Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1564/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Zərərçəkmiş şəxsin hüquqi varisi X17 Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Nümayəndə Bəraət almış şəxs X30 və onun müdafiəçisi, Abşeron rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, 15 avqust 1984-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta tə hsilli, məhkumluğu olmayan, işləməyən, Cəlilabad rayonunun *********** kəndində qeydiyyatında olan və ünvan 1 ünvanında yaşayan X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmündən Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X26 tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən et di: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli hökmünə əsasən (hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və M.Ə.Abdullayev) X27 Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 28 yanvar 2019-cu ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), E.Ə.Camalovov və K.S.Bəşirov) apellyasiya ş ikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli hökmü ləğv edilmiş və X24 bəraət verilmişdir. İşin halları: Verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə görə X27 CM-in 263.3cü maddəsi ilə məhkum olunmuşdur ona görə ki, o, 22 mart 2017-ci il tarixdə saat 16-40 radələrində Ələt-Astara-İran sərhəd yolunun Cəlilabad rayonu **** kəndi ərazisindən keçən 122-ci kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə hərəkət sürətinin 70 km/saata qədər məhdudlaşdırıldığı ərazidə idarə etdiyi Chevrolet Lacetti markalı 15 BM-406 dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu istiqamətində 90 km/saat sürətlə-hər əkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-bəndinin-yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır kimi tələblərini pozaraq idarə etdiyi avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməməsi və idarə etməni itirməsi nəticəsində avtomobilini əvvəlcə yolun sağ çiyninə çıxarmış, daha sonra avtomobil sol tərəfə, yəni, qarşı hərəkət zolağına istiqamətlənərək qarşı yolla Ələt istiqamətində hərəkətdə olan X12 idarə etdiyi VAZ-2106 markalı *********** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan VAZ 21061 markalı avtomobilin sürücüsü X18 qarnın ağır küt travması qara ciyərin zədələnməsi, so l baldır sümüklərinin qapalı sınığı, başın sol alın-təpə nahiyəsində əzilmiş yara, hər iki baldır nahiyəsində əzilmiş səthi yara, döş qəfəsinin ön səthində sıyrıqlar, qarnın ön divarında sol bud və sol diz oynağı nahiyəsində qançırlar xəsarəti yetirərək ölümünə, həmin avtomobilin sərnişinləri X4 ağır qapalı kəllə-beyin travması, baş-beynin yumşaq qişasına qansızma, baş beyin toxumasının əzilməsi, başın sağ təpə, sağ çiyin qurşağı, sağ bazu və sağ said nahiyəsində qançır xəsarətləri yetirərək ölümünə, Zərərçəkmiş şəxs1 döş qəfəsinin qapalı küt travması, tənəffüs çatışmamazlığı ilə müşayiət olunan sol tərəfli kəskin pnevmahematoraks, sol tərəfli 3-4-5-6-7-8-9-10-cu qabırğaların yerini dəyişən sınıqları, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol qulaq seyvanı və burun nahiyəsin də sıyrıqlar xəsarətləri yetirərək sağlamlığına ağır, Zərərçəkmiş şəxs2 Fail qarnın və döş qəfəsinin qapalı travması, dalağın çıxarılması ilə nəticələnən cırılmış yarası, sol bazu və sol mil sümüyünün qapalı sınığı başın təpə nahiyəsində, sağ qaş və sağ yanaq nahiyəsində əzilmiş yara, sifətin sol yarısında və sol qulaq seyvanında sıyrıqlar xəsarətləri yetirərək sağlamlığına ağır, Chevrolet lacetti markalı avtomobilin sərnişinləri X13 burun sümüyünün yerini dəyişən açıq sınığı, burun nahiyəsində əzilmiş yara xəsarətləri yetirərək sağlamlığına ağır, Zərərçəkmiş şəxs3 sol bud sümüyünün yerini dəyişən qapalı sınığı xəsarətləri yetirərək sağlamlığına az ağır zərər vurmasına, habelə X8 9369 manat məbləğində maddi ziyan vurmaqla Chevrolet lacetti markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobil in, Zərərçəkmiş şəxs1 3000 manat məbləğində maddi ziyan vurmaqla VAZ 21061 markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi, Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən birlikdə verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli bəraət hökmünün ləğv edilib işə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli bəraət hökmü əsassız hesab edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi S6 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ziddiyyətli ifadələrə, habelə şahidlər X9, Zərərçəkmiş şəxs3 ilkin ifadələrdən fərqli ifadələrinə və ziddiyyətli ərizələrinə tənqidi yanaşmayaraq əsassız nəticəyə gəlmişdir. Şikayət müəlliflərinin fikrincə, işdə subyektiv şahid ifadələrindən savayı, işin obyektiv hallarını əks etdirən sübutlar, o cümlədən hadisə yerinə baxış protokolu və ona əlavə edilən sxem, Ehtiram Bağırova məxsus “Mersedes” markalı avtomaşına baxış protokolu və digər sübutlar olduğu halda, həmin sübutlara əhəmiyyət verilməmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli bəraət hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi S6 CM-nin 263.3-cü maddəsi ilə bəraət v erərkən təqsirləndirilən şəxsin qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə və uydurma mexanizm əsasında verilmiş qeyri-mötəbər ekspertiza rəyinə əsaslanmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına və tədqiq olunmuş sübutların məcmusuna uyğun olmaması, hökmdə mötəbərliyi baxımından şübhə doğuran sübutlara istinad olunması, ibtidai istintaq zamanı iş üzrə əvvəlcə E6 təqsirləndirilən şəxs qismində cəlb edilməsinə baxmayaraq, heç bir yeni sübut əldə edilmədən onun barəsində olan cinayət təqibinə xitam verilməsi və S6 ittiham elan edilməsi, halbuki X20 əməlində CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan ci nayət tərkibinin bütün əlamətlərinin (cinayətin obyektivin cəhətinin zəruri əlamətləri - əməl ilə nəticə arasında səbəbli əlaqə) mövcud olmaması qənaətinə gəlməklə S6 CM-nin 263.3-cü maddəsi ilə bəraət verərkən işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələri, hadisə yerinə baxış, nəqliyyat vasitəsinə baxış, ifadələrin yerində yoxlanması və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla X20 ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Bundan əlavə, Salam Həsənovun özü də ibtidai istintaqda və məhkəmələrdə digər avtomaşının onun avtomaşınını n hansı hissəsinə dəyməsi ilə bağlı ziddiyyətli ifadələr vermişdir. Belə ki, ibtidai istintaq zamanı ifadəsində "Mercedes" markalı avtomaşının arxa sağ qapısının aşağı hissəsinin onun idarə etdiyi avtomobilin qabaq sol tin hissəsi ilə toqquşmasını bildirsə də, birinci instansiya məhkəməsində əvvəlki ifadəsində "Mercedes" markalı avtomaşının arxa bamperinin onun idarə etdiyi avtomaşının sol arxa qapısının aşağı hissəsinə dəyməsini, sonrakı ifadəsində isə "Mercedes" markalı avtomaşının arxa bamperinin onun idarə etdiyi avtomaşının qabaq sol tininə dəyməsini, apellyasiya instansiyası məhkəməsində isə arxa sol qapısına dəyməsini göstərmişdir. Protest müəllifi hesab edir ki, apellyasiya baxışı zamanı məhkəmə toplanmış sübutlara obyektiv qiymət verməmiş, müəyyən etdiyi hallar işin faktiki hallar ına uyğun olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin hüquqi varisi C6, Zərərçəkmiş şəxs1, onun nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı R6, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxs S6 və onun müdafiəçisi Ə6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prose ssual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest və şikayət müəllifləri qeyd edirlər ki, S6 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayətində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Azərbaycan Respublikası CM- in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq S.Həsənova bəraət vermiş, habelə bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmişdir. Belə ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsinin istinad etdiyi əsas sübutlardan biri olan 31 iyul 2017-ci il tarixli məhkəmə-yol nəqliyyat hadisələri, məhkəmətrasoloji və məhkəmə kimyəvi ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, «Mersedes-Benz-250» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısında, qanadda olan zədələr, izlər digər nəqliyyat vasitəsi ilə kontakda (təmasda) olması nəticəsində yaranmağa xarakterikdir. Arxa bamperin sağ küncündə, klıkında (buynuzunda) olan zədə, iz hər-hansı kənar bərk predmetlə kontakda olması, dəyməsi nəticəsində yaranmağa xarakterikdir. «Mersedes-Benz-250» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapıda, qanadda olan zədələr, izlər üfüqi, arxa bamperin sağ küncündə olan zədə, iz arxadan qabağa doğru istiqamətl ənməsi müəyyən edilmişdir. Həmin zədələrin kənarlarında xüsusi əlamətlər aşkar edilmədiyindən konkret olaraq «Mersedes-Benz-250» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Chevrolet Lecetti» markalı **--*** dövlət qeydiyyatlı avtomobilin təmasda olmasını müəyyən etmək mümkün deyildir. Lakin «Mersedes-Benz-250» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapıda, qanadda olan zədələrin, izlərin yerləşdiyi yer və yer səthindən hündürlüyü nəzərə alınmaqla «Chevrolet Lecetti» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq bamperin sol küncü arasında yarana bilər. Həmin rəydə eləcə də «Mersedes-Benz-250» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42 -ci maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E6 «Mersedes-Benz-250» markalı avtomobil maksimum hərəkət sürətinin «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırıldı yol sahəsində 70 km/saatdan yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Salam Həsənova münasibətdə isə ekspertiza rəyinin qeyd hissəsində birbaşa göstərilmişdir ki, «təhlükə yaranan anda «Chevrolet Lecetti» markalı **--*** dövlət qeydiyyatlı avtomobilin toqquşma yerindən 49,5 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində X6nun hadisənin qarşısını almağa texniki imkanı olmamış və hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğunsuzluq olmamışdır» İş materiallarında olan, müstəntiqin 15 sentyabr 2018-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarından da görünür ki, göstərilən məsafə ilə bağlı həmin qərarında 11-ci səhifədə (yuxarıdan aşağı 2-ci abzas) müstəntiq yazır: «istintaq zamanı «Chevrolet Lecetti» markalı avtomobilin sürücüsü S6 ifadəsi yerində yoxlanılan zamani idarə etdiyi avtomobilin yolun sağ çiynindən sola istiqamətlənən an “VAZ 21061” avtomobilin toqquşma yerindən 41,7 metr məsafədə olmasını göstərsə də, “VAZ 21061” markalı avtomaşının sərnişini Zərərçəkmiş şəxs1 bu məsafənin 9,4 metr olduğunu göstərmişdir. S6 istintaq zamanı özünü müdafiə xarakterli ifadələr verməsini, “VAZ 21061” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 həmin məsafəni daha dəqiq göstərməsi və onun göstərdiyi məsafənin hadisə mexanizminə daha uyğun olmasını və mötəbərliyini əsas götürərək həmin məsafə, yəni, “VAZ 21061” markalı avtomobilin hərəkəti üçün təhlükə yaranan anda avtomobilin toqquşma yerindən 9,4 metr məsafədə olduğu qəbul edilməlidir. Qeyd olunan ekspertiza rəyində, «təhlükə yaranan anda «Chevrolet Lecetti» markalı **--*** dövlət qeydiyyatlı avtomobilin toqquşma yerindən 49,5 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü, H6 hadisənin qarşısını almağa texniki imkanı olmaması və hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğ unsuzluq olmadığı» göstərilsə də, ibtidai istintaqı aparan müstəntiq 15 sentyabr 2018-ci il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərarında «Salam Həsənovun avtomobilin toqquşma yerindən 41,7 metr məsafədə olmasını göstərsə də, “VAZ 21061” markalı avtomaşının sərnişini Zərərçəkmiş şəxs1 bu məsafənin 9,4 metr olduğunu göstərmişdir. S6 istintaq zamanı özünü müdafiə xarakterli ifadələr verməsini, “VAZ 21061” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 həmin məsafəni daha dəqiq göstərməsi və onun göstərdiyi məsafənin hadisə mexanizminə daha uyğun olmasını və mötəbərliyini əsas götürərək həmin məsafə, yəni “VAZ 21061” markalı avtomobilin hərəkəti üçün təhlükə yaranan anda avtomobilin toqquşma yerindən 9,4 metr məsafədə olduğu qəbul edilməlidir». qənaətinə gəlmişdir. İbtidai araşdırma orqanı özü hətta Salam Həsənovun ifadəsində göstərdiyi avtomobilin toqquşma yerindən 41.7 metr məsafədə olmasını özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək “VAZ-2106” markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 məsafənin 9,4 metr olması ilə bağlı ifadəsini hadisə mexanizminə daha uyğun və mötəbər ifadə kimi qəbul edib əsas götürərək həmin məsafənin, yəni “VAZ 21061” markalı avtomobilin hərəkəti üçün təhlükə yaranan anda avtomobilin toqquşma yerindən 9.4 metr məsafədə olduğunun qəbul edilməli olmasını göstərmişdir. İbtidai araşdırma aparan müstəntiq tərəfindən X19 qeyd olunan cinayət əməlini törətməkdə şübhəli olduğuna görə 21 iyun 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 iyun 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay müddətində, 21 avqust 2018-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. 10 iyul 2018-ci il tarixdə Səbail Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs E6 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və müddəti 21 avqust 2018-ci il tarixədək müəyyən edilmişdir. Həmin tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından E6 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. Daha sonra 15 sentyabr 2018-ci il tarixdə X19 barəsində cinayət təqibinə xitam verilmiş, X27 01 oktyabr 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyası qe yd edir ki, ibtidai araşdırma orqanı 22 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə cinayət işi başlasa da, cinayət işi başlanandan sonra dərhal deyil, 1 il 3 ay keçəndən sonra 22 iyun 2018-ci il tarixdə toplanmış sübutların Etiram Bağırova Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilməsi üçün kifayət etməsi qənaətinə gələrək onun CMin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul etmişdir. İbtidai araşdırma orqanı X10 22 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası CMin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib təqsirləndirilən şəxs qismində cəlb etməsinə, həmin tarixdən barəsində həbs qətimkan tədbiri seçilməsinə, 2 ay 23 gün təqsirlənd irilən şəxs statusunda saxlanmasına baxmayaraq, heç bir yeni sübut əldə etmədən, əlavə və ya təkrar yol-nəqliyyat hadisələri ekspertizası və digər ekspertiza rəyi alınmadan, əvvəllər ifadəsi alınmamış hər hansı şahidi və ya zərərçəkmiş şəxsi dindirib yeni həll müəyyən etmədən, sadəcə olaraq 22 iyun 2018-cı il tarixdə Etiram Bağırova CM-in 263.3-cü maddəsi ilə ittiham verərkən qiymətləndirdiyi sübutları toplanmış istintaq materiallarına əsasən deyil, şəxsi mülahizəsinə əsasən fərqli formada qiymətləndirərək 15 sentyabr 2019-cu il tarixdə toplanmış sübutların Etiram Bağırova ittiham elan edilməsi üçün kifayət və mötəbər olmadığı qənaətinə gələrək onun barəsində cinayət təqibinə xitam verilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə qərar qəbul etmişdir. İbtidai a raşdırma orqanın E6 barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsas kimi hadisə vaxtı A6 maşınında olmuş sərnişinlər X21 və Zərərçəkmiş şəxs3 “hadisədən az əvvəl ağ rəngli markasını və nömrəsini bilmədikləri bir avtomobilin onları soldan ötüb keçməsi, ancaq həmin avtomobillə onların əyləşdikləri avtomobil arasında toqquşma baş verməməsi”, həmin anda S6 avtomobilin sükanı sağa istiqamətləndirilməsi barədə ifadələrinə əsaslanmışdır. Apelyasiya məhkəməsində məhkəmə baxışı zamanı adları qeyd olunan hər iki şəxs ərizə ilə məhkəməyə müraciət edərək yenidən ifadə vermiş, A6 ifadəsində hadisə vaxtı yatdığından ağ rəngli maşının onun əyləşdiyi maşına toxunmasını hiss etmədiyini göstərmiş, Zərərçəkmiş şəxs3 ağ rəngli Mersedes markalı maşının sol tərəfdən S6 idarə etdiyi avtomaşına toxunara q onu vurub yoldan çıxartdığı, hətta maşına toxunarkən zərbənin təsirindən sağ tərəfdə oturmuş həyat yoldaşı A6 başının maşının stoykasına dəydiyi və zərbənin təsirindən huşunu itirdiyini göstərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, X5 idarə etdiyi avtomaşında olmuş sərnişin X14 da ifadəsindən görünür ki, «Mersedes-Benz-250» markalı **--*** dövlət qeydiyyat nişanlı avtomaşın «Chevrolet Lecetti» markalı **-*** dövlət qeydiyyatlı avtomobili ötərkən arxa krılosu o biri maşının qapısına dəymiş, E6 idarə etdiyi avtomaşını saxlamamış, S6 geriyə baxanda maşınların toqquşduğunu görmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı E6 barəsində olan cinayət təqibinə xitam verərkən və S6 CM-in 263.3-cü maddəsi ittiham elan edərkən yalnız təqsirləndirilən şəxs qismində cəl b etdiyi E6 qeyd olunan, işin obyektiv hallarına uyğun gəlməyən ziddiyyətli ifadəsinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə almamışdır. Həmçinin, məhkəmə hökmdə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş obyektiv sübutları qəbul etməməsinin motivlərini göstərməmiş, tədqiq olunan sübutları düzgün qiymətləndirməmiş, S6 CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinməsi qənaətinə gəlməsinin əsaslandırmamış və iş üzrə qeyri-obyektiv nəticəyə gəlmişdir. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 19 iyun 2019-cu il tarixli 13637 saylı rəyinin nəticə hissəsində göstərilmişdir: “Məhkəmə tərəfindən qərarda göstərildiyi kimi hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizmi üzrə baş verməsi şəraitində, yəni ötmə əməliyyatında olan Mercedes Benz E250 markalı avtomobilin sərt şək ildə sağa istiqamətlənərək avtomobilin arxa sağ qapısının aşağı hissəsinin ötmək istədiyi Chevrolet Lacetti markalı avtomobilin qabaq bamperinin sol tin hissəsi ilə toqquşması, toqquşma nəticəsində Chevrolet Lacetti markalı avtomobilin idarə olunmaz vəziyyətə düşərək əvvəl yolun sağ çiyninə çıxması, daha sonra isə qarşı sol hərəkət zolağına istiqamətlənərək qarşıdan əks istiqamətdə hərəkətdə olan VAZ-21061 markalı avtomobil ilə toqquşması şəraitində; Sürücü X2 Lacetti markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobili 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı Hə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 80-90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksim um sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Chevrolet Lacetti markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır. 3.4. Məhkəmə tərəfindən qərarda göstərildiyi kimi hadisənin müdafiə tərəfinin təqdim etdiyi mexanizmi üzrə baş verməsi şəraitində, yəni ötmə əməliyyatında olan “Mercedes Benz E250” markalı avtomobilin sərt şəkildə sağa istiqamətlənərək avtomobilin arxa sağ qapısının aşağı hissəsinin ötmək istədiyi “Chevrolet Lacetti” markalı avtomobilin qabaq bamperinin sol tin hissəsi ilə toqquşma sı, toqquşma nəticəsində “Chevrolet Lacetti” markalı avtomobilin idarə olunmaz vəziyyətə düşərək əvvəl yolun sağ çiyninə çıxması, daha sonra isə qarşı sol hərəkət zolağına istiqamətlənərək qarşıdan əks istiqamətdə hərəkətdə olan “VAZ-21061” markalı avtomobil ilə toqquşması şəraitində “Mercedes Benz E250” markalı, ** *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E6 “Mercedes Benz E250” markalı avtomobili 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 80-90km/saat sürətlə hərəkət etdi rdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 « Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 5.6. Hərəkət üçün təhlükə yaranan anda “VAZ-21061” markalı, ************** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 9,4 metrlik məsafədə olması şəraitində sürücü X12 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda “VAZ-21061” markalı, 44BL356 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 41,7-43,2 metrlik məsafədə olması şəraitində sürücü X33 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətl ərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.” Qeyd olunan ekspertiza rəyindən göründüyü kimi «yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə S6 əməlində Azərbaycan Respublikasının İXM-in 328.1-ci maddəsinin əlamətləri vardır. Lakin İXM-in 38.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan işlər üzrə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Odur ki, S6 yol hərəkəti qaydaları əleyhinə törətdiyi inzibati xətanın törədildiyi vaxtdan 22 mart 2017-ci il tarixdən 2 il 4 aydan artıq vaxt keçdiyindən S6 inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayə t prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər. əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X3 qarşı 18 yanvar 1978-ci il məhkəmə qərarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2019-cu il tarixli 13637 nömrəli ekspert rəyində göstərilmiş X6 “Chevrolet Lacetti” markalı, ************* d övlət qeydiyyat nişanlı avtomobili 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı hərəkət 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 80-90 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. “Chevrolet Lacetti” markalı, 15BM406 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X20 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cu maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmamışdır” nəticəsi “əsaslı şübhə yeri qalmayan” sübutetmə standartına uyğun olub, yuxarıda sadalanan digər sübutların məcmusu ilə tamamilə təsdiq olunur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılmas ı, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. “X15 qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi S6 əməlində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin tərkibi olmadığından haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, S6 əməlində həqiqətən də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibi mövcud deyildir. Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İ nsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər k əsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilm iş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq S.Həsənovun əməlində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibinin mövcud olmaması əsası ilə bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü qanuni və əsa slı olduğundan, kassasiya protestində və kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protestin və şikayətin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. X27 barəsində Şirvan Apellyasiya Məhkəməsinin 24 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1564/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1564/2019
13.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver