Məhkəmə qərarları › İş №1(102)-1561/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1561/2023

22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1561/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Məmmədli Orxan Məmmədqulu oğlunun iştirakları ilə, Lerik Rayon Məh kəməsinin 2 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli 1(048)-58/2022 nömrəli (hakim A.Q.Kiçibəyov) hökmü ilə xx.xx.1986-cı ildə Lerik rayonunun Piran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, məhkumluğu olmayan, işsiz, XXX-də yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində CM-in 46-cı maddəsi tətbiq edilməklə, bir il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, aylıq qazancından on beş faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını əsas iş yeri üzrə çəkməsi və cəzasının əvvəlinin onun işlədiyi və aylıq qazancından dövlət nəfinə pul tutulmalarının aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, habelə mülki iddia təmin edilərək, dövlət meşə fonduna vurulmuş 9608 manat ziyanın Məhkum tutulub X13 Təsərrüfatı Mərkəzinin fondunun hesabına köçürülməsi və hökmün icrasının Lerik rayon İcra və Pr obasiya Şöbəsinə həvalə edilməsi qərara alınmış, həmçinin iş üzrə məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət məhkəmə tərkibində) 13 fevral 2023-cü il tarixli 1(106)-59/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Lerik Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi X13 X1 meşəbəyliyinin meşəbəyisi vəzifəsində işlədiyi müddətdə vəzifəli şəxs kimi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2000-ci il tarixli, 78 saylı qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”na, “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 saylı qərarına, “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinet inin 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 aprel 2006-cı il tarixli 171/Ü saylı əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin 20 aprel 2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsi barədə” və meşəbəyinin vəzifələrinə dair təlimatlara, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 266/ü saylı 13 dekabr 2001-ci il tarixli əmri ilə təsdiq edilmiş Lerik rayon Meşə Mühafizəsi və X2 əsasən, meşəbəyliy in ərazisində meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməyə, meşələrin qorunub mühafizə olunmasına operativ nəzarətin həyata keçirilməsinə, meşəbəyliyin ərazisində (o cümlədən dolayılarda) təftişlərin həyata keçirilməsinə, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etməyə və onları mütəmadi təlimatlandırmağa, sakinlər arasında mütəmadi olaraq maarifləndirici işin aparılmasına, meşəbəylikdə qırma sahələrinin və qırıntıya təyin olunacaq ağacların qanunvericiliyə uyğun olaraq düzgün ayrılmasını və qiymətləndirilməsini təmin etməyə, meşə sahəsində mütəmadi yoxlamaların aparılmasına, meşə qanunvericiliyinin pozulması hallarının vaxtında aşkar edilməsi və həmin qanunsuz faktlarla bağlı müvafiq qaydada protokolların (aktların) tərtib olunub rəsmiləşdirilərək X1 3 Təsərrüfatı Mərkəzinə və ya hüquq mühafizə orqanlarına göndərilməsinə, meşə qanunvericiliyinə riayət olunmasına nəzarət etməyə və digər tədbirlər görməyə məsul vəzifəli şəxs olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, X13 X1 meşəbəyliyinin 22 saylı meşə dolayında 2021-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında müxtəlif cins və diametrli ağaclar istintaqa məlum olmayan şəxslər tərəfindən qanunsuz kəsildiyi halda, həmin şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması, meşə pozuntularının qarşısının alınması, meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə nəzarətin təşkili istiqamətində müvafiq tədbirlər görməyərək, 22 saylı meşə dolayının ərazisində mühafizə işini təşkil etməmiş, meşə sahəsində xidməti yoxlamanın və təftişlərin aparılmasını həyata keçirməmiş, meşə qanunvericiliyinin pozulması hallarının vaxtında aşkar edilib rəsmiləşdirilməsini təmin etməmiş, nəticədə X13 X1 meşəbəyliyinin 22 saylı meşə dolayında 2021-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr aylarında müxtəlif cins və diametrli 247 ədəd köküstə yaş ağacların istintaqa məlum olmayan şəxslər tərəfindən qanunsuz kəsilməsinə, bununla da Mərkəzin hüquqlarına və dövlətin qanuni mənafeyinə ümumilikdə 9.608,7 manat məbləğində mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfi ndən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq ittiham edilmişdir. Eyni zamanda aparılmış məhkəmə iclasında Məhkum qarşı irəli sürülmüş ittihamın əsassız və qanunsuz olduğu və onun tərəfindən AR-nın CM-nin 314.1-ci maddəsində göstərilən cinayət əməllərinin törətmədiyi müəyyən edilmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən olunur ki, Məhkum əvvəlki tarixlərdə qanunsuz olaraq işdən çıxarılmış və sonuncu məhkəməyə müraciət etdiyindən iddiası əsaslı olduğundan təmin olunmuşdur. Təqdim olunmuş həmin sübuta nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmişdir. Halbuki məhkəmə bir sübutun digərinə münasibətdə mötəbərliyini, özünün daxili inamına söykənməklə əsaslandırmalı idi və nəyə görə həmin sübuta istinad etmədiyini, həmin sübutu mötəbər hesab etmədiyini qərarında da göstərməli idi. Lakin, Şirvan Apellyasiya Məhkəməsinin mübahisəndirilən qərarında sözügedən qətnamənin adı da çəkilməmişdir. İkincisi, apellyasiya instansiyası məhkəməsində göstərilən digər dəlil ondan ibarət olmuşdur ki, yoxlamanın Məhkum işdən faktiki olaraq ayrıldığı vaxtdan 4 ay sonra aparılması olmuşdur. Haqlı olaraq sual yaranır ki, yoxlamayadək həmin 4 ay müddətində niyə həmin dolayını təhvil almış Şahid9 bu barədə heç kimə məlumat verməmişdir. Haqlı olaraq Məhkum apellyasiya instansiyası məhkəməsində həmin xüsusatları qeyd etmiş və əlavə ola raq bildirmişdir ki, 22 saylı dolayı rəsmi qaydada Şahid9 mühafizə üçün təhvil verilərkən təhvil-qəbul zamanı meşəbəyliyin 22 saylı dolayının ərazisində 36 ədəd kök üstə yaş halda ağacların kəsildiyi müəyyən edilərək bu barədə tərtib edilmiş akt X13 Təsərrüfatı Mərkəzinə göndərilmiş, daha sonra isə həmin akt əsasında toplanmış material Mərkəz tərəfindən Lerik Rayon Polis Şöbəsinə göndərilmiş və müvafiq qaydada araşdırma aparılmışdır. Hətta həmin məsələ ilə əlaqədar Lerik RPŞ-nin İB-nin müstəntiqinin iştirakı ilə 22 saylı meşə dolayında kəsilmiş ağaclara baxış keçirilmiş və onlardan izahat alınmışdır. Yəni işdən çıxarılana kimi olan müddətdə mühafizəsində olan meşəbəyliyin 22 saylı meşə dolayında cəmi 36 ədəd qanunsuz qırıntı aşkar olunmuşdur. Buna baxmayaraq 2022-ci ilin aprel ayında X13 T əsərrüfatı Mərkəzi və 1 saylı Ərazi Ekologiya İdarəsinin əməkdaşları tərəfindən Razvandaband meşəbəyliyinin 22 saylı dolayında aparılan yoxlama zamanı həmin dolayıda 153 ədəd ağacın qanunsuz kəsilməsi halı aşkarlanmışdır. Həmin yoxlamada dəvət olunmadığı üçün iştirak etməmişdir. Bundan başqa, aparılmış yoxlamalar aprel ayında olmuşdur, amma nəticəsi əvvəlki tarixə rəsmiləşdirilmişdir, yəni 31 mart 2022-ci il tarixdə 000396 saylı akt tərtib olunmuşdur. Normal məntiqə əsasən nəticəni ehtiva edən akt yoxlamadan sonrakı tarixdə olmalı idi. Bu ziddiyyətli və şübhəli məqamı da apellyasiya instansiyası məhkəməsində dəfələrlə vurğulanmışdır. Lakin məhkəmə həmin ziddiyyətli, şübhəli məqamları da düzgün qiymətləndirməmişdir. Bundan başqa, şahidlər hamılıqla Məhkum adını çəkmişdir, halbuki onlar bu i ş üzrə heç bir halın şahidi olmamışdır. Yəni, ağacların Məhkum meşəbəyi olduğu dövrdə kəsilməsi ilə bağlı, sonuncunun təqsirliliyi ilə əlaqədar hər hansı hala şahid olmamışlar, sadəcə olaraq aprel ayında yoxlamada iştirak etmişlər və qırıntıların şahidi olmuşlar və həmin ifadələr ittiham hökmünün çıxarılması üçün sübutlar qismində çıxış edə bilməz. 20 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyi ilə ağacların kəsilməsinin hansı dövrə təsadüf etməsinin müəyyən olunması qəbul edilməzdir. Çünki, ağacın kəsilməsindən 8-9 ay sonra onun hansı aylarda kəsilməsini müəyyən edən tədqiqat üsulu elmə bəlli deyil. Burada bir halı qeyd etmək kifayətdir ki, Məhrəm Cəfərov heç bir halda bu məsələ ilə bağlı rəy verə bilməzdi. Çünki, o X13 Təsərrüfatı Mərkəzinin əməkdaşı olduğundan maraqlı şəxsdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məmmədli Orxan Məmmədqulu oğlu çıxış edərək, Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə razı olmadıqlarını, məhkumun işlədiyi dövrdə 36 ədəd ağacın kəsildiyini, aprel ayında aparılan araşdırma zamanı 153 ədəd ağacın qanunsuz kəsildiyinin aşkar edildiyini, həmin məsələ ilə bağlı aparılan heç bir araşdırmada məhkumun iştirakına şərait yaradılmadığını, 8-9 ay keçdikdən sonra mütəxəssis rəyində həmin ağacların dekabr-yanvar aylarında, yəni məhkumun orada işlədiyi zaman kəsildiyi bildirilsə də, bunun dəqiqliklə hansı ayda kəsilm əsinin öyrənilməsi mümkün olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumun Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş m aterialları ilə sübuta yetirildiyini bildirib, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, məhkum barəsində olan iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı, sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliy in) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində qeyd edilmişdir ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Müdafiəçinin kassasiya şikayətinin dəlillərindən müəyyən olunduğu kimi, Məhkum ona verilmiş ittiham - səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olması ilə bağlı heç bir cinayət xarakterli hərəkətlərə yol vermədiyini, əsassız və qanunsuz olaraq (təqsirliliyi sübuta yetirilmədən) məhkum edilməsi barədə iddialarını məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı c inayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinə (o cümlədən Məhkum təqsirliliyinin sübuta yetirilməməsi haqqında iddialara) baxarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələr inin tələblərinə riayət olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün süb utların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işi materiallarına əlavə edilmiş 3 fevral 2021-ci il tarixli əmrin surətindən görünür ki, Məhkum həmin tarixdə Razvandaband meşəbəyliyinə meşəbəyi vəzifəsinə təyin olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 15 dekabr 2021-ci il tarixli əmrin surətindən görünür ki, Məhkum həmin tarixdə bülletenə çıxdığından Razvandaband meşəbəyliyinin meşəbəyisi müvəqqəti olaraq Şahid9 təyin olunmuşdur. Azərbayca n Respublikası CM-nin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan hərəkətlər başa düşülür. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmək üçün vəzifəli şəxsin üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş meşəbəyinin vəzifə təlimatından görünür ki, meşəbəyinin vəzifə borcu-meşəbəyliyin ərazisində mütəmadi olaraq meşələrin qorunub mühafizə olunmasına operativ nəzarəti həyata keçirmək, meşəbərpa və meşə təsərrüfatı tədbirlərinin aparılmasına rəhbərlik etmək, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etmək və onları mütəmadi olaraq təlimatlandırmaq, meşə qanunvericiliyinin pozulmasına dair akt (protokol) və digər zəruri sənədləri tərtib etmək, həmin sənədlərin X13 Təsərrüfatı Mərkəzinə təqdim edilməsini, həmçinin meşəbəyliyin ərazisində təftişlər aparılmasını təmin etmək, xidməti istifadəsində olan meşə damğasından mövcud təlimatın tələblərinə uyğun istifadə etmək, qırmalara ayrılmış ağacların kök boğazına, özbaşına kəsilmiş ağacları n dib kötüklərinə, meşə qanunvericiliyini pozanlardan tutulub sekvestr olunmuş meşə materiallarının üzərinə istifadəsində olan xidməti damğasını vurmaq, meşəbəyliyin ərazisində meşələrin qorunub mühafizə olunmasına məsuliyyət daşımaq və.s-dən ibarətdir. Cinayət işinin materiallarında olan X13 Təsərrüfatı Mərkəzindən daxil olmuş 28 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Mərkəzin Razvandaband meşəbəyliyinin 22 saylı meşə dolayında qanunsuz ağackəsmə faktları ilə bağlı 2022-ci ilin 19, 20 və 25 aprel tarixlərində ətraflı yoxlamalar aparılmaqla dolayın ərazisinə baxış keçirilmişdir. Aparılmış yoxlamalar və keçirilmiş baxış zamanı müxtəlif cins və diametrli müvafiq olaraq 54, 46 və 43 ədəd olmaqla ümumilikdə 143 ədəd ağacın qanunsuz kəsilməsi aşkar olunmuşdur. Mütəxəssislərin rəyinə gö rə ağacların kəsilmə dövrü 2021-ci ilin payız və 2022-ci ilin yanvar-fevral-aprel aylarına təsadüf etmişdir. Aşkar olunmuş ağaclar əvvəlki bütün növ yoxlamalarda akt və protokollarla rəsmiləşdirilməmiş, 22 saylı dolayıda ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı meşəbəyliyin cavabdeh şəxsləri tərəfindən hər hansı yoxlama aparılmamış, qanunsuz qırıntılar ilə bağlı Mərkəzə şifahi və ya yazılı məlumat verilməmişdir. Bundan əlavə 22 saylı dolayıda aparılmış yoxlamalar zamanı qanunsuz kəsilmiş ağacların dib kötüklərində damğa olmadığından ağacların dib kötükləri meşəbəyi Şahid3 məxsus meşə damğası ilə damğalanmışdır. Mərkəzin Razvandaband meşəbəylinin 22 saylı meşə dolayında Şahid2 tərəfindən təzə meşəbəyi təyin olunmuş Şahid3 və qonşu 17 saylı dolayın gözətçisi Şahid10 iştirakları ilə tə hvil-qəbul işləri aparılmışdır. Təhvil-qəbul işləri 5 yanvar 2022-ci il tarixindən 31 mart 2022-ci il tarixinədək davam etmişdir. Təhvil-qəbulun sonunda akt tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmaqla dolayın ərazisi meşəbəyi Şahid3 təhvil verilmiş, müvəqqəti mühafizəsi isə Şahid10 həvalə olunmuşdur. Təhvil-qəbul işləri zamanı ümumilikdə 167 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində dövlət meşə fonduna cəmi 8438,95 manat məbləğində ziyan dəydiyi müəyyən olunmuşdur. Ağacların kəsilməsi 2021-ci ilin oktyabr-noyabrdekabr aylarına təsadüf etmişdir. Qanunsuz kəsilmiş ağaclar əvvəlki yoxlamalar zamanı aktlaşdırılmamış və dib kötükləri damğalanmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkifafı Xidmətind ən daxil olmuş məktubdan görünür ki, Məhkum “Təhvil-təslim işlərinin aparılmaması” barədə Nazirliyin “Qaynar xətt” məlumat mərkəzinə ünvaladığı müraciəti əsasında müvafiq qaydada araşdırma aparılmışdır. Məhkum təhvil-qəbul işlərində iştirak etmək məqsədi ilə dəvət edilsə də, müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir. Bununla belə hava şəraitindən asılı olaraq təhvil-qəbul işlərinə başlanılmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid1, Şahid3, Şahid5 Abdulhüseyn oğlu, Şahid6, Şahid10, Şahid4, Şahid7, Şahid8 və Şahid9 ifadələrində qeyd etmişdirlər ki, 22 saylı meşə dolayısında aparılan təftiş zamanı 167 ədəd ağacın qanunsuz olaraq kəsilməsini müəyyən etmişlər. Həmin kəsilmiş ağacların kötüklərində meşə damğası olmadığına görə hesab edilmişdir ki, h əmin ağaclar qanunsuz kəsilib aparılmışdır. Mütəxəssis rəyinə görə 167 ədəd kəsilmiş ağacın 2021-ci ilin sentyabr-dekabr aylarında kəsilməsi mütəxəssislər tərəfindən müəyyən edilmişdir. Bundan başqa, Məhkum təhkim edilmiş meşə sahəsinin təhvil edilməsindən sonra 22 saylı meşə dolayısında əlavə araşdırmalar aparılmış, bununla bağlı 19, 20 və 25 aprel 2022-ci il tarixlərdə bununla bağlı müvafiq aktlar tərtib edilmişdir. 19 aprel 2022-ci il tarixli aktla müəyyən edilmişdir ki, meşə sahəsinin 22 saylı dolayısında bir ərazidə 54 ədəd köküstə ağac kəsilmiş, kötüklər üzərində meşəbəyinin damğası olmamışdır. Qanunsuz kəsilmiş həmin ağaclardan 3 ədədinin 2021-ci ilin dekabr ayında, 51 ədədinin isə 2022-ci ilin yanvar-aprel aylarında məhv edilməsi müəyyən edilmişdir. Kəsilmiş ağacların ümumi dəyəri 900,87 manat təşkil edir ki, meşə təsərrüfatına həmin miqdarda ziyan dəymişdir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, 20 aprel 2022-ci il tarixdə keçirilmiş yoxlama zamanı 46 ədəd ağacın, 25 aprel 2022-ci il tarixdə isə 43 ədəd ağacın qanunsuz olaraq kəsilməsi müəyyən edilmişdir. 20 aprel 2022-ci il tarixli akta görə kəsilmiş ağacların 42 ədədinin 2021-ci ilin sentyabr-dekabr aylarında, qalan hissəsinin bu vaxtdan sonra, həmçinin 25 aprel 2022-ci il tarixli akta görə qanunsuz kəsilmiş 43 ağacın 35 ədədinin 2021-ci ilin sentyabr-dekabr aylarında, qalan hissəsinin isə bu vaxtdan sonra məhv edilmişdir. Cinayət işinin materiallarına nəzər yetirdikdə, Məhkum 31 mart 2022-ci il tarixdə tərtib edilmiş təhvil-qəbul aktı ilə 167 ədəd, 19 aprel 2022-ci il tarixli aktla 3 ədəd, 20 ap rel 2022-ci il tarixli aktla 42 ədəd və 25 aprel 2022-ci il tarixli aktla 35 ədəd ağacın, ümumilikdə 247 ədəd ağacın qanunsuz kəsilməsi və yekunda dövlətin meşə təsərrüfatına 9608,70 manat maddi ziyanın vurulması müəyyən olunur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edərək hesab edir ki, ittiham elan olunmuş əməllərin Məhkum tərəfindən törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işinin materiallarında olan ifadələr, o cümlədən çox saylı aktlar və mütəxəssis rəyləri, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarl a təsdiq edilərək sübuta yetirilmişdir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum t əqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Qeyd edilənlərə əsasən, tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutları n məcmusu ilə tam sübuta yetirilmiş və apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Cəza məsələsinə toxunaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması) olmasını, cəzasını ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Cinayət işinin materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Məhkum yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Lerik Rayon İcra Hakimiyyəti başçısının Piran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi t ərəfindən verilmiş arayışdan görünür ki, Məhkum himayəsində 2 azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum mü dafiəçisi Məmmədli Orxan Məmmədqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar