, 01 ədəd gümüşü ağ rəngli kağıza bükülmüş ağ k ristallardan ibarət maddə, 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Müvafiq videoçəkiliş aparılaraq disk protokola əlavə olunmuşdur. Protokol kompüterdə tərtib olunmuş, yalnız başlanma saatını göstərən «00:15» və qurtarma saatını ifadə edən «00:30» yazıları əlyazma ilə icra olunmuşdur.
29. İş materiallarında olan DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 14 iyul 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 5-ci PB-nə gətirilib, orada üstünə şəxsi axtarış, habelə evində baxış və götürmə keçirilən zaman çəkilmiş videogörüntülər yazılmış və istintaqa təqdim edilmiş 01 ədəd «DVD» disklərdə olanlara Binəqədi RPİnin İŞ-nin inzibati binasındakı xidməti otaqda təqsirl əndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, DVD diskində 3 ədəd fayllar vardır. Videogörüntünün 1-ci faylı açıldıqda aydın görünür ki, şəxsi axtarış keçirilməzdən əvvəl Məhkum bu barədə qərarla tanış edildi, ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Məhkum qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Məhkum bildirir ki, üzərində qadağan olunmuş heç nə yoxdur. Bundan sonra Məhkum üzərində axtarış aparılmışdır, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Məhkum soruşduqda bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir, hazıra yaşadığı ünvanda belə vasitə saxlayır və könüllü təqdim edə bilər, yaşadığı evə baxış keçirilməsinə razıdır. Videogörüntünün 2-ci faylında Məhkum harada saxlandığı yeri və ünvanı göstərib sərbəst şəkildə bildirir. Videogörüntünün 3-cü faylından görünür ki, Məhkum razılığı ilə Binəqədi rayonu, Ə.Nəvai küçəsi, ev 61 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Məhkum özü irəlidə gedərək yataq otağındakı taxtın döşəyinin altından taxta qutunu və elektron tərəzini çıxarıb könüllü təqdim etmişdir. Sonra Məhkum özünü tam sərbəst aparaq həmin qutunun içərisində olan 02 ədəd bükümləri təqdim etmişdir, özü demişdir ki, hansı bükümdə məhz nədir. Qutuda 01 ədəd şəffaf rəngli polietilen büküm və 01 ədəd üst hissəsi ağ, iç hissəsi isə qara rəngdə olan 15/21 kağız bükümdür. Bükümlərin içərilərinə baxdıqda şəffaf rəngli polietilen bükümdə qəhvəyi rəngli, üst hissəsi ağ, iç hissəsi isə qara rəngdə olan kağız bük ümdə ağ kristallardan olan maddələrin olması müəyyən olunur. Məhkum soruşduqda o, bildirmişdir ki, bir bükümdə heroin, digərində isə metamfetamindir, elektron tərəzidən isə özü bunların çəkisini müəyyən etməyə istifadə edir. Baxış zamanı aşkar edilmiş bükümlər və elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxışın nəticələrində protokollar tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Diskə baxış zamanı təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, videogörüntülərdə olan şəxs özüdür, baxış zamanı ona qarşı heç bir fiziki və ya psixi təzyiqə yol verilməmişdir, evində aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən almışdır, lakin onun satışı ilə məşğul olmamışdır.
30. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından heç biri (Şahid4, Şahid1, Şahid2) Məhkum narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
31. Məhkum ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşının xidməti raportunda və yuxarıda adları qeyd olunan polis əməkdaşlarının ifadələrində Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə də məşğul olması q eyd edilsə də, ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş, lakin AR DİN Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin rəis vəzifəsini müvəqqəti icra edən polis kapitanı Eltun İsayevin 7 aprel 2023-cü il tarixli məktubundan da göründüyü kimi Məhkum gerçəkdən də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək məlumatlar əldə edilməmişdir.
32. Qismən məhkəmə istintaqı keçirilməklə aparılmış apellyasiya icraatı zamanı Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 01 yanvar 2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixinədək daxil olan və həmin nömrədən gedən zənglər və həmin nömrəyə daxil olan və göndəri lən SMS məlumatlarının müəyyən edilməsi barədə məlumatların "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilmiş, həmin qərarın icrası nəticəsində "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublar ilə SMS məlumatlar məhkəməyə təqdim edilmişdir.
33. Apellyasiya instansiya məhkəməsi hökmündə həmin SMS məlumatların mətnindən Məhkum narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən sübutların mövcudluğuna istinad etsə də, həmin məlumatların məzmununu əks etdirməmiş, buna dair heç bir əsaslandırma aparmamışdır.
34. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefonun yaddaşında müəyyən edilmiş mesajların mətnlərinin heç bir araşdırma aparmadan onun bu və ya digər cinayətin törədilməsində təqsirinin mötəbər sübutu kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz.
35. Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsində qeyd olunur ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir: 397.3.1. cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda; 397.3.2. birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə.
36. Cinayət işinin materiallarından görünür ki, ittiham orqanı apellasiya məhkəməsində Məhkum istifadəsində olmuş mobil nömrə üzrə SMS yazışmalarını əldə edilməsi barədə vəsatət verdikdə bu yeni sübutun birinci instan siya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərdən əldə edilməməsini əsaslandırmamış, bu barədə birinci instansiya məhkəməsində vəsatət verilməmiş, bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd edilməmişdir.
37. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 21.3 və 138.2-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarının və onun təqsirli olub-olmaması, eləcə də ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi üzrə vəzifələrin daşıyıcısı məhkəmələr yox, ittiham tərəfi və dövlət ittihamçısıdır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də, cinayət işi nin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərar). Cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş bu təməl qayda, həmçinin Konstitusiyanın 133-cü maddəsinin İ hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prokurorluğunun səlahiyyətlərinin mahiyyətindən irəli gəlir. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
39. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. 40. “Qaydaçevskinin Ukraynaya qarşı” Avropa Məhkəməsinin qərarında qeyd edilir ki, yeni sübutun əldə edilməsi istiqamətində məhkəmənin öz təşəbbüsü ilə addım atması və belə qaydada əldə edilən sübutdan istifadə etməklə ərizəçini məhkum etməsi, prokuror və hakimin rolları arasında çaşqınlıq təəssüratı yaradır və obyektiv testdən istifadə edildikdə məhkəmənin qərəzsizliyinə əsaslı şübhələrin yaranmasına yol verir.
41. Kassasiya məhkəməsi qeyd edir ki, apellasiya məhkəməsi Məhkum istifadəsində olmuş mobil nömrə üzrə SMS yazışmalarını əldə edilməsi barədə vəsatəti təmin etməkdə haqlı olmamış, qanunun tələblərini və prinsiplərini pozmuş, bu səbəbdən də belə pozuntularla əldə edilmiş sübut ittihamın əsasını təşkil edə bilməz.
42. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
43. CPM-in 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ə dalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.
44. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
45. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
46. CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə topla nmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
47. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
48. CPM-in 146.1ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
49. CPM-in 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.
50. Bununla ya naşı, məhkəmə-narkoloji ekspertizasının 27 mart 2023-cü il tarixli, 1676 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Məhkum opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.
51. Göründüyü kimi, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi kimi xüsusatlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir.
52. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2).
53. Təsvir olunanlardan görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddi nə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarlarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.
54. Odur ki, (Məhkum narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması, daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə cəzanı yüngülləşdirən halları (himayəsində iki azyaşlı uşağının olmas) və ağırlaşdıran halların isə olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində - 3 (il) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
55. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 1(103)-84/2025 nömrəli hökmü yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.
56. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2025-ci il t arixli, 1(103)-84/2025 nömrəli hökmü Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 1(103)-84/2025 nömrəli hökmü Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin.