Məhkəmə qərarları › İş №1(102)-1555/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1555/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1555/2025 23.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs X2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2025-ci il tarixli, 1(103)-502/2025 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Leyla Əsgərova-Məmmədova) 16 yanvar 2024-cü il tarixli 1(101)-543/2024 nömrəli hökmü ilə 27 fevral 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1/1, mənzil 9-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sahil küçəsi, ev 34-də yaşamış X5 Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 30 mart 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin ittiham hökmünə əsasən İ.Y.Əliməmmədov satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, İ.Y.Əliməmmədov istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 3,508 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2023-cü il tarixdə saat 14:00-da ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 13cü PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,508 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Cavid Hüseyn (sədrlik edən və məruzəçi), Habil Məmmədov və Elbəy Allahverdiyev) 01 aprel 2025-ci il tarixli, 1(103)-502/2025 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 1(101)-543/2024 nömrəli hökmü ləğv edilmiş, yeni hökmlə CPM-in 42.1.4cü maddəsinə əsasən İ.Y.Əliməmmədovun CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmişdir. Təqsirləndirilən şəxs İ.Y.Əliməmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2025-ci il tarixli, 1(103)-502/2025 nömrəli hökmünün ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs İlkin Əliməmmədovun ifadəsinin müdafiə xarakteri olması apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsində aparılan icraat zamanı təqsirləndirilən şəxsin yeznəsi Elman Zamanov, həmçinin atası Yədulla Əliməmmədov dindirilmiş və onların təqsirləndirilən şəxsin verdiyi ifadəsinə uyğun vermiş olduğu ifadələr müdafiə tərəfinin mövqeyini sübut edən dəlillər kimi qəbul edilmiş, həmçinin məhkəmənin təqsirləndirilən şəxsin telefon məlumatlarına əsaslanaraq qəbul edilməsi tam əsassızdır. Apellyasiya məhkəməsi bəraət hökmü qəbul edərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən işdəki sübutları CPM- in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Məhkəmə kollegiyası i şin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunil iyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, İ.Y.Əliməmmədovun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zərur i hesab edir. İ.Y.Əliməmmədova qarşı irəli sürülmüş ittihamından görünür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 3,508 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 30 mart 2023-cü il tarixdə saat 14:00-da ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,508 qram olan qəhvəyi rəngli maddə kustar üsulla h azırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq orqanı İ.Y.Əliməmmədovun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirini təsdiq etmək üçün məhkəməyə onun üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 30 mart 2023-cü il tarixli protokolu, onun özünün etirafedici ifadəsi, habelə baxışda iştirak etmiş polis əməkdaşlarının şahid ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi və maddi sübut təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları tədqiq edərək nəticəyə gəlmişdir ki, İ.Y.Əliməmmədovun satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməsi və saxlaması təsdiq olunmuş və onun barəsində CM-in 234.1-1-ci maddəsi ilə ittiham hökmünü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə mü dafiəçinin apellyasiya şikayətinə əsasən baxıb, cinayət işi üzrə sübutları yenidən araşdırıb nəticəyə gəlmişdir ki, İ.Y.Əliməmmədovun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, İ.Y.Əliməmmədovun üzərində axtarış müdafiə hüququnun pozulması ilə keçirilmiş, həmin istintaq hərəkətində iştirak edən polis əməkdaşları ziddiyyətli və digər sübutlarla uzlaşmayan ifadə vermişlər, cinayət işinin halları da ittihamın sübutlarının mötəbərliyinə şübhə doğurur. Ona görə də, həmin sübutların mötəbərliyinə əsaslı şübhələr mövcuddur. Kassasiya protestində isə qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual norm alarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, İ.Y.Əliməmmədovun elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən qanunların aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqi bi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşy aların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunm alıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, istintaq orqanı tərəfindən İ.Y.Əliməmmədovun külli miqdarda narkotik vasitə heroini hər hansı bir şəxsdən əldə etməsi faktı müəyyən edilməmişdir. İ.Y.Əliməmmədovun barəsində CM-in 234.1-1-ci maddəsi ilə ittiham yalnız maddi sübuta, yəni polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış zamanı 1 ədəd bükümdə 3,508 qram olan narkotik vasitə heroinin aşkar edi lib götürülməsi barədə protokola, həmin istintaq hərəkətində iştirak etmiş polis əməkdaşları X4, X8 ifadələrinə və maddi sübuta əsaslanmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlara nəzər salaraq İ.Y.Əliməmmədovun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri mötəbər sübutlarla t əsdiq olunmadığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Belə ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş İ.Y.Əliməmmədov Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə olan ittiham üzrə özünü təqsirli bilsə də, birinci instansiya məhkəməsində cinayətin törətməməsini, saxlanıldığı vaxtda onun üzərində heç bir narkotik vasitənin olmamasını, narkotik vasitənin ona polis əməkdaşları tərəfindən qoyulmasını göstərmişdir. İ.Y.Əliməmmədov birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi ifadələrdə göstərmişdir ki, ailəsi ilə birgə Mehdiabad qəsəbəsində yaşayır. 29 mart 2023cü il tarixdə gecə saat 4-5 radələrində onun telefonuna zəng gəlmiş, özünü Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşı kimi təqdim edən Ricat Kərimov ona demişdir ki, onun əvvəllər işlədiyi Maştağa psixiatrik xəstəxanasında hadisə baş vermiş, onun gəlib həmin məsələ ilə bağlı məsləhət verməsinə ehtiyacları vardır. O, Ricat Kərimova gecə olduğundan gələ bilməyəcəyini, gün ərzində bölməyə yaxınlaşacağını demişdir. Həmin gün yeznəsi Elman Zamanov da ona zəng edərək bildirmişdir ki, yaşadığı evə Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PB-nin polis əməkdaşları gələrək onu soruşmuşlar. 29 mart 2023cü il tarixdə səhər saatlarında Ricat Kərimov yenidən ona zəng etmiş və Sabunçu RPİ-nin 13-cü PB-nə yaxınlaşmasını demişdir. Həmin gün saat 11-12 radələrində atası Yədulla Əliməmmədovla birlikdə yaşadığı evdən çıxaraq Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PBnə getmiş, orada onu və atasını Ricat Kərimov qəbul etmişdir. Müdafiə tərəfi iddia etmişdir ki, İ.Y.Əliməmmədov 30 mart 2023-cü il tarixdə saat 14:00-da polis əməkdaşları tərəfindən saxlanılmamış, həmin tarixdə o, artıq bir gün idi ki, polis bölməsində olmuşdur. Belə ki, o, 29 mart 2023-cü il tarixdə səhər saatlarında əməliyyat müvəkkili Ricat Kərimov tərəfindən ona zəng edilərək Sabunçu RPİ-in 13-cü PB-nə dəvət edilmiş, atası ilə birgə saat 12 radələrində Bakıxanov qəsəbəsinə həmin polis bölməsinə gəlmiş, bundan sonra həmin və digər bölmələrdə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müdafiə tərəfinin qeyd etdiyi xüsusatların yoxlanılması üçün yeni sübutlar tədqiq etmiş, həmin sübutlarla - şahidlər Y.N.Əliməmmədovun və E.B.Zamanovun ifadələri, təqsirləndirilən şəxsin və şahidin istifadəsində olan telefon nömrələrinin anten məlumatları, hə min nömrələrə daxil olan və çıxan zəngləri ilə İ.Y.Əliməmmədovun saxlanılması vaxtı, yeri və şəraiti məhz müdafiə tərəfinin iddia etdiyi şəkildə olması təsdiq edilmişdir. Belə ki, İ.Y.Əliməmmədov birinci instansiya məhkəməsində və apellyasiya məhkəməsində verdiyi ifadələrində 29 mart 2023-cü il tarixdə səhər saatlarında əməliyyat müvəkkili Ricat Kərimov tərəfindən ona zəng edilərək Sabunçu RPİ-in 13-cü PB-nə dəvət edildiyini, atası ilə birgə saat 12 radələrində Bakıxanov qəsəbəsində yerləşən həmin polis bölməsinə gəldiyini, bundan sonra həmin və digər bölmələrdə saxlanıldığını göstərmişdir. Şahidlər Y.N.Əliməmmədov və E.B.Zamanov da öz ifadələrində qeyd olunan xüsusatları təsdiq etmişlər. "xxxx" MMC tərəfindən verilmiş məlumatlardan görünür ki, ********** saylı mobil nömrənin sahibi bəraət almış şəxs İ.Y.Əliməmmədov, ***-***-**-** saylı mobil nömrənin sahibi isə onu saxlamış polis əməkdaşı Ricat Kərimovdur. İ.Y.Əliməmmədovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərdən görünür ki, məhz onun və şahid Y.N.Əliməmmədovun göstərdiyi kimi, 29 mart 2023-cü il tarixdə saat 04:57-də əməliyyat müvəkkili Ricat Kərimovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən İ.Y.Əliməmmədovun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və aralarında 81 saniyə danışıq aparılmışdır. Həmçinin, bəraət almış şəxsin və şahidin göstərdiyi kimi, 29 mart 2023-cü il tarixdə saat 10:57-də əməliyyat müvəkkili Ricat Kərimovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən İlkin Əliməmmədov istifadəsində olmuş ***-***-**-** saylı m obil nömrəyə zəng edilmiş və aralarında 32 saniyə danışıq aparılmışdır. İ.Y.Əliməmmədov istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin anten məlumatlarından da görünür ki, o, 29 mart 2023-cü il tarixdə səhər saatlarından başlayaraq saat 10:59-a qədər yaşadığı Mehdiabad - Digah ərazisində olmuş, həmin gün saat 11:28-dən başlayaraq Sabunçu rayonu ərazisində olmuş, son anten məlumatı saat 12:11-də qeydə alınmış və bu Sabunçu rayonu Bakıxanov qəsəbəsi Oskar Əfəndiyev küçəsi olmuş, həmin tarixdən sonra nömrə istifadə edilməmiş və anten qeydə alınmamışdır. İnternet informasiya resurslarında olan məlumatlardan görünür ki, Sabunçu RPİ-in 13-cü PB Bakıxanov qəsəbəsi Oskar Əfəndiyev küçəsində yerləşir. X3 ifadəsində göstərmişdir ki, İ.Y.Əliməmmədov polis bölməsində saxlandıqdan bir neçə saat sonra onun harada olduğunu, nə baş verdiyini bilmədiklərindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən bir neçə dəfə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərdən görünür ki, o, 29 mart 2023-cü il tarixdə saat 18:13-də və 29 mart 2023-cü il tarixdə saat 19:37-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, 171 və 69 saniyə danışıq aparmışdır. Bütün bunlar təsdiq edir ki, İ.Y.Əliməmmədov əslində 30 mart 2023-cü il saat 14:00da polis əməkdaşları tərəfindən saxlanılmamışdır. O, 29 mart 2023-cü il saat 04:57 və 10:57-də əməliyyat müvəkkili Ricat Kərimovun polis bölməsinə dəvətindən sonra həmin gün saat 12 radələrində atası ilə birlikdə yaşadığı ünvandan çıxaraq Sabunçu RPİ-nin 1 3cü Polis Bölməsinə gəlmiş, bundan sonra isə orada saxlanılaraq azadlığı məhdudlaşdırılmışdır. Onun saxlanılması vaxtı, yeri və şəraiti ittiham aktında göstərildiyi kimi baş verməmişdir. Həmçinin, İ.Y.Əliməmmədovun üzərinə şəxsi axtarış və baxış yalnız növbəti gün 30 mart 2023-cü il saat 14:50-də polis bölməsində aparılmış və bu, onun qanunsuz saxlanılmasından təxminən 27 saat sonrakı vaxta təsadüf etmişdir. Belə olan halda, İ.Y.Əliməmmədovun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə 30 mart 2023-cü il tarixdə daxil olması, həmin məlumata əsasən onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın elə həmin gün qəbul edilməsi, bu qərara əsasən həmin gün saxlanılması və üzərində şəxsi axtarış a parılaraq narkotik vasitənin aşkar edilməsi məntiqi izah tapmır. Ümumiyyətlə, məhkum barəsində tərtib edilmiş bu sənədlər və aparılmış əməliyyat-axtarış, habelə prosessual tədbirlər mötəbərliyi baxımından əsaslı şübhələr doğurur. Polis əməkdaşları olan şahidlər Ricat Kərimovun və Məhəmməd Hüseynovun ifadələrini qiymətləndirən məhkəmə kollegiyası qeyd edir ki, İ.Y.Əliməmmədovdan saxlanılması vaxtı, yeri və şəraiti ilə bağlı sübutlardan biri də həmin polis əməkdaşlarının ifadələri olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ittihamların əsasını təşkil edən əsas faktlarla bağlı mübahisədə yeganə şahidlər mübahisə edilən hadisələrdə fəal rol oynamış polis əməkdaşlarıdır, onların bu cür ifadə verməsi də gözlənilən olmuşdur. Həmçinin apellyasiya instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişd ir ki, məhkumun üzərində şəxsi axtarış onun müdafiə hüququnun kobud pozulması ilə keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 19.4.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 92.3.1-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 86.2.3-ci maddəsinə əsasən təhqiqatçı şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.6-cı maddəsin ə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı, müstəntiq və ya prokuror şübhəli şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalıdır. Həmçinin CPM-in 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 92.6-cı maddəsinə əsasən cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət işinin materiallarından görünür ki, şübhəli şəxs qismində tutularkən İ.Y.Əliməmmədov ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş və təhqiqatçının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlə t hesabına müdafiəçi təyin edilmişdir. İşə əlavə edilmiş sənədlərdən həmçinin görünür ki, 30 mart 2023-cü il tarixdə 7 saylı Vəkil Bürosunun vəkili İ.İ.Həsənov İ.Y.Əliməmmədova təqdim edilmiş, sonuncu hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etməmişdir. Həmin gün İ.Y.Əliməmmədov müdafiəçinin iştirakı ilə tutulmuş və müdafiəçi İ.İ.Həsənovun iştirakı ilə İ.Y.Əlimmədova ona şübhəli şəxsin hüquqları izah edilmiş, etiraz hüququ ilə əlaqədar məsələlər həll edilmiş və digər prosessual hərəkətlər icra olunmuşdur. Bundan sonra təhqiqatçı tərəfindən İ.Y.Əliməmmədova onun üzərində şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə kompüterdə yazılmış ərizə imza edərək onun üzərində şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Məhz bu şəxsi axtarış za manı İ.Y.Əliməmmədova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən maddi sübut - heroin aşkar edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını və cinayət-prosessual qanunun normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, şübhəli şəxsin iştirakı ilə gün ərzində ardıcıl olaraq şəxsi axtarışdan əvvəl və axtarışdan sonra keçirilmiş prosessual hərəkətlərdə müdafiəçinin iştirak etməsi, lakin iştirakı zəruri olduğu halda şübhəli şəxsin axtarışının müdafiəçinin iştirakı olmadan aparılması həm qanun tələblərinin kobud pozulması, həm də həmin prosessual hərəkətin obyektivliyini və etibarlılığını şübhə altına alan hal kimi qiymətləndirilməlidir. Göründüyü kimi İ.Y.Əliməmmədovun üzərində şəxsi axtarış aparıldığı zaman müdafiəçinin iştirakı məcburi olmuş, lakin təhqiqatçı tərəfindən qanunun normalarının tələblərinə zidd olaraq şübhəli şəxsin üzərində şəxsi axtarışı müdafiəçinin iştirakı olmadan, yəni müdafiə hüququnun pozulması ilə keçirilmişdir. Azərbaycan Respublikası 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkumun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, istər birinci instansiy a, istərsə də apellyasiya icraatında X5 ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, həmin ifadə polis işçilərin təsiri altında vermiş, onun üzərində heç bir narkotik vasitə olmamışdır. Narkotik vasitəni onun üzərinə qoymuşlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, işin bu hallar İ.Y.Əliməmmədovun ibtidai istintaq zamanı verdiyi ifadənin mümkünlüyünə və mötəbərliyinə şübhə ilə yanaşmasına əsas verir və həmin ifadə mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası X1 ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsinə münasibətdə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli qərarında göstərilir ki, həbslə axtarış arasındakı vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olur. Qərarda həmçinin göstərilir ki, yuxarıdakı mülahizələrlə əlaqədar ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Məhkəmə kollegiyası işin ha llarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, İ.Y.Əliməmmədova qarşı Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən baxış keçirilməsi barədə protokol şübhə doğurur və mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası polis əməkdaşlarının şahid ifadələrinin mötəbər olmamasına dair düzgün nəticəyə gəlmişdir. İstintaq orqanı tərəfindən təqdim edilmiş digər sübut – məhkəmə kimyəvi ekspertizasının rəyi ekspert tədqiqatına təqdim edilmiş narkotik vasitənin növü və miqdarını müəyyən edir və məhkum tə rəfindən həmin narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanması digər sübutlarla təsdiq olunduğu halda onun təqsirinin müəyyən edilməsində mötəbər sübut kimi çıxış edə bilər. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, hazırkı işdə ibtidai araşdırma orqanı tərəfindən əldə edilmiş və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar İ.Y.Əliməmmədova istinad edilən əməli törətməsinə dair tam əminlik yaratmır və şübhəyə yer qoyur. Müəyyən olunmuş bu ziddiyyət ittihamın sübuta yetirilməsində kifayət qədər əsaslı şübh ələr yaratmaqla həmin şübhələrin aradan qaldırılması üçün hər hansı bir digər sübut məhkəməyə təqdim edilməmişdir. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Cinayət işindən göründüyü kimi a pellyasiya instansiyası məhkəməsi İ.Y.Əliməmmədova Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin birinci instansiya məhkəməsi İ.Y.Əliməmmədovu Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi sübutlara qiymət verərək işin yuxarıda qeyd edilən halları nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri yalnız onun üzərində narkotik vasitənin aşkar edilməsi ilə əlaqədar müəyyən olunduğu halda, birinci instansiya məhkəməsi həmin narkotik vasitəsinin təhqiqat orqanı tərəfindən kobud qanun pozuntuları ilə keçirilmiş istintaq hərəkətlərinin nəticəsində aşkar edilməsi faktına qiymət verməmiş, Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmənin ittiham hökmü şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş, mümkün və mötəbər olmayan sübutlara əsasən çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsas lı olaraq nəticəyə gəlmişdir ki, İ.Y.Əliməmmədova qarşı Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham mötəbər sübutlarla təsdiq olunmur, onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar yoxdur və bu səbəbdən bu ittiham əsaslı və sübuta yetirilmiş hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallar da çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3 -cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, İ.Y.Əliməmmədovun Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, İ.Y.Əliməmmədovun təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin İ.Y.Əliməmmədov barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü çıxarmış apellyasiya instansiyası məhkəməsinin möv qeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2025-ci il tarixli, 1(103)-502/2025 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 aprel 2025-ci il tarixli, 1(103)-502/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar