Məhkəmə qərarları › İş №1(102)-1562/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1562/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1562/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X, nümayəndəsi X1, məhkum X2 və müdafiəçisi Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(103)-210/2024 nömrəli qərarından Məhkum müdafiəç isi Orucov Vüsal Əkbər oğlu və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 1(004)195/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim M.A.Məmmədov) xx xxxx 1983-cü il tarixdə Ermənistan SSRİ-də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, X ünvanda qeyidyyatda olan, ünvan 2nda yaşayan, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhru m etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Hökmlə mülki iddia qismən təmin olunaraq vurulmuş maddi ziyana görə 22000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 390 manat məbləğində pul vəsaiti Məhkum tutularaq Nümayəndə1 xeyrinə ödənilməsi qərara alınmışdır. Hökmdən Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə2 və məhkumun müdafiəçisi Orucov Vüsal Əkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən Q.X.Babayev, hakimlər İ.A.İbrahimli və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) 17 yanvar 2024-cü il tarixli, 1 (103)-210/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Orucov Vüsal Əkbər oğlu və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 7 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 ünvanda yerləşən 13 saylı tam orta məktəbin həyətyanı sahəsinin giriş qapısının qarşısında X seriyalı sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi X5 məxsus Xminik markalı, Az**-RM-*** d.q.n-lı avtomobil ilə hərəkətdə olan zaman "X11” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs avtomobilinin sağ ön hissəsi ilə vurmaqla sidik kanalının daralması ilə nəticələnmiş, sidik kanalının 4-cü dərəcəli əzilməsi, hər iki oturaq sümüklərinin, sol qamış sümüyünün 1/3-nin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (33%-dən çox), daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan və ümumilikdə s ağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Orucov Vüsal Əkbər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən araşdırılmasını təklif etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina edilmiş nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmışdır. Kassasiya şikayətinin müəllifi iddia edir ki, məhkəmələr zərərçəkmiş şəxsin şahidlərin ziddiyyətli ifadələrinə, həmçinin qeyri-dəqiq olan ekspertiza rəylərinə əsaslanma qla X təqsirliliyi ilə bağlı ədalətsiz yekun qənaətə gəlmişlər. Halbuki toplanmış çoxsaylı sübutlar, sxemlər, yerində yoxlama protokollar və sənədlər, onun təqsirsizliyini sübut edən göstərilən hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhku m təqsirli hərəkətləri nəticəsində 7 yaşlı Zərərçəkmiş şəxs sidik kanalının daralması ilə nəticələnmiş, sidik kanalının 4-cü dərəcəli əzilməsi, hər iki oturaq sümüklərinin, sol qamış sümüyünün 1/3-nin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (33%-dən çox), daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan xəsarətlər almışdır. Kassator iddia edir ki, çox ağır nəticələrə (hətta bununla əlaqədar əlliklə bağlı müraciət olunduğu qeyd olunur) səbəb olan cinayət əməlində təqsirli olan Məhkum qarşı qaldırdığı mülki iddialarında irəli sürdükləri 50000 ABŞ dolları maddi, 15 min manat mənəvi zərərin əvəzinin, həmçinin ödənilmiş 390 manat dövlət rüsumunun tutulmasına dair tələbləri tam təmin edilməli olduğu halda, düz gün olmayaraq birinci instansiya məhkəməsinin hökmü ilə qismən –maddi ziyana görə 22000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 390 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də lazımi araşdırmaları aparmadığından tərəflərindən təqdim edilmiş sübutlara əhəmiyyət verməmiş, nəticədə Məhkum maddi ziyana görə 22000 manatın, mənəvi ziyana görə 3000 manatın tutulması ilə razılaşmış, bununla da, birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamışdır. Nümayəndə2 iddia edir ki, Zərərçəkmiş şəxs üzərində aparılan tibbi əməliyyatlar və müalicələr pulsuz olmamış, o dəfələrlə əməliyyat olunmuş və hər əməliyyata görə ödənişləri xin valideynləri tərəfindən həyata k eçirilmişdir. Cinayət işinin materiallarında ödənişlərlə bağlı kifayət qədər sənədlərin olmasına baxmayaraq məhkəmələr həmin sənədlərə əhəmiyyət verməmiş, onların tədqiqindən imtina etmişlər. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilməsini, mülki tələblərinin tam həcmdə təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilm əsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafi əçi V.Ə.Orucovun kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən sübutların tədqiqindən əsassız olaraq imtina etdiklərini, Məhkum cinayətdə təqsirliliyi sübuta yetirilmədiyi halda barəsində ittiham hökmünün çıxarıldığını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2-ci maddələrində və kassasiya şikayətinin məzmununa görə 416.1.11-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayən də2 kassasiya şikayətinin məzmunundan göründüyü kimi, mülki iddiaçı birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətinə baxılması zamanı faktiki olaraq təqdim olunmuş sübutların məhkəmələr tərəfindən tədqiq olunmamasını, həmin sübutlara düzgün qiymət verilməməsini iddia edərək buna görə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməklə mülki iddianın tam həcimdə təmin edilməsi haqqında tələb irəli sürür və həmin tələblərini CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirir. Odur ki, müdafiəçi V.Ə.Orucovun və Nümayəndə2 kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görərək, bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 17 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməlini törətməsi, müdafiə çinin kassasiya şikayətində iddia etdiyinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinin mübahisələndirilməsi üzrə müdafiə tərəfinin dəlilləri (əməllərində cinayət tərkibinin əlamətlərinin olmaması barədə iddiaları) onun barəsində verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə, yəni o cümlədən zərə rçəkmiş şəxs qismində tanınmaqla dindirilmiş Zərərçəkmiş şəxs (...uşaqlar hamısı məktəbin həyətindən qaçaraq çölə çıxmış və o da onların arxası ilə məktəbin həyətindən çölə çıxmış, yolu keçmək istəyən zaman ağ rəngli Vito markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sürücüsü hərəkətdə olarkən avtomobilin sağ tərəfi ilə onu vuraraq qabaq sağ təkərin altına salmış...), çoxsaylı şahidlərin xüsusən şahid X6 ifadəsi (x məktəbin həyətindən çıxıb yola qaçmış, həmən an ağ rəngli X14 vurdu və o yıxıldı, x həmin avtomobilin qabaq təkərlərin altında qalmışdır), zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 Tayıf oğlunun (...Məhkum hadisədən dərhal sonra və sonradan bir neçə ay ərzində onun və ailəsinin yanında olaraq, onlara maddi köməklik etmişdir. Lakin sonradan DTX-nin hospitalınd an pulunu geri istəmişdir. Onunla münasibətlər kəskin pisləşmişdir. Mayıl demişdir ki, "get hara istəyirsən şikayət elə, mənim pulum yoxdur”. Məhz bundan sonra o polisə şikayət etmişdir...) ifadəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi X8 X12 rayon şöbəsinin 22 iyul 2022-ci il tarixli 715 nömrəli rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Yol-Nəqliyyat hadisələrinin məhkəmə ekspertizası şöbəsinin 06 sentyabr 2022-ci il tarixli, 8/2174 nömrəli rəyi, maddi sübutlar, sənədlər, istintaq hərəkətlərinin protokolları və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu id dialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiy indən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə yuxarıda qeyd olunan cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə həmin cəzanı dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələbl ərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-416.1.3 və 416.1.11-cı maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 məhkəmələrin qanunsuz olaraq tərəflərindən verilmiş mülki iddianın qi smən təmin edilməsi haqqında kassasiya şikayətində irəli sürdüyü dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu dəlillərin əsaslı olduğunu nəzərə alaraq, həmin hissədə kassasiya şikayəti ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 təqsirləndirilən şəxs Məhkum 50.000 ABŞ dolları maddi zərərin, 15.000 manat mənəvi zərərin əvəzi olaraq ona verilməsinə dair hazırki cinayət işi üzrə icraatda verilmiş mülki iddiası birinci instansiya məhkəməsində qismən təmin edilmiş, məhkəmə maddi ziyana görə 22.000 manat, mənəvi ziyana görə 3000 manat pulun təqsirləndirilən şəxs Məhkum alınıb zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 verilməsi barədə qərar qəbul edilm iş, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşmışdır. Birinci instansiya məhkəməsi mülki iddia üzrə nəticəyə gələrkən iddianın məhz qismən – yalnız tələbin maddi ziyana görə 22.000 manat, mənəvi ziyana görə 3000 manat təşkil edən hissəsində təmin edilməsi barədə heç bir şəkildə əsaslandırmamış, mülki iddia üzrə çıxardığı nəticələrin motivlərini hökmdə əks etdirməmiş, bu nəticələrin əsasına qoyduğu faktiki halları müəyyən edərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl etməmiş, göstərilən pozuntular apellyasiya məhkəməsi tərəfindən də təkrarlanmışdır. Halbuki Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən ve rilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanının ödənilməsi barədə mülki iddia verməklə həmin maddədə göstərilən digər məsələlər üzrə tələblər irəli sürməklə yanaşı, ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə tərəfindən cinayət mühakimə icraatında verilmiş mülki iddianın həlli üzrə, o cümlədən iddianın tam və yaxud qismən təmin edilməsi, rədd edilməsi haqqında qərarlar mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq qəbul edilir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 353-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsv iri-əsaslandırıcı hissəsində mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri (353.2.9-cu maddə), nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) (maddə 353.4.10) göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 25-ci bəndində məhkəmələrin diqqəti ona yönəldilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət işlərinə baxılarkən mülki iddia olduqda zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi məsələsini həll etməlidirlər. Bu zaman məhkəmələr cinayət prosess ual qanunvericiliyin müddəalarına, həm də Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 9-cu bölməsinin 59 və 60-cı fəsillərinin tələblərinə riayət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tar ixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarında isə Məhkəmə qey d etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli qərarında “mənəvi zə rər” anlayışına, belə zərərin ödənilməsinin tələb olunması hüququna, mənəvi zərərin ödənilməsi ilə bağlı işlərə baxılması qaydasına və digər məsələlərə dair geniş izah və tövsiyələr verilmiş, o cümlədən həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qərarın 10-cu bəndinə görə isə, mənəvi zərərin miqdarı işi n konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kassasiya şikayətində mülki iddianın tam təmin edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında irəli sürülmüş tələbi cavablandırakən m əhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CPM-nin 397.1-ci maddəsinin müddəalarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və bu Məcəllənin normalararının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Qanunun tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışı nəticəsində CPM-nin 398.1.1-398.1.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir və məhkəmənin qərarı məhkəmə iclaslarında araşdırılmış sübutlara, habelə maddi və prosessual hüquq normalarına istinad edilməklə əsaslandırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, qanunun şərh olunan normaları ilə apellyasiya instansiyası məhkəməsinin üzərinə q oyulmuş vəzifə nəinki təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olması, onun əməlinin hüquqi tövsifi, cəza təqsirinin seçilməsi, sübutların həlli, həm də iş üzrə verilmiş mülki iddianın, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər çəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, habelə digər məsələlərin həlli zamanı da yerinə yetirilməlidir. Bu məsələlərlə əlaqədar qəbul edilmiş qərarda isə toplanmış sübutlara Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymət verilməli və bu qiymətləndirmədən asılı olaraq çıxarılmış hökm və ya qəbul edilmiş qərar cinayət və cinayət-prosessual qanunvericiliyinin, bu kifayət etmədikdə isə ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq müqavilələrin müddəalar ına, mülki, mülki-prosessual və digər qanunvericilik aktlarına istinad edilməklə lazımi qaydada əsaslandırılmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 yuxarıda şərh edilən normalara müvafiq olaraq və həmin normalardan nəzərdə tutulmuş hüququndan istifadə edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onlara vurulmuş maddi və mənəvi zərərin ödənilməsi haqqında mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, hazırki işin materiallarından, o cümlədən birinci instansiyası məhkəməsinin iclas protokollarından və hökmdən görünür ki, yuxarıda təsvir edilən cinayət-prosessual normaların, xüsusilə də məhkəmədən sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı, məhz yoxlanılmış, nəticələrin çıxarılması üçün kifayət edən sübutların məcmusunun üzərində öz mühakiməsini qurmağı tələb edən 144, 145, 146-cı maddələrinin ziddinə olaraq, sədrlik edən məhkəmə iclaslarının gedişində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsinin məhkəməyə təqdim etdiyi müalicə dövrünə aid mədaxil çeklərini, hesab fakturalarını və digər sübutları nəinki yoxlamadan, hətta məhkəmə iclasında elan etmədən belə, cinayət işi materiallarına əlavə edilmiş qaralama vərəqdə (həmin vərəqin arxa hissəsində Yasamal rayon məhkəməsinin icraatında olmuş işlə bağlı müddəalar olmuş) hesablamalar aparmaqla (cild 3 səh 110) və həmin qaralama vərəqdə əksini tapmış məlumatlara əsaslanmaqla verilmiş mülki iddianın qismən maddi ziyana görə 22.000 manat, mənəvi ziyana görə 3000 manat hissəsində təmin edilməsi barədə nəticəyə gəlmişdir. Bund an görsənir ki, birinci instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsinin vermiş olduğu mülki iddia ilə bağlı keyfiyyətsiz və qeyri-peşəkar araşdırma həyata keçirmiş və göstərilən natamam araşdırmaya apellyasiya məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmişdir. Digər tərəfdən cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən birinci instansiya məhkəməsi (göstərilən tələblər eyni ilə apellyasiya məhkəməsinə aiddir) yekun məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normalarını və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırmalı (təmin edilməli olan tələb üzrə ödənilməli m əbləği məhkəmə baxışında tədqiq etdiyi sübutların məcmusu üzrə qiymətləndirlməli) olduğu halda sadalanan hallardan heç birinə əməl etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə hökmünə diqqət etdikdə, məhkəmə 9 səhifədən ibarət məhkəmə hökmünün təsviri əsaslandırıcı hissəsində nəinki mülki iddianın qismən təmin edilməsi üzrə motivlərini (təmin edilmiş tələbə aid olan hesablamaları qaralamadan aparmaqla) və həmin halı təsdiq edən sübutları, heç müvafiq maddi və prosessual hüquqi normaları belə əks etdirməmişdir. Öz qənaətini isə yalnız bir abzasla yəni “Məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunaraq vurulmuş maddi ziyana görə 22000 manat, mənəvi ziyana görə 3000 manat və ödənilmiş dövlət rüsumuna görə 390 manat məbləğində pul vəsaiti Məhk um tutularaq Nümayəndə1 xeyrinə ödənilməlidir” kimi ifadə etməklə verilmiş mülki iddiaya münasibətini bildirmişdir. Eyni pozuntulara apellyasiya məhkəməsi tərəfindən də, yol vermişdir. Halbuki cinayət işinin materiallarına əlavə olunan müalicə dövrünə aid mədaxil çekləri, hesab fakturaları ilə yanaşı X15 Xəstəxanası və X10 tərəfindən verilmiş epikrizlərdən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə uretranın zədələnməzi səbəbindən, xx.xx.2023-cü il tarixdə isə sistoskopiya əməliyyatı olunmuş və qeyd olunan əməliyyatlar ödənişli olmuşdur. Həmçinin məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, Məhkum törətmiş olduğu cinayət əməli nəticəsində 7 yaşlı Zərərçəkmiş şəxs ağır xəsarət almış, hadisənin baş verdiyi 7 iyun 2021-ci il tari xdən bu günə qədər çoxsaylı əməliyyatların baş tutmasına baxmayaraq sonuncunun səhhətinin yaxşılaşması istiqamətində heç bir müsbət nəticə əldə olunmamışdır. Lakin nə birinci instansiya məhkəməsi nə də apellyasiya məhkəməsi mənəvi zərərin ödənilməsi barədə qaldırmış iddiaya qiymət verərkən zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini (7 yaşında olmasına), keçən uzun müddət ərzində onun və valideylərinin keçirdiyi mənəvi iztirab və sarsıntılarını, habelə işin sair diqqətəlayiq hallarını (uzun müddət müalicənin nəticə verməməsindən əsəb, stress keçirmələrinə) kifayət qədər nəzərə almamışlar. Göründüyü kimi məhkəmələr zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi tərəfindən təqdim olunmuş müalicə dövrünə aid mədaxil çekləri, hesab fakturaları və digər sübutları araşdırılması üçün h eç bir tədbir görməmişlər, Zərərçəkmiş şəxs əməliyyat olunması ilə bağlı onun qanuni nümayəndəsinin mülki iddiada göstərdiyi məbləğdə pul vəsaitini xərcləməsini təsdiq edən əlavə sənədləri tələb edib araşdırmamışlar, əməliyyatlara xərclənmiş pul vəsaitinin məbləğini aydınlaşdırmamışlar, mənəvi zərərin ödənilməsi barədə qaldırmış iddiaya diqqətəlayiq şəkildə qiymət verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında ifadə etdikləri hüquqi mövqelərindən çıxış edib hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarı (Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli hökmü ilə birlikdə) yoxlayıb təhlil edərək belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr həm Məhkum zərərçəkmiş Nümayəndə1 yol hərəkəti qaydalarını pozması nəticəsində vurduğu maddi, həmdə mənəvi ziyanın düzgün müəyyən edilməsi üçün əhəmiyyətli sübutların tədqiqindən imtina etmiş, araşdırdıqları sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün lazımi tədbirləri görməmiş, həmin sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmçinin məhkumun təhlil edilən məsələlərlə bağlı irəli sürdüyü dəlillərə cavab verməmiş, bu dəlillərin əsaslı olub-olmamasını yoxlamamış, qəbul etdiyi yekun qərarı isə kifayət qədər əsaslandıra bilməmişdir. Qeyd olunanlar zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 apellyasiya instansiyası məhkəməsinin bu cür qərar çıxarmaqla zərər çəkmiş tərəfin mənafeyinə toxunan məsələni cinayət-prosessual qanunun tələblərinin ziddinə olaraq həll etməsi barədə dəlilinin əsaslı olduğunu; apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin mülki iddiasına aid məsələyə apellyasiya məhkəməsində yenidən baxılmasını tələb edən cinayət-prosessual qanunun 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verildiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçisinin, həmin şikayətin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1, onun nümayəndəsi Nümayəndə2 və dövlət ittihamçısının, zərərçəkmiş şəxsin qanuni nümayəndə si Nümayəndə1 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi haqqında qanuni Nümayəndə1, nümayəndəsi Nümayəndə2 və dövlət ittihamçısının, həmin şikayətinin təmin edilməməsinə dair məhkum və müdafiəçinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(103)-210/2024 nömrəli qərarı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 maddi və mənəvi ziyanın vurulması ilə bağlı mülki iddia hissəsində ləğv edilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum müdafiəçisi Orucov Vüsal Əkbər oğlu nun kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə1 nümayəndəsi Nümayəndə2 kassasiya şikayəti tam təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2024-cü il tarixli, 1(103)-210/2024 nömrəli ləğv edilsin, cinayət işi zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və mülki iddiaçı Nümayəndə1 mülki iddiasına aid məsələyə yenidən baxılması üçün apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar