Məhkəmə qərarları › İş №1(102)-1563/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1563/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1563/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilm iş kassasiya protestinə əsasən cinayət işinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(007)613/2023 saylı hökmü ilə (hakim Nigar Qədirli) xx.xx.1989-cu ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında nömrəsiz fərdi evdə yaşamış, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət on a təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 12 dekabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum olunmuş şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 sədrliyi və məruzəsi, Elmar Rəhimov və Fərid Əyyubovdan ibarət tərkibdə) 07 mart 2024-cü il tarixli 1(103)408/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 1(007)- 613/2023 nömrəli hökmü dəyişdirilmiş, Məhkum əməli A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Hökmə əsasən, Məhkum 17 aprel 2023-ci il tarixdə saat 17:30-da ünvan 3 ünvanında yerləşən «8-ci km» bazarında qayınatası Zərərçəkmiş şəxs yaxınlaşaraq öz üstünlüyünü nümayiş etdirməklə, ictimai yer olan bazarda heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs onun arvadı Aytac Həsənovanın yerini bildirməməsini bəhanə edərək özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla o, qəsdən yumruqla sonuncunun sifət nahiyyəsindən vurmuş və hadisə yeri olan mağazdan götürdüyü döşəmə silən taxdadan silah qismində istifadə edərək həmin ağac ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq sonuncuya ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ənsənin sol yarısının əzilmiş yarası, alt dodağın qansızması, sol saidin a rxa səthinin sıyrığından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işdəki sübutların düzgün müqayisəli təhlilini aparmadan, yalnız təqsirləndirilən şəxsin ifadələrini əsas götürməklə törədilmiş əməlin hüquqi tövsifi ilə bağlı səhv qənaətə gəlmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs kürəkəni Məhkumla barışdıqdan sonra məhkəmədə verdiyi ifadəsində Raufun qızını öz yanına aparmaq istəməsi səbəbindən aralarında münaqişə baş verdiyini, mübahisə zamanı ikisinin tək olduğunu, Raufun onun başından taxta ilə vurmadığını, özünün hadisə vaxtı yerə yıxılıb başından xəsarət aldığını bildirmişdir. Məhkum isə ifadələrində, qaytanasını özünü müdafiə etmək üçün vurmasını, bazara getməkdə məqsədinin arvadını geri qaytarmaq olmasını, hadisə vaxtı döyülən və söyülən şəxsin özü olmasını bildirmişdir. Lakin işdəki və yuxarıda qeyd etdiyi sübutları əlaqəli təhlil etməyən məhkəmə kollegiyası hazırki cinayət işinin faktiki hallarına münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarmdakı izahları düzgün tətbiq etməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxsla təqsirləndirilən Məhkum arasında öncədən qayınata-kürəkən münasibətləri mövcud olsa da, əvvəllər Məhkum narkotik vasitə əldə etmək üçü n arvadı A.Həsənovadan ailəsindən pul istəməsini tələb etmiş və evlərində bununla bağlı tez-tez münaqişələr baş vermiş, bu səbəblərdən Aytac Həsənova hadisəyə qədər bir neçə dəfə Məhkum tərəfindən döyülmüş, Məhkum sonuncu dəfə, 10 aprel 2023-cü il tarixdə arvadı Aytac Həsənovam döydüyünə görə, Aytac ondan polisə şikayət etmiş, bu şikayətlə bağlı bir neçə dəfə, o cümlədən, 17 aprel 2023-cü il tarixdə “8-ci km” bazarına gedən Məhkum orada satıcı işləyən qaynatasına haqsız yerə irad bildirərək, arvadının geri qayıtmasını, əks təqdirdə qaytanası Zərərçəkmiş şəxs və qızı A.Həsənovanı öldürəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs isə əsassız yerə əri tərəfindən tez-tez döyülən qızını haqlı şəkildə müdafiə edərək, ona qaytarmayacağını və boşatdıracağını, başqalarının rahatlığını pozmamasını deyərə k, qızını dəfərlərlə döymüş kürəkənini haqlı və əsaslı səbəbdən əsəbi şəkildə vurub itələyərək özündən və işlədiyi yerdən kənarlaşdırmaq istəmiş, bu vaxt fiziki cəhətdən daha qüvvətli olan Məhkum daha da qızışaraq, qışqırığına və söyüşlərinə görə yanlarına yığışmış digər şəxslərin onu sakitləşdirməyə və uzaqlaşdırmağa çalışmalarına heç bir əhəmiyyət vermədən dəfələrlə Zərərçəkmiş şəxs üzərinə hücum edərək, onu, insanların kütləvi şəkildə toplaşdıqları vaxtda və yerdə, bazarın ortasında nalayiq ifadələrlə təhqir etməklə, bazarın normal fəaliyyətini, yəni digər satıcılarla müştərilərin rahatlığını təmin etməli olan ictimai münasibətlər sistemini kobud şəkildə pozan hərəkətlərlə (cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarına qarşı saymamazlıq edərək cəmiyyətin mənafel ərinə toxunan hərəkətlər edərək), yumruq və silah qismində istifadə edilən pol taxtası ilə vuraraq xəsarət yetirib xuliqanlıq etmişdir. Məhkum hadisəyə qədərki müddətdə arvadına qarşı təhlükəli davranışlarının mübahisəsizliyi A.Həsənovun gələcək təhlükəsizliyinə real təhdid yaratmaqla bərabər, onun Məhkum daha təhlükəli davranışlarına məruz qalmaq etimallarına da rəvac vermişdir. Protestin digər dəlili kimi qeyd edilmiş hissəsinə əsasən dövlət ittihamçısnın mövqeyinə görə əvvəllər barəsində cinayət təqibinə 2 dəfə xitam verilməsi faktının heç biri hazırki situasiyada Məhkum əməlini CM-in 128-ci maddəsinə tövsif edən məhkəmənin CM-in 73.2 və CPM-in 40.3-cü maddələrinə əsasən cinayət təqibinə xitam verilməsi üçün heç bir qanuni məhdudiyyət yaratmamışdır. Kassasiya instansiyası məhkəməsində A zərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarın ləğv edilməsini və işin yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktları n müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanu nların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməs ini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraə t verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin t ərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlük əli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Dövlət ittihamçısının kassasiya protestinin iki dəlili var. Birinci, məhkumun əməlinin CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, ikinci dəlil məhkəmə kollegiyası tərəfindən məhkumun əməlinin CM-in 128-ci maddəsinə tövsif edildiyi təqdirdə məhkumun zərərçəkmiş şəxslə barışması ilə əlaqədar cinayət işi üzrə icraata xitam verilməməsinin qanunsuz olması. Məhkəmə kollegiyası kassasiya protestinin birinci dəlili ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Apellyasiya məhkəməsi Məhkum əməlini CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “...Məhkəmə kollegiyası qeyd edi r ki, xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilə bilməz. Halbuki, belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq kimi qiymətləndirmişdir (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələn məsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özüözlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). İşin müəyyən edilmiş faktiki halları ilə hadisənin bu cür inkişaf etməsi təqsirləndirilən şəxsin cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün 17 aprel 2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şə xslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını əhəmiyyətli hesab edir. Göründüyü kimi, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə gedişində zərərçəkmiş şəxsin sağlamlığına zərər vurma cinayət əməli törədilmiş, bu isə xuliqanlıq kimi qiymətləndirilə bilməz.” Apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ondan ibarətdir ki, mübahisə şəxsi münasibətlər zəminində olmuş və məhz zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Burada aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, mübahisə kimin təşəbbusü ilə başlamışdır və iki şəxs arasında olan qarşılıqlı dava ictimai qaydanın pozulmasına, kənarda olan şəxslərin narahatçılığına, onların eşitmək istəmədikləri neqativ hisslər yaradan sözlər, ifadələr e şitməsinə səbəb olmuşdur, ya yox?! Və ən əsası da ictimai qaydanın pozulmasının səbəbkarı və təqsirkarı kimdir? Hadisənin baş verdiyi yerin ictimai yer olması işin mübahisələndirilməyən halıdır. Belə ki, hadisə bazarda baş verib, bazarda çoxsaylı mağazalar, satıcılar və alıcılar var. Birinci instansiya məhkəməsində ifadə verən təqsirləndirilən şəxs Məhkum elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində yaşadığı evdə olarkən arvadı Aytac Həsənova ilə aralarında mübahisə baş vermiş, mübahisədən sonra Aytac evi tərk edib atası evinə getmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində o, qaynatasının işlədiyi məişət avadanlıqları satılan mağazaya gedib, arvadı Aytacın evə qayıtmasını tələb et sə də, qayınatası qızını vurduğu üçün onu qaytarmayacağını bildirmiş, daha sonra ona nalayiq sözlər deyib, onu vuraraq yerə yıxmış, təpikləməyə başlamış, orada olan vətəndaşlar onları ayırdıqdan sonra evə qayıtmışdır. Bir müddət sonra 24-cü polis bölməsinə dəvət edilmiş, Zərərçəkmiş şəxs ondan şikayət etdiyi bildirilmişdir. O isə özünün döyüldüyünü bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs döşəmə silən taxta ilə vurmamış, ola bilsin ki, qaynatasını yerdən götürdüyü kapron ləyən vasitəsilə vurmuşdur. Hal-hazırda törətdiyi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən CM-nin 128-ci maddəsi ilə uş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Birin ci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən «8-ci kilometr» bazarında məişət avadanlıqları mağazasında satıcı işləyir. Məhkum qızı Aytac Həsənovun əridir. Raufla qızının arasında mübahisə yarandığı üçün qızı evi tərk edib onun evinə gəlmiş, xx.xx.2023-cü il tarixdə isə Məhkum onun işlədiyi mağazaya gələrək qızını öz evinə aparmasını istəmiş, lakin o, buna etiraz etmiş, nəticədə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı ətrafda heç kim olmamış, mağazada yalnız ikisi olmuşdur. Mübahisə zamanı Məhkum onu taxta ilə vurmamış, o, özü müvazinətini itirərək yıxılmış, nəticədə başından xəsarət almışdır. Daha sonra ətrafdakılar onları ayırmış, Rauf isə çıxıb getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs işlədiyi “8-ci km” bazarında mağazada işləyir. 17 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs kürəkəni Rauf onların işlədiyi bazara gəlmiş və Mübarizlə aralarında mübahisə yaranmışdır. Rauf həmin vaxtı nalayiq söyüşlər söymüş, Mübariz də ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra onlar bir birinin yaxasından tutmuş, yumruqla bir-birilərini vurmuş və dalaşmışlar. Lakin o və orada olan digər şəxslər onları ayırmış, Rauf da ordan uzaqlaşıb çıxıb getmişdir. O, Raufun taxta ilə Mübarizi vurduğunu görməmiş, sadəcə onların bir-birini nalayiq söyüşlərlə təhqir edərək yumruqla vuruşduqlarını görmüşdür. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs “8ci km” bazarında onun işlətdiyi mağazanın yanında mağaza işlədir. Mübarizin kürəkəni Rauf əvvəllərdə gəlib bazarda Mübarizlə mübahisə etmiş, lakin barışmışlar. Hadisə baş verməmişdən biraz əvvəl də Rauf bazara gəlmiş və Mübarizlə mübahisəsi olmuşdur. Lakin həmin vaxtda dava baş verməmişdir. Sonuncu dəfə 17 aprel 2023-cü il tarixdə, saat 19 radələrində Rauf yenədə gəlmiş və Mübarizlə mübahisə etmişdir. O, deyirdi ki, mənim yoldaşımı verin mən aparacam. Mübariz isə deyirdi ki, ondan yoldaşını boşatdıracaqdır. Rauf Mübarizin ünvanına nalayiq söyüş etmiş, Mübariz də cavabında onu söymüşdür. Daha sonra yaxalaşmışlar və Mübariz yumruqla onu vurmuşdur. Bundan s onra onlar dalaşmışlar və bir-birilərini vurmuşlar. Daha sonra Mübariz qışqırmışdır ki, başı yarıldı. Həmin vaxt Raufun əlində pol ağacı var idi. Mübarizin həmin vaxtı başı yarılmışdı və qanamışdı. Mübarizin başının yarılmasını görən Rauf pol ağacını orada qoyub qaçıb getdi. Hadisə təxminən 3 dəqiqə davam etdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs işlədiyi “8-ci km” bazarında mağazada işləyir. Rauf Mübarizin kürəkənidir. Bir dəfə o, işdə olan zaman Rauf oraya gəlmiş və o, Raufu sakitləşdirərək yola salmışdır. Sonuncu dəfə 17 aprel 2023-cü il tarixdə Rauf yenidən oraya gələrək Mübarizlə mübahisə etmişdir. Lakin həmin vaxtı o, orada olmamışdır. Sonradan o, Mübarizi görmüş, bu zaman Mübarizin başı sarğıda olmuşdur. M əhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, “8-ci km” bazarında aptekdə əczaçı işləyir. 17 aprel 2023-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs onun işlədiyi aptekə gəlmişdir. Mübarizin başı yarıldığından və başından qan axdığından o, Mübarizə ilkitn tibbi yardım göstərmişdir ki, O, Mübarizin başını sarımış və həkimə getməsini tövsiyyə etmişdir. O, Mübarizdən başına nə olduğunu soruşduqda Mübariz kürəkəninin “pol” ağacı ilə vurub xəsarət yetirməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun işlədiyi “8-ci km” bazarında mağazada işləyir. Mübarizin kürəkəni Rauf əvvəllər tez-tez gəlib Mübarizlə mübahisə etmiş, lakin son radan barışmışlar. Lakin heç bir mübahisə baş verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Rauf yenə də gəlmiş və Mübarizlə mübahisə etmişdir. Rauf bildirmişdir ki, “həyat yoldaşımı verin aparacam”. Mübariz isə qızını Raufdan boşatdıracağını bildirmişdir. Rauf həmin vaxtı nalayiq söyüşlər söymüşdür. Onlar ətrafda qadın və uşaqların olduğunu Raufa irad bildirmişlər. Bundan sonra o, çıxıb getmişdir. O, qayıtdıqda Mübariz ona kürəkəninin satışda olan “pol” ağacı ilə başından vurub xəsarət yetirməsini bildirmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X4 xx.xx.2023-cü il tarixli, 342 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəninin səthində aşkar edilmiş xəsarətlər - ənsənin sol yarısının əzilmiş yarası, alt dodağın qansı zması, sol saidin arxa səthinin sıyrığı-bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində yaranmaları istisna olunmur, dərəcəsinə görə əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər isə ümumilikdə sağlamlığa zərərvurmayan və dərəcəsi təyin olunmayan xəsarətlərə aiddirlər. Xəsarətlərin lokalizasiyası və xüsusiyyətlərinə istinda edərək demək olar ki, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə törənə bilərdilər, şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirməd ə dindirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Məhkum üzünə qarşı deyərək bir daha təsdiq etmiş, təqsirləndirilən şəxsin əli ilə onun dodaq nahiyəsinə, taxta ilə də başının arxa nahiyəsinə zərbə ilə vurub xəsarət yetirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin görüntülərini özündə əks etdirən DVD diskə məhkəmə iclası zamanı baxış keçirilərkən ünvan 5 ünvanında yerləşən 8-ci km bazarında Zərərçəkmiş şəxs işlədiyi mağazanın qarşısında Zərərçəkmiş şəxs və Məhkum arasında mübahisə baş verməsi, nisbətən balacaboy olan Zərərçəkmiş şəxs yumruqla Məhkum vurması, sonra isə Məhkum ona təpik atd ıqda onu yerə yıxması və onu yenə də yumruqla vurması, Məhkum ayağa qalxdıqdan sonra yumruqla Zərərçəkmiş şəxs vurması, sonra Zərərçəkmiş şəxs onu divara doğru sıxışdırması, onu vurması, bundan sonra Məhkum əşyalar satılan tərəfə qaçaraq oradan bir ədəd pol ağacını götürməsi və arxasınca qaçan Zərərçəkmiş şəxs vurması, bu hadisələrin baş verdiyi müddət boyunca ətrafda kənar şəxslərin toplaşması və həmin şəxslərin onları ayırması, Məhkum oradan uzaqlaşması müəyyən olunmuşdur. Cinayət işində olan sübutlardan da görünür ki, iş üzrə zərərçəkmiş şəxs ibtidai istintaq zamanı məhkumun əleyhinə ifadələr vermiş, lakin barişdiqdan sonra məhkumu müdafiə etməyə, onun məsuliyyətdən kənarda qalmasına yardım etmək məqsədilə ifadə vermiş və baş vermiş hadisənin hallarını təhrif etməyə çalışmışdır. Cinayət işində olan sübutlarla müəyyən edilir ki, hadisə nəticəsində zərərçəkmiş şəxsə məhkum tərəfindən bədənin üç ayrı-ayrı yerlərində olan xəsarətlər yetirilmiş və bədən xəsarətinin dərəcəsi isə yüngüldür. Lakin məhkuma heç bir bədən xəsarəti yetirilməmiş və o, məhkəmə-tibb ekspertizasından keçməkdən imtina etmişdir. Cinayət işinin materiallarında hadisənin 3 dəqiqə, 10 dəqiqə və 15 dəqiqə davam etməsini göstərən fərqli ifadələr var. Apellyasiya instansiya məhkəməinin gəlmiş olduğu nəticəyə görə mübahisə zərəçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Bu nəticəyə gəlmənin səbəbi kimi isə birinci olaraq zərərçəkmiş şəxsin məhkumu vurması göstərilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarını n 3-cü bəndində göstərilmişdir ki, Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki cinayət hadisəsi zamanı hadisənin kimin (məhkumun və ya zərərçəkmiş şəxsin) təşəbbüsü ilə başlamasının düzgün müəyyənləşdirilməsinin böyük əhəmiyyəti və hadisədən əvvəl olan vəziyyəti, tərəflər arasında olan gərgin münasibətləri, zərərçəkmiş şəxsin bazarda işləməsi və məhz məhkumun hədə-qorxu və tələblərlə başqa yerdən zərərçəkmiş şəxsin olduğu bazara gəlməzi, mübahisə etməsi (Şahid1 ifadəsi:...sonuncu dəfə 17 aprel 2023cü il tarixdə saat 19 radələrində Rauf yenədə gəlmiş və Mübarizlə mübahisə etmişdir. O deyirdi ki, mənim yoldaşımı verin mən aparacağam. Mübariz isə deyirdi ki, ondan yoldaşını boşatdıracaqdır. Rauf Mübarizin ünvanına nalayiq söyüş etmiş, Mübariz də cavabında onu söymüşdür. Daha sonra yaxalaşmışlar və Mübariz yumruqla onu vurmuşdur...) hallarını məcmu halında qiymətləndirmək lazımdır. Eyni zamanda, mübahisə zamanı tərəflərdən birinin ilk zərbə vurması heç də hadisənin məhz həmin şəxsin təşəbbüsü ilə başlaması anlamını vermir. Bu zaman araşdırılmalı olan məsələ ondan ibarətdir ki, məhkumun bu tələblərlə (yoldaşımı verin aparacağam) bazara gəlməsi və bu tələbi qaynatasından etməsi qanuni idimi?! Cinayət işinin materiallarından da görünür ki, hadisə zamanı hər iki tərəfdən söyüşlər söyülmüş, münaqişəli vəziyyət müəyyən müddət ərzində davam etmiş, əlbəyaxa və qarşılıqlı dava olmuş, hadisə nəticəsində yalnız zərərçəkmiş şəxs xəsarət almış, həmin yerə insanlar toplanmış, insanların rahatlığı pozulmuş, ümumqəbul edilmiş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər baş vermişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum əməlini CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif etməsi işin faktiki hallarına uyğun olan, sübutların tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan nəticə hesab edilə bilməz. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutların məcmusuna qiymət verərkən yanlışlığa yol vermiş, cinayət işi üzrə toplanmış bütün sübutıarı hərtərəfli, tam və obyektiv araşdıraraq qiymətləndirməmiş, nəticədə yalnış nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiaysının 07 mart 2024-cü il tarixli Məhkum barəsində olan qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Cinayət işinə yenidən baxılarkən işin əsl hallarının müəyyən edilməsi və əsl həqiqətin aşkara çıxarılması məqsədi ilə məhkumun hərəkətləri, eləcə də cinayət işi üzrə toplanmış sübutların yenidən qiymətləndirilməsi və iş üzrə qanuni, əsaslı və ədalərli qərarın qəbul edilməsinə nail olunması tövsiyyə olunur. Məhkəmə kollegiaysı hesab edir ki, kassasiya protesti təmin edildiyindən və apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni baxışa göndərildiyindən, kassasiya protestinin digər dəlil kimi qeyd edil miş ikinci dəlilinə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar