Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1559/2025 13.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Balayeva Zəhra İbrahim qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Alışov Rafiq Talış oğlunun iştirakları ilə x xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2024-cü il tarixli 1(105)-813/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Alışov Rafiq Talış oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(124)-381/2024 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən), H.S.Əliyev və A.T.Rzayeva) Məhkum - Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqs irli bilinərək, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu Məhkum qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 24 iyun 2023cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il tarixli 1(105)-813/2024 nömrəli qərarı ilə (hakimlər: R.O.Əsgərova (sədrlik edən), İ.K.Dəmirov və R.Ə.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli 1(124)-381/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə ittiham olunaraq ona görə məhkəməyə verilmişdir ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və heroini qanunsuz olaraq əldə etmiş və saxlamış, həmçinin qanunsuz olaraq odlu silah və onun döyüş sursatını əldə etmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən odlu silah olan 01 ədəd 09 kalibrli “Makarov” tapançasını və döyüş sursatı olan 06 ədəd patronu ilə birlikdə olan darağını qanunsuz olaraq əldə etməklə 01 ədəd bağlamada külli miqdarda yəni, təmiz çəki si 2 kq, 650 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bağlamada külli miqdarda yəni, təmiz çəkisi 2 kq, 880 qram olan narkotik vasitə heroini qanunsuz olaraq əldə etmiş və saxlamış, 24 iyun 2023-cü il tarixdə saat 20:55-də Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba rayonu Zərdabi qəsəbəsində yerləşən su kanalı yaxınlığındakı bağ sahəsində saxlanılıb orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ cibində gizlətdiyi, üzərində heroin izləri olan 01 ədəd şpris və 01 ədəd sınıq ampula, həmçinin onun şəxsi axtarış keçirilməzdən qabaq yerə atdığı çantanın içərisindən 01 ədəd sellofan bağlamada 06 ədəd patronu plan darağı ilə birlikdə 01 ədəd 09 kalibrli “Makarov” tapançası, 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 2 kq, 650 qram narkotik vasitə, qurudulmuş marixuana və 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 2 kq, 880 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, apelyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, Məhkum ifadələrində göstərmişdir ki, şəxsi istifadəsi üçün X adlı İran vətəndaşı ilə az miqdarda narkotik vasitə barədə əlaqə saxl amışdır. Hadisə baş verən zaman istifadəsində olmuş mobil telefonundakı xx.xx.2023-cü il tarixdə olan WhatsApp yazışmalarından açıq-aydın məlum olur ki, Məhkum şəxsiyyəti məlum olmayan X adlı İran vətəndaşı ilə şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə ilə bağlı danışıqlar aparır və həmin yazışma və danışıqların məzmununda hər hansı bağlama və yaxud külli miqdarla bağlı heç bir yazışma və yaxud səs danışığı mövcud deyildir. Vəsatəti əsasında məhkəməyə gətirilmiş hadisə zamanı Məhkum götürülmüş mobil telefonun WhatsApp yazışmalarına birinci instansiya məhkəməsində baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 18:46-dan sonra olan yazışmaların hansı səbəbdənsə fotosu çəkilməmiş və protokola əlavə edilməmişdir. Həmin yazışmalardan məlum olur ki, yazışmalar Mə hkum saxlanıldıqdan 1 saat 9 dəqiqə sonra baş vermişdir. Artıq həmin müddətdə Məhkum polislər tərəfindən saxlanılmışdır və telefonu əlindən alınmışdır. Məhkum saxlanılarkən mobil telefonu əlindən alındıqdan sonra yazışma apara bilməzdi. Lakin qeyd edilən sübut əhəmiyyətli hallar nəzərə alınmamışdır. Bundan başqa, “Makarov” markalı tapançanın X heç bir aidiyyəti olmamış, bununla bağlı istintaq orqanı tərəfindən ona həmin epizodla bağlı verilmiş ittiham qanunsuz və əssasız olmuş, həmin ittihamda göstərilən xüsusatların heç biri məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Məhkum Quba rayonuna aparmış taksi sürücüsü Şahid3 məhkəmədə şahid qismində ifadə verərkən bildirmişdir ki, saat 7-ni keçmiş Quba rayonu ərazisinə çatdıqda Məhkum xahişi ilə avtomaşını saxlamış, X maşından aşağı düşərə k bir neçə metr aralanmış və az sonra yenidən maşına tərəf qayıdarkən ərazidə gizlənmiş polis əməkdaşları avtomaşını əhatəyə alaraq onu və X orada saxlamışlar. Həmin vaxt Məhkum nə əlində, nə də ki üzərində heç bir bağlama və ya çanta olmamışdır. Az sonra polis əməkdaşları hər iki şəxsi yaxınlıqda olan yarım tikilinin yaxınlığına aparmış və orada naməlum şəraitdə qoyulmuş rəngli çantanı göstərərək, bu çantanın X məxsus olduğunu və X məhz həmin çantanın dalınca gəldiyini bildirmişlər. Lakin X çantanın ona heç bir aidiyyətinin olmadığını polislərə bildirmişdir. Videoçəkilişdən görünür ki, hadisə yerində saxlanmış Məhkum və Şahid3 çantada aşkar edilmiş narkotik vasitə hesab olunan maddələrin, silahın onlara aid olmadığını bildirmişlər. Şahid3 həmçinin məhkəmədə bildirmişdir ki, Quba RPŞ-də ap arılan istintaq zamanı ona qarşı mənəvi və fiziki təzyiqlər edilmiş, belə ki, izahatını dəyişdirmək, polislərin dediyi kimi yazmaq təklif edilmiş, əks halda qrup halında külli miqdarda narkotik vasitə ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilmişdir. Şahid3 isə qorxusundan izahatını dəyişmiş və təhqiqatçı tərəfindən Məhkum əleyhinə yazılmış izahatı və ifadəni imzalamışdır. Daha sonra, Şahid3 əsl həqiqəti bildirmək, istintaqa yenidən ifadə vermək üçün Quba RPŞ-nin müstəntiqinə teleqram göndərmiş, lakin o ifadə verməsi üçün istintaqa dəvət edilməmişdir. Ümumiyyətlə, həmin müraciətinə heç bir cavab verilməmişdir. Şahid həmin teleqramla bağlı qəbzi (sənədi) məhkəməyə təqdim etmişdir. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi hadisənin əsas şahidlərindən biri olan Şahid3 məhk əmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin ifadə tanışlıq münasibətlərinə dayanaraq təqsirləndirilən şəxsin müdafiəsi məqsədilə verilmişdir. Ancaq yenə qeyd edilməlidir ki, hələ Polis şöbəsində istintaq dövründə hadisə barəsində düzgün ifadə vermək qərarına gələn Şahid3 rəsmi şəkildə istintaq orqanına teleqram göndərmişdir. Həmin teleqramla bağlı Şahid3 nə istintaqa dəvət edilmiş, nə də müraciətinə heç bir rəsmi cavab verilməmişdir. Şahid məhkəmədə ifadə verərkən həmin teleqramı məhkəməyə təqdim etmişdir. Məhkəmə həmin teleqramla bağlı heç bir hüquqi mövqe nümayiş etdirməmiş, obyektiv həqiqətin aşkara çıxarılmasına təşəbbüs göstərməmişdir. Müdafiəçi xüsusilə qeyd edir ki, məhkəməyə gətirilmiş Məhkum məxsus mobil telefonun WhatsApp yazışmasından məlum olmuşdur ki, Məh kum hadisə yerində saxlanıldıqdan 1 saat 9 dəqiqə sonra silahla bağlı, yəni silahın hansı qiymətə satılması və sair sözlər yazılmışdır. Buradan açıq-aydın məlum olur ki, tapança silahın da Məhkum üzərinə qoyulması məqsədilə hansısa əməkdaş tərəfindən icra edildiyi ehtimal edilir. Ancaq hansı səbəbdənsə həmin yazışma müstəntiq tərəfindən baxış protokoluna əlavə edilməmişdir. Onda sual olunur, həmin yazışmanın fotosu (screen) çəkilib nəyə görə protokola əlavə edilməyib? Bu fakt məhkəmədə baxış zamanı aşkar edilmiş, lakin məhkəmə kollegiyası bu mötəbər sübutu hansısa səbəbdən nəzərə almamış və heç bir münasibət bildirməmişdir. Həmçinin, Məhkum bildirmişdir ki, Vahid adlı İran vətəndaşı ilə hadisədən az əvvəl, yəni avtomaşından düşüb İranlının dediyi yeri tapmadığı ilə bağlı WhatsAppda yazışdı ğı mesajlar müstəntiq tərəfindən tam şəkildə baxış protokoluna əlavə edilməmişdir. Müstəntiq yalnız təqsirlilik görüntüsü yaratmaq məqsədilə müəyyən yazışmaları öz telefonuna çəkərək (screen) etməklə çıxarıb baxış protokoluna və ittiham aktına əlavə etmişdir. Cinayət işinin materiallarından görünür ki, nə ibtidai istintaq dövründə, nə məhkəmə baxışı zamanı Məhkum aşkar edilən bağlamadakı külli miqdarda narkotik vasitələrin və “Makarov” markalı silahın ona heç bir aidiyyətinin olmadığını, Quba rayonuna getməkdə məqsədi İranlıdan yalnız şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə əldə etməsini bildilrmişdir. Quba rayon polis şöbəsində təzyiq altında ifadə verən, 1-ci instansiya məhkəməsinin də inandırıcı hesab etdiyi Şahid3 ifadəsində göstərmişdir ki, hadisə zamanı Elşənin belində ba ğlama və həmin bağlamanı yerə atmasını görmüşdür. Lakin Məhkum isə bunları inkar etmişdir. Onda sual olunur, şahidin ifadəsi ilə X ifadəsi arasında yaranmış ziddiyyətlə bağlı nəyə görə “Üzləşdirmə” istintaq hərəkəti keçirilməyib? Bununla bağlı hələ ibtidai istintaq zamanı tərəfindən verilmiş vəsatət nəyə görə təmin edilməmişdir? Belə qənaətə gəlmək olur ki, şahid təzyiq altında vermiş ifadəsini Məhkum üzünə qarşı təsdiq etməyəcək və nəticədə istintaq orqanının külli miqdarda narkotik vasitə epizodu üzrə Məhkum ittiham verilməsi qeyri-mümkün olacaqdır. Belə sübutlar isə CPM-nin 143-145-ci maddələrinin tələbləri baxımından mötəbər hesab edilməyəcəkdir. Qeyd edilən faktlar Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib məhkum edilməsinin bir daha qanunsuz və əsassız olduğunu təsdiq edir. Bundan başqa, birinci instansiya məhkəməsində keçirilən məhkəmə proseslərindən məlum oldu ki, əməliyyat tədbiri əməliyyat-axtarış fəaliyyəti haqqında qanuna uyğun keçirilməmiş, ibtidai istintaq qeyri-obyektiv aparılmışdır. WhatsApp yazışması və danışıqlarından açıq aydın görünür ki, Vahid adlı İran vətəndaşı Məhkum narkotik verməsini tərəddüd edir. Onların arasında etibarlı münasibətlərin olmadığı, İranlının onun sözlərinə inanmadığı, hətta yazışmada İranlının naməlum Azərbaycan vətəndaşına bir neçə gün əvvəl verdiyi təxmini çəkisi 20 qram başa düşülən narkotik vasitənin pulunu hələ də ala bilmədiyi barədə Məhkum narazılığını bildirir, lakin X özünün belə şəxslərdən olmadığı barədə İranlıda təəssürat yaratmağa çalışaraq onu inandırmağa çalışır. Be lə vəziyyətdə İranlının “qara bazar” qiyməti ilə təxmini qiyməti 100.000 (yüz min) manatdan çox olan narkotik vasitəni yaxından tanımadığı, etibar etmədiyi Məhkum göndərməsi nə inandırıcı, nə də ağlabatan deyildir. Müdafiəçi hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət hadisəsini törətməmişdir və bununla bağlı onun təqsirliliyi sübuta yetirilməmişdir. Ona görə də Məhkum qeyd edilən cinayət əməlini törətməkdə təqsirli sayıla bilməz, həmin maddələr üzrə bəraət verilməli, onun əməli CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə R.Alışovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, şəxsi axtarış və götürmə aparılması haqqında protokollara habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması qeyd edilir, onun əməlinin CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə cəzalandırılmasına dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə: “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.3. külli miqdarda törədildikdəbeş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə görə “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə – iki ilədək müddətə islah işləri və ya iki i ldən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 44.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki halla rının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflə rə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin apa rılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası bel ə qənaətə gəlir ki, apelyasiya instansiya məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum özünü qeyd edilmiş cinayət əməllərinin törədilməsində təqsirli bilməsə də, iş üzrə şahidlər Şahid1, Şahid4, Şahid2 və Şahid3 ifadələri, cinayət işi nin materiallarına əlavə edilmiş “Şəxsi axtarışın keçirilməsi barədə” 24 iyun 2023-cü il tarixli protokol, məhkəmə-bioloji ekspertizasının 25 iyun 2023-cü il tarixli 7/930 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 25 iyun 2023-cü il tarixli 6/3539 nömrəli rəyi, məhkəmə-ballistik ekspertizasının 25 iyun 2023-cü il tarixli 23/486R nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 1 sentyabr 2023-cü il tarixli 5630 nömrəli rəyi, “Honor” markalı telefona baxış keçirilməsi barədə 25 iyun 2023-cü il tarixli protokol, habelə iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumların təqsirləri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhk əmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 228.1 və 234.4. 3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası həmçinin cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Odur ki, onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında göstərilən tövsiyələrə tam uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud deyildir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq he sab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməs i hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilmə si təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM- in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarının 27-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib-törədilməməsi və yaxud t ransmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub- olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, hi mayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın.” Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci m addəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmi yyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmə t edir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2024-cü qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 dekabr 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1559/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1559/2025
13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver