Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1559/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə Məhku m Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı ilə isə onun barəsindəki CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə və CM-nin 66.2-ci maddəsinə əsasən ona cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin olunması haqqında müddəaların xaric edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlu) Məhkum, xx xxxxx 1983-cü il tarixdə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Аğır Cinаyətlərə Dаir İşlər Üzrə Аzərbаycаn Respublikаsı Məhkəməsinin 03 noyabr 2006-cı il tаrixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 180.2.1, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3cu maddəsinə əsasən 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məh kəməsinin Cinayət Kollegiyasının 11 fevral 2014-cü il tarixli qərarı ilə Xətai Rayon Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli hökmü dəyişdirilərək törətdiyi cinayət əməli CM-nin 221.2.1-ci maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilmiş, CM-nin 69.3-cu maddəsinə əsasən ona həmin maddə əsasında qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və 17 may 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Qazax rayonunun Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə, CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən topl amaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3cü maddəsinə əsasən onun 03 (üç) ay ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq məhkumun üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiyası məhkəməsinin hökmünə əsasən, Məhkum 06 may 2022-ci il tarixdə Bakı şəhərində istintaqa məlum olmay an mənbədən 60 manata qanunsuz olaraq satış məqsədi ilə 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,020 qram, 0,049 qram, 0,050 qram, 0,225 qram, 0,303 qram, ümumi təmiz çəkisi 0,647 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən 0,694 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 07 may 2022-ci il tarixdə ünvan 2 ünvanda tanışı Təqsirləndirilən şəxs qanunsuz olaraq 0,428 qram psixotrop maddə olan metamfetamini 10 manata satmış, Təqsirləndirilən şəxs 07 may 2022-ci il tarixdə saat 16:45 radələrində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36- cı Polis Bölməs inin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısından psixotrop maddə və narkotik vasitə qəbul etməkdə şübhəli şəxs qismində saxlanılıb ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən baxış zamanı əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 07 may 2022-ci il tarixdə saat 19 radələrində Məhkum ünvan 2 ünvanda psixotrop maddə və narkotik vasitə satmaqda və qəbul etməkdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin inz ibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində keçirilən baxış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusunun içərisində saxladığı 5 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,020 qram, 0,049 qram, 0,050 qram, 0,225 qram, 0,303 qram, ümumi təmiz çəkisi 0,647 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, digər üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,026 qram, 0,162 qram, 0,078 qram, ümumi təmiz çəkisi 0,266 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Abdullayeva Gülüstan Hümmət qızı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 28 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü Məhkum CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunmuş, onun barəsindəki CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, hökmdən CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qəti cəzanın təyin edilməsinə dair müddəalar xaric edilmiş, hökm Məhkum CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən onun 03 (üç) ay ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmdən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin də lilləri: Cəza təyin etmənin prinsipləri, şərtləri və qaydaları təsbit edilmiş CM-nin müvafiq maddələrinə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına istinad edən dövlət ittihamçısı M.İ.Vəliyev kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki cinayət işi üzrə Məhkum təqsirli bilindiyi CM-nin 234.2-ci maddəsi ilə barəsində cəza tədbirinin seçilməsi zamanı heç bir əsaslandırma aparmadan məhkumun səmimi etirafını əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qiymtələndirmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bununla razılaşıb məhkuma qeyd edilən maddə ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında Xətai Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, nəticədə məhkəmələr tərəfindən sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş, məhkum olunmuş şəxsə isə cinayət qanunvericiliyinin normalarına uyğun cəza təyin olunmamışdır. Bundan başqa, dövlət ittihamçısı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ibtidai araşdırma zamanı ev dustaqlığında saxlanılması müddətini nəzərə alıb həmin müddəti cəzadan çıxmaqda da haqlı olmamış, bununla da təyin olunmuş cəzanın müddətinin hesablanmasında səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan Xətai Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qərarından görünür ki, məhkəməyədək icraat dövründə Məhkum barəsində əvvəli 07 may 2022 -ci il tarixdən hesablanmaqla 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 19 may 2022-ci il tarixdə onun yeri müəyyən edilmədiyindən və o, istintaqdan qaçıb gizləndiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 278-ci maddəsinə əsasən onun axtarışı elan edilmiş və 03 iyun 2022-ci il tarixdə Məhkum barəsində olan 110568/22 saylı axtarış işi üzrə o, Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin İŞ-nə təqdim edilmişdir. Həmin gün Məhkum CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə ittiham elan edilmiş, müstəntiq tərəfindən o, istintaqın çağırışından yayınsa barəsində həbs qətimkan tədbiri seçiləcəyi barədə xəbərdarlıq elan olunmuş və bu barədə ondan iltizam alınmışdır. Göründüyü kimi, məhkəməyədək icraat dövründə təqsirləndirilən şəxs Məhkum barəsində 19 may 2022-ci il tarixdə axtarış elan edilməklə onun barəsində axtarış işi açılmışdır. Belə olan halda, ev dustaqlığı qətimkan tədbirinin müddətinin axımı da dayanmışdır. Qeyd olunanlardan görünür ki, Məhkum ev dustaqlığı növündə qətimkan tədbirinin şərtlərini faktiki olaraq 19 may 2022-ci il tarixdən pozmuş, lakin məhkəmə cəza təyini zamanı onun barəsində axtarış elan edilməklə axtarışda olmasını, 03 iyun 2022-ci il tarixdə Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin İŞ-nə təqdim edilməsini nəzərə almadan onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini tam şəkildə, yəni 03 (üç) ay kimi qəbul edərək həmin müddəti əsassız olaraq ona təyin olunmuş cəza m üddətinə hesablamışdır. Dövlət ittihamçsının qənaətinə görə, Məhkum CM-nin 234.2-ci maddəsi ilə təyin olunmuş cəza nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə də onun törədilməsi şəraitinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamış və bu cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarla rında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq, müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmiş dir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.1 0-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələ ri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən birinci instansiya məhkəməsi iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı hazı rki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq məhkumun əməlinin hüquqi tövsifi ilə bağlı ibtidai araşdırma orqanının nəticələri ilə razılaşıb onun CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunması barədə nəticəyə gəlmiş, apellyasiya protestinə məhkəmə baxışı iclasında isə dövlət ittihamçısı Məhkum CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamdan imtina etdiyinə görə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 28 fevral 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli hökmü Məhkum CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilinməsinə və cəzalandırılmasına aid hissədə ləğv olunmuş, onun barəsindəki CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, hökmdən ona CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qəti cəzanın təyin edilməsinə dair müddəalar xaric olunmuş, hökm Məhkum CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına dair hissədə dəyişdirilmədən saxlanılmış, CM-nin 69.3-cü maddəsinə əsasən isə onun 03 (üç) ay ev dustaqlığında saxlanıldığı müddət nəzər ə alınmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmdən saxlanılmışdır. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirinin sübuta yetirilməsi və onun əməlinin məhz bu maddə ilə tövsif edilməsi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərini törətmiş şəxsin CMnin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılmasına səbəb olur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin o lunmuş cəzanın – qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Bununla əlaqədar məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bunu cinayət qanunvericiliyin in aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tə dbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqıqda digər cinayət hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın i şgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsir li bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddə lərində, cəzanı ağırlaşdıran hallar isə - CM-nin 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-nin 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-nin 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin krimi nallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır.” «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcr übəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhl ükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 25-ci bəndində məhkəmələrə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaları tövsiyə edilərək qeyd olunmuşdur ki, bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədil ərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların p rekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Bu halların cəza təyin edilərkən nəzərə alınması Azərbaycan Respublikasının 1992ci il oktyabrın 28-də qoşulduğu Birləşmiş Millətlər Təşkilatının “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasının tövsiyələrindən də irəli gəlir. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CM-nin 58.1-ci maddəsinin mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-nin Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirin in seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə CM-nin 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə Məhkum CM-nin 234.2-ci maddəsi ilə həmin maddənin aşağı həddində - 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş birinci instansiya məhkəməsi cinayət qanunvericiliyinin məhz bu normasının tələblərindən çıxış edərək məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun satış məqsədilə əldə edərək saxlayıb daşıdığı narkotik vasitənin və psixotrop maddənin az miqdarlarda – müvafiq olaraq 0,647 qram və 0,694 qram çəkidə olmasını (cinayətin ictimai təhlükəliliyinə dəlalət edən hal) və CM-nin 59.2-ci maddəsinə əsasən onun törətdiyi əməli səmimi etiraf etməsini, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin məhkəmənin bu mövqeyi ilə razılamışdır. Məhkəmələr tərəfindən Məhkum törətdiyi əməli səməmi etiraf etməsinin nədə ifadə olunmasının və bu halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasının əsaslandırılmamasına dair kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına görə, Məhkum onun barəsində aparılan cinayət təqibinin bütün mərhələlərində özünü ona elan olunmuş ittiham üzrə, o cümlədən CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərək və cinayət təqibni aparan orqanla əməkdaşlıq edərək törətdiyi cinayətin bütün halları barədə etirafedici ifadələr vermiş, bununla da səmimiyyət nümayiş etdirmişdir. Onun törətdiyi əməli səmimi etiraf etməsi isə onun ardıcıl olaraq eyni məzmunda verdiyi etirafedici ifadələrin də əksini tapmışdır ki, bu ifadələr də ətraflı olaraq həm ittiham aktında, həm də birinci instansiya məhkəməsinin hökmündə təsvir edilmişdir. Belə olan halda, Məhkum verdiyi həmin etirafedici ifadələrindən əlavə onun törətdiyi cinayəti səmimi etiraf etməsinə dəlalət edən hər hansı başqa halın müəyyən edilməsinə heç bir əsas yaranmamış, dövlət ittihamçısı da öz kassasiya protestində bu halı təkzib edən belə hallara istinad etməmişdir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəz anı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır. Bundan başqa, məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin əsaslandıqları halın – Məhkum törətdiyi əməli səməmi etiraf etməsinin cəzanı yüngülləşdirən hallar kimi hesab etmələrində də heç bir qanun pozuntusu görmür, çünki belə halın cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması üçün CM-nin 59.2-ci maddəsinin tələbləri imkan verir və bu hal qanunun (CPM-nin 139.0.5-ci maddəsinin) tələb etdiyi qay dada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmşdir. Məhkəmə kollegiyasının fikrincə, qanunun bu norması məhkəmələrə onlara verilmiş səlahiyyətlərdən sui-istifadə etmədən cəza təyin etmə məsələsini həll edərkən iş üzrə araşdırılmış sübutlarla təsdiq olunduğu halda təqsirkarın törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, onun şəxsiyyətini səciyyələndirən, təqsirkarın ailə vəziyyətinə və onun üzvlərinə aid olan istənilən halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan yaradır. Dövlət iitihamçısı həmçinin kassasiya protestində bildirir ki, Xətai Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən sonra o, istintaq orqanından gizləndiyinə görə, yəni həmin qətimkan tədbirinin şərtlərini pozduğuna gö rə 19 may 2022-ci il tarixdə onun axtarışı elan olunmuş və sonuncu yalnız 03 iyun 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq istintaq orqanına təqdim edilmişdir. Bu hallar Məhkum barəsində seçilmiş ev dutaqlıbı qətimkan tədbirinin müddətinin axımının dayandırılmasına əsas yaratmasına baxmayaraq, məhkəmələr əsassız olaraq həmin müddəti bütövlükdə, yəni üç ay müddəti ona təyin olunmuş cəzadan düzgün olmayaraq çıxmış, bununla da maddi hüquq normalarının tələblərinin pozulmasına yol vermişlər. Kassasiya protestinin bu dəlilinə cavab verilməsi üçün həm cinayət işinin materiallarına, həm də qanunvericiliyinin aşağıdakı normalarının tələblərinə müraciət edən məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarına əsasən, 09 may 2022-ci il tarixdə Xətai rayon prokuroru Məh kum barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında müstəntiqin vəsatəti ilə razılaşmayıb həmin tarixli təqdimatla Xətai Rayon Məhkəməsinə müraciət edərək Məhkum barəsində 03 (üç) ay müddətində, yəni 07 avqust 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 09 may 202-ci il tarixli qərarı ilə həmin təqdimat təmin edilmiş və Məhkum barəsində 07 may 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə, yəni 07 avqust 2022-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmiş, həmin qərarın icrasına nəzarət isə Xətai Rayon Polis İdarəsinə həvalə olunmuşdur. Bundan sonra, ibtidai araşdırma orqanı tərəfindən Məhkum həmin orqana dəvət edilmədən, ona heç bir bildiriş göndərilmədən, digər tərəfdən isə onun barəsində seçilmiş ev du staqlığı qətimkan tədbirinin şərtlərinə əməl olunmasına nəzarətin həyata keçirilməsi həvalə edilmiş Xətai Rayon Polis İdarəsinə müraciət etmədən (bu haqda sənədlər cinayət işinin materiallarında aşkar edilməmişdir) təqsirləndirilən şəxsin istintaqdan gizlənməsi haqda əsassız qənaətə gəlmiş və buna görə də 19 may 2022-ci il tarixli qərarla sonuncunun axtarışı elan olunaraq qərarın icrası Xətai RPİ-nin Cinayət-axtarış şöbəsinə həvalə edilmişdir. Xətai RPİ-nin 36-cı Polis bölməsinin cinayət axtarışı üzrə əməliyat müvəkkili X2 tərtib etdiyi 03 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum həmin tarixdə saat 12.30 radələrində yaşadığı evin yaxınlığında- Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 10 saylı evin qarşısında tutularaq Xətai RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmiş və bu haqda Xətai RPİ-nin rəisinə məlumat göndərilmişdir. 03 iyun 2022-ci il tarixli qərarla Məhkum CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin qismində dindirilmiş və həmin tarixdə ondan iltizam alınmışdır ondan ötrü ki, o, istintaqın çağırışına vaxtı-vaxtında gəlməsinə söz verərək çağırışdan yayındığı təqdirdə onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi onun nəzərinə çatdırıldı. Hərçənd, CPM-nin 169.3-cü maddəsinin tələbləri imkan verirdi ki, ev dustaqlğı qətimkan tədbirinin şərtlərini pozmuş Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görülsün. Belə ki, CPM-nin 163.9-cu maddəsinə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs həmin qətimkan tədbirinin şərtlərini pozduğu və bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onun barəsində həbs qətimkan tədbiri seçilir. CPM-nin 278.4-cü maddəsinin tələblərindən görünür ki, bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşkar edilmiş və tutulmuş və ya Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxs barəsində aşağıdakı tədbirlər tətbiq edilə bilər: 278.4.1. məhkəmə nəzarətini həyata keçirən məhkəmə həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirini seçə və ya dəyişə bilər; 278.4.2. müstəntiq icraatında olan cinayət işi üzrə həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri istisna edilməklə, digər qətimkan tədbirlərini seçə və ya dəyişə bilər. İş materiallarından görünür ki, müstəntiq təqsirləndirilən şəxs Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi haqda vəsatətlə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror isə təqdimatla məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş və Məhkum hətta 03 iyun 2022-ci il tarixdən sonra da ev dustaqlığında olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ibtidai araşdırma orqanına verdiyi 03 iyun 2022-ci il tarixli iltizamı, həbelə onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi haqqında Xətai Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qərarının icrasına nəzarəti həyata keçirən Xətai RPİ-nin həmin qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi barədə istintaq or qanına, istintaq orqanının və prokurorun isə məhkəməyə müvafiq vəsatət və təqdimatla müraciət etməmələri ona dəlalət edir ki, ibtidai araşdırma başa çatanadək, sonradan isə 07 avqust 2022-ci il tarixədək Məhkum barəsində seçilmiş həmin qətimkan tədbiri qüvvəsində qalmış və bu hal iş üzrə tərtib edilmiş ittiham aktında da öz əksini tapmışdır. Belə ki ittiham aktının “Arayış” hissəsinin 2-ci bəndində göstərilmişdir ki, Xətai Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində əvvəli 07 may 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin müddəti isə 07 avqust 2022-ci il tarixdə başa çatır. Eyni zamanda Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin 07 may 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək müəyyən edilməsinə və bununla həm ibtidai araşdırma orqanının, həm də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun razılaşmasına dəlalət edən daha bir hal ondan ibarərtdir ki, hazırki iş üzrə ibtidai araşdırma 03 avqust 2022-ci il tarixdə başa çatdıqdan sonra müstəntiq 03 avqust 2022-ci il tarixli tarixli vəsatətlə, Xətai rayon prokuoru isə eyni tarixli təqdimatla Xətai Rayon Məhkəməsinə müraciət edərək Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin 15 günədək uzadılması məsələsinə baxılmasını xahiş etmişlər. Xətai Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarı ilə həmin vəsatət və təqdimat geri qaytarıldıqdan sonra, Xətai rayon prokuroru 05 avqust 202-ci il tarixli təqdimatla həmin məhkəməyə müraciət ed ərək Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmiş, lakin Xətai Rayon Məhkəməsinin 06 avqust 2022-ci il tarixli qərarı ilə təqdimatın təmin olunmasından imtina edilmişdir. İstər qeyd olunan təqdimatda, istərsə də məhkəmənin qüvvədə olan bu və digər qərarlarında Məhkum barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin 07 may 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək müəyyən edilməsi, yəni təqsirləndirilən şəxsin 03 (üç) ay müddətində ev dustaqlığında olması əks etdirilmiş və adı çəkilən məhkəmənin yalnız 15 sentyabr 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Lakin, bundan əvvəl Məhkum barəsində istintaqı aparılan başqa cinayət işi üzrə həmin məhkəmə nin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə də 08 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə eyni qətimkan tədbiri seçilmişdir. Qeyd olunmalıdır ki, məhz yuxarıda təsvir edilənlərə əsaslanaraq işə birinci instansiya məhkəməsində baxılarkən dövlət ittihamını müdafiə edən prokuror Abdullayeva Gülüstan Hümmət qızı məhkəmə çıxışları zamanı söylədiyi nitqində Məhkum CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinməsi və onun bu maddələrlə və cinayətlərin məcmusu üzrə müəyyən müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə ittiham hökmünün çıxarılmasını təklif edərək eyni zamanda ona təyin olunacaq yekun cəzadan Məhkum ev dutaqlığında saxlanıldığı 03 (üç) ay müddətin çıxılmasını xahiş etmiş (bu hal məhkəmə iclas protokolu ilə təsdiq edilir), lakin son radan hökmdən apellyasiya protesti verərək məlum olmayan səbəbdən məhkuma təyin edilmiş cəzanın yüngül olması ilə yanaşı həmçinin özünün də təklif etdiyi bu hala dair məsələni də mübahisələndirmişdir. Hərçənd, bütün şərh olunanlar məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum məhkəməyədək icraat dövründə 07 may 2022-ci il tarixdən hesablanmaqla 07 avqust 2022-ci il tarixədək ev dustaqlığında olmuş və məhkəmələr tam əsaslı olaraq bu müddəti ona CM-nin 234.2-ci maddəsi ilə təyin edilmiş cəzanın müddətinə - ev dustaqlığında saxlamanın bir gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesabı ilə hesablamaqla həmin cəzadan çıxmış, bununla da həm maddi, həm də prosessual hüquq normalarının aşağdıakı tələblərini pozulmasına yol verməmişlər. Belə ki, CPM-nin 163.4 -cü maddəsinə əsasən, ev dustaqlığı, onun müddətinin müəyyən edilməsi və uzadılması, ev dustaqlığından azad etmə barədə qərarların qəbul edilməsi əsasları və qaydası bu Məcəllənin həbs qətimkan tədbirinə aid olan müddəaları ilə tənzimlənir. Bu normanın tələbinə və mənasına görə, ev dustaqlığında saxlamanın müddətləri həbsdə saxlamanın müddətlərinə bərabər tutulur və bu və ya digər cinayətin törədilməsndə təqsirli bilinmiş şəxsə hər hansı cəza təyin edildikdə onun məhkəməyədək icraat zamanı ev dustaqlığında saxlanılması müddəti təyin olunmuş cəzaya CM-nin 69.3cü maddəsinin tələblərinə uyğun olaraq hesablanmalıdır. CM-nin 69.3-cü maddəsində isə təsbit edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə sa xlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, prosessual qanunvericilikdə (CPM-nin 163-cü və digər maddələrində) ev dustaqlığında saxlama müddətlərinin axımının hər hansı əsasla dayandırılması nəzərdə tutulmamışdır və bununla bağlı dövlət ittihamçsının kassasiya protestində göstərdiyi dəlillərin də qəbul edilməsi üçün heç bir əsas yoxdur. Buna görə, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin bütün dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsvi r edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün isə əsasların olmadığını göstərir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti təmin edilməməli, Məhkum 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1559/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1559/2023
12.09.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver