Məhkəmə qərarları › İş №1(102)-156/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-156/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-156/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(099)-662/2023 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 03 iyun 2024-cü il tarixli, 1(099)662/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2024-cü il tarixli, 1(106)-679/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X8 və X3 ibarət məhkəmə tərkibində) 12 dekabr 2023-cü il tarixli, 1(099)-662/2023 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum hökmdən apellyasiya şikayətini və apellyasiya şikayəti ilə bağlı prosessual müddətin bərpasına dair vəsatəti 23 may 2024-cü il tarixində məhkəməyə daxil olmuş, Məhkum prosessual müddətin bərpa edilməsinə dair vəsatətdə (ərizədə) apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X7) 03 iyun 2024-cü il tarixli, 1(099)-662/2023 nömrəli qərarı ilə Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(099)-662/2023 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan məhkum apellyasiya şikayəti verərək, şikayətin verilməsi müddətinin ötürülməsinin səbəbi kimi hökmün surətinin alınması barədə qəbzə istintaq təcridxanasında olarkən ona imza etdirilməsinə baxmayaraq hökmün surətinin verilməməsini, ertəsi gün istintaq təxcridxanasından cəzaçəkmə müəssisəsinə gəldikdən sonra 14 gün karantin rejimində olması, daha sonra isə hüquqi savadsız olması səbəbindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürüldüyünü qeyd etmişdir. Müddətin bərpasından imtina barədə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 1(099)-662/2023 nömrəli qərarının ləğv edilməsini, müddətin bərpa edilməsini və onun işinə apellyasiya qaydasında baxı lması haqqında qərar çıxarılmasını xaһiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət məhkəmə tərkibində) 26 iyul 2024-cü il tarixli, 1(106)679/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 1(099)-662/2023 qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2024-cü il tarixli, 1(106)-679/2024 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillə ri ilə eynilik təşkil etməklə, hüquqi savadsızlığı və digər səbəblərə görə hüququndan vaxtında istifadə edə bilmədiyini qeyd edib, məhkəmədən hüquqlarının bərpa edilməsi məqsədi ilə, buraxılmış prosessual müddətin bərpasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci m addəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi q arşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(099)-662/2023 nömrəli hökmü elan olunarkən Məhkum müdafiəçisi Müdafiəçi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. Lən kəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(099)-662/2023 nömrəli hökmünün surəti xx.xx.2023-cü il tarixdə Məhkum imza etdirilməklə təqdim olunmuşdur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir obyektiv və ya subyektiv əsas mövcud olmamış, yəni birinci instansiyası məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarında müəyyən etdiyi kimi, onun Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli hökmünü apellyasiya qaydasında mübahisələndirməməsi üzrlü ha llardan baş verməmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 3 aydan artıq vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum kassasiya şikayətinin dəlilləri qismində müddəti ötürməsi əlaqədar hər hansı əsaslı hala istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(099)-662/2023 nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Məhkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hə r hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1- ci maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(099)-662/2023 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi ilə bağlı vəsatətin təmin edilməməsinə dair həmin məhkəmənin 03 iyun 2024-cü il tarixli, 1(099)-662/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 iyul 2024cü il tarixli, 1(106)-679/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar