Məhkəmə qərarları › İş №1(102)-1559/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1559/2022

23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1559/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü ilə (hakimlər: E.Q.Məmmədov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 28 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.O.Əskərova (sədrlik edən), V.C.Cəfərov və R.Ə.Ağayev) apellyasiya protesti və apellyasiya təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Məhkum Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, istintaqa məlum olmayan şəxsdən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 5 bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi çəkisi 0,856 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış,xx.xx.2021-ci il tarixdə saat 21:40-da Sumqayıt şəhəri Corat qəsəbəsi Sülh küçəsində yerləşən Corat inzibati ərazi dairəsinin yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin bölmənin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 5 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərində, ayrıayrılıqda təmiz çəkiləri 0,281 qram, 0,190 qram, 0,067 qram, 0,157 qram, 0,161 qram, ümumi təmiz çəkisi 0,856 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşka r edilərək götürülmüşdür Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmadığından məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkum narkotik maddənin satışı ilə məşğul olmaması barədə verdiyi ifadəsi özünü müdafiə xarakterli olub qeyri-səmimi, qeyri-obyektiv olduğ undan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, məhkəmələr bu hala münasibət bildirməmiş, cinayət-prosessual qanunvericiliyin normalarının tələblərini pozaraq işin obyektiv hallarına uyğun olan istintaqda əldə olunmuş sübutları düzgün qiymətləndirməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müə yyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarlarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respubli kası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cin ayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələr in yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və y a psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilər ək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. Belə ki, birinci instansiya məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində kafe işlətmiş, həmin kafedə xx.xx.2021-ci il tarixdə spirtli içki qəbul edərək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsinə gələrkən həmin gün saat təxminən 21:40 radələrində X10 və X11 adlı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə dəvət etmişlər. O, Polis əməkdaşları ilə 1-ci polis bölməsinə gəldikdən sonra orada onunla qonşuluqda yaşayan X12 adlı şəxsin də polis əməkdaşları tərəf indən tutularaq 1-ci polis bölməsinə gətirildiyini görmüşdür. Onları həmin bölmədə xidməti otaqların birində saxlamışlar və həmin vaxt X13 və X14 adlı polis əməkdaşları ona təzyiq göstərərək və X14 adlı polis əməkdaşı ona fiziki zor tətbiq edərək 10 bükümdə narkotik vasitəni onlara vermiş və həmin bükümləri üzərlərində saxlamalarını videoçəkilişlə üzərlərinə baxış keçirilən zaman həmin bükümləri çıxararaq təqdim etmələrini və özlərinə məxsus olmasını bildirmişdir. Həmin vaxt həmin bükümlərdən 5 ədədini ona, 5 ədədini də qonşusu X11 vermişlər. Bundan sonra polis bölməsinə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 dəvət olunmuş və onun hüquqlarını o, müdafiə edəcəyi ona bildiririlmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəklişlə baxış keçirilmiş və həmin baxış zaman ı polis əməkdaşlarının ona verdiyi 5 bükümdən ibarət narkotik maddə olan heroini çıxararaq polis əməkdaşlarına təqdim etmiş və müdafiəçinin sualına cavab olaraq həmin narkotik maddənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, həmin narkotik maddənin ona X11 və X12 adlı polis əməkdaşları tərəfindən verilməsi və X13 adlı şəxsin ona fiziki zor tətbiq etməsi barədə müstəntiqə, prosessual rəhbərliyi həyata keçirən prokurora və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxan məhkəməyə deməmişdir. Onun bədəni üzərində müvəqqəti saxlama yerində və ya istintaq təcridxanasında heç bir xəsarət izi aşkar olunmamışdır. O, üzərinə videoçəklişlə baxış keçirilən zaman sərxoş olmuş, nə dediyini dəqiq xatırlamamışdır. O, yalnız indiyədək bir dəfə narkotik m addə olan heroin istifadə etmiş, ondan başqa heç bir vaxt narkotik maddələrdən istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotik maddə heroini isə ona polis əməkdaşları X11 və X12 adlı şəxslər vermişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:40-da Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib onu 1-ci PB-nə dəvət etmişlər. 1-ci PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə dair etirazının olmadığını və həmin vəkil tərəfindən hüquqlarının müdafiə olunmasını istədiyini bildirmişdir. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamış olduğu, Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən, şəxsi istifadəsi üçün 30 manat qarşılığında aldığı içərisindən narkotik vasitə heroin olan 5 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini təqdim etmişdir. Həmin bükümlər açılıb və bükümün içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin gümüşü rəngli siqaret kağız ilə birlikdə çəkisinin, 0,41 qram, 0,37 qram, 0,49 qram, 0,37 qram, 0,31 qram olduğu müəyyən olunmuş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Eləcə də o, ifadəsində narkotik vasitəni aldığı şəxsi tanımadığını, həmin şəxslə arasında əvvəllər narkotik vasitələrin alqısatqısına dair münasibət olmadığını, həmin şəxs lə təsadüfən görüşdüyünü, o, 20 yanvar dairəsi yaxınlığında olan zaman həmin şəxs ona özü yaxınlaşıb narkotik vasitə olan heroin təklif etdiyini, o, isə 30 manat verib 5 bükümdə narkotik vasitə olan heroini həmin şəxsdən aldığını, həmin şəxsin əlamətlərinin təxminən 35-45 yaşında, orta bədən quruluşlu, 170 sm - 175 sm hündürlükdə, qaraşın şəxs olduğunu, həmin narkotik vasitəni əldə etmək üçün satıcıya 30 manat pul ödədiyini, vermiş olduğu 30 manat pulun özünə məxsus olan pul olduğunu, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququnun pozulmadığını, heç bir zaman hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını göstərmişdir. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum üzərində aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etsə də, bildirmişdir ki, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsindən göstərmişdir ki, Məhkum əvvəllər tanımamış, həmin şəxsə qarşı düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhəri Corat qəsəbəsi ev 365-də yaşayan 1981ci il təvəllüdlü X14 adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq q rup yaradılıb və o, həmin qrupa daxil edilmişdir. Həmin gün Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində Məhkum gələcəyi yerdə pusqu qurmuşlar. Saat 21:40-da Corat qəsəbəsi ərazisində əlamətlərindən Məhkum bənzər şəxsə yaxınlaşıb və özlərini təqdim edib həmin şəxsə özünü təqdim etməyi dedikdə, həmin şəxs özünü təqdim edərək Məhkum olduğunu bildirmişdir. Məhkum qanunsuz olaraq narkotik vasitə əldə etmə, istifadə etmə, saxlama, gəzdirmə və satmaqda şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığı üçün sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyətı üzrə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə getməli olacaqlarını bildirmişlər. Sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra Məhkum xidməti avtomobilə əyləşdirmişl ər. Məhkum Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nin əməkdaşlarının müşayiəti ilə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə gətirilmişdir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB də xidməti otaqlarının birində təhqiqatçı Elşad Məmmədov özünü təqdim edərək saxlanılan şəxsə özünü təqdim etməyi təklif etmişdir. Saxlanılan şəxs Məhkum olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını və polis bölməsinə gətirildiyini bildirmişdir. Təhqiqatçı Məhkum şübhəli şəxs kimi saxlanıldığı üçün hüquq və vəzifələri haqqında məlumat verib, bildirişi təqdim etmişdir. Daha sonra Məhkum hüquqlarını müdafiə etməsi üçün Sumqayıt Regional Vəkillər bürosunun vəkili X3 təyin olunduğunu bildirib, ondan etirazının olub-o lmamasını soruşmuşdur. Məhkum heç bir etirazının olmadığını bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşaraq əgər varsa, təqdim etməsini demişdir. Məhkum əynindəki göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 05 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini çıxarıb stolun üzərinə qoymuşdur. Təhqiqatçı saxlanılan şəxsdən həmin bükümlər barədə soruşduqda Məhkum bükümlərin daxilindəkinin narkotik vasitə olan heroin olduğunu və şəxsi istifadəsi üçün, Bakı şəhəri, 20 Yanvar ərazisindən tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər tərəziyə qoyulub çəkilən zaman həmin narkotik vasitə olan heroin bükümlərinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə birinci bükümün 0,41 qram, ikinci b ükümün 0,37 qram, üçüncü bükümün 0,49 qram, dördüncü bükümün 0,37 qram, beşinci bükümün 0,31 qram çəkidə olduğu müəyyən edilmişdir. Vəkil Salman Qasımov Məhkum saxlanılarkən hər hansı bir fiziki zor tətbiq olub - olmaması barədə və həmin narkotik vasitənin sonuncuya məxsus olması barədə soruşduqda Məhkum həmin narkotik vasitələrin özünə məxsus olduğunu və heç bir fiziki zor tətbiq olmadığını bildirmişdir. Məhkum üzərindən aşkarlanaraq götürülmüş içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan bükümlər bükümündə istifadə edilən materiallarla birgə qablaşdırılıb DİN-in möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış hərəkətinə dair tərtib olunmuş protokollar onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkum saxlamamışdan öncə tanımamış, lakin həmin şəxsin adını agentura məlumatlar ında narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin siyahısında dəfələrlə eşitdiyini, Məhkum narkotik vasitə və ya psixotrop maddə satması barədə ona məlumat daxil olduğunu, bu istiqamətdə o, müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirdiyini, lakin həmin şəxsin kimə harada hansı məbləğdə pul qarşılığında narkotik vasitə və ya psixotrop maddə satmasını müəyyən edə bilməmişdir. Şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və aşağı instansiya məhkəmələrində şahid qismində dindirilmiş şəxslər, polis əməkdaşları olmaqla Məhkum barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmişlər, onlar ifadələrində təqsirləndirilən şəxsin narkotik vasitənin satması faktını müəyyən etməmişlər, yalnız məlumatları nın olmasını göstərmişlər. Həmçinin, Məhkum istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqları ndan biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. B eləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-416.1.15-ci maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar