Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1558/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum xxx iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024-cü il tarixli, 1(103)-625/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri X ətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(011)-352/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim: F.A.Axundov) xx xxx 1992-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, ünvan 1 ünvansız evdə qeydiyyatda olmaqla ünvan 2 Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 15 aprel 2023-cü il tarixdən 17 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının əvvəli yaşayış yeri üzrə probasiya qurumunda qeydiyyata alındığı vaxtdan hesablanmışıdr. Birinci instansiya məhkəməsinin həmin hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarı ilə, (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ş.Məmmədov və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024-cü il tarixli Zərə rçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum həyat yoldaşı Şahid2 sifarişi ilə 28 oktyabr 2022-ci il tarixdə saat 22:00-da ünvan 3 ünvana gəlmiş «Toyota» markalı, «Prius» modelli ** RO *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək sifarişi yerinə yetirməməsi səbəbindən aralarında yaranmış münaqişə və davadalaşa görə həmin gün saat 23:20-də araşdırma ilə bağlı ünvan 4 ünvanında yerləşən Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin inzibati binasının qarşısına gəldikdə, Zərərçəkmiş şəxs onun həyat yoldaşı Samirə Musazadəyə baxıb özü-özlüyündə anlaşılmayan ifadələr işlətməsi pis təsir göstərdiyindən yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona çeynəmə hərəkət lərində hərəkət məhdudluğu və ağrı simptomu ilə qeyd olunan sağ almacıq - əng komplekslərin yerini dəyişən sınığı, OD (sağ göz) qapaqları hematoması, subkonyuktival qansızına, sağ göz orbitası və gözaltı nahiyədə sorulmaqda olan hematoma və üzərində sağ gözün alt qapağında əzilmiş yara və bu fonda sağ göz almasının ağrı qişasında qansızma, sağ yanaq nahiyəsində sorulmaqda olan hematoma kimi ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan xəsarətlərdən ibarət qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya mə hkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib-qiymətləndirilməmiş, nəticədə Məhkum əməli düzgün olmayan maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs bildirir ki, ona xəsarətin həmçinin başqa şəxslər tərəfindən yetirilməsini dəfələrlə bildirməsinə baxmayaraq göstərilən hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Kassasiya şikayətinin müəllifi iddia edir ki, istintaq düzgün aparılmamış, iş üzrə sənədlər və sübutlar saxtalaşdırılmış, cinayət hadisəsinin digər iştirakçıları iş üzrə məsuliyyətə cəlb edilməmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilən apellyasiya şikayətini təmin etməyib, hökmü dəyişdirilmədən saxlamış, beləliklə, birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənləri Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15 maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qəymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yenidən istintaqa qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə v ə yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə Məhkum əməlinin yüngül maddə ilə tövsif edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yenidən ibtidai istintaqa qaytarılması barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.2.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 fevral 2024cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələ b edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarə n araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Apellyasiya instansiyası məhk əməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr zərər çəkmiş şəxsin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CMnin 127.1-ci maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. İşə apellyasiya instansiyası məhk əməsində baxılarkən Zərərçəkmiş şəxs heç bir əsaslı dəlil irəli sürmədən apellyasiya şikayətində cinayət hadisəsinin digər iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilməsini və eyni zamanda Məhkum cinayət əməlinin tövsifinin ağırlaşdırılmasını xahiş etmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddə sinin tələblərindən görünür ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. CPM-nin 318.1 və 318.2-ci maddələrində təsbit edilmiş normaların təhlili göstərir ki, əvvəla məhkəmə cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxır və onun öz təşəbbüsü ilə təqsirləndirilən şəxsə daha ağır ittihamın elan edilməsi üçün cinayət işini və ya sadələşdirilmiş icraat materialarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmaq, yaxud da təqsirləndirilən şəxs barəsində ona elan edilməmiş daha ağır ittiham üzrə hökm çıxarmaq və ya qərar qəbul etmək səlahiyyəti yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsə qarşı daha ağır ittihamın irəli sürülməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən p rokurora qaytarılması barədə dövlət ittihamçısını vəsatətinin təmin edilməsinə dair tələb imperativ xarakter daşıdığı halda, bu haqda zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsi qaldırdığı vəsatət üzrə qərarın qəbul edilib-edilməməsi məsələsi dövlət ittihamçısının rəyi nəzərə alınmaqla məhkəmənin mülahizəsinə əsasən həll edilir. Yəni məhkəmə belə vəsatətin həm təmin edilməsi, həm də rədd olunması haqda qərar qəbul edə bilər və belə qərardan apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərlə yanaşı cinayət-prosessual qanunvericiliyinin müvafiq normalarına əsaslanan məhkəmə kollegiyası eyni zamanda onu da qeyd etməyi zəruri bilir ki, birinci və apellyasiya instansiyası məhkəmələrində icraatın aparılması barədə tələblərə (müvafiq ola raq CPM-nin XL-XLV və XLVİİ fəsillərində olan maddələrə) nəzər yetirildikdə görünən odur ki, CPM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar yalnız birinci instansiya məhkəməsində aparılan icraata aiddir və belə olan halda cinayət işinə və ya sadələşdirilmiş icraat materiallarına apellyasiya qaydasında baxılarkən istər dövlət ittihamçısı, istərsə də zərərçəkmiş və ya onun qanuni nümayəndəsi tərəfindən təqsirləndirilən şəxsə daha ağır ittihamın elan olunması və bunun üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud da birinci instansiya məhkəməsinə qaytarılması barədə vəsatət qaldırılsa belə, apellyasiya instansiyası məhkəməsi həmin vəsatət üzrə hər hansı (onun təmin və ya rədd edilməsi haqqında) qərar qəbul etmək səlahiyyətində deyil. Qanunvericiliy in tələbinə görə, yalnız CPM-nin 391.8-1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə təqsirləndirilən şəxsə daha ağır ittihamın irəli sürülməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında Azərbaycan Respublikası Baş Prokuroru, Naxçıvan Muxtar Respublikasının ərazisində isə - Naxçıvan Respublikası Prokuroru apellyasiya protesti verdikdə və apellyasiya instansiyası məhkəməsi belə protestlə razılaşdıqda, həmin məhkəmə ilkin baxış iclasında apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-nin 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən, bu halda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir və cinayət işini və məhkəməyədək sadələşdirilmiş icraat materiallarını birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Məhkum barəsindəki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli hökmündən CPM-nin 391.8-1-ci maddəsində nəzərdə tutulmuş apellyasiya protesti verilmədiyindən apellyasiya instansiyası məhkəməsi də CPM-nin 391.9.1 və 391.9.2-ci maddəsində göstərilən qərarı qəbul etməmişdir. Zərər çəkmiş şəxs is ə həmin hökmdən CPM-nin 391.8-1-ci maddəsində göstərilən məzmunda apellyasiya şikayəti versə də, apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilən tələbə uyğun qərar qəbul etmək səlahiyyətində olmamış və buna görə də, məhkəmə həmin şikayətə Məhkum elan olunmuş və onun təqsirli bilindiyi ittiham daxilində baxaraq müvafiq qərar qəbul etmişdir. Bu halda apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliklərinin hər hansı normasının pozulmasına yol verilməmişdir. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi də özünə aid icraatı həyata keçirərkən məhkum olunmuş şəxsə daha ağır ittihamın elan olunması üçün apellyasiya instansiyası məhkəməsinin qərarını (hökmünü), yaxud da onunla birlikdə birinci instansiyası məhkəməsinin hökmünü və ya qərarının ləğv etmək və cinayət işinə yenidən baxılması üçün həmin işin birinci və ya apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqqında qərar qəbul etmək səlahiyyətinə malik deyil ona görə ki, bununla bağlı tələb CPM-nin 416 və 419-cu maddələrində nəzərdə tutulmamışdır. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayətprosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan, kollegiya bu məsələ ilə əlaqədar zərərçəkmiş şəxsin irəli sürdüyü iddia ilə və bu iddianın əsaslandırılması üçün gətirilən dəlillərlə razılaşmır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416. 1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 27 fevral 2024-cü il tarixli, 1(103)-625/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 27 fevral 2024-cü il tarixli, 1(103)-625/2024 nömrəli qərarı zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1558/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1558/2024
09.07.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver