Məhkəmə qərarları › İş №1(102)-1557/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1557/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1557/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, bəraət almış şəxsin və müdafiəçisi Abbasov Rəşad Səqabət oğlunun, zərərçəkmiş şəxsin nümayəndəsinin iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli, 1(103)-601/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsi ndə iştirak etmiş dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1064/2021 nömrəli hökmü ilə (hakimlər: M.A.Xankişiyev (sədrlik edən), İ.A.Mahmudov və F.Ə.Qəniyev) xxxxxx ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmamış, xxxxx portallarının təsisçisi və baş redaktoru işləyən, xxxxxx yaşamış, Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Hökmlə həmçinin T əqsirləndirilən şəxs1, Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən Məhkum2 müdafiəçisi Mustafayev Namiq Cuma oğlu, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən apellyasiya şikayətləri və dövlət ittihamçısı Cövdət Mehrəliyev tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli, 1(103)-159/22 nömrəli hökmü ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü məhkum x aid hissədə ləğv edilmiş, X CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Xnun 18 mart 2021-ci il tarixdən 20 mart 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 17 may 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli il tarixli hökmündən məhkum X, Məhkum2 müdafiəçisi Məmmədov Dilsuz Babək oğlu t ərəfindən verilmiş kassasiya şikayətlərinə, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə və ona əlavəyə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 1(102)-1657/22 nömrəli qərarı ilə (hakimlər: Ə.C.Seyidov (sədrlik edən), T.L.Kazımov və Ə.Ə.Novruzov) məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlunun kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, məhkum Xnun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli hökmü məhkum X alınmasına dair müddəalar istisna olmaqla ləğv edilmiş və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilmiş, Məhkum2 müdafiəçisi Məmmədov Dilsuz Babək oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli hökmü Məhkum2 aid hissəsində (cəza) dəyişdirilmişdir. İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli, 1(103)-601/22 nömrəli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), H.H.Əhmədov və Z.A.Şirinov) dövlət ittihamçısı Mehrəliyev Cövdət Sərvər oğlu tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum2, Məhkum1 və Təqsirləndirilən şəxs2 CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilmələrinə və XnuXilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 1(101)-1064/2021 saylı hökmü məhkum XnaXn saxlanılmış, məhkum X mXl azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, X eXvə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum1, Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, Məhkum2 və X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid1 99 illik istifadəsində olan kənd təsərüffatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərəncam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda 85.000 (səksən beş min) manat, 08 sentyabr 2015-ci il tarixdə saat 1A radələrində ünvan 2 ünvanında yerləşər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 35 saylı Notariat kontorunda 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 64.907,8 manat təşkil edən 62 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Notariat kontorunda həmin dövrdəki məzənnə ilə 31.488 manat təşkil edən 30000 (otuz min) ABŞ dollarını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Birinci instansiya məhkəməsi, cinayət təqibi orqanında n fərqli olaraq X əməl üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, buna müvafiq olaraq CinayətProsessual Məcəlləsinin 42.1.4-cü maddəsində göstərilən əsaslarla Xyə bəraət vermiş, bu nəticələrlə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına, CM-nin müvafiq maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edərək işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPMnin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, birinci instansiya məhkəməsi tərəfindən XnaXsiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşarkən onun özünün müdafiə xarakterli ifadələrinə əsaslanmış, baxmayaraq ki, bəraət almış şəxsin ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi araşdırılmış sübutlarla tam təsdiq edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya ins tansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində XnaXir Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azə rbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakim ə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə (CPM, maddə 33) hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəllənin 125, 144146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bi r sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İlk növbədə qeyd olunmalıdr ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli, 1(103)-601/2023 nömrəli qərarına diqqət etdikdə müəyyən olunur ki, məhkəmə həlledici şəkildə Ali Məhkəmənin 07 dekabr 2022-ci il tarixli, 1(102)-1657/22 nömrəli qərarına (məhkum Xnun kassasiya şikayəti qismə n təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2022-ci il tarixli hökmü məhkum X alinmasına dair müddəalar istisna olmaqla ləğv edilmiş və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilmiş) istinad etmiş, həmin qərarda əks olunmuş müddəaları öz qərarına köçürməklə kifayətlənmiş, nəticədə işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən faktiki olaraq imtina etməklə erkən yekun qənaətə gəlmişdir. Halbuki, həmin qərar XnuXmətin verilməsi ilə bağlı araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edil məsini nəzərdə tuturdu. Həmçinin, Cinayət-Prosessual Məcəllənin 419.12-ci maddəsinin mənasına görə Ali Məhkəmənin Cinayət kollegiyasının qərarının qeyd edilən məzmunda olması apellyasiya instansiyası məhkəməsində keçirilən yeni məhkəmə baxışında araşdırılan məsələlərin dairəsini yalnız həmin məsələ ilə məhdudlaşdırmır, məhkəmənin yeni baxışın yekununda gələ biləcəyi nəticələri öncədən müəyyən etmir, o cümlədən hüquqi məsələlərə dair nəticələrini yeni baxış zamanı müəyyən edilmiş faktiki hallar üzərində qurmaq imkanını əlindən almır. Ali Məhkəmənin 07 dekabr 2022-ci il tarixli, 1(102)-1657/22 nömrəli qərarında əks olunmuş mövqeyinə görə, yeni apellyasiya baxışı zamanı XnuXı qanuni və ədalətli qərar qəbul edilməsi üçün cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq q aydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli idi. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 mart 2023-cü il tarixli, 1(103)-601/2023 nömrəli qərarı yuxarıda istinad edilən maddi və prosessual cinayəthüquqi normaların tələbləri ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, məhkəmənin XnuXtirilməməsi haqqında yekun qənaətinin cinayət mühakimə icraatının prinsiplərindən irəli gələn yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmamışdır. Bu isə öz növbəsində qəbul edilmiş həmin qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipi ilə uzlaşan qərar kimi qiymətləndiri lməsini istisna edir. Hazırkı işin xüsusiyyətlərindən çıxış edərək kollegiya qeyd edir ki, talama cinayətlərindən sayılan dələduzluq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərə görə aldatmadan, etibardan istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki (əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda və yaxud razılaşdırılmış öhdəlik yerinə yetirilmədikdə və ya lazımınca yerinə yetirilmədikdə, bütün bunlar CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək, əməlin dələduzluq kimi qiymətləndirilməsinə əsas vermir. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 1-5-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin t əsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətl ərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredi t müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qərarda məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirk arın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Ali Məhkəmənin Plenumu həmçinin qeyd etmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin (CM-in 178.1-ci maddəsi ilə birlikdə götürməklə) dispozisiyasından və məhkəmə kollegiyasının bu normaların təfsirinə dair mövqeyindən çıxış etməklə hazırki işin hallarına baxdıqda, apellyasiya instansiyası məhkəməsinin XnuXtirilməməsi haqqında yekun qənaətinin apellyasiya instansiyası məhkəməsində baxılmış sübutlardan irəli gəldiyini və ittihamın həlli üçün əhəmiyyət kəsb edən bütün halların məcmusundan hasil olunduğunu demək mümkün deyil. Belə ki, cinayət təqibi orqanı tərəfindən XnaXası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs, sonuncunun oğlu Şahid 1 99 illik istifadəsində olan kənd təsərrüfatı təyinatlı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ərazisində yerləşən 2 hektar torpaq sahəsinə Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətindən ilkin olaraq torpağın təyinatının dəyişdirilməsi üçün sərəncam aldıqdan sonra keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alıb verəcəyi barədə yalandan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 17 mart 2015-ci il tarixdə 85.000 (səksən beş min) manat, 08 sentyabr 2015-ci il tarixdə 29.500 (iyirmi doqquz min beş yüz) manat, 15 oktyabr 2015-ci il tarixdə 64.907,8 manat təşkil edən 62 (altmış iki min) ABŞ dolları və 29 oktyabr 2015-ci il tarixdə 31.488 manat təşkil edən 30000 (otuz min) ABŞ dollar ını ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 210895,8 manat məbləğində, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Birinci və apellyasiya məhkəmələrinin yekun məhkəmə aktlarında görünür ki, məhkəmələr Xnin təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətlərini onunla əsaslandırmışlar ki, ittiham yalnız iş üzrə Şahid2 ifadəsinə əsasən verilmiş, iş üzrə keçən digər təqsirləndirilən şəxslər Xni ümumiyyətlə tanımamışlar, X1 həmin dövrdə özü Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı ərazi idarəsində mütəxəssis vəzifəsində işləmiş və torpaqla bağlı çıxarışın alınması üçün digər şəxsə və ya hər hansı tanışına iş görmək üçün pul verilməsi inandırıcı hal kimi qəbul edilməmiş, X1 torpaqla bağlı sənədləşmə işləri alınmadıqda son anda Xnin adını çəkərək p ulu ona verdiyini və sonuncunun torpağa dair sənədləri almalı olduğunu bildirməklə məsuliyyətdən yayınmağa çalışmış, zərərçəkmiş Zərərçəkmiş şəxs 210.895,8 manat məbləğində pul alınmasından XnuXmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri həm ibtidai istintaq zamanı toplanmış, həm də məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları düzgün qiymətləndirmədən əsassız olaraq yuxarıda qeyd olunan nəticəyə gəlmişlər. Belə ki, şahid qismində dindirilimiş X6 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı eyni məzmunlu verdiyi ifadələrini təsdiq edərək göstərmişdir ki, 2008-ci ildən 2015-ci ilədək olan müddətdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resyestri xidmətinin Bakı ərazi idarəsində mütəxəssis vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs2 2009-cu ildən tanımış, Məhkum2 isə X2un vasitəsilə təxminən 2015-ci ilin fevral ayından sonra tanımışdır. Təxminən 2015-ci ilin fevral ayında X2 sonradan istintaq zamanı bildiyi Şahid1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq Sovxozunda yerləşən 2 hektar torpaq sahəsinə İcra Hakimiyyətindən sərəncam almaq lazım olduğunu demiş, təxminən 2014-cü ildən Xni özünün istifadəsində olan "Facebook” sosial şəbəkəsindən tanımış, tanış olan zaman X özünü ona Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin işçisi, Milli Məclisin deputatlığına namizədi kimi təqdim etmiş və X2la danışaraq ona bildirmişdir ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətində işləyən X3 adlı tanışı ilə danışaraq bu məsələni həll etməyə çalışaçaq. O da bu məqsədlə Xnin mobil telefonuna zəng edərək X2un təklif etdiyi məsələni həll edə bilib-bilməyəcəyini soruşmuş, Xyə zəng edən zaman X2 da yanında olmaqla yanaşı telefonda olan danışıqlarını eşitmiş, X3 ona telefonla Bakı şəhəri Xəzər rayon İcra hakimiyyətində işləyən bu məsələni adını bildirmədiyi bir şəxsin vasitəsilə 30.000 manat müqabilində həll edə biləcəyini demiş, həmin telefon danışığında X3 ona söz verərək sənədə sərəncamı 10 gün müddətinə həll edəcəyini bildirmiş, onunla danışığını X2a olduğu kimi demiş və X2 da 30.000 manat müqabilində işin düzələcəyinə razılaşmışdır. Həmçinin orada X2 ona "sən narahat olma Məhkum2 40.000 manat pul alacam sənə 30.000 manat verəcəm ki, verəsən X3a, yerdə qalan 10.000 manat pulu iş düzələndən sonra aramızda bölərik” demiş, həmçinin ona "iş düzələndən sonra sənə 5000 manat pul verəcəm” demiş, 2015-ci ilin mart ayının 27-də saat təxminən 15 radələrində X2 yaşadığı evdə ona 30.000 manat pul vermiş, o da həmin günü yəni 2015-ci ilin mart ayının 27-də saat təxminən 20:00 radələrində yaşadığı evin həyətində X ilə görüşüb həmin pulu, yəni 30.000 manatı idarə etdiyi avtomobildə ona vermiş, X3 həmin vaxt ona söz verərək 10 gün müddətinə həmin 2 hektar torpaq sahəsinə sərəncam alınacağını, lakin həmin gündən etibarən dəfələrlə X ilə əlaqə saxlasa da heç bir nəticəsi olmamış və həmin vaxt X3 telefonu söndürərək Qazaxıstan Respublikasına getmişdir. X1 ifadəsində qeyd etmişdir ki, onun heç kimin əmlakını ələ keçirmək və ya aldatmaq fikri olmamış, sadəcə X2a kömək etmək məqsədi ilə ondan 30.000 manat pul alıb Xyə versə də həmin puldan ona heç bir məbləğdə pul çatmamışdır. Cinayət işinin materiallarında olan üzləşdi rmə protokolundan görünür ki, ibtidai istintaq zamanı keçirilmiş üzləşdirmə zamanı X6 verdiyi ifadəsini XnuXiq etmişdir. Bundan başqa cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Məhkum1 tərəfindən təqdim edilmiş səs yazısına dair CD diskdə olan məlumatlara baxış keçirilməsinə dair protokoldan görünür ki, həmin səs yazısında təqsirləndirilən şəxslər Məhkum2, Təqsirləndirilən şəxs2 və şahid X4ya danışırlar. X4ya həmin səs yazısında təqsirləndirilən şəxslər Məhkum2 və Təqsirləndirilən şəxs2 X5 bildirir ki, sonuncu tərəfindən ona verilmiş 30.000 manat pulu Xyə vermiş, X ona söz vermişdir ki, torpağa dair sənədləri alacaqdır. Lakin hazırda X3a zəng etsə də, mesajlar yazsa da cavab vermir. Həmçinin X3a yazdığı mesajları da Məhkum2 və Təqsirləndirilən şəxs2 X5 göstərir. Həmçinin cin ayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 mart 2021-ci il tarixli protokoldan ("xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olan üzərində 2272/2021 nömrəli disklərdəki X4, Zənglərin Detallaşması fayldan, Təqsirləndirilən şəxs1lə təqsirləndirilən şəxs Məhkum1 arasında olan SMS-lərdən) görünür ki, X13 Qurbanovun torpağa dair sənədini və 30.000 manat pulunu XnaXuncu torpağın təyinatını dəyişdirilməsi ilə bağlı Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətindən sərəncam alsın. Həmçinin mesajlardan görünür ki, X pulu və sənədləri alandan sonra qaçmış, X14 Mirzə-zadəyə verdiyi 30.000 manat pulu ona Təqsirləndirilən şəxs2 vermişdir. Cinayət işinin materiallarında olan SMS məlumatlarına baxış protokolları, eləcə də həmin mesajların məzmunu ilə müəyyən edilir ki, 2015-ci ili n yanvar-iyun aylarında ***-**** nömrələrindən istifadə edərək bir-birilə sms yazışmaları aparmışlar. Belə ki, cinayət işinin 7-ci cildində olan SMS məlumatlarından aşağıdakılar müəyyən olunur. X-**-** nömrələrindən Xnin istifadə etdiyi (050) ***-**-** nömrəsinə xx.xx.2015-ci il tarixdə “X3 muellim razidi verecek”, “15 dedim”, xx.xx.2015-ci il tarixdə “Sabahiniz xeyr X3 muellim. Axşam narahat etmek istemedim. Senedi mene buğun verecekler. İnşallah axsam imkan olar size vererem. Emanetide bazar gunune qeder verecek." xx.xx.2015-ci ildə “men haziram X3 muellim))) ne vaxt deseniz)) o adamın zengini gozleyirem alim size xeber edim” məzmunda, Xnin (050) ***-**-** nömrəsindən Şahid2 istifadəsində olmuş (050) ***-**-** nömrəsinə xx.xx.2015-ci il tarixdə “Yaxsılıqdir qebuldayam komiteda, iceri gir an adam cixmir ki, man girim", xx.xx.2015-ci il tarixdə “Bine meselesi noldu” məzmununda SMS yazışmaları olmuş, sonuncu SMS-ə isə Şahid2 Xyə “Bineni buğun mene verecek, mende inşallah axsam size verecem" məzmunda cavab yazmışdır. Mesajların məzmununda digər maraqlı məqam ondan ibarətdir ki, xx.xx.2015-ci tarixdə Şahid2 istifadəsində olan (055) ***-**-** mobil nömrəsindən Xnin istifadə etdiyi (050) ***-**-** nömrəsinə “X3 muellim men inanin cox pisem cunku xahis edibler gozleyim valyutaya gore” “Ele utaniramki zeng gozleyirem sizide ozumude sevindirim”, xx.xx.2015-ci il tarixdə “X3 muellim baqiwla narahat etdim. onlar zeng etdi serencamla baqli men sabaha soz verdim. Mumkunse bir elaqe saxlaya bilersiz?bugun iw gunudu“ xx.xx.2015-ci tarixdə X istifadəsində olan (050) ***-**-** nömrəsindən Şahid2 istifadəsində olmuş (055) ***-**-** nömrəsinə “Bu gun carsanbadir ahvalin yaxshi olsun sokalad ye. Ha maclisdayam muzakira gedir amma deyishklik olmayacaq bu gunda milli bank qerarin dayismadi”, “Man saat 2 cixicagam muallimla danismaliyam san isla bagli danismamisan ne deyirlar yena mana xeber et”, “X niye uzr istayirsan niya asablasirsan ne olub ki dunyanin sonudur indi na dedilar son sozleri ne oldu” məzmununda qarşılıqlı yazışmalar olmuşdur. Yazışmaların ümumi məzmunundan aydın olur ki, Şahid2 ifadələrinin (ifadəsində Xnin özünü Milli Məclisin deputatlığına namizədi kimi təqdim etmiş) doğruluğu yalnız onun özünün vermiş olduğu məlumatlarla deyil, onunla X arasında olan SMS yazışmaları ilə də təsdiqlənmiş, lakin məhkəmələr həmin faktlara ümumiyyətlə əhəmiyyət verməmiş, qeyd olun an ifadələrin mötəbərliyinə şübhə ilə yanaşmışlar. Digər tərəfdən X mətbuat işçisi olmaqla Şahid2 Binə məsələsi ilə bağlı maraqlanmasında, həmin işlə bağlı maraqlı şəxslərin yekun fikirlərinin Şahid2 tərəfindən öyrənilməsində əsl məqsədinin, yazışmalarda dəfələrlə “Qəbuldayam”, “Müəllimlə danışmalıyam“, “Məclisdəyəm müzakirə gedir, bu gündə milli bank qərarı dəyişmədi” kimi ifadələrdən istifadə etməklə sankı özünü Şahid2 problemli işləri həll edən, yuxarılara əli çatan şəxs kimi tanıtmasında əsl məramının nədən ibarət olması ilə bağlı ağlabatan arqumentlər təqdim edə bilməmiş, məhkəmələr tərəfindən də bu hallar aydınlıq gətirilməmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, zərərçəkmiş şəxsdən ilkin olaraq 2015-ci ilin mart ayından pullar alınmağa başlansa da (17 mart 2015-ci il tarixli kred it müqaviləsindən görünür ki, Şahid1 85000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 verməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 5 saylı notariat kontorunda həmin gün təsdiq edilmiş), cinayətin iştirakçıları arasında bununla bağlı danışıqlar daha erkən, yəni 2015-ci ilin fevral ayının əvvəllərindən aparılmış və Zərərçəkmiş şəxs tərəfindən verilmiş pul vəsaiti dollarla olduğunda həmin vəsait təqsirləndirilən şəxslər tərəfindən qəbul edilməmiş, daha sonra həmin vəsait dəyişdirilərək manatla verilmişdir (Zərərçəkmiş şəxs ifadəsi) ki, göstərilən halda belə X ilə Şahid2 arasında olan yazışmada əks olunmuşdur. Həmçinin tərəflər arasında yazışmalara diqqət etdikdə, mesajlar çox qısa müddətdə yazıldığı, həmin mesajlarda Şahid2 Xyə ünvanlanmış hansısa təhdidin, yaxud X3u i ncitməyə, şərləməyə çalışması ilə bağlı heç bir yazışma qeydə alınmamışdır. xx.xx.2015ci il tarixdə (bu tarixdən sonra X tərəfindən Şahid2 tərəfindən yazılmış smslərə cavab verilməməsinə baxmayaraq) və bundan sonrakı tarixlərdə X14 SMS mesajları yazaraq verdiyi pulları ondan geri tələb edir və vətəndaşlar qarşısında pis vəziyyətə olduğunu bildirərək X3dan kömək istəyir, sonuncu isə ona heç bir cavab vermir. Halbuki X öXdindirilərkən ilkin ifadəsindən başlayaraq sona qədər bildirmişdir ki, X6 ona böhtan atır, onu şantaj edir, aldığı pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirməklə bildirir ki, guya pulu ona verib. X6 ilə uzun müddətdir ki, tanışdır, onunla yaxın münasibətləri olmuşdur, lakin, özü ailə qurduqdan sonra X6dan ayrılmağa məcbur olmuş, daha onunla görüşməmişdir. Lakin, X6 həmi n dövrdə də onu təkrar görüşməyə təkid etmiş, əks halda isə onların münasibəti olmasını ailəsinə də bildirəcəyini demişdir. Onun təkidləri nəticəsində yenidən bir neçə dəfə də görüşmüşlər və nəhayət o, X7ə bildirmişdir ki, yaxşı olar ki, dostcasına ayrılsınlar və bir daha o, X7lə görüşməmişdir. Aralarında belə bir ziddiyyət yarandıqdan sonra X7 ondan əl çəkməmiş, onu hər cür vasitələrlə incitməyə, şərləməyə çalışmışdır. Yuxarıda qeyd olunan SMS yazışmalarının məzmunundan aydın olur ki, Xnin Şahid2 ondan əl çəkməməsi, onu hər cür vasitələrlə incitməyə və şərləməyə çalışır kimi ifadələri heç bir dəlillə təsdiq edilməmiş, tam tərsinə, bu hallar təkzib olunmuş və sübut edilmişdir ki, onların arasında qısa müddətdə danışıqlar və yazışmalar olmuş, danışıqların ilkin mərhələsində hətta Şahid2 s onuncuya X3 müəllim deyə müraciət etmiş, daha sonra münasibətlər məhz Xnin təkidi ilə bir qədər səmimi danışıqlara keçmiş (baxmayaraq ki, Şahid2 yena sonuncuya Siz deyə müraciət etmiş), hətta X Şahid2 smslərinə cavab vermədiyi halda belə sonuncu Xnin ünvanına təhdid, yaxud yaxın şəxsi münasibətlərin əks olunduğu smslər yazmamışdır. Həmçinin öyrənilmiş materiallarda müəyyən olunur ki, X hələ X7lə danışmamışdan əvvəl evlənmiş, himayəsində də üç azyaşlı uşağı olmuş və qeyd olunan haldan X7 məlumatlı olmuşdur. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin bəhs edilən dövrdə Şahid2 Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı ərazi idarəsində mütəxəssis vəzifəsində işləməsi, özünün kifayət qədər tanıdığı insanlar olduğu halda, bu xidmətlə bağlı olmayan Xyə iş görmək üçün pul verməsini n inandırıcı olmaması barədə qənaətinə dair xüsusi qeyd olunmalıdır ki, bu hissədə cinayətin icra mərhələləri qarışdırılmış, yəni hazırki işdə zərər çəkmiş şəxsdən müxtəlif vaxtlarda alınmış pullar ilkin olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün ərazi üzrə Xəzər rayon icra hakimiyyətindən sərəncam alınması, sonradan isə çıxarışın alınması məqsədilə verilmişdir. Belə ki, X1 ifadəsində Xnin Xəzər rayon icra hakimiyyətinin işçisi olmasını düşündüyünü, sonuncuya 30.000 manat pulu torpağın təyinatının dəyişdirilməsinə dair icra hakimiyyətindən sərəncam alması üçün verdiyini bildirmişdir. Göründüyü kimi məhkəmələr Xnin ifadələri əsasında digər sübutları şübhə altına alarkən Xnin gətirdiyi dəlillərin toplanmış sübutlarla açıq-aşkar ziddiyyət təşkil etməsinə, bəzilərinin məntiqli olm amasına əhəmiyyət verməmişlər. Apellyasiya məhkəməsinin Xyə bəraətin verilməsinin əsası kimi çıxış edən digər xususata, yəni cinayətin digər iştirakçılarının Xni, sonuncunun da həmin şəxsləri tanımaması ilə bağlı qənaətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hal şəxsə bəraətin verilməsi üçün əsas olmasa da, X əməli düzgün qiymət verilməsinə təsir edən vacib amil (dələduzluq faktı müəyyən olunduğu təqdirdə, təqsirli şəxsin niyyətinin hansı məbləğdə pul vəsaitinin yönəlməsinə münasibətdə) kimi çıxış edir. Belə ki, Cinayət Məcəlləsinin 33-cü maddəsinə görə, cinayətin iştirakçılarının məsuliyyəti, onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 33.3-cü maddəsində isə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisinin törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilməsi göstərilmişdir. Cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi halları Cinayət Məcəlləsinin 34-cü maddəsi ilə tənzimlənir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. İşin müəyyə n edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə və Ali Məhkəmənin Plenum qərarında əks olunmuş hüquqi mövqeyinə cavab vermədiyi müəyyən olunur. Göründüyü kimi, yuxarıda təsvir edilən çatışmazlıqlar və nöqsanların əksəriyyətinin Ali Məhkəmənin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarında da təsbit edilməsinə baxmayaraq, işə növbəti baxan apellyasiya instansiyası məhkəməsi işin düzgün həlli üçün əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, həmin sübutlara CPMnin 143-146-cı maddələrinin tələb etdiyi qaydada düzgün qiymət ver məmiş, bu isə həmin məhkəmə tərəfindən CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verdiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, bu çatışmazlıqların mövcudluğu vəziyyətində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar qüvvədə saxlanıla bilməz və belə vəziyyət iş üzrə həqiqətin müəyyən edilməsi üçün təkrar araşdırmanın aparılmasını, araşdırılmış bütün sübutlara onların X7yə qarşı irəli sürülmüş ittiham üzrə təqsirli və ya təqsirsiz olması barədə nəticəyə gəlmək üçün kifayət etməsi nöqteyi nəzərindən qiymət verilməsini labüd edir. Beləliklə kassasiya protestinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini m üəyyən edərək və həmin protestin təmin edilməsi haqda dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin, protestin təmin edilməməsi haqqında bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarınıını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə XnaXilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2023-cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkə məsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının XnuX23-cü il tarixli, 1(103)601/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar