Məhkəmə qərarları › İş №1(102)-156/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-156/2023

12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-156/2023 12.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X6 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi X5 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-250/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 09 avqust 1959-cu il tarixdə Ağdaş rayonunun Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Ağdaş rayonunun Abad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamışdır. 2. 09 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.2, 120.2.3, 120.2.4, 120.2.6, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.10 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 30 dekabr 2021-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X4 17 iyun 2021-ci il tarixdə, saat 22 radələrində orta dərəcəli sərxoş vəziyyətdə həmkəndlisi xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ona kənd yolunda avtomobili üzərinə sürməsi ilə bağlı irad bildirməsini bəhanə edib sakit tərzdə sonuncu ilə həmin məsələni aydınlaşdırmaq əvəzinə, öz şəxsiyyətini sonuncunun şəxsiyyətinin fövqündə qoyub özünün uydurma mülahizələrini cinayət törətmək üçün bəhanə edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün Ağdaş rayonunun Abad kəndində yaşadığı evindən özünə məxsus olan,16 kalibrli “İJK” modelli, lüləsi “P 717 51” nömrəli, lüləaltı yastığı “K 10276” nömrəli eyni modelli ov silahının lüləaltı yastığı ilə komplektləşdirilmiş xarici çaxmaqlı, yivsiz odlu ov silahını və ona aid 16 kalibrli patronları götürüb Zərərçəkmiş şəxs2 yaşadığı Abad kəndində yerləşən evinə getmək üçün Abad kəndində kənd sakini Şahid6 məxsus mağazanın yaxınlığına gəlmiş, heç bir əsas olmadan qeyd olunan silahdan istifadə edərək cəmiyyətə açıqça hörmətsizlik ifadə etməklə öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların fövqündə qoyub ictimai qaydanı pozan və ətrafda olan şəxslər üzərində zor tətbiq olunması ilə və ya zor tətbiq olunması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, həmin zaman onun qanuna zidd hərəkətlərinə son qoymaq istəyən, onun cinayət törətməsinin qarşısını almaq istəyən qardaşı Ağdaş rayo nunun Abad kənd sakini xx.xx.1968-ci il təvəllüdlü X1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə kənd sakinlərinin gözləri qarşısında həmin silahla qəsdən 1 dəfə atəş açaraq sonuncuya döş qəfəsinin ön sol nahiyəsinin döş yanı xətti üzrə X-Xİ qabırğaarası sahənin daxilə keçən sol ağ ciyərin aşağı payının əzilib dağılması, daxili qanitirmə, sol X-Xİ qabırğaların sınığı kimi ağır xəsarətlər yetirib qəsdən öldürmüş, yəni X1 xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etmişdir. Bundan əlavə o, təkrarən həmin gün, saat 22 radələrində qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək qeyd olunan silahdan istifadə etməklə öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib ətrafında olan insanlara əhəmiyyət verməyərək şəxslər və üzərində zor tətbiq olunması və özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməyə davam edərək, hadisə yerinə sonradan gələn, Ağdaş rayonunun Abad kənd sakini Zərərçəkmiş şəxs3 idarə etdiyi ağ rəngli VAZ-21011 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı içərisində sərnişinlər olan avtomobilin yaxınlığında çöldə dayanan kənd sakini xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 heç bir əs aslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə 16 kalibrli “İjk” modelli yivsiz odlu ov tüfəngi ilə qəsdən 1 dəfə atəş açaraq Zərərçəkmiş şəxs5 qəsdən boynun ön səthinin yaraları kimi sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etməklə Zərərçəkmiş şəxs3 avtomobilinin üst yük hissəsinə və qabaq oturacağın boy hissəsinə 40 manat məbləğində maddi ziyan vurub əmlakını zədələməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs5 xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, təkrar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, xəsarətlər həyat üçün təhlükəli olmadığından cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdır. Bundan əlavə o, təkrarən həmin gün, saat 22 radələrində Zərərçəkmiş ş əxs2 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlində olan 16 kalibrli “İJK” modelli yivsiz odlu ov tüfəngi ilə sonuncunun yaşadığı Abad kəndində yerləşən evinə gedib onu çağıraraq çölə çıxmasını istəmiş, lakin, Zərərçəkmiş şəxs2 həmin vaxt yaşadığı evdə olmadığından Məhkum iradəsindən asılı olmayaraq cinayəti başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmiş, yəni Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə, təkrar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdır. Bundan əlavə o, təkrarən həmin gün, saat 22 radələrində silahdan istifadə etməklə öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə edən hərəkətlərə yol verib ətrafında olan insanlara əhəmiyyət verməyərək şəxslər üzərində zor tətbiq olunması və zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməyə davam edərək, Ağdaş rayonunun Abad kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 yaşadığı evə gedib onun əri Zərərçəkmiş şəxs2 uca səslə çağırdıqdan sonra 16 kalibrli “İjk” modelli yivsiz odlu ov tüfəngi ilə 1 dəfə havaya qəsdən atəş açmaqla onu öldürəcəyi ilə hədələyib fiziki zor tətbiq etmək hədəsi ilə qorxuzub çölə çıxmasını bildirmiş, daha sonra Zərərçəkmiş şəxs1 yaşadığı evdən çıxdıqdan sonra yenidən kənd yolunda silahı ilə 1 dəfə havaya qəsdən atəş açıb sonuncudan əri Zərərçəkmiş şəxs2 çağırmağı və onun yerini deməyi tələb etmiş, həmçinin, Zərərçəkmiş şəxs1 onun yanından getmək istədiyini görüb sonuncunu ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə əlindəki “İJK” modelli odlu ov tüfəngini ona tuşlayıb qəsdən 1 dəfə atəş açmaqla sonuncunun qəsdən öldürməyə, yəni Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, təkrar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, güllələr Zərərçəkmiş şəxs1 dəymədiyindən cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdır. Bundan əlavə o, təkrarən həmin gün, saat 23 radələrində silahdan istifadə etməklə öz şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə edən hərəkətlərə yol verib ətrafında olan insanlara əhəmiyyət verməyərək şəxslər üzərində zor tətbiq olunması və özgə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməyə davam edərək Ağdaş rayonunun Abad kəndində yerləşən Şahid6 məxsus kənd mağazasının istiqamətində geri qayıdaraq kənd mağazasının yaxınlığında ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun hüquqa zidd hərəkətlərinin qarşısını almağa çalışan, idarə etdiyi ağ rəngli VAZ-2101 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələn Ağdaş rayonunun Abad kənd sakini xx.xx.1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə 16 kalibrli “İjk” modelli yivsiz odlu ov tüfəngini ona tuşlayıb qəsdən 1 dəfə atəş açaraq s onuncunu qəsdən öldürməyə cəhd etmiş və Zərərçəkmiş şəxs4 məxsus avtomobilin qabaq sağ 1 ədəd duman əleyhinə işığına və qabaq sağ panelinə 34 manat məbləğində maddi ziyan vurub əmlakını zədələməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, Zərərçəkmiş şəxs4 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyəti ilə, ümumi təhlükəli üsulla, təkrar qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, güllələr Zərərçəkmiş şəxs4 dəymədiyindən cinayət onun iradəsindən asılı olmayan səbəbdən başa çatdırılmamışdır.

5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-65/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.3, 120.2.4, 120.2.6, 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.10-cu və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkd ə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.3, 120.2.4 və 120.2.6-cı maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.3, 29,120.2.4, 29,120.2.10-cu maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər də həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib hökmün ləğv edilməsini və barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun qardaşını öldürmək niyyəti olmamış, sonuncu tüfəngi onun əlindən almaq istəyərkən güllə açılmış və qardaşına dəymişdir. Qohumları, qardaşının arvadı və uşaqları ondan şikayətçi deyillər. O dəfələrlə ruhi əsəb dispanserində müalicə almışdır. Özünü idarə etməkdə çətinlik çəkir. Törətdiyi əməldən peşmandır.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-250/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-65/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, məhkum onları təkrarlamaqla məhkəmə kollegiyasından təyin edilən cəzanın müddətinin azaldılmasını xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəm ə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cin ayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın müddətini mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiril məsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-250/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətmək də təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum unun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törəd ilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İstinad edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxsl ər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

22. Məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsaslanmaqla cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsaslanmaqla zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin hüquqi varisinin məhkumla barışmasını və ona qarşı heç şikayət və tələblərinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi və cinayətin odlu silahdan istifadə etməklə törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-250/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-250/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar