Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1560/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum1 müdafiəçisi Müdafiəçi3 Babalı oğlunun iştirakları ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 178.3.1-ci maddələri və Məhkum1 A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 və 178.3.1ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Müdafiəçi3 Babalı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, X10 və X5 ibarət tərkibdə) 19 iyun 2020-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsi, Azər baycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən ona həmin maddə ilə cəza təyin edilməməsi, Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 22 noyabr 2018-ci il tarixdən hesablanması, haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum2 da məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum1 müdafiəçisi Müdafiəçi2 apellyasiya ş ikayəti verərək Məhkum1 barəsində CM-in 178.3.1-ci maddəsi ilə bəraət hökmü çıxarılmasını, CM-in 178.3.1-ci maddəsi ilə təqsirli bilindiyi halda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddinin təyin edilməsini xahiş etmişdir. Həmin hökmdən Məhkum2 müdafiəçisi Müdafiəçi1 apelyasiya şikayəti verərək Məhkum2 barəsində CM-in 178.3.1-ci maddəsi ilə bəraət hökmü çıxarılmasını, CM-in 178.3.1-ci maddəsi ilə təqsirli bilindiyi halda məhkumun himayəsində iki azyaşlı uşaqlarının, xəstə və qoca valideynlərinin olmasını birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın aşağı endirilməsini xahiş etmişdir. Hökmdən Məhkum2 apellyasiya şikayəti verərək, ona təyin edilmiş cəza ilə razılaşmadığını, buna görə işinə yenidən baxılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) 21 avqust 2020-ci il tarixli, 1(104)-234/2020 saylı qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2020-ci il tarixli 1(100)-15/2020 saylı hökmü məhkumun və müdafiəçilərin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 27 aprel 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qeyd olunan 21 avqust 2020-ci il tarixli 1(104)-234/2020 saylı qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair vəsatət verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə) 12 may 2022-ci il tarixli qərarı ilə Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmiş, Məhkum1 münasibətdə Gəncə Apellyasiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli 1(104)-234/2020 saylı qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 21 avqust 2021-ci il tarixli qərarı rəsmi qaydada Məhkum1 təqdim olunmamışdır. Ona görə də və eyni zamanda Covid -19 pandemiyası dövründə məhkum Covid-19 xəstəliyinə tutularaq uzun müddət müalicə olunduğundan vaxtında kassasiya şikayəti verilməmişdir. Ona görə də Məhkum1 müddətin bərpa edilməsi barədə müraciət etmiş, lakin apellyasiya in stansiyası məhkəməsi 12 may 2022-ci il tarixli qərar ilə əsassız olaraq bundan imtina etmişdir. Kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Res publikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət- prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəm ə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Sözügedən Məcəllənin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdik də. Apellyasiya instansiya məhkəməsi məhkum tərəfindən verilmiş kassasiya şikayətinin mübahisələndirilən qərarın qəbul edildiyi (çıxarıldığı) gündən 1 il 8 ay keçdikdən sonra verilməsi barədə nəticəyə gəlmiş və bu səbəbdən vəsatəti təmin etməyərək kassasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina etmişdir. Apellyasiya instansiyasının göstərilən mövqeyinə dair məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin 21 avqust 2020-ci il tarixli qərarı məhkumun saxlanıldığı cəzaçəkmə müəssisəsinə göndərilsə də, məhkumun həmin qərarın surətini əldə etməyi barədə cinayət işinin materiallarında hər hansı sənəd müəyyən edilmir. Qanunvericiliyin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, Məhkum1 mü bahisələndirdiyi qərardan kassasiya şikayəti verilmə müddəti 12 ay müəyyən edilmiş və bu müddət həmin qərarın ona rəsmi qaydada təqdim edildiyi vaxtdan hesablanmalıdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 avqust 2020-ci il tarixli qərarının surətinin Məhkum1 təqdim edilməsi müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi məhkum tərəfindən kassasiya şikayətinin verilmə müddətinin buraxılmasının üzrsüz olması barədə qənaətə hansı sübutlar əsasında gəldiyini göstərməmişdir. Həmçinin iş üzrə məhkumun mübahisələndirilən qərarı əldə edibetmədiyi, qərarın ona təqdim edildiyi halda, bu təqdim etmənin müddətinin başlanğıcı müəyyən edilməmişdir. Halbuki kassasiya şikayətinin verilmə müddətinin bərpa olunması barədə vəsatətin əsaslı olub–olmamasının müəyyən edilməsi üçün əvvə l məhkum tərəfindən mübahisələndirilən qərarın əldə etdiyi tarix müəyyən edilməli, bundan sonra müddətin buraxıldığı müəyyən edilərsə, onun səbəbinin üzrlü olub-olmaması araşdırılmalı idi. Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib et məmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə niz am, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X11rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsi barədə qərar çıxarır. Mə hkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun mübahisələndirilən məhkəmə qərarını aldığı tarix müəyyən edilmədiyindən, hazırki cinayət işi üzrə kassasiya şikayətinin müddətinin bərpası barədə vəsatətin dəlillərinə qiymət vermək, vəsatətin təmin edilməsi üçün əsaslar olub-olmadığını müəyyən etmək mümkün deyildir. Buna görə də kassasiya şikayəti təmin edilməli, Azərbaycan Respublikası CPM-nin 416.1.2-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarı ləğv edilməli və Məhkum1 tərəfindən verilmiş buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti həmin məhkəmədə yenidən baxılmağa təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməməsi barədə Gəncə Apellyasiya Məhkəməsin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarı ləğv edilsin və iş həmin məhkəmədə yenidən baxılmağa təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1560/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1560/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver