Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1559/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-ci il t arixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Əkrəm Qəhrəmanov) 19 may 2023-cü il tarixli, 1(003)-10/2023 nömrəli hökmü ilə xx xxx 1972-ci il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Qobustan rayonunun Bədəlli kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ç.Mustafayev küçəsi döngə 4 fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1-1-ci maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müdd ətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinmişdir ona görə ki, o, yol hərəkəti qaydalarını pozaraq nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum 24 noyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində X5 mülkiyyətində olan və etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə “Mersedes-Benz E220” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsindən Ş.Dres istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən “Şüvəlan” marketə az qalmış “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri etməli olduğu halda, göstərilən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan avtomobillə həmin yolu sağdan-sola keçən piyada X2 avtomobilinin qabaq tərəfi ilə vuraraq Ə.R.Məmmədovaya alın-təpə nahiyəsində hematoma, sağ göz orbitinin qançırı, təpə-alın nahiyəsinin, boyunun sağ arxa-yan səthində sağ çiyin nahiyəsinə doğru davam edən sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sağ budun yuxarı-o rta 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar, yayılmış irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsaq soğanağının cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmiş, Ə.R.Məmmədova 29 noyabr 2021-ci il tarixdə “Sabunçu Tibb Mərkəzi” Publik hüquqi şəxsində travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya səbəbindən ölmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanl ı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 1(103)55/2024 nömrəli 20 fevral 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassa siya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarı qanunsuzdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları araşdırarkən yanlış nəticəyə gəlmişdir ki, avtomobili idarə etmiş təqsirləndirilən şəxs Məhkum tərəfindən yol qaydalarının pozulması ilə yol-nəqliyyat hadısəsi nəticəsində ağır zərərvurmaya aid olan bədən xəsarətləri almış zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə olmamış və bunun nəticəsində təqsirləndirilən şəxsin əməlini səhvən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göst ərilənlərə əsasən kassasiya protesti tam təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilməsinin qanunsuz və əsassız olmasıdır. İşdən görünür ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə, yəni yol hərəkəti qaydalarını pozaraq, nəqliyyat vasitəsini idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətməsi üzrə ittiham verilmiş, birinci instansiya instansiyası məhkəməsi isə Məhkum əməlini həmin Məcəllənin 263.1-1-ci maddəsinə, yəni idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olma cinayət əməli üzrə tövsif etmişdir. Məhkəmə kollegiyası cinayət işinin hallarını nəzərə alıb kassasiya protestinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməsi üçün əsasların olmamasına dair hissəsi ilə aşağıda göstərilən səbəblərə görə razılaşır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 1 7 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə tövsif olunur. Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsin də ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda həmin Məcəllənin 263.2-ci maddəsinin cinayət tərkibini yaradır. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 263.1-1 və 263.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlər maddi tərkibli cinayətlərə aiddir. Həmin cinayətlər biri-birindən baş vermiş ictimai təhlükəli nəticələr üzrə fərqlənir. Azərbaycan Respublikası CM-in 263.11-ci maddəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində isə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünün baş verməsi nəzərdə tutulur. Həmin cinayət tərkiblərinin yaranması üçün yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu sübutlarla müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə q iymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Yuxarıda qeyd edilən qanun normalarının tələblərindən görünür ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının CM-in 263.2-ci maddəsi ilə tövsif edilməsi üçün həmin əməl nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünün baş verməsi cinayət işi üzrə toplanmış sübutlarla müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə sübutlar əsasında müəyyən edilmiş və mübahisə olunmayan hallar ondan ibarətdir ki, Məhkum 24 noyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində “Mersedes-Benz E220” markalı, **-EG-*** dövlət qeydiyya t nişanlı avtomobilli idarə edərkən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, nəticədə piyada X2 avtomobilinin qabaq tərəfi ilə vuraraq ona digər bədən xəsarətləri ilə yanaşı yayılmış irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsaq soğanağının cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, Ə.R.Məmmədova 29 noyabr 2021-ci il tarixdə “Sabunçu Tibb Mərkəzi”də travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya səbəbində n ölmüşdür. İstintaq orqanı nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü baş vermişdir. Məhkəmələr cinayət işi üzrə sübutları araşdırıb nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması nəticəsində zərərçəkmiş şəxsə digər bədən xəsarətləri ilə yanaşı sağlamlığa ağır zərərvurmaya aid olan 12 barmaq bağırsağın cırılmış yarası törədilsə də, onun tərəfindən yol hərəkətləri pozulması ilə zərərçəkmiş şəxsin ölümünün arasında səbəbli əlaqə olmamışdır. Azərbaycan Respublikası CM-in 140.0.1- ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs X1 aldığı bədən xəsarətlərinin ağırlıq dərəcəsini və onun ölümünün səbəbini müəyyən etmək üçün ibtidai istintaq zamanı iki məhkəmə-tibbi ekspertizası (29 noyabr 2021-ci il tarixli 211 saylı və təkrar 15 fevral 2022ci il tarixli T53/2022 saylı), məhkəmə icraatı zamanı isə iki təkrar məhkəmə-tibbi ekspertizası (05 iyul 2022-ci il tarixli 333/KEŞ nömrəli və 31 yanvar 2023-cü il tarixli T2023 nömrəli) keçirilmişdir. Məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli 211 saylı rəyinə əsasən zərərçəkmiş şəxs Ədilə Məmmədovanın bədənin də alın-təpə nahiyəsində hematoma, sağ göz orbitinin qançırı, təpə-alın nahiyəsinin, boyunun sağ arxa-yan səthində sağ çiyin nahiyəsinə doğru davam edən sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sağ budun yuxarı-orta 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar, yayılmış irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsaq soğanağının cırılmış yarası aşkar edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən törənmişlər, 24 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissələri vurulması nəticəsində əmələ gələbilərdilər, həy at üçün təhlükəli olan sağlamlığın ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər. X6 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı olmuşdur. Təkrar məhkəmə-tibbi ekspertizasının 15 fevral 2022-ci il tarixli T53/2022 saylı rəyinə əsasən bədənində alın-təpə nahiyəsində hematoma, sağ göz orbitinin qançırı, təpə-alın nahiyəsinin, boyunun sağ arxa-yan səthində sağ çiyin nahiyəsinə doğru davam edən sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun aşağı 1/3-nin iç səthinin, sağ budun yuxarı-orta 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin, sağ baldırın yux arı 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar, yayılmış irinli peritonitlə müşayiət olunan 12 barmaq bağırsaq soğanağının cırılmış yarası aşkar edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən törənmişlər, 24 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissələri vurulması nəticəsində əmələ gələbilərdilər, həyat üçün təhlükəli olan sağlamlığın ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər. X6 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı olmuşdur. Təkrar məhkəmə-tibbi ekspertizasının 05 iy ul 2022-ci il tarixli, 333/KEŞ nömrəli rəyindən əsasən “Ədilə Məmmədovanın adına “Sabunçu Tibb Mərkəzi” Publik Şəxsində tərtib olunmuş tibbi sənədlərdən göründüyü kimi, o, 24 noyabr 2021-ci il tarixdə, saat 20:25-də xəstəxanaya “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alnın və sağ göz ətrafının hematoması, döş qəfəsinin sağ yarısının əzilməsi, qarnını küt travması” diaqnozu ilə daxil olmuşdur. Aparılmış müayinələrdən sonra (USM, başın və döş qəfəsinin KT müayinəsi) diaqnoz qismən düzgün təyin edilmişdir. Belə ki, “12 barmaq bağırsağın cırılması” müəyyən edilməmişdir. 26 noyabr 2022-ci il tarixdə xəstənin vəziyyəti ağırlaşmış, cərrahın baxışı keçirilmiş və “Kəskin peritonit, boşluq orqanın perforasiyası” diaqnozu təyin edilmiş və həmin tarixdə onun üzərində “Laporatomiya, 12 ba rmaq bağırsaq yarasının tikilməsi, qarın boşluğunun təftişi, sanasiya və drenə olunması” cərrahiyyə əməliyyatı icra edilmişdir. 27-28 noyabr 2021-ci il tarixlərdə xəstənin ümumi vəziyyəti ağır olmuş və aparılmış reanimasion tədbirlərə baxmayaraq artan ürək-damar çatışmazlığı fonunda xəstədə 29 noyabr 2021-ci il tarixdə, saat 12:50-də bioloji ölüm baş vermişdir. Ədilə Məmmədovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb yolnəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi fonunda qarının qapalı küt travması, 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı və intoksikasiya olmuşdur ki, bununla da, göstərilmiş qüsurlu tibbi xidmət ilə onun ölümü arasında səbəbli əlaqə olmuşdur. Belə ki, onun ölümünə səbəb olan “12 ba rmaq bağırsağın cırılması” vaxtında müəyyən edilib, xəstəyə adekvat tibbi yardımlar göstərilməli idi. Ədilə Məmmədovanın “Sabunçu Tibb Mərkəzi” Publik Şəxsində qüsurlu tibbi yardımın aparılması ilə əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur. Bunlar məsul şəxslər müalicə həkimləri anestezioloq-reanimotoloq və cərrahdır”. Təkrar məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2023-cü il tarixli T 20/2023 nömrəli rəyindən görünür ki, mərhum X1 meyitinin müayinəsi zamanı aşkar edilən alın-təpə nahiyəsinin hematoması, sağ göz almasının qançırı, təpə-alın nahiyəsinin, boynun sıyrıqları, sifətin sağ yarısının, sağ bazunun orta 1/3-nin ön səthinin, sol bazunun iç səthinin, sağ budun bayır səthinin, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin, sağ baldırın orta 1/3-nin bayır səthinin qançırları, baş beynin ödemi, baş beynin yumşaq qişasına nöqtəşəkilli qansızmalar onun ölümünə səbəb ola bilməzdi, belə ki, istər zərərçəkmişin 24 noyabr 2021-ci il tarixdə 3 saylı şəhər klinik xəstəxanasında KT müayinəsi, istərsə də meyitin məhkəmə-tibbi ekspertizası zamanı baş beyində ölümə səbəb ola biləcək hər hansı patomorfoloji dəyişiklik aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi təkrar məhkəmə-tibbi ekspertizasının 05 iyul 2022-ci il tarixli, 333/KEŞ nömrəli rəyində zərərçəkmiş şəxs Ədilə Məmmədovaya yol-nəqliyyat hadisəsi nəticəsində alınmış xəsarətlərlə əlaqədar göstərilmiş qüsurlu tibbi xidmət ilə onun ölümü arasında səbəbli əlaqə olmasının müəyyən edilməsini əsas götürərək, yəni “Sabunçu Tibb Mərkəzi”-nin müalicə həkimləri - anestezioloq-reanimotoloq və cərrah tərəfindən Ədilə Məmmədovanın ölümünə səbəb olan “12 barmaq bağırsağın cırılması” xəsarəti vaxtında müəyyən edilib, xəstəyə adekvat tibbi yardım göstərildiyi təqdirdə onun həyatını xilas etmək mümkünlüyünə istinadən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə zərərçəkmiş şəxsin ölümü arasında səbəbli əlaqə mövcud deyil. Bununla məhkəmə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum əməlinin CM-in 263.2-ci maddəsi ilə tövsif edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə apellyasiya protestinə əsasən baxıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə nə birinci instansiya məhkəməsi tərəfindən məhkumun əməlinin CM-in 263.1- 1-ci maddəsi ilə tövsif edilməsini və bununla razılaşan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanunauyğun hesab etmir. Belə ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli 211 nömrəli, təkrar məhkəmə-tibbi ekspertizalarının 15 fevral 2022-ci il tarixli T53/2022 nömrəli və 05 iyul 2022-ci il tarixli 333/KEŞ nömrəli rəylərində qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin ölümünün səbəbi məhz məhkum tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi zamanı ona yetirilmiş 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığı olmuşdur. Cinayət işi üzrə təkrar məhkəmə-tibbi ekspertizasının 31 yanvar 2023-cü il tarixli T20/2023 nömrəli rəyində zərərçəkmiş şəxsin aldığı 12 ba rmaq bağırsağın cırılması xəsarəti ilə əlaqədar tədqiqat aparılmamış, həmin rəy zərərçəkmiş şəxsin aldığı digər xəsarətlərlə əlaqədar verilmişdir. Beləliklə cinayət işi üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə zərərçəkmiş şəxsin ölümünün təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi zamanı almış olduğu 12 barmaq bağırsağın cırılması nəticəsində baş vermiş yayılmış irinli peritonitdən sonrakı poliorqan çatmamazlığından baş verməsi istisna etmir, əksinə işin bu halı müəyyən edir. Həmçinin, ekspert rəylərində zərərçəkmiş şəxsin üzərində 12 barmaq bağırsağın cırılması ilə əlaqədar 29 noyabr 2022-ci il tarixdə “Sabunçu Tibb Mərkəzi”-də keçirilmiş cərrahiyyə əməliyyatının qüsurlu keçirilməsi və məhz bunun nəticəsində onun sağlamlığına hər hansı bir z ərər vurulması və ya vəziyyətinin ağırlaşması müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsə göstərilmiş tibbi yardımın qüsuru xəstəni müayinə və müalicə edən həkimlərin ona vaxtında tam diaqnozu qoymaması və vaxtında adekvat müalicə tədbirlərini görməməsində ifadə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş həkim Z.F.Baxşəliyev də göstərmişdir ki, 26 noyabr 2021-ci il tarixdə növbədə olarkən xəstə Ədilə Məmmədovanın qarın iltihabı olduğu bildirildiyi üçün həmin gün xəstənin 12 barmaq bağırsağını əməliyyat etmişdir. Əməliyyatdan sonra xəstə reanimasiyaya yerləşdirilmişdir. Əməliyyatdan sonra xəstədə heç bir patologiya aşkar olunmamış, əməliyyat normal keçirilmişdir. 29 noyabr 2021-ci il tarixdə xəstə vəfat etmişdir. Təkrar məhkəmə-tibbi ekspertizasının zərərçəkmiş şəxsə vaxtında tam diaqnoz qoymaqla müvafiq ixtisaslaşmış tibb yardım göstərilməsi təqdirdə onun sağ qalma ehtimalının olması barədə 05 iyul 2022-ci il tarixli 333/KEŞ saylı rəyi zərərçəkmişin ölümünün məhkum tərəfindən idarə edilmiş avtomaşınla vurulması ilə bağlı xəsarət nəticəsində baş verməsini, yəni alınmış travma ilə ölümün arasında səbəbli əlaqəni aradan qaldırmır, sadəcə olaraq həmin bədən xəsarətindən zərərçəkmiş şəxsin ölümünün qarşısını almaq ehtimalın olduğunu göstərir. Beləliklə, cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X3 ehtiyatsızlıqdan yetirilmiş 12 barmaq bağırsağın cırılmasının onun ölümünə səbəb olması tam təsdiq olunmuşdur. Odur ki, məhkəmələr cinayət işi üzrə topla nmış sübutların güzgün qiymətləndirməməsi nəticəsində Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.1-1ci maddəsi ilə tövsif edərək, işin hallarına uyğun olmayan nəticəyə gəlmişlər. Azərbaycan Respublikası CPM-in 349.5-ci maddəsinə görə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin tövsifinə dair gəldiyi nəticə həm iş üzrə sübutlarla, həm işin faktiki halları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi Apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyi şdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya protestinin məhkumun əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməsi və bununla əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə dəlilləri ilə razılaşaraq hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.12.4-cü maddələrinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi i ttiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini qabaqcadan həll edə bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının təqsirləndirilən şəxs Məhkum barəsində 20 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1559/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1559/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver