Məhkəmə qərarları › İş №1(102)-1562/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1562/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1562/2022 02.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, bəraət almış şəxs Məhkum və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X8 və X2 ibarət tərkibdə) 24 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxx 1963-cü ildə Göygöl şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetmədiyinə görə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə məhkəmə iclas zalında həbsdən dərhal azad edilm iş və bəraət alması ilə əlaqədar vurulmuş ziyana görə iddia qaldırmaq hüququ izah edilmiş, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X4 ibarət tərkibdə) 05 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmişdir. İş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində 24 noyabr 2021-ci il tarixli 1(100)-36/2021 saylı hökmü isə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə, Məhkum Göygöl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Resp ublikasının CM-in 234.1 və 228.2-ci maddələri ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və qanunvericilikdə nəzərdə tutulmuş qaydada götürülmədən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 1002,308 qram kustar üsulla hazırlanmış narkotik sitə olan heroini və külli miqdarda «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 61,436 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qanun suz daşıyaraq həmin narkotik vasitə olan heroini 0,236 qram, 395,124 qram, 126,522 qram, 379,410 qram, 88,794 qram, 11,297 qram, 0,925 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda yeddi ədəd bükümdə və psixotrop maddə metamfetamini 0,144 qram, 56,153 qram, 1,001 qram, 0,970 qram, 0,964 qram, 0,859 qram, 1,087 qram, 0,258 qram çəkidə olan hissələrə bölüb ayrı-ayrılıqda səkkiz ədəd bükümdə qablaşdıraraq əvvəlcədən satışa hazırlayıb yaşadığı evin həyətyanı sahəsindəki kauçuk vedrənin içərisində gizlətməklə saxlamış, əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satmaq məqsədi ilə tanışı Şahid9 təklif etmiş, sonuncunun bu qanunsuz hərəkətlər barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 Şöbə sinə ünvanladığı 24 dekabr 2019-cu il tarixli müraciət əsasında dərhal başlanmış əməliyyat-axtarış tədbirləri zamanı Məhkum qanunsuz olaraq əldə edib yaşadığı evdə saxladığı külli miqdarda heroinin 0,236 qramını bir ədəd kağız bükümdə və psixotrop maddə olan metamfetaminin 0,144 qramını bir ədəd kağız bükümdə gizlətdiyi yerdən götürüb üzərində saxlamaqla Qazax şəhərinə daşıyıb həmin gün, saat 15:00 radələrində yol kənarındakı «Gülül» restoranında əvvəlcədən əməliyyat-axtarış tədbirlərinə «təlimatlandırılmış şəxs» kimi cəlb edilmiş Şahid9 və Şahid10 iştirakı ilə «şərti alıcı» olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 Şöbəsinin əməliyyat müvəkkili Şahid2 70 manata qanunsuz olaraq satıb əlavə olaraq bir qramı 38 manatdan olmaqla 500 qram heroin və bir qramı 77 manatdan olmaqla 50 qram metamfetamin satmağı vəd etmiş, 25 dekabr 2019-cu il tarixdə Məhkum yaşadığı evdə gizlətdiyi heroinin 395,124 qram və 126,522 qram olmaqla iki ədəd ayrı-ayrı polietilen torbalarda qablaşdırdığı, ümumilikdə təmiz çəkisi 521,646 qramını satmaq məqsədi ilə üzərində saxlamaqla Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu, Çinarlı kəndindən keçən hissəsinə daşıyıb həmin gün saat 18:30-da Şahid2 15200 manat pul müqabilində satdıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 Şöbəsinin polis əməkdaşları tərəfindən Məhkum saxlanılmış və üzərinə baxış keçirilərkən əməliyyat-axtarış tədbirləri üçün protokollaşdırılmış iki ədəd iki yüz manatlıq, yüz otuz iki ədəd yüz manatlıq və otuz iki ədəd əlli manatlıq pul əskinaslarında n ibarət ümumilikdə 15200 manat pul Məhkum əynindəki gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 22:00-da Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarı əsasında Məhkum yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxış keçirilərkən evin həyətyanı sahəsindəki kauçuk vedrənin içərisindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 379,410 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 88,794 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,297 qram və bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,925 qram olmaqla, külli miqdarda təmiz çəkisi 480,426 qram narkotik vasitə olan heroin və bir ədəd şəffaf r əngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 56,153 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,001 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,970 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,964 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,859 qram, bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,087 qram və bir ədəd kümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,258 qram olmaqla, külli miqdarda təmiz çəkisi 61,292 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, ittihamın əsaslandırılması üçün sübutlar məhkəmələr tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin və digər şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. İş üzrə obyektiv araşdırma aparılması üçün Teymur Nəsirovun dindirilməsi barədə dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsə də, həmin şahidin dindirilməsi və s. üzrə bır sıra xüsusatların aydınlasdırılmaqla əhəmiyyət kəsb edən halların məhkəmələr tərəfindən tam araşdırılması təmin edilməmişdir. Bundan başqa, hökmdə Şahid9 Arifin narkotik vasitədən verilmiş nümunənin qarşılığında 20 manat pul almasına dair ifadəsi verilmiş ittihamla ziddiyyət təşkil ədən hal kimi qiymətlən dirilmişdir. Lakin məhkəmə Şahid9 ifadəsində yalnız narkotik vasitənin alqı-satqısı ilə bağlı verilmiş pulun miqdarının fərqliliyi ilə bağlı xüsusatı qabartmaqla, ifadənin verilmiş itttihamla ziddiyyətli olması nəticəsinə əsasız olaraq gəlmiş, hadisənin baş verdiyi müddətdən məhkəmə prosesində şahidin dindirilməsinədək uzun müddət keçməsi, şahidin müəyyən detalları tam, dəqiq xatırlamama ehtimalının böyük olmasını nəzərə alıb ibtidai istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi ilə məhkəmə stintaqı zamanı həmin məsələni tam araşdırıb dəqiqləşdirməmişdir. Məhkəmə hökmdə 70 manatın narkotik vasitənin və psixotrop maddənin alınmasına sərf edilməsinə dair hər hansı sənəd tərtib edilməməsi göstərilsə də, is materiallarında olan sənədlərdən görünür ki, Məhkum cinayət əməllərini ifşa etmək üç ün DİN-in əməliyyat xərcləri üçün nəzərdə tutulmuş puldan “şərti alıcı” qismində iştirak edəcək əməliyyat müvəkkili Şahid2 22850 manat pul verilmiş və bununla bağlı xx.xx.2021ci il tarixli “pul vəsaitinin verilməsi barədə’’ protokol tərtib olunmuş və əməliyyat tədbiri zamanı 70 manatın narkotik vasitənin və psixotrop maddənin alınmasına sərf edilməsinə dair hal xx.xx.2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokolda və videoçəkilişdə öz əksini tapmışdır. Bu da eyni halla bağlı yenidən hər hansı sənədin tərtib edilməsi zərurətini aradan qaldırmış olmuşdur. İs materiallarında olan sənədlərdən və isin faktiki hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə keçirlmiş əməliyyat-axtarış tədbiri müvafiq əməliyyat məlumatı əsasında buna ə saslar olduğu üçün əsaslandırılmış müvafiq qərar əsasında həyata keçirilmiş, əməliyyat tədbiri zamanı yuxarıda sadalanan normaların tələbləri və Məhkum hüquqları pozulmamış, əməliyyat tədbirinin nəticələri də məhkəmə nəzarətini həyata keçirən müvafiq məhkəmə tərəfindən qanuni hesab edilmişdir. Belə olduğu təqdirdə xx.xx.2019-cu il tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsilə bağlı tərtib edilmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmış protokolların etibarsız hesab edilməsilə əlaqədar məhkəmələrin gəldiyi nəticə ziddiyyətlidir. Odur ki, xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduğundan və cinayət prosessual qanunvericliyinin tələblərinə uyğun olaraq məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldığından, mötəbər sübut kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə keçirilmiş ekspertiza rəylərinə əsasən, xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı götürülmüş iki ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş evə baxış keçirilməsi ilə bağlı əməliyyat tədbiri həm Arif Alllahverdiyevin özünün yazılı razılıq ərizəsi və məhkəmə qərarı əsasında şübhəli şəxsin müdafiəçisinin iştirakı ilə qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilmiş, Məhkum tərəfindən sərbəst səkildə təqdim edilmiş bağlamalar videoçəkilislə götürülmüşdür. Məhkəmələr iş üzrə sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan iş in faktiki hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş, sadalanan şahidlərin biri digərini tamamlayan və isin obyektiv hallarına tam uyğun gələn ifadələrini, ekspertiza rəylərini, protokolları və onların əlavələrini əsaslı hesab etməmiş, yalnız təqsirləndirilən şəxsin və sonuncunun oğlunun isin hallarına uyqun gəlməyən ifadələrini mötəbər hesab edərək yekun qərar qəbul etmişdir. Bununla yanası, məhkəmələr tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə və məhkəmənin özünün subyektiv mülahizələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Məhkum təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticə yə gəlməklə səhvə yol vermiş və əsassız olaraq ona bəraət vermişdir. Kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs və müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassa siya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliy i, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işi nin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhk əmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma h ökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki təqsirləndirlən şəxs Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə istintaq orqanının məhkəməyə təqdim etdiyi sübutlar mötəbərlik tələbinə, “əsaslı şübhədən kənar sübut” standartına, həm yetərlilik, həm də inandırıclıq tələblərinə cavab vermir. İstər ittiham tərəfin təqdim etdiyi sübutlar, istərsə də məhkəmənin öz təşəbbüsü ilə tədqiq etdiyi sübutlar Məhkum ona istinad edilən cinayəti törətməkdə təqsirli olması ilə bağlı nəticəyə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: Aşağı instansiya məhkəmələrində tədqiq edilmiş sübutlardan və cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 əvvəllər dəfələrlə polisin keçirdiyi əməliyyat-axtarış tədbirlərində iştirak etməsi, hazırki işdə də onun qabaqcadan polis tərəfindən plan üzr ə əməliyyata cəlb edilməsi şübhə doğurmur. Belə ki, Şahid9 bunu məhkəmə istintaqı zamanı özü də etiraf etmiş, polis tərəfindən qabaqcadan təlimatlandırılmış şəxs olduğunu məhkəməyə bildirmişdir. Şahid10 də əvvəlcədən polis tərəfindən təlimatlandırılmış şəxs olduğunu bildirmiş, eyni zamanda onun da barəsində əvvəllər də polisin əməliyyat müvəkkillərinin həyata keçirdiyi əməliyyatlarda iştirak etməsinə dair hökm əldə edilib tədqiq edilmişdir. Şahid9 polislə qabaqcadan razılaşmış şəxs olsa da işdə keçən narkotik vasitənin həqiqətən Məhkum məxsus olmasını iddia etsə də, onun bu barədə dəlillərini işin həqiqi hallarına uyğun olmayan dəlillər kimi qiymətləndirilmişdir. Belə ki, məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 şöbəsinin rəisi Şahid1 if adəsində göstərmişdir ki, həqiqətən o, Məhkum əvvəlki məhkumluğuna görə həbsdən çıxdıqdan sonra ona zəng etmiş və onunla maraqlanmışdır. Arif əvvəllər polislə əlaqələrdə olduğu üçün o Arifə zəng etmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Şahid1 təqsirləndirilən şəxs Məhkum azadlığa buraxıldıqdan sonra zəng etmiş, bundan sonra sonuncu hazırkı iş üzrə narkotik əməliyyatına cəlb edilmişdir. Hər iki hadisənin bir-birinə uyğunluğu və ardıcıllığı onu deməyə əsas verir ki, Məhkum polis tərəfindən süni şəkildə əməliyyat tədbirinə cəlb edilmişdir ki, bunu sonuncunun öz ifadəsi də təsdiq edir. Belə ki, Məhkum məhkəmədəki ifadəsində göstərmişdir ki, Şahid1 ona zəng edərək ona “iş” verməsini tələb etmiş, o isə bunu rədd etmişdir. Məhz bu hadisədən sonra Zəfərin rəhbəri olduğu idarənin əməliyy at müvəkkilləri tərəfindən göstərilən əməliyyat aparılmışdır. Şahid9la Məhkum arasında dəfələrlə telefon danışıqları olmuşdur. İşin hallarına görə hər iki şəxs uzun illərdir ki, birbirlərini tanımışlar, münasibətləri olmuşdur. Əməliyyat ərəfəsində olan zənglərə gəldikdə isə Məhkum özü də istisna etmir ki, o həmin ərəfədə Zirəddinlə telefon əlaqəsi saxlamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, onlar arasında olan telefon danışıqları özlərinin ifadələrində də qeyd edildiyi kimi qabaqcadan planlaşdırdıqları kimi Qazax rayonuna getməklə bağlı olmuşdur. Məhkumlə Şahid9 Qazax rayonuna gedən vaxtı yolda olarkən polisin əməliyyat müvəkkili Şahid2 təqsirləndirilən şəxsə deyil, Şahid9 zənglər etmiş, Arifin və onun harada olmasını soruşmuş, görüş yerlərini təyin etmiş dir və s. Bu hal belə bir qənaəti möhkəmləndirir ki, əgər həqiqətən narkotik vasitənin satıcısı Məhkum olsaydı bu halda polisin əməliyyat müvəkkilinin şərti alıcı qismində etdiyi zənglər Şahid9 qarşı deyil, Arif Allahveriyevə edilərdi. Belə ki, guya alıcı olan əməliyyatçının təbii olaraq narkotik vasitəni satan şəxsə zəng etməsi normal görünməli idi. Əməliyyat müvəkkilinin Zirəddinə zəng etməsi ona dəlalət edir ki, sonuncunun süni şəkildə cəlb etdiyi şəxsi gətirməsi və onların harada olmasını müəyyən etsinlər.Şahid10 məhkəmədə ifadə verərək polislə qabaqcadan əlaqədə olmasını deməsi, əvvəlcədən təlimatlandırılması, xüsusən birinci əməliyyat zamanı şərti alıcı polis əməkdaşı Fəridin pulu aldığı narkotik vasitəyə görə Arifə deyil, Zirəddinə verməsini təsdiq etməsi qeyd olunan qənaəti möhkəml əndirir. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının eyni məzmunlu ifadə verərək Məhkum narkotik vasitə satan şəxs olmasını bildirsələr də, bütün şahidlərin eyni polis idarəsinin əməkdaşları olmaqla əməliyyatda bu və ya digər şəkildə maraqları olan şəxslər olması barədə aşağı məhkəmələrin qənaəti əsaslıdır. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bəhruz Allahverdiyev atası Məhkum tutulmasından sonra onların yaşadıqları evə baxış keçirilməsini, baxış keçirilməzdən əvvəl polis tərəfindən evlərinin həyətində olan toyuq hininə “nəyinsə” qoyulduğunu təsdiq etmişdir. Eyni zamanda cinayət işinin materiallarından görünür ki, qanuni qüvvədə olan çoxsa ylı hökmlərlə müəyyən edilmişdir ki, Şahid9 və Şahid10 dəfələrlə bu qəbildən olan əməliyyatlarda iştirak etmiş, hər dəfə eyni metodlarla kimlərinsə narkotik vasitə satmaları barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X11 şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmçinin aşağı instansiya məhkəmələri müəyyən etmişdir ki, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin Məhkum məxsus olmadığı, həmin narkotik vasitənin Şahid9 tərəfindən istintaqa məlum olmayan qeyri-müəyyən yolla əldə etdiyi şübhə doğurmur. Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, şahidlər Şahid9 və Şahid10 polis tərəfindən təlimatlandırılmış şəxslər olması, polis əməkdaşları şərti alıcı qismində əməliyyatda iştirak etməsi və Məhkum süni şəkildə əm əliyyata cəlb edilməsi, Məhkum təqsirli olması barədə məhkəməyə təqdim edilmiş sübutlar mötəbər olmadığına görə ittihamın həllində sübut kimi istifadə oluna bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, ibtidai araşdırma orqanının Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhk əmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci mad dələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, CPM-in 137-ci maddəs inə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayə t mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat-axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət had isəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən Məhkum külli miqdarda narkotik vasitə və psixotrop maddəni hissələrə bölüb ayrı-ayrılıqda səkkiz ədəd bükümdə qablaşdıraraq əvvəlcədən satışa hazırlayıb yaşadığı evin həyətyanı sahəsindəki kauçuk vedrənin içərisində gizlətməklə saxlaması, əldə etdiyi külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini satmaq məqsədi ilə tanışı Şahid9 təklif etməsi və ya satması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə d üşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Res publikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmd ə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təq ibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məhkum CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Məhkum Cinayət Məcəllə sinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin Məhkum cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prose ssual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan bəraət hökmünü qüvvədə saxlayan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığ ı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və n əticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imk an versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq aşağı məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilm iş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayə t işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar