Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1561/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Quliyev Elxan Ağalar oğlunun iştirakları ilə Lənkəran Ağır Cinayə tlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Elxan Ağalar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Cəlilov Oruc Yusif oğlu, hakimlər Nuriyev Xamməd Abış oğlu və Quliyev Nizami Fərzi oğlundan ibarət təkibdə) xx xxxxx 1978-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 evdə qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 10,073 qram narkotik vasitə olan heroin və 425,0 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş və həmin narkotik vasitələrdən 10,073 qram narkotik vasitə olan heroini 5 ədəd bükümlərdə üstündə saxlayıb daşımış, habelə 425,0 qram narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı ünvan 1 evində yataq otağında gizlədib saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Məhkum 28 iyul 2017-ci il tarixdə, saat 10:15-də yaşadığı ünvan 1 ünvanda olan evin qarşısında saxlanılmış və onun əynində olan göy rəngli şalvarının cibindən beş ədəd sellofan bükümlərdə ayrı-ayrılıqla 1,751 qram, 3,025 qram, 1,485 qram, 2,328 qram və 1,484 qram olmaqla, cəmi külli miqdarda-10,073 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, habelə həmin tarixdə Məhkum yaşadığı evinə baxış keçirilərkən yataq otağında olan qoşa çarpayının sağ yan tərəfində yerləşən dolabdan bir ədəd ağ rəngli polietilen torbada 425,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Hökmdən Məhkum müdafiəçisi F.M.Atakişiyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Cəfərov Rafiq Musa oğlu, hakimlər Novruzov Ələsgər Əli İskəndər oğlu və Camalov Etibar Əli oğlundan ibarət tərkibdə) 06 mart 2018-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmü Məhkum müdafiəçisi F.M.Atakişiyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 05 il müddətə azadlıqdan məhrumetmə cəzası həddinədək azaldılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Elxan Ağalar oğlu kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə tövsif edərək cəza çəkdiyi müddət nəzərə alınmaqla cəzadan azad edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi E.Quliyev kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində Məhkum narkotik vasitə olan heroin və qurudulmuş marixuananın aşkar edilməsi və həmin narkotik vasitələri satış niyyəti ilə saxlaması istintaq sənədləri və məhkəmədə dindirilən şahid ifadələri ilə sübuta yetirilməmişdir. İstinaqın gəldiyi nəticə məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Məhkəm ə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanmalı olduğu halda, məhkəmə ibtidai istintaqda tədqiq olunmuş əsassız və qeyri-obyektiv sübutlara əsaslanmışdır. Məhkəmə tərəfindən təyin edilmiş cəza ağır olmaqla məhkumun şəxsiyyətinə uyğun deyildir. Belə ki, yaşayış yerindən verilmiş xasiyyətnamədə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Bundan əlavə o, 3-cü qrup əlildir, himayəsində 1 azyaşlı uşağı vardır, ailədə yeganə qazanc gətirən şəxsdir və ilk dəfə məhkum olunmuş şəxsdir. Məhkəmə hökmün əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin 3-cü qrup əlil olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunma sını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasını göstərsə də, faktiki olaraq cəza təyin edərkən həmin xüsusatları nəzərə almamışdır. Məhkəmə eyni zamanda Məhkum ilk dəfə məhkum olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamışdır. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmündən birinci instansiya məhkəməsində müdafiəçisi olmuş X3 vermiş olduğu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız hökm çıxarıldığını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmadığını göstərib, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və onun şəxsiyyətinə uyğun olmadığından dəyişdirilib, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Fərəcov Salman Böyükağa oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsində müdafiəçisi olmuş X8 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız hökm çıxarıldığını, hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmadığını göstərib, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməməsi və təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığından dəyişdirilib, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmə Kollegiyasından xahiş etmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127, 129-cu maddələrini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsini, maddələrini rəhbər tuta raq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2018-ci il tarixliqərarının ləğv edilməsini, Məhkum əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilərək, cəza çəkdiyi müddət nəzərə alınmaqla cəzadan azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin qismən edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2018-ci il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, belə nəticəyə gəlir ki, həmin qərar qanuni hesab oluna bilməz. Məhkum məhkəmədə göstərmişdir ki, “... o, İİİ qrup əlildir və xəstə olduğu üçün narkotik vasitələrdən, əsasən də metamfetamin və metadondan istifadə etmişdir. 2006-cı ildə Rusiyada olarkən narkotikə görə 6 ay müddətə məhkum olunmuş və cəzas ını da Rusiyada çəkmişdir. 28 iyul 2017-ci il tarixdə, gecə saatlarında polis əməkdaşları evinə gəlib onu tutub Hacıqabul RPŞ-nə aparmışlar. Həmin vaxt üstündə özünün şəxsi istifadəsi üçün narkotik vasitə olan metamfetamin olmuşdur. O, evdə olarkən polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilməmişdir. Sonra ona məlum olmuşdur ki, evindən marixuana aşkar olunmuşdur. Evində aşkar olunmuş marixuana ona aid deyil və kimə məxsus olmasını bilmir. Tutulan vaxt üstündə metamfetamindən başqa narkotik vasitə, yəni heroin olmamışdır. Tutulduqdan sonra polis əməkdaşkarı ona təzyiq edib izahat yazmağa məcbur etmişlər və o, öz xətti ilə yazdığı izahatında göstərmişdir ki, guya tutulan vaxt üstündə heroin olmuş, həmçinin yaşadığı evdə aşkar olunan marixuana da ona məxsusdur. Lakin onun cibin dən və evindən heç bir narkotik vasitə aşkar olunmamışdır. O, üstündə və evində narkotik vasitə saxlamamış və heç kimə narkotik vasitə satmamışdır...”. Məhkum məhkəmədə həm də göstərmişdir ki, “... həmin tarixdə Hacıqabul rayonunda bir işlə bağlı hardasa 12 nəfərə yaxın adam yığıb şöbəyə aparmışlar...”. Birinci instansiya məhkəməsi müdafiə tərəfinin irəli sürdüyü həmin dəliləri ətraflı yoxlamamış, bunun üçün müvafiq tədbirlər görməmiş, ittiham tərəfinin təqdim etdiyi sənədlərin və digər sübutların tədqiq edilməsi ilə kifayətlənmiş və onlara əsaslanmışdır. Həmin sənədlərin məzmunu və onların tərtib edilməsi tarixlərinin və vaxtlarının təhlili göstərir ki, onlarda əks etdirilmiş məlumatların həqiqi olması şübhə doğurur, bunlar ittihamın sübuta yetirilməsində şübhələrin yarandığı qənaətinə gə lməyə əsas verir, məhkəmə isə həmin şübhələrin aradan qaldırılması üçün tədbir görməmişdir. Azərbaycan Respublikası CPM-nin 246.2-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda məhkəmənin qərarı alınmadan şəxsi axtarış aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 244.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, barəsində axtarış və ya götürmənin aparıldığı şəxslər, habelə hal şahidləri, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, müdafiəçilər müstənt iqin bütün hərəkətləri zamanı həmin yerdə olmaq, protokolda yazılmalı olan qeydlər vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsində təsbit olunmuşdur ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-nin 147.6-cı maddəsində göstərilmişdir ki, tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. Azərbaycan Respublikası CPM-nin 153.2.1, 153.2.2 və 153.2.5-ci maddələrində qeyd olunmuşdur ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yer lərinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirmək, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etməli; tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli; tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli; şəxsə tutulduğu andan öz vəkili və qanuni nümayəndəsi ilə ləyaqətli şəraitdə və nəzarət altında təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq imkanı yaradılmalıdır. 28 iyul 2017-ci il tarixli tutma protokoldan görünür ki, tutmanın əvvəli “saat 1015” göstərilmiş, protokol isə dərhal deyil, bundan 02 saat 30 dəqiqə sonra – saat 1245 tərtib olunmağa başlamışdır. İş materiallarından həm də görü nür ki, Məhkum saat 1015-də tutarkən onun tutulmasının əsasları bildirilməmiş, müdafiəçinin xidmətindən istifadə etmək hüququ izah edilməmiş, o, təxirə salmadan polisə gətirilməmiş, tutma faktı qeydə alınmamış, onun tutma protokollu ilə tanış edilməsi, vəkili ilə görüşməsi təmin edilməmiş, qanunla nəzərdə tutulmuş, şəxsin hüquqlarının təmin olunmasına yönələn, qanunla nəzərdə tutulan bu tədbirlər görülmədən, tutma ilə (saat 1015) tutma protokolunu tərtib edilməsi arasında vaxt ərzində (02 saat 30 dəqiqə) cinayət təqibi orqanı tərəfindən hətta iş üçün mühüm əhəmiyyət kəsb edən bir neçə istintaq hərəkətləri aparılmış və buna dair sənədlər tətib olunmuşdur. İş materiallarında olan həmin sənədlərdən, konkret olaraq 28 iyul 2017-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqı nda protokoldan (faktiki olaraq axtarış və maddi sübutun götürülməsi haqqında) görünür ki, Məhkum üstünə baxış, ondan və evindın narkotik vasitənin götürülməsi tutma protokolu tərtib edilmədən, Məhkum bununla bağlı hüquqları izah edilmədən, qanunla nəzərdə tutulmuş hüquqlarına riayət edilmədən (Azərbaycan Respublikası CPM-nin 153.2.1, 153.2.2, 153.2.5-ci maddərində tutulmuş) müdafiəçinin iştirakı olmadan (bunu protokol tərtib edən A.Tahirov da məhkəmədə təsdiq etmişdir) həyata keçirilmişdir. Bundan başqa, həmin protokolda müdafiəçinin protokolun tərtib edilməsində iştirak etdiyi göstərilmişdir (protokolda müdafiəçi özü də imza etmişdir). Məhkum şübhəli şəxs qismində tutulması haqqında, 28 iyul 2017-ci il tarixli qərarda göstərilmişdir ki, “... 28 iyul 2017-ci il tarixdə keçirilmiş əməliy yat-axtarış tədbiri zamanı Məhkum saxlanılaraq üzərindən 5 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür...”. Tutma protokolunda qeyd olunmuşdur ki, tutmanın əvvəli saat 1015 hesab olunsun. Yəni, cinayət təqibi orqanı tutmanın məhz saat 1015-də keçirildiyini və yalnız bundan sonra narkotik vasitənin aşkar edildiyini sənəddə göstərir, tutma qərarında isə narkotik vasitənin artıq aşkar edildiyinə istinad edilir. Bunların təhlili göstərir ki, saat 1015, yəni Məhkum tutularkən onun tutulması barədə qərarın olduğu şübhə doğurur. Bu baxımdan müdafiəçinin baxış və götürmə haqqında protokolunun tərtibində hansı şəkildə iştirak etməsi aydın deyildir (şübhəli şəxs qismində tutma haqqında qərarın məzmunundan görünür ki, narkotik vasitənin aşkar edilməsi, yəni qeyd olunan protokolun tərtib edilməsi artıq baş vermiş və o vaxt Məhkum nə qərarla, nə də protokolla şübhəli şəxs kimi tanınmamışdır). Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, ittihamın sübut edilməsində müəyyən şübhələr mövcuddur. Birinci instansiya məhkəməsi isə bunlara heç bir əhəmiyyət verməmiş, münasibət belə bildirməmiş, həmin şübhələrin, sənədlərdə olan məlumatlar arasında ziddiyyətlərin aradan qaldırılması, müdafiə tərəfinin irəli sürdüyü dəlillərin, Məhkum ifadəsində özünü müdafiəsi üçün göstərdiyi halların və məlumatların yoxlanılması üçün heç bir tədbir görməmiş, onlarla razılaşmadığı mövqeyini faktiki olaraq heç cür əsaslandırmamışdır. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə t əcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində birmənalı olaraq izah olunmuşdur ki, “... Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər tətqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilsin ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir...”. Məhkəmə kollegiyasının qənaətinə görə buna da diqqət yetirilməlidir ki, iş materiallarından göründüyü kimi, Məhkum narkotik vasitələri əldə edib saxlamasının təsdiq edildiyi mövqeyində olan məhkəmələr (bunun üçün yuxarıda göstərildiyi kimi, kifayət qədər əsasların olmadığına baxmayaraq) bunların hansı niyyətlə edilməsi, satış məqsədinin olub-olmadığı məsələlərini kifayət qədər ətraflı araşdırmamış, bu məsələlər üzrə mövqelərini faktiki olaraq əsasalandırmamışlar. Bundan başqa, baxış protokolunu imzalamış, Məhkum əleyhinə ifadə vermiş hal şahidi Şaiq Ramazanovun məhkəmədə dindirilməsi təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsində təsbit olunmuşdur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. Belə müddəa “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin 3d bəndində nəzərdə tutulmuş və göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və di ndirilməsi hüququna malik olmaq hüquqlara malikdir. Apellyasiya məhkəməsi də qeyd olunan çatışmazlıqları aradan qaldırılmamış, apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halların (araşdırılmadığı güman etməyə əsaslar yuxarıda göstərilmişdir) araşdırılması üçün müvafiq tədbirlər görməmiş, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Mübahisəsizdir ki, bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gələrkən yuxarıda göstərilən normalara, Azərbaycan Respublikası CPM-nin 21.2, 21.3, 28.5, 33.2, 145.3, 351.2, 125.1, 125.2.1, 125.2.7, 146.1 və 392.3-cü maddələrinin tələblərinə habelə İn san Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsi n xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə ba xışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd olunmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud poz untularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələri n düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmi n işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, kassasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddə sini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1561/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1561/2019
20.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver