Məhkəmə qərarları › İş №1(102)-1561/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1561/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1561/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum olunmuş şəxs Məhkum1 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 20 24-cü il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmü ilə (hakimlər Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən və məruzəçi), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) Məhkum1, xx xxxx 1997-ci il tarixdə Şamaxı rayonunun Əngəxaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 iyun 2014-cü il tarixli hökmü ilə CM-in 177.2.2, və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 7 (yeddi) ay 3 (üç) gün müddətə hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8 iyul 2019cu il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 avqust 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Şamaxı rayonunun Əngəxaran kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş c inayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Məhkum2 da CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edərək, özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın, yəni quldurluq etmişlər. Belə ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 aprel 2022-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs transların paltarlarını soyunubgeyinmə yerini göstərmək adı ilə aldadıb Abşeron rayonu, Xırdalan şəhəri, “Şamlıq” adlanan kənar şəxslərin olmadığı qaranlıq yerə aparıb orada aralarında olan razılığa əsasən birlikdə yerə yıxdıqları Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmişlər. Bu zaman Məhkum1 üzərində silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs boğazına dirəmiş, qrup üzvü Məhkum2 isə Zərərçəkmiş şəxs ciblərini axtararaq onun üzərində olan bir ədəd 150 manat dəyərində olan «Samsung Galaxy J3» markalı mobil telefonunu və 45 manat məbləğ ində olan nağd pulu götürüb Məhkum1 verdikdən sonra, sonuncu həmin bıçaqla Zərərçəkmiş şəxs sol arxa nahiyəsinə bir dəfə zərbə endirməklə, Zərərçəkmiş şəxs sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, zərər çəkmiş şəxsə məxsus mobil telefonu və nağd pulu ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişlər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmündən Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Rəhimov Elman Gülbaba oğ lundan ibarət tərkibdə) 12 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarından Məhkum1 kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək onun törətdiyi əməlinin CM-in 181.2.1 və 181.2.5-ci maddələrindən CM-in 126.1-ci maddəsinə tövsif edilməsi və ona bu maddə əsasında ədalətli cəzanın təyin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin aktları qanunsuz hesab edən Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o ibtidai araşdırma zamanı polis əməkdaşları tərəf indən fiziki zorakılığa məruz qalaraq onların diktəsi ilə ifadələr vermiş, məhkəmələr də həmin ifadələrə əsaslanaraq onun cinayət əməlinin düzgün tövsif edilməməsi barədə yekun məhkəmə aktları qəbul etmişlər. Məhkum1 fikrincə, məhkəmələr onun törətdiyi əməli quldurluq cinayəti kimi qiymətləndirib CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edərkən səhvə yol vermişlər, halbuki o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməmiş, yalnız ona bədən xəsarəti yetirmiş, bu əməl isə CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli, bu haqda da kassasiya instansiyası məhkəməsi tərəfindən barəsində müvafiq qərar qəbul edilməklə ona həmin maddə əsasında ədalətli cəza təyin olunmalıdır. Odur ki, şərh olunan dəlillərə əsaslanaraq Məhkum1 onun kassasiya şikayətinin təmin edilməsin i xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun və Məhkum1 rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında səd rlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum1 kassasiya şikayətinin məzmunundan göründüyü kimi, onun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən iş üzrə toplanmış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verilməmiş və o, quldurluq cinayətini törətmədiyi halda onun əməli CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Bununla da, Məhkum1 apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.1 5-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum1 şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun və Məhkum2 məhkum olunmalarına dair hazırkı cinayət işinin materiallarını və həmin iş üzrə apellyasiya instansiyası tərəfindən qəbul edilmiş qərarın qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlər inə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həl li qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlarda n birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsin də kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilmə si və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilm əsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmalarının, ittiham və ya məhkum edilmələrinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda bu konstitusiyon müddəalar hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsi üçün müvafiq tədbirlərin görülməsi ni, həmin şəxslərin bunun üçün hüquq mühafizə orqanlarına və ya məhkəmələrə müraciət edə bilmələrini, bu müraciətlər əsasında cinayət əməlləri törətmiş şəxslərin isə müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələirini və onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildiyi halda barələrində ittiham hökmləri çıxarılmaqla cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesind ə hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iş tirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi halları nda məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına gö rə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci ma ddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymə t verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbə sində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçi nin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibar ətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Kon stitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin v ə qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymət ləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və a zadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törəd ilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanm ış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü ma ddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sü butlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliy in yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət i şi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi d əyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası A li Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasın dan xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum1 kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması, onun əməlinin CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilməməsi, buna görə apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı cinayət işi üzrə qəbul edilmiş 12 iyun 2024-cü il tarixli qərarın dəyişdirilərək bu əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi və həmin maddə əsasında ona ədalətli cəzanın təyin olunması haqda qərarın qəbul edilməsi haqqında tələbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İbtidai araşdırma orqanı ilə yanaşı, məhkəmələr tərəfindən də iş üzrə müəyyən edilmiş faktiki hallar isə ondan ibarətdir ki, Məhkum1 hazırkı iş üzrə məhkum olunmuş şəxs Məhkum2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 aprel 2022-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs transların paltarlarını soyunub-geyinmə yerini göstərmək adı ilə aldadıb Abşeron rayonu, Xırdalan şəhəri, “Şamlıq” adlanan kənar şəxslərin olmadığı qaranlıq yerə aparıb orada aralarında olan razılığa əsasən birlikdə yerə yıxdıqları Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmişlər. Bu zaman Məh kum1 üzərində silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs boğazına dirəmiş, qrup üzvü Məhkum2 isə Zərərçəkmiş şəxs ciblərini axtararaq onun üzərində olan bir ədəd 150 manat dəyərində olan «Samsung Galaxy J3» markalı mobil telefonunu və 45 manat məbləğində olan nağd pulu götürüb Məhkum1 verdikdən sonra, sonuncu həmin bıçaqla Zərərçəkmiş şəxs sol arxa nahiyəsinə bir dəfə zərbə endirməklə, Zərərçəkmiş şəxs sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, zərər çəkmiş şəxsə məxsus mobil telefonu və nağd pulu ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. İş materiallarının təhlili göstərir ki, bu halları müəyyə n edərkən, məhkəmələr qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmış, bu sübutlar həm birinci instansiya məhkəməsinin 15 aprel 2024-cü il tarixli hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin 12 iyun 2024-cü il tarixli yekun qərarında ətraflı təsvir edilərək onlara qanuna müvafiq qaydada qiymət verilmiş və kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq əvvəla Sumqayıt Ağır Cinayətlər Məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etməmiş, istər həmin məhkəmə, istərsə də apellyasiya instansiyası məhk əməsi yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum1, digər məhkum olunmuş şəxsin, zərər çəkmiş şəxsin, məhkəmə-tibbi ekspertizasının keçirilməsi, müxtəlif istintaq hərəkətlərinin aparılması, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl olunmuş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişdir. Məhkəmə kollegiyası bununla bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, yalnız CPM-in 125.2.1-125.2.10-cu maddələrində göstərilən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilm ir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etm əklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; -sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Cinayət işinin materialları ilə həmin hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir və Məhkum1 məhkəmə iclasında verdiyi ifadələrində və kassasiya şikayətində Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməməsini, onun mobil telefonunu və pulunu bu yolla ələ keçirməməsini, ibtidai araşdırma zamanı etirafedici ifadələrini polis əməkdaşlarının ona qarşı törətdkləri qeyri-qanuni hərəkətlər nəticəsində verməsini iddia etsə də, istər həmin ifadələrində, istərsə də kassasiya müraciətində bunu təsdiq edən sübutları məhkəmələrə, o cümlədən kassasiya instansiya məhkəməsinə təqdim etməmiş və öz iddialarını kifayət qədər əsaslandıra bilməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür, CPM-in 139.0.6-cı maddəsinin tələbinə görə i sə - bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir: Məhkəmə kollegiyası iş materiallarına əsaslanaraq həmçinin belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq artıq birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə zərurət görməyərək bu sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum1 tərəfindən ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda istinad olunan cinayət əməlini törətməsinə dair onun təqsirliliyi nin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir. Araşdırılmış sübutların hamısının birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında şərh edilməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin sübutların hazırkı qərarda təkrarən təsvirinə ehtiyac görmür və ibtidai araşdırma zamanı qanun pozuntusuna yol verilmədən toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış bütün sübutların fövqündə qeyd edir ki, Məhkum1 Məhkum2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək istintaq zamanı aşkar edilməmiş bıçaqdan silah qismində istifadə etməklə quldurluq əməlini törətməsi həmin sübutlarla təsdiq edilir, bu isə Məhkum1 məhz CM-in 181.2.1 və 181.2.5-ci madd ələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edir. Qeyd olunmalıdır ki, Məhkum1 məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində o, quldurluq cinayəti törətməsini tam etiraf edərək ittihama uyğun ifadələr vermiş və məhkum olunmuş şəxsin məhz bu ifadələri ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla – digər məhkum olunmuş şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cinayət təqibinin bütün mərhələlərində verdiyi eyni məzmunlu ifadələri ilə, “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 25 və 27 iyun 2022ci il tarixli protokollarla, məhkəmə-tibbi eksp ertizasının 30 İyun 2022-ci il tarixli 1114 nömrəli rəyi ilə üst-üstə düşür. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum1 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi haqda apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət və həmin məhkəmənin çıxardığı 12 iyun 2024cü il tarixli qərarında verilmiş qiymətləndirmə cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də uyğundur. O, ki qaldı həm birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə - iş üzrə yekun qərar qəbul edilərkən həm də ibtidai araşdırma zamanı toplanmış sübutlara istinad etmələrinə, məhkəmə kollegiyası yuxarıda istinad olunan CPM-in 349.5-ci maddəsinin tələblərindən çıxış edərək vurğulamağı lazım bilir ki, “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin, yaxud da şahidlərin təkcə onların məhkəmədə verdiyi ifadələrini deyil, həmçinin həmin şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrini də nəzərdə tutur o şərtlə ki, həmin ifadələrin qanunsuz yolla (CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə) alınması müəyyən edilməmiş olsun, buna görə belə ifadələr məhkəmə tərəfindən sübutlar siyahısından çıxarılmasın, bu ifadələr digər sübutlarla təsdiq edilsin və qanuni yolla alınmış ifadələr kimi məhkəmə iclasında tədqiq edilərək onlara yekun məhkəm ə aktlarında məcmu qaydasında qiymət verilsin. İş materiallarından görünür ki, Məhkum1 ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onun dindirilməsi zamanı CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr, CPM-in 126.6-cı maddəsi tələb etdiyi kimi digər sübutlarla tam təsdiq edilmişdir. Məhkum1 cinayət əməlinin CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilməməsi və bu əməlin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olması barədə məhkumun kassasiya şikayətinin irəli sürdüyü dəlillərə cavab olaraq isə məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarından və cinayət qanun normalarının aşağıdakı tələblərindən, habelə Ali Məhkəmənin izah və tövsiyələrindən çıxış edərək bu dəlilləri qəbul edilməz sayır və onlara müvafiq olaraq sonuncunun kassasiya tələbinin təmin edilməsini mümkün bilmir. Yuxarıda göstərildiyi kimi, işin müəyyən faktiki halları ondan ibarətdir ki, Məhkum1 20 aprel 2022-ci il tarixdə saat 01:30 radələrində Məhkum2la qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs transların paltarlarını soyunub-geyinmə yerini göstərmək adı ilə aldadıb Abşeron rayonu, Xırdalan şəhəri, “Şamlıq” adlanan ərazidə kənar şəxslərin olmadığı qaranlıq yerə aparıb orada Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək və bu zaman silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs boğazına dirəyib sonuncuya məxsus bir ədəd 150 manat dəyəri ndə olan «Samsung Galaxy J3» markalı mobil telefonu və 45 manat məbləğində olan nağd pulu ələ keçirdikdən sonra əlində olan bıçaqla zərər çəkmiş şəxsin sol arxa nahiyəsinə bir dəfə zərbə endirməklə, Zərərçəkmiş şəxs sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, bununla da quldurluq cinayətini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 bu əməli həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr tərəfindən tam qanuni və əsaslı olaraq quldurluq cinayəti kimi qiymətləndirilmiş və CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, CM-in 181.1-ci maddəsinə əsasən, quldurluq cinayəti özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həya tı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etmə hərəkətlərində ehtiva olunur, belə əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə isə həmin əməlləri törətmiş şəxs CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif edilir. CM-in 181.1-ci maddəsində nəzərdə tutulmuş “hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı təhlükəli zorakılıqla basqın” dedikdə zərər çəkmiş şəxsin sağlamlığına yüngül, və ya az ağır, yaxud da ağır zərər vurmaqla edilən basqın başa düşülür və qanunun bu normasının tələbinə və mənasına görə, zərər çəkmiş şəxsə basqın etməklə belə zərər vurmuş şəxsin törətdiyi əməlin məhz quldurluq cinayəti kimi qiymətləndirilməsi üçün onun b u əməlinin hər hansı başqa məqsədlərlə deyil, məhz özgənin əmlakını bu yolla ələ keçirmək məqsədilə törətməsinin müəyyən edilməsi tələb olunur. İşin yuxarıda təsvir edilmiş və müvafiq sübutlarla təsdiq olunmuş hallarından göründüyü kimi, Məhkum1 yalnız bir məqsədlə - zərər çəkmiş şəxsə məxsus əmlakı ələ keçirmək məqsədilə basqın etmiş və bu basqın zamanı silah qismində istifadə etdiyi bıçaqla onun sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətlər yetirmiş, sonuncuya qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmişdir ki, bütün bu hallar da onun quldurluq cinayətini törətməsinə dəlalət edir. Məhkəmə kollegiyası vurğulayır ki, belə təfsir və qənaət həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən 3 mart 2005-ci il tarixdə qəbul edilmiş “Oğurluq, soyğun çuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarda (Plenumun 30 aprel 2021-ci il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə birlikdə) məhkəmələrə ünvanlanmış izah və tövsiyələrlə də uzlaşır. Belə ki, həmin Qərarın 7-ci bəndində məhkəmələr izah edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basq ın anından bitmiş sayılır. Qərarın 10 və 11-ci bəndlərinə əsasən, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Təhlil olu nan Qərarın 23-cü bəndində göstərilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4-cü maddəsi) dedikdə, döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. CM-in 181.1-ci maddəsində “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-in 181-ci m addəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərər çəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərər çəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-in 127, 128-ci maddəl əri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-in 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-in 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Quldurluq basqını zamanı özgə əmlakı ələ keçirilərkən, zərər çəkmişin sağlamlığına ağır zərər vurularsa və bu ehtiyatsızlıqdan onun ölümünə səbəb olarsa, əməl cinayətlərin məcmusu qaydasında CM-in 181.3.3 və 126.3-cü maddələri ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərər çəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyy ətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərər çəkmişin zorakılıqla azadlığı məhdudlaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərər çəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Qərarın 25-ci bəndinə görə, təqsirli şəxsin əməli CM-in 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, məhkəmələr basqın zamanı tətbiq edilmiş predmetin canlı qüvvənin və ya digər hədəfin vurulması üçün yararlı sil ah olub-olmamasını ekspert rəyi əsasında müəyyən etməlidir. Qanunda göstərilən hallar mövcud olduqda, belə şəxsin əməli, əlavə olaraq CM-in 228-ci maddəsi ilə də tövsif edilməlidir. Silah qismində istifadə edilən əşya dedikdə, zərər çəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərər çəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərər çəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət ye tirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa, (məsələn, silah maketi, oyuncaq xəncəl və i.a.), digər ağırlaşdırıcı hallar olmadıqda, işin konkret hallarından asılı olaraq onun hərəkətləri CM-in 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Zərər çəkmiş silahın yararsız və ya doldurulmamış olmasını, yaxud da silah tətbiq etmə görüntüsü yaradılmasını başa düşmüşsə, dərk etmişsə, əməl soyğunçuluq kimi tövsif edilməlidir. Özgə əmlakını talamaq məqsədilə zərər çəkmişi köməksiz vəziyyətə salmaq üçün onun iradəsinə zidd, yaxud aldatma yolu ilə orqanizminə güclü təsiredici, zəhərli və ya bihuşedici vasitələr yeridilməsi quldurluq kimi tövsif edilməlidir. Həmin məqsədlə zərər çəkmişin orqanizminə onun həyatı və ya sağl amlığı üçün təhlükəli olmayan vasitələr, maddələr yeridilmişsə, o zaman əməl, nəticəsindən asılı olaraq, zor tətbiq etməklə törədilən soyğunçuluq kimi tövsif olunmalıdır. Qeyd edilən cinayətlər törədilərkən, tətbiq olunmuş vasitələrin, maddələrin təsirinin xüsusiyyəti və xarakteri, lazım gəldikdə müvafiq mütəxəssis və ya ekspert vasitəsilə müəyyən oluna bilər. Özgə əmlakını talamaq məqsədilə, insanın həyatı və ya sağlamlığı üçün təhlükə yaradan itlərdən və ya digər heyvanlardan istifadə edən, yaxud bu yolla zor tətbiq etmək hədəsindən istifadə edən şəxsin əməli, işin konkret hallarından asılı olaraq, CM-in 181.2.5-ci maddəsi ilə tövsif edilməlidir. O ki, qaldı Məhkum1 əməlinin CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olmasına dair kassasiya şikayətinin dəlilinə və bu dəlil üzərində qurul muş tələbə, məhkəmə kollegiyası yenə də cinayət qanun normalarının tələblərinə və işin hallarına əsaslanaraq bu dəlilə uyğun kassasiya tələbinin təmin edilməsini ümumiyyətlə mümkün bilmir ona görə ki, Məhkum1 zərər çəkmiş Zərərçəkmiş şəxs basqın edərkən üzərindəki bıçaqla ona sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir (məhkəmə tibbi ekspertizasının 30 İyun 2022-ci il tarixli 1114 nömrəli rəyi). Kassasiya şikayətində istinad olunan CM-in 126.1-ci maddəsində isə qəsdən sağlamlığa ağır zərər vurmaya, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlaml ığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs belə xəsarətlər yetirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə, kassasiya şikayətində irəli sürülmüş tələbin əksinə olaraq, apellyasiya instansiyası məhkəməsinin hökmünün dəyişdirilməsini və ya ləğv edilməsini tələb edən CPM-in 416.1-ci maddəsində göstərilən hallardan hər hansı biri müəyyən edilmir və buna görə kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılaraq həmin dəlillər və onların üzərində qurulmuş kassasiya tələbi Məhkum1 öz məsuliyyətini yüngülləşdirməyə xidmət edən dəlillər və tələb kimi dəyərləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum1 barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eyni zamanda onun cinayətin törədilməsində iştirakçılıq dərəcəsi, CM-in 59-cu maddəsinin tələblərinə uyğun olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilə bilən halların müəyyən edilməməsini, habelə onun əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra məhkumluğu ödənilmədən yenidən ağır cinayət törətməsinin cinayətlərin residivinin yaratmasını (CM-in 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırla şdıran hal) kifayət qədər nəzərə alınmış, bu hallara əsasən də ona təqsirli bilindiyi CM-in 181.2.1 və 181.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddinə yaxın, həmçinin həmin cəzanın yuxarı həddinin dörddə üç hissəsindən artıq olmayan həddə qanuni və ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum1 kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi haqda Məhkum1, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum1 CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sum qayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar