Məhkəmə qərarları › İş №1(102)-156/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-156/2021

30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-156/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlqar Ağababaş oğlu Dadaşovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən), Abdullayev Mehdixan Ədil oğlu və Hacıyev Asim Hacımirzə oğlundan ibarət tərkibdə) 11 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum – xx.xx.1964-cü il ildə Lənkəran rayonun Veravul kəndində anadan olmuş, dul, biri yetkinlik yaşına çatmayan olmaqla iki uşaq anası, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan1-da qeydiy yatda olan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan mərhum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti cəza 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının başlanğıcının 09 may 2018-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-in 93-1.2-ci maddəsi tətbiq olunmaqla tibbi xarakterli məcburi tədbirlər təyin edilərək cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə ol unması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 07 may 2018-ci il tarixdə İranın Astara şəhərində şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə külli miqdarda narkotik vasitəni və psixatrop maddəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi haqqında əvvəlcədən sövdələşib cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qabaqcadan əlbir olduğu digər şəxsin vasitəsilə İran İslam Respublikasında ümumilikdə 6 (altı) ədəd bükümdə təmiz çəkisi 93,623 (doxsan üç tam mində altı yüz iyirmi üç) qram narkotik vasitə olan heroini uşaqlıq yoluna və 4 (dörd) ədəd bağlamanı n içərisində 31 (otuz bir) ədəd polietilen bükümlərdə, hər bükümdə 4 (dörd) ədəd həb olmaqla cəmi 124 (yüz iyirmi dörd) ədəd üzərində-“dd/M40” həkk olunmuş qəhvəyi rəngli dairəvi formada “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxil olan metadon tərkibli, təsiredici maddəsinin ümumi miqdarı 4,96qram (bir həbdə 40mq metadon olmaqla) dərman peraparatını yoğun bağırsağına yerləşdirmiş və həmin tarixdə Azərbaycan Respublikasının Gömrük sərhəddindən gömrük nəzarətindən gizli İran İslam Respublikasından Azərbaycan Respublikasının Astara şəhərinə keçirərək qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə və psixatrop maddəni Astara şəhərində rayonun mərkəzi xəstəxanasında aşkar olunanadək uşaqlıq yolunda və yoğun bağırsağında daşıma qla saxlamışdır. Hökmdən Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 12 fevral 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum əvvəllər məhkum olunmamağını, biri yetkinlik yaşına çatmayan olmaqla iki uşaq anası olmağını, səhhətində problemlərin olmasını, cəza çəkdiyi müddətdə bütün rejim qaydalarına əməl etməklə müsbət xarakterizə olmasını, törətdiy i əməldən peşiman olmağını nəzərə alaraq kassasiya şikayətini təmin edib cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəti cələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum əvvəllər məhkum olunmamağını, b iri yetkinlik yaşına çatmayan olmaqla iki uşaq anası olmağını, səhhətində problemlərin olmasını, cəza şəkdiyi müddətdə bütün rejim qaydalarına əməl etməklə müsbət xarakterizə olmasını, törətdiyi əməldən peşiman olmağını nəzərə alaraq kassasiya şikayətini təmin edib cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinərək məhkum edilmişdir ki, o, 07 may 2018-ci il tarixdə İranın Astara şəhərində şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs ilə külli miqdarda narkotik vasitəni və psixatrop maddəni tamah niyyəti, satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi haqqında əvvəlcədən s övdələşib cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, qabaqcadan əlbir olduğu digər şəxsin vasitəsilə İran İslam Respublikasında ümumilikdə 6 (altı) ədəd bükümdə təmiz çəkisi 93,623 (doxsan üç tam mində altı yüz iyirmi üç) qram narkotik vasitə olan heroini uşaqlıq yoluna və 4 (dörd) ədəd bağlamanın içərisində 31 (otuz bir) ədəd polietilen bükümlərdə, hər bükümdə 4 (dörd) ədəd həb olmaqla cəmi 124 (yüz iyirmi dörd) ədəd üzərində-“dd/M40” həkk olunmuş qəhvəyi rəngli dairəvi formada “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxil olan metadon tərkibli, təsiredici maddəsinin ümumi miqdarı 4,96qram (bir həbdə 40mq metadon olmaqla) dərman peraparatını yoğun bağırsağına yerləşdirmiş və həmin tarixdə Azərbaycan Respublikasının Göm rük sərhəddindən gömrük nəzarətindən gizli İran İslam Respublikasından Azərbaycan Respublikasının Astara şəhərinə keçirərək qanunsuz olaraq əldə etdiyi həmin narkotik vasitə və psixatrop maddəni Astara şəhərində rayonun mərkəzi xəstəxanasında aşkar olunanadək uşaqlıq yolunda və yoğun bağırsağında daşımaqla saxlamışdır. Kassasiya şikayətinin dəlillərindən müəyyən edilmişdir ki, Məhkum cinayət əməllərinin hüquqi tövsifi mübahisələndirilməmişdir. Məhkəmə ittiham hökmü çıхararkən ittiham tərəfin təqdim еtdiyi və məhkəmə istintaqında təqdiq оlunmuş sübutlаrlа, yəni təqsirləndirilən şəхsin özünün tam еtirafedici ifadəsi ilə yanaşı şаhid ifаdələri, məhkəmə fiziki-kimyəvi, məhkəmə-narkoloji ekspertiza rəylərinə və işdə оlаn istintаq və məhkəmə hərəkətlərinə dаir digər sənədlərlə Məhkum CM-nin 206. 3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxsə ittiham olunan əməlin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncunun həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona təqsirləndirildiyi mad dələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, Məhkum cəza təyin edilərkən yuxarıda göstərilən maddələrin tələblərinə əməl edildiyindən və cəzanın yüngülləşdirilməsi üçün başqa əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin C inayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi barədə cinayət işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar