Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-156/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxs1, Məhkum və onun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Fərəcov Salman Böyükağa oğlunun iştirakları ilə xx xxx 1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Şirvan Regional Vəkil Bürosunun vəkili Fərəcov Salman Böyükağa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və N.F.Quliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, barəsində Cinayət Məcəlləsinin–in 62-ci maddəsi tətbiq edilməklə 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 11 avqust 2020-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 20 avqust 2020-ci il tarixdən 26 aprel 2021-ci il tarixədək həbs qətimkan tədbirinin əvəzi kimi ev dustaqlığında olması müddəti, yəni 08 (səkkiz) ay 09 (doqquz) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 01 (bir) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılması və onun üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin X10 da Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Hökmdən Məhkum müdafiəçisi və təqsirləndirilən şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), E.İ.Əliyev və R.M.Cəfərov) 13 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, tamah məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə, vahid niyyətlə və aralarında olan ümumi razılaşmaya uyğun olaraq X13 rayonunun Xalac kənd sakini Zərərçəkmiş şəxs2 2018-ci ilin iyun ayında guya həkim müayinəsinə gedəcəyini deyib, 150 manat, bir neçə gün sonra özünün şəxsi təsərrüfatında iri buynuzlu heyvanların sayını artırmaq məqsədilə bir baş inək alacağını bildirib 1500 manat, iyul ayında əvvəl aldığı inəyi satıb yeni cins inək almaq bəhanəsi ilə 800 manat, həmin ayın sonlarında xəstələnməsini deyərək müalicə olunmaq üçün 200 manat, avqust ayında həyətində mal-qara tövləsi tikdirəcəyini deyərək tikinti materialları almaq üçün 600 manat, daha sonra avqust ayının sonlarında yeni inək almaq bəhanəsilə 2000 manat, sentyabr ayında tövlənin döşəməsinə düzdürmək üçün daş almaq bəhanəsi ilə əvvəl 200 manat, sonra isə ot kipləri almaq bəhanəsi ilə 840 manat, oktyabr ayının əvvəlində yenidən inək alma q bəhanəsi ilə 1600 manat, noyabr ayının əvvəlində aldığı inəklərdən birini satıb baha qiymətə başqa bir inək almaq bəhanəsi ilə 500 manat, həmin ayın ortalarında həkimə gedəcəyi bəhanəsi ilə 300 manat, 2019-cu ilin yanvar ayının ilk günlərində bayram bazarlığı edəcəyi bəhanəsi ilə 50 manat, bir neçə gün sonra yanvar ayının sonlarında yaşadığı evi təmir elətdirmək bəhanəsi ilə 500 manat, fevral ayının əvvəlində həkimə gedəcəyi bəhanəsi ilə 300 manat pulu əldə edib aralarında böldükdən sonra, yenə də cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs2 pul almaq üçün aralarında olan ümumi razılaşmaya uyğun olaraq X17 istifadəsində olan mobil telefon nömrəsini tanışlıq məqsədilə «XXX» adlı qıza verəcəyini bildirib sonradan özü həmin adla Zərərçəkmiş şəxs2la telefonda tanış olub müxtəlif bəhanəl ərlə ondan pul alıb həm özü üçün, həm də Məhkum vermək üçün 2019-cu ilin fevral ayının sonlarında həmin məqsədlə öz adına olan 050/528-80-64 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan 051/452-86-88 saylı mobil telefon nömrəsinə zəng edib özünü «XXX» adlı qız kimi təqdim etməklə danışmış, bir neçə gün “whatsapp” sosial şəbəkəsində mesajlar yazmaqla Zərərçəkmiş şəxs2 «XXX»yə qarşı sevgi və rəğbət hissləri oyadaraq bundan istifadə etməklə «XXX» adı ilə Zərərçəkmiş şəxs2 həmin il fevralın sonlarında zəng edərək atasının əməliyyat olunacağı xəstəxanaya ödəniş etmək bəhanəsi ilə 1500 manat, fevral ayının sonlarında öz adından zəng edib Biləsuvar rayonunda yaşayan Turqut adlı dostuna olan borcunu qaytarmaq bəhanəsi ilə 500 manat, mart ayının əvvəlində “XXX” adı ilə zəng edərək atasının əməliyyat olunması üçün xəstəxanaya ödəniş etmək bəhanəsi ilə 500 manat, bir neçə gün sonra zəng edərək atasının vəfat etdiyini bildirib dəfn və yas məclislərinin təşkil olunması bəhanəsi ilə 800 manat, mart ayının əvvəlində zəng edərək atasının məzar daşının hazırlanması bəhanəsi ilə 500 manat, həmin gün özü üçün həkim müayinəsindən keçmək bəhanəsi ilə 200 manat, bir neçə gün sonra mart ayının ortalarında “XXX” adı ilə zəng edərək əmək haqqını alanadək ehtiyaclarını ödəmək üçün 200 manat, daha bir neçə gün sonra zəng edərək işlədiyi marketin müdirinin oğlu ilə cinsi əlaqəyə girmək istəmədiyinə görə işdən çıxarıldığını deyib maddi ehtiyaclarının ödənilməsi üçün 300 manat, mart ayının sonlarında öz adından zəng edərək şəxsi işləri üçün 300 manat, aprel ayının əvvəlində Bakı şəhərinə dayısı gilə gedəcəyi bəhanəsi ilə 150 manat, aprel ayının sonlarında özünə paltar alması üçün 100 manat, may ayının əvvəlində Turqut adlı dostuna olan borcunu qaytarmaq bəhanəsi ilə 400 manat, may ayının sonlarında Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasının Kazan şəhərində olarkən «XXX» adı ilə “whatsap” vasitəsilə Zərərçəkmiş şəxs2la bir neçə dəfə danışıb qardaşının toy məclisinin təşkili bəhanəsi ilə iyun ayının sonlarında ümumilikdə 5000 manat, həmin ərəfədə öz heyvanlarına ot almaq bəhanəsi ilə 350 manat, bir neçə gün sonra inəklərdən birini satıb yerinə baha qiymətə yeni cins inək almaq bəhanəsi ilə 500 manat, iyul ayının əvvəlində yenidən «XXX» adından zəng edib mağazaya borcunu ödəmək bəhanəsi ilə 300 manat, həmin ərəfədə öz adından heyvanlarına ot kipləri almaq bəhanəsi il ə 200 manat, iyul ayının ortalarında «XXX» adı ilə anasının əməliyyat olunması bəhanəsi ilə 500 manat, həmin ərəfədə dəvət olunduğu toy məclisinə nəmər yazılması bəhanəsi ilə öz adından 100 manat, avqust ayının əvvəlində «XXX» adından zəng edərək əməliyyat olunacağı bəhanəsi ilə 2000 manat, həmin ərəfədə Yusif ilə görüşüb öz təsərrüfatındakı heyvanlarına ot kipləri almaq bəhanəsi ilə 400 manat, avqust ayının sonlarında yenidən «XXX» adından zəng edərək qardaşının polisdə olan işini bağlamaq bəhanəsi ilə üç gün ərzində üç dəfəyə ümumilikdə 2000 manat, sentyabr ayının əvvəlində «XXX» adından zəng edərək işsiz olduğuna görə işə düzələnədək 300 manat, sentyabr ayının əvvəli və ortalarında həkimə gedəcəyi bəhanəsi ilə iki dəfəyə özü üçün ümumilikdə 400 manat, sentyabr ayının ortalarında “XXX” a dı ilə zəng edərək mobil telefonunun xarab olduğunu deyərək istifadə etməsi üçün 130 manat dəyərində az işlənmiş “Samsung J2” markalı mobil telefonu, bir neçə gün sonra yenidən zəng edərək həmin telefonun suya düşdüyü üçün təmir edilməsi bəhanəsi ilə 50 manat, həmin ilin oktyabr ayının əvvəlində «XXX» adından zəng edərək işlədiyi aptekin kassasında vəsait çatışmamazlığı aşkar olunduğu barədə deyib həmin zərəri ödəmək bəhanəsi ilə 2000 manat, həmin ərəfədə öz şəxsi işlərinə xərcləmək bəhanəsi ilə 100 manat, noyabr ayının əvvəlində bir baş cins dana alıb kökəldib sataraq əldə edəcəyi gəlirlə borclarını ödəyəcəyi barədə yalan vəd verib 1300 manat, daha sonra dekabr ayının ortalarında əvvəlcədən Zərərçəkmiş şəxs2 zəng edib özü üçün istədiyi 500 manat dəyərində “Samsung A50Gold” markalı mobil t elefonu, dekabrın sonlarından 2020-ci ilin yanvar ayının ilk gününədək əvvəlcədən «XXX» adından “whatsapp” sosial şəbəkəsində zəng edərək anasının əməliyyat olunacağı və dərmanlarının alınması bəhanəsi ilə ümumilikdə 2300 manat, 2020-ci ilin yanvar ayının əvvəlində özü üçün bayram günlərində maddi ehtiyaclarının ödənilməsi bəhanəsi ilə 100 manat, yanvar ayının əvvəlində “XXX" adı ilə zəng edib Şəmkir şəhərində qohumları gildə qalması qarşılığında pul verəcəyi bəhanəsi ilə 600 manat, Şəmkir şəhərində yaşadığı evin kirayə haqqının ödənilməsi, qaldığı evdəki sınmış güldanın pulunun ödənilməsi və ərzaq alınması bəhanəsi ilə ümumilikdə 800 manat, yanvar ayının ortalarında Bakı şəhərinə həkim müayinəsinə getmək bəhanəsi ilə özü üçün 150 manat, yanvar ayının sonlarında “XXX” adı ilə zəng edib Bak ı şəhərində ev almaq bəhanəsi ilə ümumilikdə 6000 manat, həmin ərəfədə özünün həkim müayinəsinə gedəcəyi bəhanəsi ilə 500 manat, fevral ayının əvvəlində “XXX” adı ilə zəng edib yenidən əməliyyat olunacağı bəhanəsi ilə 1500 manat, həmin ərəfədə “XXX”nin əməliyyatdan sonra narkozdan ayılmadığı üçün dərmanlarını almaq bəhanəsi ilə 1000 manat, fevral ayının əvvəllərində “XXX” adı ilə zəng edib vəfat etmiş dayısının dəfn xərclərini ödəmək bəhanəsi ilə 2000 manat, həmin ərəfədə özü üçün gödəkcə almaq bəhanəsi ilə 100 manat, eləcə də həkim müayinəsinə getmək bəhanəsi ilə ümumilikdə 500 manat, fevral ayının ortalarında “XXX” adı ilə zəng edib dayısının anası ilə mübahisə zamanı ev qapısının şüsəsini sındırdığına görə zərəri ödəmək bəhanəsi ilə 200 manat, fevral ayının sonlarında özü Zərərçəkmiş şə xs2 zəng edərək «XXX»nin ondan pul istəməsinə utandığı üçün sonuncunun adından Bakı şəhərində aldıqları evin ödənilməmiş pulun qalan hissəsini ev sahibinə vermək bəhanəsi ilə mart ayının əvvəlində ümumilikdə 5000 manat, mart ayının əvvəllərində «XXX» adı ilə zəng edərək Şəmkir rayonunda qaldığı evin kirayə haqqını ödəmək bəhanəsi ilə 500 manat, mart ayının ortalarında Novruz bayramı bazarlığı bəhanəsi ilə 200 manat, həmin ərəfədə «XXX» adından zəng edib yıxılaraq ayağından xəsarət aldığı üçün əməliyyat olunmalı olduğunu bildirib aprel ayının sonlarınadək iki dəfəyə ümumilikdə 2350 manat, həmçinin “XXX” adı ilə zəng edib bayram bazarlığı etmək üçün 800 manat, mart ayının sonlarında özünün həkim müayinəsindən keçəcəyi bəhanəsi ilə 200 manat, aprel ayının əvvəlində dərman almaq bəhanəsi ilə ö zü üçün 100 manat, həmin ərəfədə “XXX” adı ilə zəng edib atasının vəfatının ildönümü məclisinin təşkili ilə bağlı 800 manat, həmin gün axşam isə zəng edərək öz adından danışıb «XXX» ilə birlikdə bazarlıq etdiklərini, lakin pul çatmadığını deyib əlavə xərclərə sərf etmək bəhanəsi ilə 400 manat, aprel ayının əvvəlində yenidən «XXX» adı ilə zəng edib dayısının anası ilə mübahisə edərkən bahalı stol-stul dəstini sındırdığını və onların yenisinin alınıb zərərin ödənilməsi bəhanəsi ilə 2000 manat, həmin ərəfədə yenidən «XXX» adından zəng edib 193 manata “Samsung A10” markalı mobil telefon və 050/966-45-44 nömrəli sim-kartı, aprel ayının sonlarında Bakı şəhərinə qonaq getmək bəhanəsi ilə özü üçün 200 manat, həmin ərəfədə «XXX» adından zəng edib anasının Bakı şəhərinə gedərək borclarını ödəmək b əhanəsi ilə 500 manat, bir neçə gün sonra isə «XXX» adından yenidən zəng edib Şəmkir şəhərində kirayə qaldığı evin yanmış mətbəxini təmir elətdirmək bəhanəsi ilə əvvəlcə 1150 manat, may ayının əvvəlində isə daha 2850 manat pulu əldə edib hər dəfə qabaqcadan razılaşdıqları formada öz aralarında bölüşdürmüş, sonuncu dəfə isə 2020-ci il mayın 4-də «XXX»yə göndərmək adı ilə 800 manat pulu Salyan rayonunun Xalac kəndində Zərərçəkmiş şəxs2 işlədiyi “Abad Market”də mağazasında aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış, nəticədə zərərçəkmiş şəxsə cəmi 64.913 (altmış dörd min doqquz yüz on üç) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla birgə dələduzluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, ibtidai araşdırma dövründə Məhkum izahat və ifadələr onun hüquqlarının pozulması ilə alındığından yolverilməz sübut kimi qiymətləndirilməlidir. Müdafiəçinin fikrincə, zərərçəkmiş şəxsdən pullar 71 dəfədə borc kimi alındığından mülki mübahisə kimi dəyərləndirilməlidir. Müdafiəçi hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən Məhkum ona elan edilən ittihamda təqsirliliyi sübuta yetirilmir və həmin cinayət hadisəsinin ona aidiyyəti yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiy a şikayətinin təmin edilməsi barədə müdafiəçi S.Fərəcovun və Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynli və Zərərçəkmiş şəxs1 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi mə sələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə ə saslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, y uxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhk əmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlar ının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qey d edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, iş üzrə digər məhkum edilmiş şəxs X5 verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs2, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1, şahidlər X9, X11, X4 ifadələri, «Təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi barədə» 30 iyun 2020-ci il tarixli protokol, Məhkum 05 may 2020-ci il tarixli izahatı, 24 iyul 2020-ci il tarixli üzləşdirmə-dindirmə protokolu, və iş üzrə toplanmış digər sübutların məcmusu ilə məhkumun təqsiri tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının təl əblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun.... Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, və siyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, izahatlar, üz ləşdirmə protokolları, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həy at şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmaması, onun qardaşının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Füzuli rayonu işğaldan azad edilərkən şəhid olması CM–in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nə ticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, ap ellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş də lillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalədır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 avqust 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-156/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-156/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver