Məhkəmə qərarları › İş №1(102)-1556/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1556/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1556/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri İmanov Nazim Nəriman oğlunun, Məhkum, zərərçəkmiş şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2023-cü il tarixli qərarından məhkum Şahid7 müdafiəçiləri Hümbətov Pərviz Şakir oğlu və Quliyeva Nurlanə Nazim qızı tərəfindən birgə verilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin İnzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) 8 fevral 2023-cü il tarixli hökmü ilə xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respu blikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu Göradil bağlar massivində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hökmü qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Məhkum qarşı qaldırdıqları mülki iddialar baxılmamış saxlan ılmış və adları çəkilən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 6 dekabr 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri-Quliyeva Nurlanə Nazim qızı və Hümbətov Pərviz Şakir oğlu tərəfindən; zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hök münə əsasən, Məhkum tamah niyyətilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Rusiya Federasiyasının Dağıstan vilayəti, Türkiyə Respublikası və Birləşmiş Ərəb Əmirliyindən ucuz qiymətə qızıl külçələri almaqla, Bakı şəhərinə gətirilməsi və ölkə ərazisində baha qiymətə satışını təşkil etməklə yüksək məbləğdə qazanc əldə edə biləcəklərini vəd verib aldadaraq, vahid niyyətlə əhatə edilən qəsdlə 16oktyabr 2016-cı ildə ünvan 3 ünvanında olan yaşayış binasının qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 28.154 manat təşkil edən 14.000 Avro və 32.300 manat təşkil edən 19.000 ABŞ dollarını alıb ələ keçirmiş, bundan sonra dələduzluq niyyətini pərdələmək və aldıqları pulun müqabilində iş quraraq qazanc əldə etdiklərinə inandırmaq üçün zərərçəkmiş şəxsi n özündən aldığı vəsaitlərdən müxtəlif vaxtlarda həmin tarixlərə uyğun milli məzənnə ilə ümumi 5.100 manat təşkil edən cəmi 3.000 ABŞ dollarını qazanc adı ilə Zərərçəkmiş şəxs3 qaytarmış, sonra dələduzluq əməllərini davam etdirərək, 7 aprel 2019-cu ildə eyni ünvanda, eyni üsulla həmin tarixə uyğun milli məzənnə ilə 136.000 manat təşkil edən 80.000 ABŞ dollarını alıb ələ keçirməklə verdiyi vədinə əməl etməyərək, zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 191.354 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrar və tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib Birləşmiş Ərəb Əmirliyin Dubay şəhərindən ucuz qiymətə qızıl külçələri alıb Bakı şəhərinə gətirilməsi və ölkə ərazisində baha qiymətə satışı nı təşkil etməklə, yüksək məbləğdə qazanc əldə edə biləcəklərini vəd verib aldadaraq, 9 sentyabr 2018-ci ildə ünvan 4 ünvanındakı «Moskva» univermağının daxilində həmin tarixə uyğun milli məzənnə ilə 69.700 manat təşkil edən 41.000 ABŞ dollarını ələ keçirmiş, Zərərçəkmiş şəxs2 şəxsi ehtiyaclarının ödənilməsinə zərurət yarandığından, sonuncunun xahişi ilə aldığı məbləğdən həmin dövr üçün milli məzənnə ilə 8.500 manat təşkil etmiş 5.000 ABŞ dollarını özünə qaytarmış və daha sonra dələduzluq niyyətini pərdələmək, aldıqları pulun müqabilində iş quraraq adı ilə qazanc əldə etdiklərinə inandırmaq üçün zərərçəkmiş şəxsin özündən aldığı və ya digər zərərçəkmiş şəxslərdən əldə etdiyi pul vəsaitlərindən müxtəlif vaxtlarda ümumilikdə həmin dövr üçün milli məzənnə ilə 5.610 manat təşkil edən 3.300 ABŞ dollarını qazanc adı ilə qaytarıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 faktiki 32.700 ABŞ dolları, yəni 55.590 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, Məhkum təkrarən və tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-ıstifadə edib Birləşmiş Ərəb Əmirliyin Dubay şəhərindən ucuz qiymətə qızıl külçələri almaqla Bakı şəhərinə gətirilməsi və ölkə ərazisində baha qiymətə satışını təşkil edib yüksək məbləğdə qazanc əldə edə biləcəklərini vəd edib aldadaraq vahid niyyətlə əhatə edilən qəsdlə 18 oktyabr 2017-ci ildə ünvan 5 ünvanındakı “RichHotel”in qarşısında Yasamal parkında həmin tarixə uyğun milli məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, 18 noyabr 2017-ci ildə ünvan 5 ünvanında «RichHotel»in qar şısında Yasamal parkında həmin tarixə uyğun milli məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dolları, 18 dekabr 2017-ci ildə Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 183-dəki «BakuMall» ticarət və istirahət mərkəzinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollarını alıb ələ keçirmiş, Zərərçəkmiş şəxs1 istəyi ilə qeyd edilən məbləğlərdən həmin tarixə uyğun milli məzənnə ilə 17.000 manat təşkil edən 10.000 ABŞ dollarını ona qaytarsa da, dələduzluq əməllərini davam etdirərək, eyni üsulla 18 noyabr 2018-ci ildə Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 183 ünvanındakı “BakuMall” ticarət və istirahət mərkəzinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 34.000 manat təşkil edən 20.000 ABŞ dolları, 22 yanvar 201 9-cu ildə Bakı şəhəri Səbail rayonu Parlament prospektində olan birinci «Fəxri Xiyaban»ın əsas giriş qapısının qarşısında həmin tarixə uyğun məzənnə ilə 170.000 manat təşkil edən 100.000 ABŞ dolları, 25 yanvar 2019-cu ildə Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 183 ünvanındakı “BakuMall” ticarət və istirahət mərkəzinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 17.000 manat təşkil etmiş 10.000 ABŞ dolları, 29 yanvar 2019-cu ildə Səbail rayonu Mehdi Hüseyn küçəsi “Şəhidlər Xiyabanı” dairəsi, «FlameTower» binalarındakı «FairMont» hotelinin qarşısında həmin tarixə uyğun məzənnə ilə 68.000 manat təşkil edən 40.000 ABŞ dolları, 04 fevral 2019-cu ildə Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi «Şəhidlər Xiyabanı» dairəsi «FlameTower» binalarındakı «FairMont» hotelinin qar şısında həmin tarixə uyğun məzənnə ilə 119.000 manat təşkil edən 70.000 ABŞ dolları, 11 aprel 2021-ci ıldə ünvan 5-də olan «RichHotel»in qarşısında Yasamal parkında həmin tarixə uyğun məzənnə ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dollarını, 03 may 2019-cu ildə Bakı şəhəri Səbail rayonu Parlament prospektindəki birinci «Fəxri Xiyaban»ın əsas giriş qapısının qarşısında, həmin tarixə uyğun məzənnə ilə 51.000 manat təşkil etmiş 30.000 ABŞ dolları və sonuncu dəfə 06 may 2019-cu ildə Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi “Şəhidlər Xiyabanı” dairəsi “Flame Tower” binalarında olan “FairMont” hoteli qarşısında həmin tarixə uyğun olan məzənnə ilə 8.500 manat təşkil edən 5.000 ABŞ dolları, yəni ümumilikdə 330.000 ABŞ dolları məbləğində nağd pulunu alıb ələ keçirib verdiyi vədinə əməl etməmə klə zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 561.000 manat xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırır ki, məhkəmənin gəldiyi qənaətə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi təqsirləndirilən şəxs Məhkum barəsində cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkum tərəfindən geri qaytarılan 70 min (yetmiş min) ABŞ dolları 2019-cu İlin may ayında hüquq-mühafizə orqanlarına müraciətdən sonra geri qaytarıldığından və təqsirləndirilən şəxsin cinayət nəticəsində dəymiş ziyanı könüllü ödəmək niyyətində olmadığından yüngülləşdirici hal kimi nəzərə alınmamalıdır. Belə ki, təqsirl əndirilən şəxs Məhkum cinayət nəticəsində vurulmuş ziyanı könüllü ödəmək niyyətində olmamışdır. O, hüquq-mühafizə orqanlarından yayınmaq, digər zərərçəkmiş şəxslərə müxtəlif təsirlər göstərmək və əlavə vaxt qazanmaq məqsədilə 70 min (yetmiş min) ABŞ dolları pul vəsaitini 2019-cu ilin may ayından 2019-cu ilin dekabr ayınadək 7 (yeddi) ay müddətində hissələrlə ödəmişdir. Sonradan ümumiyyətlə Zərərçəkmiş şəxs1 cəmi 40 min (qırx min) ABŞ dolları aldığını və 30 min (otuz min) ABŞ dolları məbləğində pul vəsaitini artıq məbləğdə geri qaytardığını və artıq məbləğdə geri qaytardığı vəsaitin mülki məhkəmə icraatı qaydasında geri tələb edəcəyini bildirmişdir. Məlumdur ki, hökm qəbul edilən zaman təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə hallar və onun cinayət törətdikdən sonra davranışı nəzərə alınmalıdır. Belə ki, təqsirləndirilən şəxsin cinayət törətdikdən sonra “paqona atmaq padlo deyil”, “1 milyon atmışam kim mənə neyniyə bilər?”, “pulumu verirəm şəklimi çəkdirirəm” kimi ifadələrdən istifadə etməsi onun törətmiş olduğu cinayət əməllərindən peşman olmadağını, hüquq normalarını heçə saydığının və nəticə etibarilə cəmiyyət üçün böyük təhlükəli cinayətkar olduğunun göstəricisidir. Eləcə də, törətmiş olduğu cinayət nəticəsində bir çox şəxsə qarşı külli miqdarda zərər vurmasına baxmayaraq, təqsirini boynuna almaması, məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif variantlara əl atması, istintaq orqanında və məhkəmədə yalan məlumatlar verməklə istintaqda və məhkəmədə çaşqınlıq yaratmağa çalışması, əməlindən peşman olmaması, əməlini səmimi etiraf etməsi, zərərçəkmiş şəxslərə qarşı qər əzli mövqeyi, onlarla barışığa cəhd etməməsi, vurulmuş zərərin könüllü şəkildə ödənilməsindən boyun qaçırması onun cinayət əməlindən sonra davranışım xarakterizə edən hallardır. Həmçinin, təqsirləndirilən şəxs Məhkum böyük məharətlə qızıl ticarətli həyata keçirmək niyyəti olmadan süni biznesmen obrazı formalaşdırmaqla və onunla dostluq münasibətində olan şəxslərin ona olan etibarından sui-istifadə etməklə onları aldadaraq pul vəsaitlərini ələ keçirmək üçün cinayətkar sxem qurmuş və cinayətin törədilməsində fəal iştirak etmişdir. Qeyd olunan əsaslarla, cinayət işi üzrə yüngülləşdirici halların olmaması, ağırlaşdırıcı halın olması və təqsirləndirilən şəxsin cinayət əməlinin törədilməsindən sonra davranışı və şəxsiyyəti nəzərə alınaraq, onun barəsində təyin edilmiş 11 (on bir) il müddətə azad lıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-in 178.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməlidir. Məhkəmənin hökmünə əsasən iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Məhkum qarşı qaldırdıqları mülki iddiaların baxılmamış saxlanılması hökm edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarına əsaslanaraq ittihamlarda qeyd olunmuş məbləğlərlə qaldırılmış mülki iddialarda zərərçəkmiş şəxslərin iddia etdikləri məbləğlər arasında ciddi fərqlərin mövcudluğu və iş üzrə zərərçəkmiş şəxslərin ifadələrinə görə, pulu verdikdən bir müddət sonra Məhkum tərəfindən onlara qazanc adı altınd a müəyyən məbləğdə pullar da qaytarılmışdır ki, həmin pul vəsaitlərinin dəqiq məbləğinin müəyyən edilməsinin mülki-prosessual münasibətlərin predmeti olduğu qənaətinə gəlmişdir. Cinayət işi üzrə xx.xx.2022-ci il tarixli mülki iddia qanunvericiliyin tələblərinə tam əməl olunmaqla təqdim edilmişdir. İddia tələbini təqsirləndirilən şəxsə elan olunmuş ittihamda qeyd olunan dələduzluq yolu ilə ələ keçirilmiş 330.000 (üç yüz otuz min) ABŞ dollarının milli valyuta ilə ekvivalenti 561.000 (beş yüz altmış bir min) manatdan geri qaytarılmış 70.000 (yetmiş min) ABŞ dollarının milli valyuta ilə ekvivalenti 119.000 manat (yüz on doqquz min manat) nəzərə alınmaqla, 442.000 manat (dörd yüz qırx iki min manat) maddi zərər, eləcə də, ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlı olan 133.000 (yüz otuz üç min) manat əldə çıxmış fayda, 50.000 (əlli min) manat mənəvi zərər və mülki iddianın verilməsi üçün ödənilmiş 915 (doqquz yüz on beş) manat dövlət rüsumu, ümumilikdə 626.915 (altı yüz iyirmi altı min doqquz yüz on beş) manat zərər təşkil edir. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamda qeyd olunan məbləğlə mülki iddiada qeyd olunan məbləğlər eynilik təşkil edir və geri qaytarılan 70.000 (yetmiş min) ABŞ dolları məbləğində vəsait də ümumi 330.000 (üç yüz otuz min) ABŞ dolları məbləğindən çıxılmışdır. Onu da qeyd edim ki, mülki iddiada qeyd olunan məbləğlər elan olunmuş ittihamın əsasını təşkil etdiyindən həmin məbləğlərin dələduzluq yolu ilə ələ keçirilməsi cinayət təqibi zamanı tam sübuta yetirilmiş və mülki iddiada tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlı olmuşdur. Həmçinin, ittihamda qeyd olunan məbləğlər hüquq-mühafizə orqanlarına müraciət olunanadək təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilən yekun, yəni bir neçə dəfə alınıb qaytarıldıqdan sonra təkrar alınaraq onun özündə saxlanılan məbləğləri əhatə edir və hüquq mühafizə orqanlarına müraciət olunandan sonra geri qaytarılmış 70.000 (yetmiş min) ABŞ dolları ittiham aktında xüsusi olaraq qeyd olunmuşdur. Tərəfindən mülki iddia xx.xx.2022-ci il tarixdə təqdim edilmiş və hökmün elan olunduğu xx.xx.2023-cü il tarixədək, yəni 7 (yeddi) aydan artıq müddətdə mülki iddiada qeyd olunan məsələlərin araşdırılması üçün məhkəmənin kifayət qədər zamanı olmuşdur. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilərək, Məhkum CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cinayət işi üzrə verilmiş mülki iddianın tam təmin olunaraq ümumilikdə 626915 manat məbləğdə pul vəsaitinin təqsirləndirilən şəxsdən tutularaq iş üzrə Zərərçəkmiş şəxs1 Zülfali oğluna ödənilməsinə dair qərar qabul edilməsi xahiş olunmuşdur. Məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərilmişdir ki, birinci insitansiya məhkəməsində baş tutmuş məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxsin vəkili Nurlanə Quliyevanın vəkillik fəaliyyəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyyətinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, 6 (altı) ay müddətə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək dayandırılmışdır. Buna görə də, təqsirləndirilən şəxsin anası X11 məcbur qalaraq 3 iyun 2022-ci il tarixdə onunla müqavilə bağlamışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun oğlu Məhkum keyfiyyətli hüquqi yardım göstərsin. 21 iyun 2022-ci il tarixdə baş tutmuş məhkəmə iclasında (1(101)-210/2022 saylı) iş üzrə məhkəmə istintaqının təzələnməsi, zərərçəkmiş şəxslərin, şahidlərin və təqsirləndirilən şəxsin onun iştirakım ilə yenidən dindirilməsi və ona həmin şəxslərə suallar vermək imkanın yaradılması barədə vəsatətlə məhkəməyə müraciət etsə də, məhkəmə onun vəsatətini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasları zamanı cinayət işi üzrə məhkə mə iclaslarının məhkəmə istintaqının aparılması ilə keçirilməsini xahiş etsə də, hakimlər vəsatəti ilk öncə təmin etmədilər. Çoxsaylı şikayətlərdən və məhkəmə sədrinin qəbulundan sonra apellyasiya şikayətləri üzrə məhkəmə iclaslarının qismən məhkəmə istintaqı aparmaqla keçirilməsi qərara alındı. Apellyasiya məhkəməsində baş tutmuş məhkəmə istintaqı zamanı yalnız zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs dindirilmiş, iş üzrə digər ifadə vermiş şahidlər dindirilməmişdir. həmçinin iş materiallarında olan sübutlar tədqiq edilməmiş, verilmiş vəsatətlər təmin edilməmişdir. Cinayət işinin materiallarında olan sübutlarla bir daha təsdiq olunmuşdur ki, Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud deyildir. İsin mübahisəsiz halı ondan ibarətdir ki, Zərərçəkmiş şəxs1 tərəfindən Məhkum faizə pullar verilmiş və Məhkum da öz növbəsində onun pullarını həm əsas borcu həm də faizi vaxtlı-vaxtında qaytarmışdır. Zərərçəkmiş şəxs1 Məhkum barəsində ilk dəfə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmişdir. Buna görə də, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə iclasları zamanı verilmiş vəsatətə görə məhkəmənin sorğusu əsasında həmin idarədən Zərərçəkmiş şəxs1 Məhkum barəsində etdiyi 21 may 2019-cu il tarixli şikayət ərizəsi daxil olmuşdur. Həmin şikayət ərizəsinin məzumunu ilə Zərərçəkmiş şəxs1 hazırki cinayət işi üzrə verdiyi ifadələr arasında da ziddiyyətlər mövcuddur. Aşağı instansiya məhkəmələri tərəfindən Azərbaycan Res publikası Daxili İslər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsininin 007-xxxxx-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə X1 izahatı kimi daxil olmuş sənəddəki əlyazmanın və imzanın həqiqətən də, X2 məxsus olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməli idi. Məhkum Zərərçəkmiş şəxs1 məxsus küllü miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi qeyri mümkündür. Çünki Zərərçəkmiş şəxs1 özünün də dediyi kimi o, Məhkum azı 20 dəfədən çox müxtəlif məbləğlərdə pul vəsaiti verib. Həmin pul vəsaitləri əksər hallarda qazancı ilə birlikdə qaytarılıb. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ifadələrindən görünür ki, onlar bir-birlərini uşaqlıqdan tanıyırlar və dost münasibətlərind ə olublar. Buna görə də, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 göstərişi və diqtəsi ilə hərəkət etmək imkanı təkzibedilməzdir. Çünki Zərərçəkmiş şəxs2 tərəfindən Məhkum pul verilməsini iş üzrə zərərçəkmiş şəxlərdən başqa heç kim təsdiq etmir. Hazırki cinayət işi üzrə dindirilmiş şahidlər Şahid2 və Şahid3 ifadələrini iş materiallarında olan digər sübutlarla əlaqəli şəkildə təhlil edərkən belə nəticə gələ bilər ki, onların verdikləri ifadələr yalandır. Həmin şəxslərin hər ikisi Zərərçəkmiş şəxs1 dostu olduğuna görə onların ifadələri qeyri-səmimi olmaqla həqiqəti əks etdimir. Bunu iş materiallarında olan sübutlarda təsdiq edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid3, Şahid1, Şahid4, Şahid9, Şahid10, Şahid11, Şahid12 cinayət işinin materiallarında olan izahat və ifadələrindən hazırki cinayət işi üzrə ittihamın həlli üçün hər hansı halın sübut olunmasında istifadə oluna bilməz. Lakin həmin sübutlardan pozuntu faktlarının və onlara yol vermiş şəxslərin təqsiriiyinin sübut edilməsində istifadə oluna bilər. Təqsirləndirlən şəxslə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 arasında işgüzar fəaliyyətdən irəli gələn, müəyyən müddət aralarında razılaşdırılmış şərtlərlə davam edən işgüzar münasibətlər olmuş, həmin münasibətlərin davam etdiyi müddətdə Məhkum mütəmadi olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 faizə pul alaraq qızıl-zinət əşyalarım alış və satışını həyata keçirmiş və satışdan əldə edilmiş vəsait hesabına onların faizini verməklə aralarında yaranmış işgüzar münasibətləri da vam etdirmişdir, bu da onu deməyə əsas verir ki, Məhkum nə tərəflər arasında işgüzar münasibətlərə girmədən öncə, nə də müvafiq qızıl-zinət əşyalarının satışı məqsədi ilə borc götürməmişdən öncə həmin pul vəsaitini əvəzsiz ələ keçirmək niyyəti olmamışdır. Məhkum da ifadəsindən göründüyü kimi o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi kimi onlardan faizə pullar almış və qaytarmışdır. Göründüyü kimi, aşağı insitansiya məhkəmələri nə təqsirləndirilən şəxsin, nə də zərərçəkmiş şəxslərin ifadələrinə düzgün hüquqi qiymət verməmişlər, sadəcə zərərçəkmiş şəxslərin heç bir sübutla öz təsdiqini tapmayan Məhkum onların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirdiyi”nə dair qeyd etdikləri xüsusatla kifayətlənərək Məhkum zərərçəkmiş şəxslərə qarşı dələdu zluq cinayəti törətməkdə təqsirli olması qənaətinə gəlmişlər. İşin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini inkar edir. İş üzrə zərərçəkmiş şəxslərin, şahidlər Şahid2, Şahid3, Şahid1, Şahid4, Şahid9 ifadələri ayn-aynlıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələrlə müşahidə olunur və bu şübhələri aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən onların sübut kimi qəbul edilib bu sübutlara əsasən şəxsin məhkum olunması Azərbaycan Respublikası CPM-in 125-ci maddəsi baxımından yolverilməzdir. Müdafiə tərəfi olaraq ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Zərərçəkmiş şəxslər - mülki iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddialara münasibətdə qeyd edirəm ki, şəxs barəsində bəraət hökmü çıxarıldığı halda həmin şəxs barəsində cinayət mühakimə icraatı da başa çatmış hesab olunur ki, mövcud olmayan icraat zamanı mülki iddiaya qiymət verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, c inayət işi üzrə kobud qanun pozuntusuna yol vermiş Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimləri barəsində xüsusi qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, özlərinin verdikləri kassasiya şikayətinin təmin olunması barədə məhkumun, zərərçəkmiş şəxsin (mülki iddiaçı), kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şi kayəti təmin edilməməli, zərərçəkmiş şəxsin (mülki iddiaçı) nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya in stansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələl ərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Zərərəçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, mülki iddianın əsassız olaraq baxılmamış saxlanılması məhkum edilmiş şəxsə yüngül cəza təyin edilməsi, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətində isə şəxsin əsassız məhkum edilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qə rarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi müvafiq olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişlər. Məhkəmə kollegiyası ilk əvvəl müdafiəçilərin birgə verdikləri kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum cinayət əməlinin Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif edilməklə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hə min sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apellyasiya məhkəməsi Məhkum dələduzluq cinayət əməli qzrə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, iş materiallarında olan digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mö təbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilmişdir ki, onun gəldiyi bu nəticə əsaslıdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.4-cü maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən təkrarən xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kim i mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək i mkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə g ötürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmi ş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, Məhkum 2017-ci ilin oktyabr ayından 2018-ci ilin noyabr ayınadək olan müddətdə müxtəlif vaxtlarda qızıl məmulatlarını alıb baha qiymətə satmaq adı ilə Zərərçəkmiş şəxs1 5.000 və 10.000 ABŞ dolları, digər məbləğdə pullar almış, həmin pulların qazancını zərərçəkmiş şəxsə qaytararaq əsas pul məbləğlərini özündə saxlamış, 2018-ci ilin noyabr ayında daha 20.000 ABŞ dolları alaraq özündəki Zərərçəkmiş şəxs1 məxsus pulların məbləğini 40.000 ABŞ dollarına çatdırmışdır. 2018-ci ilin dekabr ayından etibarən 2019-cu ilin aprel ayınadək Məhkum qazanc adı ilə Zərərçəkmiş şəxs1 hər ay 2.400 ABŞ dolları olmaqla, ümümilikdə 12.000 ABŞ dolları məbləğdə pul vermişdir. ilk mərhələlərdə təqsirləndirilən Məhkum zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 götürdüyü pulların müqabilində əsas məbləğləri özündə saxlamaqla onlara müxtəlif məbləğdə qazanc vermiş, bu yolla həmin şəxslərdə ona qarşı inam və etibarın yaranmasına nail olmuş, məhz zərərçəkmiş şəxslərlə arasında olan münasibətlərdən yaranmış etibardan istifadə edib sonradan zərərçəkmişlərin onun özündə saxladığı pulları qaytarmayıb həmin pulları dələduzluq yolu ilə ələ keçirmək və özünə qarşı həmin şəxslərdə yaranmış etibardan istifadə edib əlavə olaraq zərərçəkmiş şəxsin pullarını yenidən ələ keçirmək niyyətinə düşmüş və bu yolla zərərçəkmiş Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda 561.000 manat məbləğində, Zərərçəkmiş şəxs3 191.354 manat və Zərərçəkmiş şəxs2 55.590 manat - külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində müdafiə tərəfi apellyasiya şikayətlərdə özünü müdafiə üçün bir neçə istiqamət üzrə dəlillər təqdim etmiş; zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3lə təqsirləndirilən Məhkum arasında faiz qarşılıqda borc-pul münasibəti mövcüd olmuş; cinayət işinin materialında Məhkum şəxsən birbaşa Zərərçəkmiş şəxs2 özündən hər hansı məbləğdə pul vəsaiti almasını təsdiq edəcək heç bir mötəbər sübut yoxdur. Lakin müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən bu dəlillərə qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3lə təqsirləndirilən Məhkum arasında olmuş münasibətlərə ümumi prizmadan baxıldıqda belə mənzərə yaranır ki, Məhkum özünü işgüzar, iş adamı obrazı yaratmaqla birlikdə iş qurub qazanc əldə etmək adı ilə zərərçəkmiş şəxslərdən hissə-hissə ittihamda göstərilən məbləğlərdə pul almışdır. Məhkum zərərçəkmiş şəxsləri buna inandırmaq üçün onların özlərindən aldığı pullardan guya “əldə edilmiş” qazanc kimi cüzi hissəsini onların özlərinə qaytarmışdır. Habelə xüsusi diqqət yetirilməlidir ki, Məhkum zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 pul aldığını inkar etmir, lakin həmin pulu faizlərlə qaytarmaq şərti ilə borc götürmüşdür. Həmçinin, şəxsən birbaşa Zərərçəkmiş şəxs2 hər hansı məbləğdə pul vəsaitinin almasını inkar etimiş, lakin Zərərçəkmiş şəxs3 aldığı pulların bir hissəsinin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. Eyni zamanda, Məhkum hər hansı sahibkarlıq fəaliyyəti ilə, o cümlədən əvvəllər Türkiyə və Birləşmiş Ərəb Əmirliyindən ucuz qiymətə qızıl külçələri almaqla Azərbaycana gətirməsi, bununla bağlı gömrük sənədlərin olması, Bakı şəhərində və ya digər bölgələrdə qızıl-zinət əşyaların ticarətini keçirən məntəqələri və mağazaların olması, qızıl-zinət əşyalarının alınması ilə bağlı Türkiyə və ya Birləşmiş Ərəb Ə mirliyində hər hansı şəxslə danışıqlarının olması iş materialı ilə öz təsdiqini tapmır. Apellyasiya məhkəməsinin mövqeyinə əsasən Məhkum “faiz” dediyi əslində, onun zərərçəkmişlər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vəd etdiyi onlarla birgə qızılzinət əşyaların ticarətində əldə edəcəkləri qazanc olmuşdur. Əslində isə, Məhkum zərərçəkmişlər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 aldığı pullar hesabına hər hansı iş qurmaq niyyəti ümumiyyətlə olmamış və bu işin qurulması istiqamətində hər hansı hərəkətlər başlanılmamış və həyata keçirilməmişdir. Müdafiə tərəfi verilmiş apellyasiya şikayətlərində dəlil kimi göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqsirləndirilən Məhkum barəsində şikayət ərizəsi əsasında cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, həm in qərar qüvvədə ola-ola Zərərçəkmiş şəxs3 hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanına bilməsinin və Məhkum qeyd olunan epizoda görə ittiham verilməsi əsassız olmuşdur. Birinci instansiya məhkəməsində eyni dəlillər üzrə verilmiş vəsatətə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materialına görə Zərərçəkmiş şəxs3 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə Məhkum tərəfindən 125.000 ABŞ dolları məbləğində pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında 02 mart 2020-ci ildə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar Yasamal rayon prokurorun 20 noyabr 2020ci il tarixli qərarı ilə ləğv edilmişdir. Sonuncu qərara görə material əlavə araşdırma aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və Yasamal RPİ, İstintaq şöbəsinin müstəntiqi Orxa n Süleymanlının xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması yenidən rədd edilmiş, lakin həmin qərar da Bakı şəhəri Yasamal rayon prokurorunun 7 aprel 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və material araşdırma aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Həmin material 09129403 saylı 4 iyun 2021-ci il tarixli məktubla Səbail RPİ-nin İstintaq şöbəsində Məhkum barəsində CM-in 178.3.2-ci maddəsi ilə cinayət işinə əlavə edilməsi üçün göndərilmiş və xx.xx.2021-ci il tarixli qərarla hazırki işə birləşdirilib istintaq aparılmışdır. Göründüyü kimi, zərərçəkmiş Zərərçəkmiş şəxs3 qarşı dələduzluq epizodu üzrə müdafiəçilərin iddia etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar sonuncu dəfə Yasamal rayon prokurorunun qərarı ilə ləğv edilm iş və həmin materiallar hazırki cinayət işinə birləşdirilməklə, toplanmış sübutlara əsasən qeyd olunan epizod üzrə Məhkum ittiham verilmişdir. Apellyasiya məhkəməsinin mövqeyini əsaslı sayan kassasiya məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun 11 iyun 2015-ci il tarixli qərarında göstərilən tövsiyyələri nəzərə alaraq hesab edir ki, aşağı instansiya məhkəmələrində tədqiq edilmiş sübutların məcmusuna görə Məhkum Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması qanuni və əsaslı müəyyən edilmiş, həmin hal cinayət işinin materialları ilə məhkəmə iclasında Cinayət-Prosessual Məcəlləsinin 125 və 143-146-cı maddələrinə əsasən, toplanmış sübutları, o cüml ədən Məhkum, zərəçəkmişlər və şahidlərin istintaqda və məhkəmədə verdikləri ifadələri, üzləşdirmə protokolları və çoxsaylı digər sənədlərlə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassız olmaqla iş materialları ilə öz təsdiqini tapmadığından və qanunvericiliyin müvafiq müddəaları ilə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaq la aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmiş, onun dələduzluq cinayət əməlini müəyyən edərkən ətraflı araşdırma aparmış, sübutlara, yəni zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan digər sübutlara düzgün hüquqi qiymət vermiş, onun “İşin halları” bölümündə təsvir edilən cinayət əməllərini törədilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkum kassasiya şikayətində iddia olunanların əksinə olaraq onun dəlilləri apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya ins tansiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən digər hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş c inayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddələrində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəalar ı nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. T əyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mən fi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyini məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hallar və əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edərək, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin olunması haqqında qərar qəbul etməklə cəzanın məqsədlərinə nail olunmasını mümkün saymışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin olunması barədə qənaəti ilə haqlı olaraq razılaşmış və h esab etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblər i, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə qanuni və ədalətli cəza təyin edilmişdir. Cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Məhkəmə kollegiyası Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsi və həmin cəzanın ağırlaşdırılmalı olması barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin bu barədə dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, məhkum edilmiş şəxsə təyin olunmuş cəzanı ağırlaşdırm aq məqsədilə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayətinin mülki iddiaya dair dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, verilmiş mülki iddia ərizələrinə əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən Məhkum tərəfindən ona vurulmuş 442.000 manat maddi zərərin, 133.000 manat əldən çıxmış faydanın, 50.000 manat mənəvi zərər və verilmiş mülki iddiaya görə ödənilmiş 915 manat dövlət rüsumunun, ümumilikdə 626.915 manatın; zərərçəkmiş Zərərçəkmiş şəxs3 təqsirləndirilən Məhkum tərəfindən ona vurulmuş 191.354 manat maddi zərərin, 52.851 manat əldən çıxmış faydanın, 30.000 manat mənəvi zərərin və verilm iş mülki iddiaya görə ödənilmiş 564 manat dövlət rüsumun, cəmi 274.769 manat pulun; zərərçəkmiş Zərərçəkmiş şəxs2 təqsirləndirilən Məhkum tərəfindən vurulmuş 65.450 manat maddi zərərin, 18.077 manat əldən çıxmış faydanın, 20.000 manat mənəvi zərərin və verilmiş mülki iddiaya görə ödənilmiş 393.56 manat dövlət rüsumunun, ümumilikdə 103.920.56 manat pulun təqsirləndirilən şəxsdən tutularaq, onlara ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi mülki iddiaları baxılmamış saxlayarkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəyyən edilmiş ittihamlardan göründüyü kimi, bəzi hallarda həmin ittihamlarda qeyd edilmiş məbləğlərlə qaldırılmış mülki iddialarda zərərçəkmiş şəxslərin iddia etdikləri məbləğlər arasında ciddi fərqlər olmuşdur. Digər tərəfdən, m ülki iddia qaldırmış şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmədə verdikləri ifadələrinə görə onlar bəzi hallarda Məhkum pulları biri-biri vasitəsilə göndərmiş, qazanc adı ilə də eyni qaydada pul götürdükləri hallar olmuşdur. Həmçinin, zərərçəkmiş şəxslərin ifadələrinə görə pulu verdikdən bir müddət sonra Məhkum tərəfindən onlara qazanc adı altında müəyyən məbləğdə pul qaytarılmışdır ki, həmin pul vəsaitlərinin dəqiq məbləğinin müəyyən edilməsi mülki-prosessual münasibətlin predmetidir. Məhkəmədə Məhkum qarşı zərərçəkmişlərin mülki iddialarını Məhkum birmənalı şəkildə qəbul etməmiş və onun zərərçəkmiş şəxslərin heç birinə qarşı borcları qalmadığını bildirmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işi üzrə məhkəmədə mülki iddialarla əlaqədar çoxsaylı ziddiyyətli məqamlar olmuş, məhkəmə prosesdə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında, bir-birindən pul vəsaitini götürüb Məhkum verdiklərini iddia edən zərərçəkmişlərin özlərinin arasındakı müqavilə şərtlərinin və öhdəliklərin nədən ibarət olmasını, eləcə də mülki iddia qaldıran şəxslərin Məhkum qazanc adı altında götürdükləri pulları nəzərə alıb-almamalarını, bu halların onların arasında əvvəlcədən hansı şəkildə razılaşdırılmasını müəyyən etmək mümkün olmamışdır. Həmin hallar, eləcə də qarşıya çıxa biləcək digər mülki hüquqi məsələlər həll edilmədən qaldırılmış mülki iddialar üzrə obyektiv məhkəmə qərarı qəbul edilməsi mümkün deyildir. Ona görə də, hazırkı cinayət işi üzrə qaldırılmış bütün mülki iddialar baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin mülki iddia ilə bağlı qənaətini əsaslı saymışdır. Lakin məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayəti ilə əlaqədar Zərərçəkmiş şəxs1 mülki iddiası üzrə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə ilə razılaşmır və bununla əlaqədar xüsusi ilə aşağıda göstərilənləri qeyd etməyi zəruri və məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxs Məhkum təkrarən və tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə, yəni 03 epizod üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 191.354 manat məbləğində külli miqdarda; Zərərçəkmiş şəxs2 cəmi 55.590 manat məbləğində külli miqdarda və zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 561.000 manat məblə ğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla CM-in 178.4-cü maddəsi ilə tövsif olunmuş dələduzluq cinayətlərini törətməsi cinayət işi üzrə toplanmış və birinci eləcə də apelyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla tam öz təsdiqini tapmış, yəni məhkəmələr qanuni və əsaslı şəkildə zərərçəkmiş şəxlərə həmin məbləğlərdə ziyanın vurulması faktını müəyyən edilmiş hesab etmişlər. Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qayd alar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın k eyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulm uş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Kassasiya şikayəti vermiş Zərərçəkmiş şəxs1 dələduzluq cinayəti nəticəsində dəyən ziyan Şahid7 bu epizodla bağlı irəli sürülmüş ittihamın həcmində öz əksini tapmışdır. Və artıq yuxarıda qeyd olunduğu kimi məhkəmələr Zərərçəkmiş şəxs1 561.000 manat məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurulmasını, yəni mülki iddianın bununla bağlı olan hissəsinin sübut olunmuş hesab etmişlər. Belə olan Zərərçəkmiş şəxs1 mülki iddiasının həmin tələb hissəsində də baxılmamış saxlanılması yuxarıda qeyd olunan, eləcə də CPM-in 354-cü maddəsinin pozulması kimi çıxış edir. Belə ki, CPM-in 354-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsasları nın və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: iddianın tam və ya qismən təmin edilməsi (maddə 354.1.1); iddianın rədd edilməsi (maddə 354.1.2); iddianın baxılmamış saxlanması (maddə 354.1.3). Odur ki, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qərar qismən, yəni mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiasının baxılmamış saxlanılması hissəsində ləğv olunaraq cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməlidir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçilərinin birgə verdiyi kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, zərərçəkmiş şəxs (mülki id diaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsinin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 dekabr 2023-cü il tarixli qərarı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum qarşı mülki iddiasının baxılmamış saxlanılması hissəsində ləğv olunmalı, həmin hissədə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçiləri Hümbətov Pərviz Şakir oğlu və Quliyeva Nurlanə Nazim qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə 2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 dekabr 2023-cü il tarixli qərarı qismən, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının baxılmamış saxlanılması hissəsində ləğv edilsin, cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar